Design Elm Dunyasi2 215x290 Iyun++ Layout 1



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix02.01.2018
ölçüsü0,73 Mb.
#19169
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

Hansı məsrəfləri təmin etməsindən asılı

olmayaraq, tədqiqat qrantları bütün eh ti yac -

la rı tam ödəyə bilmir. Özünü zəngin mə   zun -

larından asılı edə bilən universitetlərdən

fərqli olaraq, elmi-tədqiqat müəssisələrinə

uğurlarına öyünən zəngin  qonşular lazımdır.



«Hamilərinizlə dostluq edin».

Hamilərinizlə münasibətinizi şəxsi ün 

-

siyyət səviyyəsinə qaldırmağın yaxşı üsulu



onların qayğıdan dincəldikləri sferaya daxil

olmaqdır (məsələn, onların klublarına daxil

olmaq və ya yay istirahətini onların ailələri

dincəldikləri yerlərdə keçirmək). Əgər onlar

sizi istək xatirinə dost kimi görsələr, çətin

vəziyyətdə sizin üçün daha çox şey edə

bilərlər.

«Əgər yalnız qazansanız və əvəzində

heç nə verməsəniz sponsorlar məyus

olacaq».

Xeyriyyəçilik qarşılıq tələb edir. Sizin

işiniz üçün pul xərcləyən adamlara onların

xeyirxahlığı üçün cavab jesti ilə təşəkkür

bildirmək lazımdır. Bu, heç də o demək deyil

ki, onlarla əliaçıqlıqda bərabər olmağa

çalışırsınz: hədiyyədən çox diqqət vacibdir.

Öz müəssisəniz üçün də səxavətli ol 

-

mağınız vacibdir. Sizin əmək haqqınızı



müəyyən edənlərə ümumi işiniz üçün onun

bir hissəsini qurban verməyə hazır olmağınızı

göstərməyiniz heç də pis olmaz.

«Əhəmiyyətli qərarları vaxtında qəbul

edin».

Uğur çox vaxt rəqiblərdən qabiliyyətli

olanlara yox, birinci başlayanlara gəlir. Əgər

nəsə etmək lazımdırsa, onu ləngimədən edin.

Çox gözləsəniz, kimsə başqası həmin ideyanı

söyləyəcək və siz başqasının proqramının

icraçısı olacaqsınız. Belə hallarda tabeçilikdə

olanların əllərinə sizin nə üçün ən yüksək

əməkhaqqı almağınızla maraqlanmaq fürsəti

düşəcək.


Ceyms Uotson yazır:

«Ümumi uğura inam naminə Harvardda

əməkhaqqı ciddi rəqiblərdən daha yüksək

olmalıdır. Ulduzları cəlb etmək üçün ulduz

əməkhaqqı vermək lazımdır. Yaxşı alimlər

Harvarddan  ona görə getmirlər ki, burada

heç kim elmə artıq varlanmaq üçün gəlmir.

Elmin horizont kənarına çıxarılması üçün

yaxşı ağılları toplamaq lazımdır.  Həmçinin

onlara imkan vermək lazımdır ki, yaxşı

ağıllar təbii yolla getməklə istədiklərini

etsinlər, başqa sözlə, öz dövrlərinin ən

cəlbedici məsələlərini həll etməyi bacarsınlar.

Belə ağıllar qaçılmaz olaraq özlərinə

oxşarları cəlb edəcək və yerdə qalanlar öz-

özünə çıxdaş olacaqlar».



24

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



AMEA-nın müxbir üzvü,

k.e.d. professor Vaqif Abbasov


Eynşteyn: – Siz dünyadan təcrid

olunmuş Allaha inanırsınızmı?



Taqor: – Təcrid olunmamış Allaha.

Bitib-tükənməyən insan şəxsiyyəti Kainatı

an 

layır. Heç nə insan şəxsiyyəti üçün



anlaşılmaz ola bilməz. Bu sübut edir ki,

Kainatın həqiqəti insan(ın) həqiqətidir.

Öz fikrimi aydınlaşdırmaq üçün mən

elmi bir faktdan istifadə edim. Materiya –

aralarında boşluq olan proton və elek 

-

tronlardan ibarətdir, amma buna bax 



-

mayaraq, o, ayrı-ayrı elektron və protonları

fəzada birləşdirən rabitə olmadan bütöv

görünə bilir. Eynilə bunun kimi, insanlıq da

individuumlardan ibarətdir, amma onların

arasında insan cəmiyyətinə canlı orqanizm

vəhdəti bəxş edən insan münasibətlərinin

qarşılıqlı əlaqəsi hökm sürür. Bütövlükdə

Kainat bizimlə individuumlar kimi əla 

-

qədədir. Bu, insanın Kainatıdır.



25

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



РЕАЛЛЫЬЫН ТЯБИЯТИ

Təbiət şairi Rabindranat Taqor ilə

təbiət haqqında elmin yaradıcılarından

biri olan Albert Eynşteynin söhbəti 

Söhbət 14 iyul 1930-cu ildə baş

tutmuşdur.


İfadə edilmiş ideyanı mən incəsənətdə,

ədəbiyyatda və insanın dini şüurunda tədqiq

etmişəm.

Eynşteyn: – Kainatın təbiəti haqqında

iki müxtəlif konsepsiya mövcuddur:

Dünya – insandan asılı olan vahid

tamlıq kimi.

Dünya – insan ağlından asılı olmayan

reallıq kimi.



Taqor: – Bizim kainatımız əbədi insanla

harmoniyada olduqda biz onu həqiqət kimi

anlayırıq və gözəllik kimi duyuruq.

Eynşteyn: – Amma bu, kainatın xalis

insani konsepsiyasıdır.



Taqor: – Başqa konsepsiya ola bilməz.

Bu dünya – insanın dünyasıdır. Onun

haqqında elmi təsəvvür – alimin təsəv vü rü -

dür. Buna görə də bizdən kənarda dünya

mövcud deyil. Dünyamız nisbidir, onun

reallığı bizim şüurumuzdan asılıdır. Əq -

liliyin və gözəlliyin bu dünyaya həqiqilik

bəxş edən hansısa standartı var; duyğuları

bizim duyğularımızla üst-üstə düşən Əbədi

İnsanın standartı.



Eynşteyn: – Sizin “Əbədi İnsan”ınız

insan mahiyyətinin ifadəsidir?



Taqor: – Bəli, əbədi mahiyyətin. Biz

onu öz emosiyalarımız və fəaliyyətimiz va -

si 

təsilə dərk etməliyik. Biz Ali İnsan



de dikdə bizə xas olan məhdudiyyətləri ol -

ma 


yan insanı nəzərdə tuturuq. Elm

ay  rı lıqda götürülmüş bir şəxsiyyətlə məh -

dud 

laş 


mayan tədqiqatla məşğul olur, o,

həqiqətin qeyri-şəxsi insani dünyasıdır. Din

bu hə qiqətləri başa düşür və onların bizim

daha dərin tələblərimizlə əlaqəsini mü 

-

əyyən edir; bizim individual olaraq həqiqəti



dərkimiz ümumi məna kəsb edir. Din

həqiqətə dəyər bəxş edir və biz həqiqəti

onunla öz aramızda harmoniya hiss edərək

anlayırıq.



Eynşteyn: – Amma bu o deməkdir ki,

həqiqət və gözəllik insandan kənarda

müstəqil deyil.

26

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə