Design Elm Dunyasi2 215x290 Iyun++ Layout 1


İngiltərədə aparılmış araşdırmaya



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə31/33
tarix02.01.2018
ölçüsü0,73 Mb.
#19169
1   ...   25   26   27   28   29   30   31   32   33

İngiltərədə aparılmış araşdırmaya

görə, neft 2020-ci ildə pik nöqtəsinə çata-

caq.  Yəni neftin istifadəsinin maksimumu

2020-ci ildə pik nöqtəsində dayanacaq və bu

il dən sonra çox sürətli eniş gözlənilir. Bəzən

deyirlər ki, 2020-ci ildə  hələ maksimuma

çatırıqsa, hələ bir 100 il də neft bol olacaq.

Elə deyil.  Çünki biz bu yüz ilə yavaş-yavaş

gəlmişik.  Pik nöqtədən aşağıya doğru sürətli

eniş olmalıdır.



– Təxminən, 980 il bundan qabaq Av -

ropada ilk universitet – Boloniya Univer-

siteti yaradılıb. Artıq 980 ildən sonra

«uni versitet ideyası» Ərəb və  qeyri-Avropa

öl kələrinə gəlib çatıb. Ərəbistanda olduğu

kimi Qazaxıstanda da Nursultan Na 

zar 

-

bayev Universiteti yaradılıb. Əslində, bun -

lar bizim üçün bir çağırışdır. Sizcə, Neft

öl kəsi olan Azər baycanda da artıq fun da -

men tal sə viyyədə belə bir universitet ideyası

gerçək ləşməlidirmi?

– Mən Azərbaycanda böyük araşdırma

mərkəzinin, müasir laboratoriyaların açıl ma -

sını çox istəyirəm. Hazırda ölkəmizdə bunu

etməyə hər cür şərait var.  Ərəbistan nü mu -

nəsi kimi başlanğıcda xaricdən mütəxəssislər

də dəvət etmək olar. Məsələn, 5 professor

cəlb olunsa, onların ətrafındakı doktorantları

da gətirmək olar. Çətini təcrübədir. Sonra

bizim ölkənin elm adamları bu işi davam

etdirə bilərlər.

– Maraqlı bir məsələyə toxundunuz.

Akademiyanın müxbir üzvü Vaqif Abbasov

hələ yeniyetmə yaşınıza çatmamış sizdə bu

fənnə maraq oyadıb.

– Vaqif müəllim bunları əlimizdə olan

şəraitlə edib.  Bizim əlimizdə Avropadakı la -

bo 


ratoriyalar olsaydı, görün nələr olardı.

Artıq 9 il ötməsinə baxmayaraq, Vaqif müəl -

lim hələ də bizimlə əlaqə saxlayıb, bütün

işlərimizlə maraqlanır. Vaqif müəllim əlindən

gələni edir ki, biz bu elm sahəsində uğurlar

qazanaq. Onun şəraiti və imkanları olsa, tək

mənim yox, mənim kimi  yüzlərlə tələbənin

təhsil almasına və tədqiqat aparmasına

yardımçı olar.

– Sənan bəy, indiki dövrün adı post-in-

dustrial, yaxud informasiya cəmiyyətidir. Bu

cəmiyyətdə bilik və elm tamam başqa sta-

tusda çıxış edir. Fənlərarası yanaşma, si -

nergizm mühüm paradiqmalar sayılır. Sizin

məşğul olduğunuz istiqamət də  fənlərarası

yanaşmanın bir nümunəsidir. Belə olan

halda tədqiqat daha effektli olmurmu? 

– Azərbaycanda təbiət elmlərinin öy 

-

rədilməsi müasir Avropa standartlarına  cavab



vermir. Daha çox Sovet təhsil sistemi qal -

maqdadır. Bir misal çəkim. Alman fiziki, No -

bel mükafatı laureatı Şredingerin fiziki

kim yadan bir tənliyi var. Azərbaycanda mü -

əl lim Şredingerin neçənci ildə doğul masını,

onun harda yaşaması və bu düsturu kəşf

etməsindən dərs keçir və bununla ki fa yət -

lənməyə çalışır. Müəllim bunu açıqlamır ki,

bu tənlik haradan gəlir və necə istifadə

olunmalıdır. Sözüm odur ki, bizə bir alimin

harada anadan olmasından çox, onun işlərinin

mahiyyəti və tətbiqinin izah edilməsi daha

vacibdir.

Azərbaycanda müasir laboratoriyaların

yaradılmasının vaxtı çatıb. Bizim ölkənin

bunu edəcək bütün imkanları var. Məsələn



İmperial Kollecin illik dövriyyəsi milyard

dollar yaxındır. Hardasa, bu gəlirin 50

faizi kimyadan gəlir. Avropada bir univer-

siteti həyatda «yaşadan» kimyadır. Niyə?

Şirkətlərlə bağlanılan müqavilələrə görə.

Məsələn, bizim bir professor oturub bir elmi

iş yazır. Deyir ki, Shell şirkətinə mən bitkidən

benzini əvəz edəcək bioyanacaq alacam.

Şirkət buna maraq göstərir. Deyir ki, mən sizə

fond yaradıram və 5 milyon funt yatırım

edirəm. O, 5 milyon funt universitetin he sa -

bına yatırılır. Onun 3 milyonu universitetə

67

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




qalır, yerdə qalanı professora çatır. Bizim

universitetlər dövlətdən və tələbələrin təhsil

haqlarından maliyyələşir. Amma istək olsa

universiteti bir sahə üzrə inkişaf etdirib,

böyük gəlirlər əldə etmək olar.

–  Belə çıxır ki, bizdə universitetlərin

vəsait qazanmaq ideyaları hələlik yoxdur?

– Mən Qafqaz Universitetində oldum.

Orada yeni kimya ixtisası açılıb. BP ilə bir

yerdə laboratoriyalar alıblar. Orada hər bir

şərait var, amma açdıqları fakültənin adı

«kimya-metodika»dır. Onlara təklif elədim

ki,  bu qədər laboratoriya avadanlığı gətir mi -

siniz və bu qədər xərc çəkmisiniz, amma

«kimya-metodika» yerinə «kimya» fakültəsi

açsaydınız, daha yaxşı olmazdımı? Kimya

metodikası üçün o laboratoriyaların heç bir

əhəmiyyəti yoxdur. Bu istiqamət təkcə

müəllim yetişdirməməlidir. Yəni tək bununla

irəli getmək olmaz. Bir professor otursun la -

boratoriyada bir elmi iş yazsın, məsələn,

kimyadan yeni bir ideya atsın ortaya. Dövlət

ona mütləq yardım edəcək. Rasional gəlir

əldə etmək istəyən dövlət bunu mütləq

etməlidir. Hazırda ARDNŞ alternativ enerji

üçün çox işlər görür. Eşitdiyim qədər bio -

etanol zavodu açmağa hazırlaşır. Çünki tək

neftlə irəli getmək olmaz.



–  Neft bitdikdən sonra böhran haqda

düşünmək lazımdır?

– Bəli. Məsələn, neftin olub-olmaması

İngiltərəni maraqlandırmır. Amma bizim

kimi ölkələri maraqlandırmalıdır.



– Söhbətlərimizdən göründü ki, Avropa

təhsil mühiti daha liberaldır. Yəni azad

insan, qrafiksiz iş rejimi və s. Məsələn, təhsil

aldığın Univesitetdə plan qoyulurmu ki, ildə

neçə elmi məqalə verməlisiniz?

– Orada mənim ən çox bəyəndiyim iş

qrafiki odur ki, əsasən, sənin gördüyün iş

maraq kəsb edir.  Məsələn bizdə belədir ki,

saat 9-da işə gəlib, 5-də işdən çıxmalısan.

Amma orda onları bu maraqlandırmır. Elə

vaxt olur ki, 3 saat, elə vaxt olur ki, 7 saat

işləyirəm. Əsasən, bu mənim işimə görədir.

Bu prinsip elə formalaşdırılıb ki, insan özü-

özünə məsuliyyət daşıyır. Ortada bir elmi iş,

nəticə olmayandan sonra işə 9-da gəlib, 5-də

getməyin nə əhəmiyyəti var?



68

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



İmperial Kollec, London


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə