Design Elm Dunyasi2 215x290 Iyun++ Layout 1


«Oyunçuları mövsümün ortasında



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix02.01.2018
ölçüsü0,73 Mb.
#19169
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

«Oyunçuları mövsümün ortasında

dəyişməyin».

Alimi işə götürdükdən sonra ona tam

imkan verin ki, topu tor üzərindən ata bilsin.

Əgər siz «bu həftə kim yaxşı formadadır»

prinsipi ilə öz oyunçularınızı qiymətlən dir -

səniz yalnız komanda ruhuna ziyan gətirmiş

olarsınız. Ardıcıllıq və sabitlik sizin oyun -

çularınızdan ən yaxşı nəticələri əldə etmək

üsuludur. Bu münasibətdə başqalarının elmi

işlərinə rəhbərlik öz elmi işini icra etməkdən

əsaslı şəkildə fərqlənir.

«Elmə ayrılan ianələri elmin ma liy yə -

ləşdirilməsinə ayırın, əməkhaqqına yox».

Ümumi qayda belədir: istənilən elmi

müəssisənin büdcəsinin yalnız ən minimal

hissəsi yaşlı əməkdaşların əməkhaqqına sərf

olunmalıdır. Normal maliyyələşdirmə şə 

-

raitində kim uğurlu alim kimi qalırsa, o öz



şəxsi tələbatlarından xeyli artıq qrantlar ala

bilir. İanələrdən daxil olan vəsaitlərin

karyerasını yeni başlayanlara və  ya alınan

qrantların elmi tələbatları uyğun gələn

alimlərə ayrılması daha yaxşı olar.

«Aparıcı alimlərə vəzifə ar -

tımını onların gözlədiyi vaxtdan

tez verin».

Yaxşı işçilərin vəzifələrini tez-

tez ar 

tırmaqla siz qiymətli



olmayan əməkdaşlara ayrılan

büdcə vəsaitinin azaldılmasını

qaçılmaz edirsiniz. Kimi qiymət -

lən dirir si nizsə,  ona  səxavətli  olun:

əməkhaqqına edilən əlavələr in -

flyasiyanın sürətini ötmürsə, başqa

yerdə iş axtarmaq lazımdır.

«Mümkün olan qədər az

qəbul təyin edin».

Əməkdaşlardan kimsə kabi ne -

tinizə gəlirsə və ya sizin qəbu 

-

lunuza yazılmaq üçün zəng edirsə,



dərhal öyrənin ki, ona nə lazımdır.

Əgər həqiqətən hər hansı ava 

-

danlığa və ya tarifə ehtiyac hiss



edirlərsə, gözləmədən «hə» de 

-

məklə həm də əməkdaşın vaxtına



qənaət etmiş olursunuz. Hətta siz -

də olmayan pulu ödəməyə söz

vermək lazım gəlsə belə, onu edin.

İşçinizin sizin xoşunuza gəlməsi

yox, ancaq öz işinin qayğısına

qalması sizi maraqlandırmalıdır.



«Öz narazılığınızı bil 

dir 

-

məkdən çəkinməyin».

22

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




İşçilərinizdən biri nə vaxtsa ağılsız söz

danışdıqda etirazınızı bildirin. Ən yaxın

adamınızın sizin narazılığınızı bilməsinə

acıqlanmayın. Bu sizin sağlamlığınız üçün

zərərlidir. Bu həm də davranışı ilə sizi təhqir

etmiş adama münasibətdə qeyri-səmimi

olmaqdır. Onlar bundan sonra eh 

tiyat 


-

lanmalıdırlar ki, böyük xoşagəlməzliklər

yaranıb və təbii ki, bundan sonra sizin

tənqidinizə cavab verməyi vacib hesab

edəcəklər. Belə xoşagəlməz söhbətlər

sonraya saxlanılarsa, həmin adam öz həyatını

yaşamağa başlayar və münaqişə toxumu

səpər. Bu, məhsuldar olmayacaq. Hətta siz

haqlı deyilsinizsə, tələsik üzr istəyin.

«Ərazini  gəzin».

Əməkdaşlarınız qarşıya çıxan problemləri

sizə çatdırmaq üçün kabinetinizə nadir

hallarda gəlirlər. Dəhşətli həqiqət sizə o vaxt

məlum olacaq ki, artıq «ağacın budağı»

qırılır. Öndə olmaq üçün günün bir hissəsini

əraziyə baxış keçirmək lazımdır. Bu sizə

laboratoriyada vəzifə pillələrində yüksək yer

tutmayan əməkdaşlarla görüşmək, onlara

işlədikləri üçün xoş rəftar göstərmək və ya

razılıq sözləri ilə təşəkkür etmək imkanı

verəcək. Həmçinin laboratoriyalara axşamlar

və istirahət günləri də baş çəkmək əhə 

-

miyyətlidir. Güman ki, yalnız adi günlərdə və



ya gündüz saatlarında iş aparılan la 

bo 


-

ratoriyalara baş çəkmək bir o qədər faydalı

deyil. Şənbə günü  laboratoriya masası ar -

xasında çalışan işçi orada vaxtını keçirmək

üçün durmur.

«Mümkün olduqca daha çox səla hiy -

yətləri başqalarına həvalə edin».

Administratorlar da alimlər kimi öz

işlərini sakit qaydada daha yaxşı icra edirlər.

«İstənilən idarə ya irəli və ya geri

gedir».

Aparıcı elmi müəssisəyə rəhbərlik boş

dayanmağı tələb etmir. Yeni ideyaları və

texnologiyaları tez istifadə etmək lazımdır ki,

digər yerlərdə çalışan alimlər sizin əmək -

daşlarınızın edəcəyi təcrübələri onlardan

daha tez edə bilməsinlər. Uğur avtomatik

olaraq yeni əməkdaşlara və avadanlıqlara

tələbat yaradır ki, bunun üçün çox vaxt yeni

binalar tikmək lazım gəlir. Əgər siz çox az

hallarda irəli hərəkət edirsinizsə, yeni elmi

sıçrayışların bir qismi digərlərinə qismət

olacaq. Bu halda aparıcı əməkdaşlarınızın bir

qismi digər yerlərə işləməyə gedəcək.

İdmanda olduğu kimi, elmdə də mövsümün

sonunda, yaxud bir il qabaq kimin çempion

olması əhəmiyyətli deyil. Odur ki özünüzə iş

yeri seçərkən sentimental olmayın və bunu

digər alimlərdən də gözləməyin. Gəmi ilə

birgə batmaq ağılsızlıqdır.



« Satışa qoyulan qonşu əraziləri həmişə

alın».

Elmi müəssisənin inkişafı qaçılmaz olaraq

ərazinin genişlənməsini tələb edir. Odur ki

tərəddüd etmədən sizin əraziyə bitişik yeri

alın. Hətta satıcı olduqca yüksək məbləğ

tələb etsə belə, siz bu sahənin çox vacib

olduğunu nəzərə alıb tərəddüd etməyin. Bu

sahəni gələcəkdə əvvəlkindən daha baha

qiymətə satmaq imkanlarınız  çox olacaq.

Zamanında bir qədər artıq ödəmək qonşunun

sizə öz şərtlərini diktə etmək vaxtını

gözləməkdən daha sərfəlidir.



«Cəlbedici bina elmi müəssisəyə güclü

görünməkdə  kömək edir».

Çox da gözəl olmayan bina tikilirsə, dər -

hal görsənir ki, daha ucuz tikinti materialları

və tanınmayan arxitektorların xidməti he -

sabına pula qənaət edilib. Lakin uzaq pers -

pektiv üçün bu sərfəli deyil. Yaraşıqlı müasir

binalar xeyriyyəçilərə inam verir ki, onların

da nəvələri bu idarənin şöhrətindən istifadə

etsinlər. Uzunömürlülük hissi əliaçıqlığa

səbəb olmalıdır.



«Qoy sizin varlı qonşunuz olsun».

23

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə