Design Elm Dunyasi2 215x290 Iyun++ Layout 1



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə20/33
tarix02.01.2018
ölçüsü0,73 Mb.
#19169
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

XX əsrdə astronomiya elmi xeyli inkişaf

etdi. Öncə 1922-ci ildə rus fiziki Aleksandr

Fridman kainatın statistik quruluşa sadiq

olmadığını aşkarladı. Eynşteynin nə 

zə 

riy 


-

yələrinə əsaslanan Fridman hesabladı ki,

kainat hərəkətdədir və bu hərəkət ge 

niş 


-

lənmə, yaxud yığılma vasitəsilə baş verə

bilər. Fridmanın hesablamalarının önəmini

dərk edən ilk tədqiqatçı isə Belçikanın ən

nüfuzlu səma bilicisi Corc Lemetr (Georges

Lemaitre) oldu. Lemetr dəqiqləşdirdi ki, kai -

nat bir başlanğıcdır və həmin baş lan ğıcdan

üzübəri sürətli şəkildə genişlənmə baş verir.

Belçikalı alimin fikirlərindəki daha bir

önəmli məqam ondan ibarət idi ki, həmin

başlanğıc anındakı partlayışdan «artıq» qalan

və hesablana bilinən bir radiasiya olmalı idi.

Lemetr əvvəlcədən elmi dairələrdə ciddi

qarşılanmayan və dəstək almayan bu fi kir -

lərin doğruluğuna əmin idi. Çünki kainatın

genişlənməsinə dair başqa arqumentlər  də

ortaya çıxırdı.

Amerika astronomu Edvin Habbl (Edwin

Hub ble) nəhəng teleskopla səmanı izləyərkən

ul   duzların  uzaqlaşmaları  nəticəsində  qır   mı -

zı m     tıl  işıq  yaydıqlarını  üzə  çıxardı.  O,  Ka li -

forniyadakı Mount Vilson (Mount Wilson)

rəsədxanasındakı bu kəşfi ilə sabit olmayan

kainat nəzəriyyəsini ortaya atdı və illərcə sa -

bitlik prinsipini dəstəkləyən bütün elm

adamlarının təsəvvürlərini kökündən dəyişdi.

Hab blın kəşfi göstərir ki, həqiqətən də, uzaq -

laşan ulduzların işığı qırmızı rəngə doğru

dəyişir. Kaliforniyadakı Mount Vilson rə 

-

sədxanasından izlənən ulduzlar dün ya mızdan



uzaqlaşmaqda davam edirlər. Məntiqi olaraq

başa düşmək çətin deyil ki, ulduzlar təkcə

bizdən yox, həm də bir-birlərindən uzaq 

-

laşırlar. Bu isə elə kainatın genişlənməsi de -



məkdir!

Devid Filkinin (David Filkin) «Sterhen

Nawkings Universe» adlı kitabında həmin

məsələ belə şərh edilib:

«Heç iki il keçmədi ki, Lemetr göz lə -

mədiyi bir xəbəri aldı. Habbl qalaktikalardan

gələn işığın spektrinin qırmızıya doğru

dəyişdiyini aşkarladı, bu isə Dopler effektinə

görə, kainatın genişlənməsi deməkdir. Artıq

hər şey sadəcə zamanla bağlı idi. Eynşteyn

Habblın çalışmaları ilə maraqlanırdı və

Mount Vilson rəsədxanasında onunla gö rüş -

mək fikrinə düşmüşdü. Eyni vaxtda Lemetr

də Kaliforniya Texnologiya İnstitutunda kon -

frans keçirmək qərarına gəldi və Eynşteynlə

Habblı görüşdürməyi bacardı. Özünün «ilk



atom» ideyasını anladaraq, kainatın

«dünəni olmayan bir gündə» yaradıldığını

söylədi. Bütün lazımı riyazi hesablamalar

artıq aparılmışdı. Lemetr sözünü bitirəndən

sonra qulaqlarına inana bilmədi. Çünki

Eynşteyn ayağa qalxıb, bu fikirlərin indiyə

qədər eşitdiyi «ən gözəl və qaneedici şərh»

olduğunu etiraf etmişdi. O, Kainatı sabit və

davamlı təsəvvür etməyi bəşəriyyətin ən

böyük xətası olduğunu söyləməli oldu».

Bəli, dünyanın ən nəhəng alimlərindən

biri olan Eynşteyni ayağa qaldıran gerçək

kainatın bir başlanğıcı olması fikri idi.



44

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013

Бюйцк

Партлайышдан



йаранмыш Каинат

«Yeddi göyü və bir o qədər də yeri

yaradan Allahdır. Allahın hər şeyə qadir

olduğunu, hər şeyi öz elmi ilə ehtiva etdiyini

biləsiniz deyə, Allahın əmri onların arasında

nazil olar» («Talaq» surəsi, 12).


Kainatın genişlənməsi ilə bağlı faktlar

artdıqca, yeni iddiaların da ardı-arası kəsil -

mirdi. Bu gerçəkliyi əsas tutaraq yola çıxan

elm adamları Lemetrinin dediyi kimi, «za -

manı geriyə fırladanda» getdikcə kiçilən,

sonda nöqtə boyda olan kainat modeli ilə qar -

şı 

laşdılar. Riyazi hesablamalar bütün kai 



-

natdakı maddələrin qaynağı olan bu nöq tə nin

dəhşətli cazibə qüvvəsi səbəbindən «sıfır

həcmə» sahib olacağını göstərdi. Demək,

kainat sıfır həcmə malik bir nöqtənin

partlaması ilə ortaya çıxmışdır. Bu partlayışa



«Big Bang» (Böyük Partlayış) adı verildi.

Böyük Partlayışın göstərdiyi önəmli bir

reallıq var idi: «sıfır həcm» elə yoxluq ol -

duğuna görə, kainat yoxdan var olub. Bu isə

kainatın bir başlanğıcı olduğu deməkdir!

Beləliklə, materializmin «kainat əzəli və

əbədidir» iddiası darmadağın edildi.

Kainatın böyük bir partlayış nəticəsində

yaranmağa başlaması gerçəkliyi təsdiqini ta -

pan dan sonra astrofiziklər bu yöndə araş -

dırmalarını sürətləndirdilər. Corc Qamova

(George Gamov) görə, əgər kainat bir part la -

yışdan yaranıbsa, demək, həmin partlayışdan

sonra «artıq qalan» radiasiya fəzaya dağıl -

malı idi. Bu mülahizənin yaradıldığı illərdə

bütün elmi tapıntılar «Böyük Partlayış» nə -

zəriyyəsini təsdiqləyəcək şəkildə ardıcıllıqla

sıralanırdı.

1965-ci ildə Arno Penzias (Arno Penzias)

və Robert Uilson (Robert Wilson) adlı iki

araşdırmaçı təsadüf nəticəsində həmin ra -

diasiya dalğalarını kəşf etdilər. «Kosmik fon

radiasiyası» adı verilən bu hadisə  fəzadakı

bəlli bir qaynaqdan yayılan hər hansı ra -

diasiyadan fərqlənirdi. Başqa sözlə desək, bu

radiasiyanın konkret mənbəyi yox idi, bütün

kainata yayılmışdı. Beləcə, uzun müddətdir

kainatın hər yerində bərabər ölçüdə istilik

dalğaları şəklində təsbit olunan bu ra 

-

diasiyanın «Böyük partlayış» ilk dönəm 



-

lərindən qaldığı ortaya çıxdı. Üstəlik, bu

rə qəm elm adamlarının öncədən proqnoz -

laşdırdıqları rəqəmə çox yaxın idi. Penzias



və Uilson «Böyük partlayış»ı təcrübə yolu ilə

sübuta yetirən ilk alimlər olduqları üçün



Nobel mükafatına layiq görüldülər.

Bir müddət sonra isə Corc Smut (George

Smoot) və onun NASA-dakı komandası



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə