Design Elm Dunyasi2 215x290 Iyun++ Layout 1



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə24/33
tarix02.01.2018
ölçüsü0,73 Mb.
#19169
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

53

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013

Postsovet məkanına daxil olan ölkələrin

ali təhsil sistemində baş verən proseslər – ali

təhsilin keyfiyyəti probleminə və mütəxəssis

hazırlığının keyfiyyətinə yeni yanaşmalar

hələ ötən əsrin 90-cı illərində İngiltərədə

reallaşdırılmışdır. 

Böyük Britaniyada 1992-ci ildə qəbul

olunmuş Ali təhsil haqqında yeni qanunda ali

təhsilin təkcə inkişaf strategiyası deyil, həm

də keyfiyyətli mütəxəssis hazırlığının tək -

milləşdirilməsinin yolları və mexanizmi

təsbit olunmuşdur. Bu qanuna görə klassik

universitetlərlə politexnik kolleclərini qarşı-

qar şıya qoyan ali təhsilin binar sistemi ləğv

edilmişdir. Ali təhsilin yeni modeli – uni -

versitet modeli qəbul olunmuşdur.

Xeyli sayda politexnikumlar universitet

statusu almış, bir qismi isə məzunlarına

texniki-peşə təhsili vermişdir.

Hazırda universitetlərin strukturu kol 

-

legial və unitar şöbələrə bölünür.



Kollegial struktura ən parlaq nümunə

kimi Oksford və Kembric Universitetlərini

göstərmək olar.  Bu tanınmış məşhur təhsil

müəssisələrinin tərkibinə 29–39 kollec

daxildir. Bir çox «yeni» universitetlər isə

tərkibinə fakültələr, tədris departamentləri

daxil olan unitar struktura malikdirlər. 

Böyük Britaniya Universitetləri tam müs -

tə qildirlər. Məzmunun təyinatı və ha zır lı ğın

həcmi məsələlərində Təhsil və Elm De par -

tamenti və ya universitetlərin vitse-kans 

-

lerlərinin «çərçivə» göstərişləri rəhbər tutula



bilər. 

Yeni qanuna görə həm də bakalavr və

magistr dərəcələrinin verilmə proseduruna

baxılmışdır. Bir çox universitetlərə bu hüquq

verilmişdir. Bu da öz növbəsində həmin

universitetlərin mütəxəssis hazırlığının key -

fiyyəti, qazanılan bilik, bacarıq və vər dişlərin

səviyyəsi, həmçinin onların ölkənin region -

ların və şəhərlərin iqtisadiyyatının tələblərinə

uyğun mütəxəssis kimi hazır lanmasına görə

məsuliyyətini artırmışdır. 

Qanuna görə universitetlərin müstəqilliyi

şəraitində dövlətin ali təhsilə təsir imkanlarını

gücləndirmək məqsədilə maliyyələşmə üzrə

Şuralar yaradılmışdır. 

Qeyd etmək lazımdır ki, 1992-ci ildən

başlayaraq maliyyələşmə mexanizmləri əsas -

lı dəyişikliklərə məruz qalmışdır. 

Hazırda universitetlərə maliyyə vəsaitinin

ayrılması müsabiqə əsasında həyata keçirilir.

Universitetin keyfiyyətli mütəxəssis hazır -

lamaq göstəricisi yüksəldikcə onun daha artıq

maliyyə vəsaiti qazanmaq şansı artır.

Oksford Universiteti



Beləliklə, «hazırlıq keyfiyyəti – tədris

prosesinin maliyyə təminatı» sxemi işləməyə

başladı. Yəni maliyyələşmə təhsilin key 

-

fiyyətinin idarə olunması vasitəsinə çevrildi. 



Britaniya alimlərinin gəldiyi qənaətə görə,

mütəxəssislərin hazırlıq keyfiyyəti – bilik,

ba carıq və praktik hazırlıq səviyyəsinin qəbul

edil miş norma, etalon və standartların tə lə ba -

tı 

na uyğunluğudur. İngilis mütəxəssisi



D.Edvardsa görə, keyfiyyət xidmət və pred -

me 


tin cizgiləri və xarakteristikası məc 

-

musunun verilmiş normalara uyğun gəl 



 

 

-



mə sidir. Başqa sözlə, ali təhsildə keyfiyyət –

universitet məzunlarının bilik, bacarıq, vər -

diş 

lərinin səviyyəsi göstəricisinin bizim



«dövlət təhsil standartı adlandırdığımız»

«qəbul olunmuş normaya» uyğun gəlməsidir.

Ancaq Böyük Britaniyada universitetlərin

muxtariyyətlik qazanması şəraitində nor 

-

mativ baza mövcud deyil, bütün univer 



-

sitetlər üçün mütəxəssis hazırlığının vahid

dövlət sistemi yoxdur, hər bir uni versitet öz

təhsil proqramlarını təsdiqləyir, tədris pro se -

sini təşkil edir və biliyin qiymət 

lən 


dirmə

sistemini müəyyənləşdirir. Universitet həya -

tının bütün daxili məsələləri ali məktəbin

nizamnaməsi və xartiyasına uyğun həll olu -

nur. Təhsil və elm nazirliyindən daxil olan

sənədlər tövsiyə xarakteri daşıyır.

Bir maraqlı məsələni də qeyd etmək

lazımdır ki, 1997-ci ildə yaradılmış Ali mək -

təb 

lərdə təhsilin keyfiyyətinə təminat



agentliyi  (Quality Assurance Agency for

Higher Education, Qaa) milli səviyyədə ali

məktəblərdə təhsilin keyfiyyətinə təminatda

texnologiyaların modernləşməsi üzrə təşəb -

büslər göstərir. Keyfiyyətə təminat sisteminin

göstəriciləri: məsələn, abi turiyentlərin key -

fiyyəti, tələbə kontingentinin keyfiyyəti,

müəllim heyətinin keyfiyyəti, təhsilin məz -

mununun keyfiyyəti, tədris-metodik təmi -

natın keyfiyyəti, material – texniki bazanın

keyfiyyəti  bir çox ölkələrdə identiklik təşkil

edir. 


Universitet məzunlarının ixtisas xarak -

teristikası

Böyük Britaniya ali məktəblərini bitirən

məzunlara müxtəlif səviyyəli təhsil sənədləri

verilir. «Məktəb müəllimi» və «ali məktəb

müəllimi» pedaqoji mütəxəssislərin ixtisas

xarakteristikası hesab olunur. Göstərilən ixtisas

xarakteristikasına uyğun gələn  «Orta məktəb

müəllimi» rütbəsini alan məzuna bakalavr

akademik dərəcəsi verilir. «İbtidai siniflərdə

müəllim»  və «məktəbəqədər müəs  sisələrin

işçilərinə» diplom, yaxud sertifikat verilir.

«Ali məktəb müəllimi» magistr və fəlsəfə

doktoru dərəcələrinə layiq görülür.

İndi isə «ali təhsil müəssisələri müəl 

-

limi»nin ixtisaslaşma xarakteristikasına



baxaq:

Ali məktəb müəlliminin fəaliyyət sa -

həsinə tədris, tədqiqat və administrativ

işlərlə məşğul olmaq daxildir. İncəsənət

magistrləri, təbiət elmləri magistrləri, biznes-

administrasiya üzrə magistrlər  ali məktəb

müəllimləri işləyə bilərlər. Əsas prioritet isə

fəlsəfə doktoruna (PhD) verilir.

Ali məktəb müəllimləri bunları bilməli və

bacarmalıdır:

– Tələbələrə tədris edəcəyi fənni mü 

-

kəmməl bilməli;



54

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



Kembric Universiteti


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə