Design Elm Dunyasi2 215x290 Iyun++ Layout 1



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə30/33
tarix02.01.2018
ölçüsü0,73 Mb.
#19169
1   ...   25   26   27   28   29   30   31   32   33

olmadığından bizi bəzən Türkiyəyə gön 

-

dərirdilər. Kimya, həqiqətən də, bu gün



dünya sənayesində aparıcı rol oynayır: avia -

siyada, maşınqayırmada, dərmanların hazır -

lan 

ma 


sında və s. Məsələn, bir elm kimi

riyaziyyatı, yaxud fizikanı götürsək, burada

yalnız bir istiqamət üzrə inkişaf mümkündür.

Amma kimya daha çoxşaxəlidir. Mən,

əsasən, Avropaya çıxdıqdan sonra bunu  dərk

etdim. Bi 

zim ölkədə kimya sıradan bir

fakültə hesab olunur. Amma xaricdə bu, belə

deyil. Kimya ən yaxşı ixtisaslardan biri hesab

edilir və orada oxumaq  böyük əmək tələb

edir. Mən Londonda oxuyuram. Bütün

məşhur fir maların baş ofisləri orada yerləşir.

Məsələn: BP, Şell, Slumberje və s.  

Bizim doktorantura tələbələrinin yer -

ləşdiyi ofis var. Həmin şirkətlərin nü 

-

mayəndələri ora gəlib, özləri bizə elmi iş

təklif edirlər. 

Hazırkı elmi-tədqiqat işim «İon ma 

-

yelərdən istifadə edərək biokütlənin par 



-

çalanması və alternativ enerji mənbəyi olan

«platforma» kimyəvi maddələrinə çev 

ril 


-

məsi»dir. Bu elmi-tədqiqat işi yeni nəsil

bioenerjinin alınması və tətbiqini əhatə edir.

Gələcək üçün böyük ümid bəxş edən «Maye

yanacaqların alternativ bioyanacaqlarla əvəz

edilməsi» elmi-tədqiqat işi bir çox nüfuzlu

şirkətlərin və elmi araşdırma mərkəzlərinin

diqqətini cəlb edib. Çünki neft tükən mək -



dədir. Belə mənbələrin tapılması bəşə 

-

riyyət üçün olduqca əhəmiyyətlidir.

– Azərbaycan üçün sevindirici haldır ki,

istedadlı gənclər artıq təbiət elmlərinə çox

böyük həvəs göstərməyə başlayıblar. Amma

bu kəsim azdır. Təbiət və texniki elmlərin

inkişafı ölkənin zənginliyi üçün daha

önəmlidir. Təsəvvür edin ki, Bakıda yaşayan

bir gənc orta təhsilini başa vurduqdan sonra

Almaniyada bir universitetdə təhsil almaq

haqqında düşünür. Sizin təsəvvür etdiyiniz

o universitet ideallarınıza uyğun gəldimi?

– Mən sizinlə razıyam. Dediyiniz kimi,

bizim ölkədə humanitarlaşma prosesi gedir.

Adicə tələbə qəbulu prosesinə diqqət ye 

-

tirdikdə görürük ki, kimya ixtisasına qəbul



olmaq üçün bir o qədər yüksək bal toplamaq

lazım deyil. Bizdə gənclər daha çox iqti-

sadiyyata, beynəlxalq hüquqa, beynəlxalq

əlaqələrə üz tuturlar. Düzdür, bunlar da

lazımdır. İqtisadiyyat ölkənin inkişafında

mühüm rol oynayır, beynəlxalq hüquq da

həmçinin. Amma bunlar bizim dünyada ta -

nın mağımızda o qədər də böyük rol oynaya

bilməzlər. Mən Almaniyada və İngiltərədə

təhsil almışam. Hazırda işlədiyim labora-

toriyada Nobel mükafatçısı və bu mükafata

namizəd olan şəxslər çalışır.



– Maraqlıdır, kimlərdir onlar?

– Biri Vilkensondur,  digəri isə Tom Vel-

tondur. Sonuncu ion mayeləri üzərində işləyir

və o, öz sahəsi üzrə dünyada aparıcı alim lər -

dən biridir. Vilkensonun adını isə mən kitab-

dan oxumuşdum. Vilkenson adına katalizator

var.  Məsələn, oxuduğum İmperial Kollecdə

15 Nobel mükafatçısı fəaliyyət göstərir. Pen-

silini kəşf edən Aleksandr Fleminq də burada

elmi-tədqiqatla məşğul olub. Bunların hamısı

İngiltərənin tanınmasında böyük rol oynayan

insanlardır. Biz hu manitarlaşmadan daha çox

texniki və təbiət elmlərinə üstünlük

verməliyik. Dövlət xaricə tələbələr göndərir.

Mən bunu xaricdə təhsil siyasətinin uğuru

sayıram. Dünyaya qo vuş maq üçün kəşflər

olmalıdır. Məsələn, götürək qardaş

Türkiyəni, bu ölkədə elm nə qədər inkişaf

etmiş olsa da, hələ ki elm sahəsində Nobel

mükafatçıları yoxdur. Amma rus alimlərindən

fizika və kimya üzrə Nobel mükafatçıları var.

Başqa bir nümunə isə İrandır. İran qapalı

ölkədir, İngiltərə kimi deyil. Mən iranlı tə lə -

bə  lərlə söh bətləşirəm. Onlar məşğul olduqları



65

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




elmi istiqamətlər üzrə məqalələrinin heç

birini çap etdirmirlər. Hamısını özlərində

saxlayırlar.

–  Necə hesab edirsiniz, bu, ölkənin

qapalılığından irəli gəlir, yoxsa ideyaların

yayılması qorxusundan?

– Mən İngiltərədə iki ali məktəbə daxil

olmuşdum. Kembric Universitetinə və İmperial

Kollecə. İkisi arasında seçim etmək istədim.

Bu universitetlərin hər ikisi  dünya reytinq

cədvəllərində TOP 10-a daxildirlər. Amma

Kembric Universiteti bir az öndədir. Sonra

bir az araşdırma apardım və bu universitetlərin

əsas fərqlərini öyrəndim. Məsələn, biz

bitkilərdən bio yanacaqlar hazırlayırıq və bu

sahədə elmi işləri, hətta tanınmış elmi jur-

nallarda çap elətdirməyə can atmırıq. İmperial

bu elmi işləri şirkətlərə patent olaraq satır.

Məsələn, mən bir elmi iş görürəm. Bunun

bir hissəsini jurnalda çap etdiririk, amma

prosedurasını vermirik. Kem 

bricdə isə

əksinədir, elmi işlər çap olun 

 

 

duğundan bu



göstəriciyə görə reytinqdə önə keçə bilir.

Məsələn, İranın tutduğu yolun bir az oxşarlığı

var. Onlar da kimya, fizika sahəsində sanballı

tədqiqatlar aparırlar. Amma həmin işlər Avropa

jurnallarında çap olunmadığından dünyada

tanınmırlar.



– İranın sizin təhsil aldığınız ali məktəb

qədər nüfuzlu ali məktəbləri yoxdur.

Görünür ki, bu ölkə də vətəndaşlarını xarici

ölkələrdə oxutmağa üstünlük verir?

– Bəli, onlar tələbələrini  dövlət he sa -

bına  göndərir və oxutdururlar. Və daha yaxşı

mütəxəssis əldə etmək üçün bakalavr, ma -

gistr pillələri ilə kifayətlənmirlər. O insanlar

orada qalıb doktorantura oxuyur, bütün

təcrübələrə yiyələnib, sonra öz ölkələrinə geri

dönür və sanballı elmi araşdırmalarda iştirak

edirlər. Başqa bir nümunə: təxminən 3 il öncə

Səudiyyə Ərəbistanı 20 milyard dollara

ölkəsində bir universitet təsis edib. Bu dün -

yada analoqu olmayan bir layihədir. Univer-

sitetin 4–5 araşdırma mərkəzi var. Bu uni -

versitetdə doktoranturaya gələn tələbələrə

villalar, maşın və ildə 50 min dollar  məvacib

verilir ki, onlar bu ölkədə elmi işlərə maraq

göstərsinlər. Bütün aparıcı universitetlərin

doktoranturasında oxuyanlara təkliflər gön -

dəriblər. Bizə də təkliflər gəlmişdi. Təsəvvür

edin, universitet elə inşa olunub ki, elə bil 5

ul  duzlu oteldir, tələbələrin qaldığı villalar isə

dənizin kənarında yerləşir.



– Ərəb ölkələri və post-sovet məkanına

daxil olan ölkələr, deyəsən, son dövrlər

insan kapitalına diqqət yetirməyə baş 

-

layıblar. Bilirik ki, təbii kapital bunların

əsas zənginliyini təşkil edir. Artıq hiss

edirlər ki, neftin tükənməsi baş verərsə,

onun yerini insan kapitalının inkişafı tuta

bilər. Necə hesab edirsiniz, birinci univer-

sitet və tədqiqat mərkəzləri yaradılmalıdır?

– Ərəbistanda yaradılmış universitetin

bizə tam proseduru göndərilmişdi. Univer-

sitetin yaradılması üçün 10 milyard dolları

Ərəbistan şeyxi, 10 milyard dolları isə Ərə -

bistan neft şirkəti yatırıb. Bunlar o cür şərait

yaratmaqla alimləri ölkəyə cəlb edirlər.

Avropalı üçün Ərəbistanda yaşamaq çətindir.

Amma yenə də ora gedir. Niyə gedir?  Çünki

orada işləmək üçün hər cür şərait ya 

ra 

-

dılıb. Professora elə bir şərait yaradılır ki, o



özü ilə birlikdə doktorantlarını da həmin

universitetə cəlb etsin. Hazırda orada böyük

elmi tədqiqatlar aparılır. İmperial Kollec

dünya universitetlərinin ilk beşliyinə daxil

olan ali məktəbdir. Görürəm ki, bizim Kol-

lecin tələbələrinin bəziləri də ora maraq

göstərirlər. Düşünün, yeni açılmış və reytinq -

siz yerə reytinqli yerdən gedirlər. Çünki

oranın gələcəyini görürlər. Ərə bis tanda bütün

bunların yaradılmasının ən böyük səbəbi

neftin tükənməsinin duyul masıdır. 

66

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə