Design Elm Dunyasi2 215x290 Iyun++ Layout 1



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə25/33
tarix02.01.2018
ölçüsü0,73 Mb.
#19169
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

– Öyrətmə, tədqiqat və administrativ işləri

birləşdirməyi bacarmalı;

– Tələbələr, aspirantlar və həmkarlar ara -

sında əlaqələri nizama salmalı;

– Praktik dərslər aparmalı;

– Tələbələrin peşə təcrübəsinə rəhbərlik

etməli;

– Mühazirə və praktik dərsləri hazırlamalı



və tədris etmək bacarığına malik olmalı;

– Böyük və kiçik auditoriyalarda işləmək

bacarığını birləşdirməli;

– Tələbələrə tədris işləri, gələcək karye -

raları və şəxsi problemləri ilə bağlı məs -

ləhətlər verməli;

– Tələbələrin işlərini obyektiv qiymət lən -

dirməyi bacarmalı, onların təhsil və tədqiqat

sahəsində uğurlar əldə etmələrinə kömək

göstərməli;

– İmtahan keçirmək, sualları düzgün tərtib

etmək və tapşırıqları müəyyən etmək vər -

dişləri olmalı;

– Analitik düşünməyi bacarmaq və bunu

tələbələrə öyrətmək, kitabxanada işləmək

vər dişlərinə malik olmalı, öz peşə maraqları

sahəsində eksperimental işlər aparmalı, tələ -

bələrin tədqiqat işlərinə rəhbərlik etməli,

tədqiqat işlərinin nəticələrini çapa hazır 

-

lamalı;



– Pedaqoji fəaliyyətin ayrılmaz tərkib

hissəsi olan administrativ işləri bacarmalı,

təşkilatçılıq qabiliyyətinə malik olmalı:

müxtəlif universitet komitələrində, qəbul və

imtahan komissiyalarında iştirak etməli, işə

yeni başlayan həmkarlarına köməklik gös -

tərməli və s.

–  İxtisaslaşmış  cəmiyyətlərin,  as so sia si -

yaların işində, fənn diskussiyalarında, digər

universitetlərin imtahan sessiyasında xarici

ekspert kimi iştirak etməli, tədris etdiyi fənnə

dərin maraq göstərməli, biliklərini daima

artırmaq və öz sahəsindəki yenilikləri iz -

ləməli, tələbələrlə qrup halında və fərdi şə -

kildə ünsiyyət qurmağı bacarmalı; 

–Tolerantlığı ilə seçilməli, tələbəyə hör -

mət nümayiş etdirməli, tədris olunan fənnin

tələbinə uyğun tədris proqramı tərtib etməyi

bacarmalı, yüksək səviyyəli praktik kom pe -

tensiyaya malik olmalı və onu tətbiq etməyi

bacarmalıdır. 

Əməyin ödənilməsi

Köhnə İngiltərə universitetlərində çalışan

müəllimlərin əməkhaqqı yeni universitetlərdə

çalışanların əməkhaqqından çoxdur. Birinci

universitetlərdə yeni işə başlayan müəllimin

əməkhaqqı ildə 17238-dən 22578 funt-

sterlinqə qədərdir.  Staja uyğun olaraq müəl -

lim lər 23521 – 30065 funt-sterlinq (yeni uni -

versitetlərdə bu 14902 – 24842 funt-sterlinqə

qədərdir) əməkhaqqı alırlar. 

Köhnə universitetlərdə baş müəllimin

əməkhaqqı 31563 funt-sterlinqdən 35670

funt-sterlinqə qədər dəyişir. Yeni uni 

ver 


-

sitetlərdə isə 23184-dən 30636 funt-sterlinqə

qədərdir.  Baş lektorun minimum əməkhaqqı

ildə 28978-dən 36436 funt-sterlinqə qədərdir.

Fakültə dekanının illik əməkhaqqı 27225

funt-sterlinqdir.   



Tələbələrin aralıq attestasiyası üçün

texnologiyalar və qiymətləndirmə va 

si 

-

tələri

Böyük Britaniyada bakalavr hazırlığının

keyfiyyətinin qiymətləndirmə sistemi be 

-

lədir: 



– Tələbə qəbulunda qoyulan tələblərin sə -

viyyəsi;


55

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




– 4 illik təhsil dövründə cari, mərhələli,

dövri, son attestasiya sisteminə nəzarətin

effektivliyi (aralıq qiymətləndirmə).

– Məzunların son attestasiya sınaqları və

kompleks attestasiyanın nəticələri üzrə ha -

zırlıqlarının keyfiyyətinin qiymət 

lən 

diril 


-

məsi;


Tələbələrin bilik və bacarıqlarının qiy -

mət ləndirilməsinin metod və texnologiyaları

çox vaxt hazırlıq proqramı ilə müəyyənləşir.

Son zamanlar xarici dil, informasiya tex no -

logiyaları, biznes bacarıqları kimi inteqral

istiqamətlər daxil edilməyə başlanıb. 

Britaniya universitetlərində təhsil proq -

ramları – kursun qısa məzmununun  izahını

tələb edən müəllimin spesifik və çevik

strukturudur. Bunu mənimsəyən tələbə ba -

kalavr, magistr və doktorluq dərəcəsini almaq

imkanı qazanır.  

Təhsil proqramı və ayrı-ayrı kurslara

daxil olan müstəqil hissələr (bölmələr, blok -

lar) «vahidlər» adlanır. Tələbə tərəfindən hər

bir «vahidin» mənimsənilməsi qaydalara

görə qiymətləndirilir. Məsələn, London Uni -

versitetində informatika fakültəsində «va 

-

hid»in mənimsənilməsi üzrə tələbələrin



attestasiyası üçün nəzərdə tutulan qiy mət -

ləndirmə vasitəsinin istifadə olunmasına

baxaq.

London universitetində informatika fakül -



təsində tələbələr bakalavr və magistr dərə -

cələrini almaq üçün hər il minimum 4 «va -

hid» mənimsəməlidir. Nəzərə almaq la zımdır

ki, informatika kursunun «vahidi»nin yarısı

30 saat mühazirə, tyutor və digər dərs növlərini

təşkil edir. Tələbənin kurs üzrə illik dərs

yükü 120–150 saat təşkil edir. Bura auditoriya

(mühazirə, disbut, seminarlar), auditoriyadan

kənar və sərbəst işlər (mə ruzələrin, referatların

hazırlanması, müəl 

limdən qayıdan işdəki

səhvlərin dü zəl dilməsi, materialların işlənib

başa çatdırılması, yazılı tapşırıqların yerinə

yetirilməsi, misalların həlli) daxildir.

İngiltərənin bir sıra universitetlərinin

akademik proqramlarına modul hazırlıq

sistemi daxil edilib. Buna uyğun olaraq, tam

tədris günü üzrə təhsil alan tələbələr 1   se  -

mes tr  də 4 modul öyrənirlər. Hər modul 150–

170 tədris saatına uyğun gəlir. 

Britaniya Universitetlərində əsas dərs

növləri bunlardır: mühazirələr, seminar və

tyutor (2–10 nəfər) dərsləri, laboratoriya

işləri, qrup şəklində diskussiyalar, təq 

-

dimatlar (nümayişlər) universitet ema 



-

latxanalarında və sexlərində işlər, praktik və

çöl işləri. Tyutor dərsləri Oksford və Kembric

təhsilinin əsasını təşkil edir. Məsələn,

Oksfordda icbari dərslər həftədə cəmi 2–3

saat təşkil edir. Mühazirələr fakültativ xa -

rakter daşıyır və elmin, texnikanın, mə 

-

dəniyyətin ən aktual problemlərinə həsr



olunur. Ancaq tələbə yazdığı əsəri və esseni

müəllimə oxuduğu, onun tənqidini dinlədiyi,

nəticə çıxardığı müəllimlə fərdi məşğələni

(tutorials) buraxa bilməz. Əgər tələbə öz

ixtisası ilə dərindən maraqlanırsa, onun

müəllimlə təkbətək müzakirələri böyük uğur

gətirə bilər. 

Böyük Britaniya universitetlərində au 

-

ditoriya dərslərinin sərbəst hazırlığa nisbəti



1:2, 1:3 nisbətindədir. Bu ölkənin əksəriyyət

universitetlərində həftəlik dərs yükü 45–50

saat təşkil edir. Bunlardan 15 saatı auditoriya

dərsləri, 30 saatı isə sərbəst işlərdir.



Almaz Tağıyeva,

kimya elmləri üzrə fəlsəfə doktoru

56

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə