Design Elm Dunyasi2 215x290 Iyun++ Layout 1



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə29/33
tarix02.01.2018
ölçüsü0,73 Mb.
#19169
1   ...   25   26   27   28   29   30   31   32   33

Böyük şairimiz «İqbalnamə»də «İskən -

dərlə Sokratın əhvalatı» adlı bölməsində

Sokratın dili ilə dəmir və paslanma,  güzgü

haqqında yazır:



Əlində yumşalsa, dəmir, bunu bil,

Tədbirlə yumşalar, hiddətlə deyil!

Qəlbi də istəsən, bu sayaqla sən,

Parladıb aynatək edə bilərsən.

Dəmiri aynatək parladan insan,

Pası silməlidir öz vicdanından.

Böyük şair «İqbalnamə»nin «Hindli hə -

kimin İskəndərlə söhbəti» bölməsində ha -

vanın çirkli olmasının zərəri haqqında

demişdir:

... Dəydiyi nöqtəyə göz salar bir iz,

Hava da o yerə bir yol tapar tez.

Əgər sağlam olsa, hava bu zaman,

Dəydiyi şeylərə yetirməz ziyan.

Yox, əgər olarsa, havada zəhər,

Dəydiyi hər şeyi yəqin məhv edər.

Göz, dəyən hər şeyə tək özü deyil,

Havayla birlikdə zərər verir bil.

Nizami Gəncəvi «İqbalnamə»də «İs kən -

dərin yeddi alim ilə xəlvətə çəkilməsi» böl -

məsində alimlərin və İskəndərin söhbətindən

sonra belə demişdir:

Qızıl toz halına gələrsə əgər,

Civəylə onları cəm edər zərgər.

Dağınıq qızılı mahir sənətkar

Madam ki, civə ilə bir yerə yığar,

Bizim də əcramız dağılsa bir gün

Onu da cəm etmək mümkündür mümkün!

Böyük Azərbaycan şairi «İqbalnamə»də

«İskəndərin peyğəmbərlik səfərinə çıxması»

bölməsində kükürdlü torpağın üzərində at

çaparkən alov qalxmasını torpaqda kükürdün

olması ilə əlaqələndirmişdir:



Bir xeyli yol gedib İskəndər yenə,

Enişdə qalxdı bir geniş düzənə.

Bu çölün sapsarı qumları vardı,

Yerindən sarı gil tozu qalxardı.

O qumun üstünə atlar çaparkən,

Həmişə od-alov qopurdu yerdən.

Başqaymış torpağın tərkibi, yəqin,

İçində kükürd də varmış o yerin.

Nizami Gəncəvi «İqbalnamə»də «İs kən -

dərin başa sitayiş edənlər kəndinə yetişməsi»

bölməsinə almazla və poladın möhkəmlik

baxımından fərqli xassələri olduğunu gös -

tərərək yazmışdır:



Hansı bir maddəylə onu sürtdülər,

Qalaydan başqa şey etmədi əsər.

Doğrudan, bu daşlar bərkdi, istiydi,

Odur ki bunlara şah «almaz» dedi.

Nizami Gəncəvi «İqbalnamə»də «İskən -

dərin Qəndəhar bütxanəsinə yetişməsi»

bölməsində civə metalının buxarlanan ol -

masını belə təsvir etmişdir:

... Başqa bir alim də deyir ki, guya,

Civə qarışmışdır həmin o suya.

Günəş suya düşüb qızdıran zaman,

Hərarət civəni qaldırır sudan.

Dərin müşahidəçilik istedadı olan şair,

təbiətin sirlərinə bələd olduqca onun təbiət -

şünaslıq sahəsindəki dünyagörüşü daha da

inkişaf etmişdir. Onun poeziyasında Yerin

forması, quruluşu və hərəkəti, səma cisimləri

arasında ümumi cazibə qanunu və insanla

təbiətin vəhdəti xüsusi maraq doğurur.

Dünya ədəbiyyatının korifeylərindən olan

böyük mütəfəkkir şairimiz Nizami Gəncəvi

özünün dahiyanə ədəbi əsərləri ilə dünya

mədəniyyət xəzinəsini zəngin ləş dirmiş, özü

isə bəşər aləminin əbədiyaşarı olmuşdur.

Hikmət Mahmudov,

geologiya-minerologiya elmləri 

doktoru, professor, şair

63

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




64

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013

Qısa arayış:

E

minov Sənan Zabil oğlu, 1987-ci ildə



Bərdə rayonunda anadan olmuşdur.

Hazırda İmperial Kollec London  Univer-

sitetinin doktorantura pilləsinin başlanğıcı olan

araş 

dırma üzrə magistr MRes «Yaşıl Kimya:

Ener 

ji və Ekologiya» fakültəsində təhsil alır.

Bakalavr üzrə təhsilini Bremendə Yakobs

Universitetində bitirmiş və dərhal sonra İmperial

Kollec  Universitetinin magistratura pilləsini

uğurla başa vurmuşdur. S.Eminovun elmi

tədqiqat işi «İon mayelərdən istifadə edərək

biokütlənin par çalanması və alternativ enerji

mənbəyi olan «platforma» kimyəvi maddələrinə

çevrilməsi»dir. Bu elmi-tədqiqat işi, yeni nəsil

bioenerjinin alınması və tətbiqini əhatə edir.

Gələcək üçün böyük ümid bəxş edən, «Maye

yanacaqların alternativ bioyanacaqlarla əvəz

edilməsi» elmi-tədqiqat işi bir çox nüfuzlu

şirkətlərin və elmi araşdırma mərkəzlərinin

diqqətini cəlb edir. Hazırda elmi-tədqiqatlarını

apardığı laboratoriya ion mayelər və alternativ

enerji resursları sahəsində dünyada çox böyük

nüfuza, bu sahədə elmi-tədqiqatlar aparan nüfuz -

lu elmi işçilərə və Nobel mükafatçılarına sahib-

dir. Bu sahə ölkəmizdə də böyük maraq kəsb

etdiyindən, gənc alim İmperial Kollec London

Universitetinin Kimya Laboratoriyası ilə Azər -

baycan Neft-Kimya Prosesləri İnstitutunda

AMEA-nın müxbir üzvü, k.e.d. professor Vaqif

Abbasovun rəhbərlik etdiyi şöbə arasında əmək -

daşlıq yaradılmasında iştirak edib. 

– Söhbətimizə belə bir sualla başlayaq:

Kimyaya həvəs sizdə necə oyandı? Hansısa

səbəbdən bizim yerli ali məktəblərdə kimya

ixtisasını seçmədiniz?

– Məndə bu elmə hə vəs hələ orta məktəb

vaxtlarından baş lamışdı. Kimyaya ilkin ma -

ra ğı ətrafımda baş verən proseslər oyatdı.

Azərbaycanın neft ölkəsi olması da mənim

se 


çimimə müəyyən təsirini göstərdi. Orta

mək təbdə  oxu yar kən    olimpiadalara  qatıl ma -

ğa başladım. Olimpiadalarda dəfələrlə pro-

fessor Vaqif Abbasov bizim mentorumuz

olub. Belə mötəbər bilik yarışmalarına

hazırlaşmaqda onun böyük əməyi var. Neft-

kimya Prosesləri İnstitutunda bizimlə məş ğə -

lələr aparır, hazırlıqlarımız üçün Moskvadan

müəllimlər dəvət edirdi. Burada bəzi

təcrübələr aparmaq üçün laboratoriya şəraiti




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə