Design Elm Dunyasi2 215x290 Iyun++ Layout 1



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə21/33
tarix02.01.2018
ölçüsü0,73 Mb.
#19169
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

kosmosa göndərilən «COBE» süni peyki

vasitəsilə cəmisi səkkiz dəqiqə ərzində

Penziasla Uilsonun ölçmələrinin doğru ol -

duğunu  təsdiqlədilər. 

Peykdəki həssas cihazların göstəriciləri

«Böyük partlayış»ın həqiqət olduğunu bir

daha qəti şəkildə təsdiqlədi. Həmin cihazlar

«Böyük partlayış»ın ilk anlarındakı hərarət

və sıxlığın qalıqlarını qeydə ala bilmişdilər.

Beləcə, «COBE» «Böyük partlayış»ın hə -

qiqət olduğunu aşkar dəlillərlə ortaya qo y -

muşdur və elmi çevrələr artıq bu açıq

ger 

çəkliyi etiraf etmək məcburiyyətində



idilər.  

Bir başqa dəlil isə fəzadakı hidrogen və

helium qazlarının miqdarının hesablanması

zamanı ortaya çıxdı. Belə ki, kainatdakı

hidrogen və helium qazlarının nisbəti «Bö -

yük partlayış»dan «artıq» qalan hidrogen-

helium nisbətinin nəzəri gös təricilərinə son

dərəcə yaxın idi. Bu dəlillərin ortaya çıxması

Böyük Partlayışın elm aləmində qəti şəkildə

qəbul olunmasıyla nəticələndi. Tanınmış elmi

jurnal olan «Scientific American» 1994-cü

ilin oktyabrında «Böyük Partlayış» modelini

«əsrimizin qəbul olunmuş yeganə modeli»

olduğu barədə yazdı.

Uzun illər boyunca «hüdudsuz kainat»

modelini dəstəkləmiş alimlər də bir-birinin

ardınca bunu etiraf edirdilər. Fred Hoyl ilə

birlikdə uzun müddət sabit kainat nə zə riy -

yəsini müdafiə edən Dennis Şiama (Dennis

Sciama) «Böyük Partlayış» gerçəkliyi qar -

şısında düşdüyü aciz durumu belə anlatdı:

«Bir vaxtlar «sabit kainat» nəzəriyyəsini mü -

dafiə edənlərlə ona qarşı çıxanların arasında

çox sərt çəkişmə vardı. Çoxları kimi mən

inandığım üçün deyil, gerçək olmasını is -

tədiyim üçün bu nəzəriyyəni dəstəkləyirdim.

Modelin yanlışlığını göstərən dəlillər ortaya

çıxdıqca həm mən, həm də Fred Hoyl onlara

necə cavab verəcəyimizi bilmirdik. Amma

dəlillər çoxaldıqca artıq oyun bitdi və «sabit

kainat» nəzəriyyəsini bir tərəfə atdıq». 

Beləliklə, elm inkişaf etdikcə ortaya

çıxardığı dəlillər «sabit kainat» nəzəriyyəsini

tarixin arxivinə göndərdi. Bunun ardınca isə

da ha önəmli suallar meydana çıxmağa baş -

ladı: onların da ən başlıcası «Böyük part -

layışdan öncə nə var idi» sualı idi. 

«Böyük partlayışdan öncə nə var idi»

sualının bircə cavabı mövcuddur: yerləri və

göyləri böyük bir düzən içində yaradan üstün

güc və qüdrət sahibi olan Allahdır. İnamından

asılı olmayaraq, əksər

elm adamları bunu qəbul

etmək məcburiyyətində

qalırdılar. Hətta elmi

platformada bunu qəbul

etməyi özlərinə sığış dır -

masalar belə, bəzi fikir

və ifadələri onları bunu

təsdiqləməyə məcbur

edir. Məsələn, tanınmış

ateist filosof Entoni Flu

(Anthony Flew) etirafın

insanın ruhuna xeyirli

olduğunu deyərək, bun -

ları yazırdı: «Mən də bir



46

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




etiraf edəcəm. Ateizm ba xımından «Böyük

Partlayış» modeli olduqca xoşagəlməzdir.

Çünki elm faktiki olaraq dinin iddiasını

sübuta yetirib ki, kainatın bir başlanğıcı var.

Mən hələ də ateizmə ina nıram, amma etiraf

edim ki, Böyük Part layışın qarşısında ateizmi

müdafiə etmək olduqca çətindir».

İngilis fiziki H.P.Lipson və digər elm

adamları  bu nəzəriyyəni istər-istəməz qəbul

etmək məcburiyyətində olduqlarını etiraf

edirlər: «Məncə, bu nöqtədən daha da irəliyə

getmək və yeganə izahın yaradılış olması ilə

razılaşmaq məcburiyyətindəyik. Buna özüm

daxil olmaqla, əksər fiziklər üçün son

dərəcə xoşagəlməz və hətta ağır olduğunun

fərqindəyəm, əgər təcrübə ilə əldə olunmuş

faktlar bir nəzəriyyəni təsdiqləyirsə, xo 

-

şumuza gəldi-gəlmədi, onunla razışmalıyıq. 



Nəticədə istəsələr də, istəməsələr də, elm

materialist alimlərin qarşısına tək bir ger -

çəkliyi qoyur: maddə və zaman sonsuz güc

sahibi olan, göyləri, yeri və ikisinin arasında

olanları qüsursuz yaradan bir Yaradıcı, hər

şeyə qadir olan Allah tərəfindən yaradılıb».

Big Bang modeli bəşəriyyətin kainatı

tanımasına yardımçı olmaqla yanaşı, çox

önəmli bir funksiyanı da gerçəkləşdirib.  Sitat

gətirdiyimiz ateist filosof Entoni Flunun

dediyi kimi, «Böyük Partlayış»la birlikdə

«elm dinin iddiasını sübuta yetirib». Dini

qaynaqların irəli sürdüyü bu gerçək kainatın

yoxdan yaradılmasıdır. Bu, elmi kəşfdən

minlərcə il öncə Allahın insanlara yol gös -

tərmək üçün göndərdiyi Müqəddəs kitablarda

yazılıb. İlahi qaynaqlar arasında təhrif edil -

məmiş yeganə kitab olan Qurani-Kərimdə

həm kainatın yoxdan yaradılışı, həm də bu

yaradılışın biçimi ilə bağlı bilgilər verilib: 



«Həqiqətən, göylərin və yerin yara dıl -

ması gecəylə gündüzün bir-birini əvəz

etməsi ağıl sahibləri üçün dəlillərdir».

(«Ali-İmran» surəsi, 190).

On dörd əsr öncə vəhy edilən bu bilgilər

XX əsrin elmi məlumatları ilə tamamilə

uyğun gəlir. Hər şeydən əvvəl, kainatın yox

ikən var edilməsi Quranda belə yazılır:

«O, göyləri və yeri (yoxdan) var

edəndir». 

(«Ənam» surəsi, 101)

Günümüzdən tam 14 əsr öncə, insanların

kainatla bağlı bilgiləri son dərəcə məhdud

olan dönəmlərdə Quranda bildirilən bir başqa

gerçək isə eynilə Big Bang nəzəriyyəsinin

önə çəkdiyi kimi, bütün kainatın çox kiçik

həcmdə bir yerdən ayrılıb genişlənməklə

ortaya çıxmasıdır:



«Məgər kafir olanlar göylə yer bir-

birinə bitişik ikən bizim onları ayır 

dı 

-

ğımızı, hər bir canlını sudan yaratdığımızı

bilmirlərmi? Yenə də iman gətirməzlər?»

(«Ənbiya» surəsi, 30)

Bu ayənin ərəbcə orijinalında çox önəmli

bir kəlmə seçimi var. Ayənin «bir-birinə

bitişik ikən» şəklində tərcümə edilən «ratq»

kəlməsi ərəbcə lüğətlərdə «bir-biri ilə iç-içə,

ayrılmaz halda, qaynayıb-qarışmış» anlam la -

rına gəlir. Yəni bütün halında olan iki mad -

dəni anlatmaq üçün işlədilir. Ayədəki

«ayır dıq» ifadəsi isə ərəbcə «fatq» feilidir ki,

bu da «ratq» halındakı bir nəsnəni yarıb,

parçalayıb, xaricə çıxarmaq anlamına gəlir.

Məsələn, toxumun cücərərək, torpağı yarıb

çıxması bu feil ilə ifadə edilir.

Bunu biləndən sonra yenidən ayəyə diq -

qət edək. Orada Göy və Yerin «ratq» du -

rumunda olduğundan bəhs edilir. Ardınca isə

bildirilir ki, bunlar «fatq» feili ilə ayrılıblar.

Yəni biri digərini yararaq, xaricə çıxıb.

Doğurdan da, «Böyük Partlayış»ın ilk anını

xəya 


lımızda canlandıranda «kosmik yu 

-

murta» deyilən nöqtənin (gələcək) kainatın



bütün maddələrini içinə aldığını görürük.

Yəni hər şey, başqa sözlə, «göylər və yer» bu

nöqtənin içində «ratq» halındadır. Ardınca

həmin «kosmik yumurta» şiddətlə partlayıb,



47

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə