Design Elm Dunyasi2 215x290 Iyun++ Layout 1



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə16/33
tarix02.01.2018
ölçüsü0,73 Mb.
#19169
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

Azərbaycan elminin bir çox nü 

ma 


-

yəndələri dünya elmində öz dəyərli işləri ilə

tanınırlar. Belə görkəmli alimlərimizdən biri

də akademik Tofiq Murtuza oğlu Nağıyevdir. 

Qeyd edək ki, «Böyük Rusiya en sik lo -

pediyası»nın  2013-cü ildə çap olunmuş 21-ci

cildinin 663-cü səhifəsində akademik Tofiq

Nağıyev haqqında geniş məlumat verilib. 

2013-cü ilin aprelin 24-də Belarusiya

alimi Aleksey Selişevdən alınan məktub

“Nağıyev effektinin” dünya elmi tərəfindən

qəbul edildiyini göstərir. 

Məktubda deyilir:

«Salam, Tofiq Murtuza oğlu. Sizin ki -

tabınızı aldıq. Çox sağ olun.

Bizim tədqiqatlarımızda «Nağıyev ef 

-

fekti»ni reproduksiya yolu ilə (hələlik nəzəri



olaraq) nitrat turşusunun alınma tex 

no 


-

logiyasında irəlilədirik. Bu gün biz çap üçün

qəbul olunmuş xülasə yazmışıq (İvan İ.Za -

kharov, Ayodej A.İjaqluji, Aexei B.Tselishtev,

Marina G.Loriya, Vladimir V.Volkov, Roman

M.Fedotov, Konstantin A.Tulpinov, Eco lo -

gically Pure Technology for the Direct

Oxidation of Molecular Nitrogen to Nitric

Acid // Advances in Quantum Systems

Research. – 2013 – (accepted for pub 

li 

-

cation). 



Editors: Zoheir Errianc, N.Y.: Nova

Science Publishers (USA). Xülasənin an 

-

notasiyasını Sizə göndəririk.



Bizim kollektivimizə olan diqqətinizə

görə Sizə təşəkkür edirik.

Hörmətlə, Aleksey Selişev».

Qeyd edək ki, hələ 40 il öncə T.Nağıyev

azotun (N2) hidrogen peroksid ilə orta

temperatur şəraitlərində (T = 500

0

C) N2O


şəklində əlaqələnməsi reaksiyasını apar 

-

mışdır. Reaksiya qaz fazada, atmosfer



təzyiqində aparılmışdır. Son məh 

sul 


la 

rın


kütlə spektrləri H2O, O2 və N2O olduğunu

göstərir. Realizə olunan pro sesin xüsusiliyi

ondan ibarətdir ki, reaksiya gedən qaz fazada

aktiv                            ra dikallar mövcuddur

və əmələgəlmə mexanizmi peroksidin

termiki  parçalan ma sı nı  özündə  birləşdirir: 

Eksperimentlərin aparıldığı şəraitlərdə

[OOH]  / [OH] qatılıqlar nisbəti  ~ 10

3

÷ 10


7

həddində olduğu müəyyən edilmişdir.

Hazırda “Nağıyev effekti”nin digər re ak -

si yalarda  yoxlanılması  sahəsində  fun da men -

tal 

 tədqiqatlar dünyanın bir çox elmi



mər kəzlərində davam etdirilir. 

Biz dünya şöhrətli alimimizi kimya el -

mi tarixinə “Nağıyev effekti” adı ilə daxil

olmuş uğurlu tədqiqatlarına görə təbrik edir,

ona yeni-yeni elmi nailiyyətlər arzulayırıq.

AMEA-nın müxbir üzvü,

k.e.d. professor Vaqif Abbasov

36

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




Palçıq vulkanizmi problemi geologiya

elminin çox əhəmiyyətli istiqamətlərindəndir.

Palçıq vulkanlarının tədqiqi geologiya,

geokimya və geofizikaya aid bir çox nəzəri

və praktiki məsələlərin, xüsusən Yer təkinin

quruluşunun öyrənilməsi və faydalı qazıntı

yataqlarının axtarışı ilə əlaqədar problemlərin

həll olunması üçün zəmin yaradır.

Hələ keçən əsrin 20-ci illərində Abşeron

ya rım ada sının  görkəmli  tədqiqatçısı  pro -

fessor Dmitri Qolubyatnikov palçıq vulkanını

xərcsiz başa gələn kəşfiyyat quyusu ad lan dır -

mış dır. Bu “quyunun” dərinliyi hər dən 10–12

km-ə çatır. Bu, o deməkdir ki, vulkanın Yer

səthinə çıxardığı dağ süxurları, qazlar,

minerallaşmış sular – bir növ yer təkinin

«vizit kartıdır».

Azərbaycanın quruda, xüsusən də dənizdə

aşkar edilmiş və istismarda olan zəngin neft-

qaz ya taq larının əksəriyyəti palçıq vulkanı

strukturları ilə əlaqədardır. Beləliklə, palçıq

vulkanı təbii kəşfiyyat quyusu kimi yerin

dərin qatlarında karbohidrogen yataqlarının

axtarışında neftçi geoloqlara kömək edir.

Məhz buna görə də onların elmi cəhətdən

öyrənilməsi böyük əhəmiyyət kəsb edir.

AMEA Geologiya İnstitutunda «Palçıq

vulkanizmi» şöbəsinin əmək daşları 40 ildən

artıqdır ki, Azərbaycanın palçıq vulkanlarını

ətraflı və hərtərəfli tədqiq edir.

Vulkanın yer səthinə çıxardığı brekçiya

(gil materialı ilə sementləşmiş müxtəlif süxur

qırıntıları) özü faydalı qazıntı hesab oluna

bilər. Onun tərkibi, lazımlı mik ro ele ment -

lərlə, demək olar ki, D.İ.Men 

de 


leyevin

elementlərin dövri sistemi cədvəlində olan bir

çox elementlər ilə (məsələn: bor, manqan,

mis, vanadium, litium və digər metallarla)

zəngindir. Vulkan gilin yaxşı keramzit xam -

ma lıdır. İnşaatda geniş istifadə olunur, gil -

lərdən kərpic də hazırlanır. Qiymətli kim yəvi

elementləri özündə cəmləşdirən vulkan pal -

çı ğı bir sıra xəstəliklərin müalicəsində geniş

istifadə olunur. Palçıq vulkanlarının fəaliy -

yəti seysmik hadisələrlə – zəlzələlərlə

«genetik» əlaqədədir. 

Palçıq vulkanlarının müasir relyefi,

adətən, az və ya çox dərəcədə iri yük sək -

liklərdə, əsasən, yastı konus formasında olur.

Onlar morfoloji baxımdan daha çox kəskin

konus formalı olub, nisbi yüksəklikləri 400

metrə çatır və görünüşcə lava vulkanlarını

xatırladır. 

Vulkan bünövrəsinin diametrinin ölçüsü

100 metrdən 3–4 km arasında tərəddüd edir,

zirvəsinin forması yastı qabarıq və ya

qalxanşəkilli, ya da dərin çuxurlu – kal der -

şəkilli olur. Kraterin diametri bəzən 500–600

metri keçir. Adətən, onun yerləşməsi vul -

kanın mərkəzi hissəsinə uyğun gəlir və

özlüyündə vulkanın ocağını yerin səthi ilə

birləşdirən boğaz kanalının sonu təəssüratını

yaradır. Beləliklə, palçıq vulkanları, əslində,

yerin təkindən, nisbətən böyük dərinliklərdən



37

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013

АЗЯРБАЙЪАН ПАЛЧЫГ 

ВУЛКАНЛАРЫ 

ЮЛКЯСИДИР



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə