Design Elm Dunyasi2 215x290 Iyun++ Layout 1



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə15/33
tarix02.01.2018
ölçüsü0,73 Mb.
#19169
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

Hollandiya fiziki Hendrik Anton Lorens

1853-cü ildə Arnxemdə anadan olub.

Arnxemdə orta məktəbi əla qiymətlərlə başa

vu 


ran Lorens 1870-ci ildə Leyden

Universitetinə daxil olur. İki ilə Universiteti

bitirərək fizika və riyaziyyat elmləri üzrə

bakalavr dərəcəsini  alır. 22 yaşında elmlər

doktoru alimlik dərəcəsi alan gənc fizikin

elmi işi işığın əksolunması və sınması

nəzəriyyəsinə həsr olunmuşdu. Bir müddət

orta məktəbdə dərs dedikdən sonra Leyden

Universitetində nəzəri fizika kafedrasının

müdiri təyin olunur. Optik hadisələri tədqiq

edən Lorens nəzəri cəhətdən cismin sıxlığı ilə

sınma göstəricisi arasındakı əlaqəni təyin

edir.  Onun fikrincə, elektriklənmə müsbət və

mənfi yüklənmiş kiçik zərrəciklərin hə rə kə -

tin 

dən yaranır. Sonradan məlum oldu ki,



bütün elektronlar mənfi zərrəciklərdir.

Lorensə görə, belə kiçik zərrəciklərin rəqsi

elektromaqnit dalğaları yaradır. 

1890-cı ildən o, elektron nəzəriyyəsini

tədqiq etməyə davam etdi. İşıq   qızdırılmış

qazdan yarıq vasitəsilə keçdikdə və spek -

troskopdan tərkib hissələrinə, yaxud təmiz

rəngə ayrıldıqda qara fonda parlaq xətlər

əmələ gətirir. Hər bir belə spekt müəyyən

qaza uyğun gəlir. Lorens hesab etdi ki, rəqs

edən elektronların tezliyi qazın buraxdığı

işığın tezliyini təyin edir.  Bundan başqa, o,

belə bir hipotez irəli sürdü ki, maqnit sahəsi

spektri xətlərə parçalamaqla rəqs tezliyini az

da olsa dəyişə bilər. Bundan əvvəl spektral

xətlərin maqnit sahəsində parçalanması artıq

Zeeman effekti adlanırdı. XIX əsrin son 

-

larında bir çox fiziklər hesab edirdilər ki,



spektrlər atomların quruluşunu izah etməkdə

əsas açar ola bilərlər. 1897-ci ildə ingilis

fiziki Tomson elektronu vaakum borusunda

sərbəst hərəkət edən zərrəcik kimi aşkar etdi.

Bu zərrəciyin xassələri atomda rəqs edən

elektron haqqında Lorens postulatına uyğun

gəlirdi. 

1902-ci ildə Hollandiya fizikləri Hendrik

Lorens və Piter Zeeman “maqnetizmin şüa -

lanmaya təsirinə dair mühüm işlərinə görə”

Nobel mükafatına layiq görüldülər. İsveç

Kral Akademiyasının nümayəndəsi Yalmar

Teel təqdimetmə mərasimində bildirdi ki,

işığın elektromaqnit nəzəriyyəsinin gələcək

inkişafına görə biz professor Lorensə və

Zeemana minnətdar olmalıyıq. 

XIX əsrin sonu XX  əsrin əvvəllərində

Lo rens dünyanın ən məşhur fizik-nəzə riy yə -

çi si sayılırdı. Onun işləri elektrik, maq ne tizm

və optika ilə yanaşı, kinetika, ter  modinamika

və mexanikanı da əhatə edirdi. Lorens ide ya -

la rı  kvant  nəzriyyəsi  və  nisbilik  nə zə r iy   -

yəsinin inkişafında mühüm rol oynadı.

O, 1904-cü ildə özünün Lorens dəyişməsi

formulunu dərc etdirdi. Bu formul hərəkətdə

olan cismin hərəkət istiqamətini və zaman



34

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




dəyişməsində ölçülərinin qısalmasını ifadə

edir.  Hər iki effektin az olmasına baxmayaraq,

hərəkət sürəti işıq sürətinə yaxınlaşdıqda artır.

Bu işlər vasitəsilə Lorens möcüzəvi hipotetik

maddənin, efirin təsirini aşkarlamağa cəhd

etdi. Fiziklərin çoxu hesab edirdi ki, efir

elektromaqnit dalğalarının yayıldığı zəruri

mühitdir. Efirin aşkar olunması üçün çoxsaylı

çətinliklərin olmasına baxmayaraq, fiziklər

onun mövcudluğuna inanırdılar. Onlar efirə

işığı daşıyan və onun yayılmasını məcbur

edən külək kimi baxmağı təklif edirdilər.

1887-ci ildə Ame rika fiziki Albert May -

kelsonun interferometr

vasitəsilə apardığı məş -

hur eksperimentdən

məlum oldu ki, Yerin

hərəkət istiqamətindən

müəyyən məsafədən

keçən işıq şüaları sonra

həmin məsafədən əks

istiqamətə geri qayıdır.

Bu ölçmənin nəticələri

son ra yerin hərəkətinə

per pendikulyar  isti qa -

mə tdə yayılan şüaların

ge dib qayıtmasının nə -

ti 


cələri ilə müqayisə

ed il di. Bu halda efir nə zəriyyəsinin tərəfdarları

heç bir dəyişikliyi müşahidə etmədilər.  

Albert Maykelson «American Journal



of Science» jurnalına bunu belə izah etdi:

«Biz əmin olduq ki, stasionar efir sa 

-

həsinin mövcud olması haqqında hipotez

səhvdir».

Lorens yazırdı: «Biz razılaşmalıyıq ki,

elek tromaqnit sahəsinin vibrasiyası və ener -

jisinin yayıldığı efir adi materiyadan fərq lənir

və substansionallıq kəsb edir». Yu nanlar və

Lorensdən sonra Eynşteyn belə qərara gəldi

ki, məhz bu substansiyada işıq dalğası yayılır.

Eynşteyn yazırdı: «Efirsiz məkanda  nəinki

işıq, heç zaman və məkan da mövcud ola

bilməz».


Lorensin təklifinə görə efirin içində

hərəkət interferometrin ölçüsünün qısal ma -

sına gətirir. Lorens dəyişməsi nəzəri fizikanın

inkişafına, xüsusilə Eynşteynin nisbilik

nəzəriyyəsini elan etməsinə mühüm təkan

verdi. Lorens dəyişməsi nədir?

Lorens dəyişməsi bir-biri ilə nisbi hə rə -

kətdə olan iki müşahidəçinin zaman və mə -

kanı ölçməsini ifadə edən riyazi formuldur. 

Efir haqqında bütün şübhələrə 1986-cı

ildə son qoyuldu: Həmin ildə məşhur

«NATURE»  jur na lın -

da çap olunmuş «Xü -

susi nisbilik» mə 

qa 

-

ləsində Amerika alimi



Silvertus Maykelsonun

eks pe ri mentini  təkzib

etdi. 1887-ci ildə qo -

yulmuş  təc  rü bə nin  daha

həssas  ci hazla  tək rar -

lanması  nə ti cəsində  efir

kü ləyinin  möv cud lu ğu

aş kar  edildi. 

Lorenslə birgə No -

bel mükafatına la 

yiq

gö 


rülmüş yüksək in 

-

tuisiyaya malik Zeema nın materiyanın  qu ru -



lu şunun başa dü şül məsində müstəsna xidməti

var.  


Spektral xətlərin maqnit parçalanmasını

ifadə edən Zeeman effekti atomun təbiətini

öyrənmək üçün mühüm alətdir. Bu həm də

ulduzların maqnit sahəsini təyin etməyə

yardımçı oldu. 

Yüksək intuisiyaya malik olan hər iki

fizikin hipotezləri 100 ildən sonra özünü

təsdiqlədi. Böyük alim 4 fevral 1928-ci ildə

vəfat etmişdir.

Leylufər Əliyeva,

Almaz Tağıyeva

35

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə