Design Elm Dunyasi2 215x290 Iyun++ Layout 1



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə12/33
tarix02.01.2018
ölçüsü0,73 Mb.
#19169
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

Taqor: – Bəli, müstəqil deyil.

Eynşteyn: Əgər birdən insanlar möv -

cud olmasalar, onda Apollon Bel vederskiy

gözəlliyini itirərmi?

Taqor: – Bəli!

Eynşteyn: – Mən gözəlliyin bu cür

konsepsiyası ilə razıyam, amma həqiqət

konsepsiyası ilə razı ola bilmərəm.

Taqor: Nə üçün? Axı həqiqət insan

vasitəsilə dərk edilir.



Eynşteyn: – Mən öz konsepsiyamın

düzgünlüyünü isbat edə bilmərəm, amma

bu mənim dinimdir.

Taqor: – Gözəllik – universal insanda

təcəssüm etmiş kamil harmoniya idealından

ibarətdir; həqiqət–universal ağlın kamillik

zirvəsidir. Biz individuumlar həqiqətə, kiçik

və böyük səhvlər edərək, damla-damla

təcrübə toplayaraq, ağlımızı aydınlaşdıraraq

yaxınlaşırıq, yoxsa başqa hansı yolla

həqiqəti dərk edə bilərik ki?



Eynşteyn: – Mən isbat edə bilmərəm ki,

elmi həqiqət, doğurdan da, insandan asılı

olmayan həqiqətdir, amma mən buna

möhkəm inanıram. Həndəsədə Pifaqor

teoremi insan varlığından asılı olmayan,

nəsə təxmini doğrunu müəyyən edir. Hər

halda əgər insandan asılı olmayan reallıq

varsa, onda bu reallığa müvafiq olan

həqiqət də olmalıdır və birincinin inkarı öz

arxasınca ikincinin də inkarını gətirir.



Taqor: – Universal İnsanda öz ifadəsini

tapan həqiqət mahiyyətcə insani olmalıdır,

çünki əks halda biz individuumların dərk

edə biləcəyi heç nəyi, hətta məntiqi

proseslərlə, başqa sözlə desək, insani

qabiliyyət olan təfəkkür vasitəsilə yaxınlaşa

bildiyimiz elmi həqiqəti də heç vaxt həqiqət

adlandırmaq mümkün olmazdı. Hind

fəlsəfəsinə görə, ayrılıqda götürülmüş bir

individuumun ağlı ilə anlaşıla və sözlərlə

təsvir oluna bilməyən Brahma var, yəni

mütləq həqiqət. O ancaq individuumun son -

suzluğa tamamilə qərq olması yolu ilə dərk

edilir. Belə həqiqət elmə məxsus ola bil -

məz.  Haqqında  danışdığımız  bu  hə qi qə t   in

təbiəti səthi xarakter daşıyır, yəni insan ağ lı

o şeyi təsəvvür edir ki, onu həqiqi sayır, elə

buna görə də bu həqiqət insanidir. Onu

Maya və yaxud illüziya adlandırmaq olar.

Eynşteyn: – Sizin konsepsiyanıza – bu,

ola bilsin ki, hind konsepsiyasıdır – uyğun

ola raq, biz ayrıca bir şəxsin yox, bütöv lük -

də bütün insanlığın illüziyaları ilə məş 

-

ğuluq.


Taqor: Biz elmdə intizama tabe

oluruq, şəxsi ağlımıza qoyulan bütün

məhdudiyyətləri rədd edirik və beləliklə,

Universal İnsanın ağlında öz ifadəsini tapan

həqiqətin anlaşılmasına gəlib çatırıq.

Eynşteyn: –  Həqiqət  bizim  şü ur um uz -

dan asılıdırmı? Bu, problemli mə sə   lədir.



Taqor: – Bizim həqiqət adlandırdığımız

–reallığın subyektiv və obyektivlik as 

-

pektləri arasında rasional harmoniyadan



ibarətdir, bu aspektlərin hər biri Universal

İnsana məxsusdur.



Eynşteyn: – Hətta biz gündəlik həyat ı -

m   ızda istifadə etdiyimiz predmetlərin də in -

 

sandan asılı olmayan reallığına istinad



et mək məcburiyyətindəyik. Biz bunu duyğu

or  qanlarımızın məlumatları arasında qar şı -

lıq   lı  əlaqəni  rasional  üsulla  müəy yən -

ləşdirmək üçün edirik. Məsələn, stol,  hət ta

əgər evdə heç kim olmasa da öz ye rin də

dayanmış olacaqdır.



Taqor: – Bəli, stol individual ağla

əlçatmaz qalacaqdır, amma universal ağıla

yox. Mənim qavradığım bu stolu mənimlə

eyni cinsdə bir ağıl da qavraya bilər.



27

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




Eynşteyn: – İnsandan asılı omayan Hə -

qi qətin varlığı haqqında bizim təbii baxış

bucağımızı nə izah etmək olar, nə də isbat,

amma ona hamı inanır, hətta ibtidai insanlar

da. Biz Həqiqəti fövqəlinsani obyektivliyə

aid edirik. Varlığımızdan, təcrübəmizdən və

ağlımızdan asılı olmayan bu reallıq bizim

üçün zəruridir, halbuki biz onun mənası

haqqında heç nə deyə bilmərik. 

Taqor: – Elm sübut etdi ki, stol bərk

cism kimi sadəcə olaraq görünüşdür və

buna görə də əgər insan ağlı var olmasaydı,

bu ağlın stol kimi qavradığı nəsnə də var ol -

maz dı. Elə bu vaxt onu da qəbul etməliyik

ki, stolun elementar fiziki reallığı, məsələn,

elek trik qüvvəsinin fırlanan ayrı-ayrı mər -

kəz lərinin çoxluğu kimi, nəsə başqa bir şeyi

ifadə etmir, belə ki, bu sonuncu da insan

ağlına məxsusdur.

Həqiqətin anlaşılması prosesində uni -

versal insan ağlı ilə ayrılıqda götürülmüş

individuumun ağlı arasında əbədi konflikt

baş verir. Bu arasıkəsilməyən anlama

prosesi bizim fəlsəfəmizdə, bizim eti ka -

mızda gedir. Hər halda, əgər insandan asılı

olmayan hansısa bir həqiqət olmuş olsaydı,

onda onun varlığı bizim üçün mütləq

surətdə qapalı olardı.

Musiqidə not ardıcıllığı kimi hadisələrin

ardıcıllığı da məkanda yox, yalnız zamanda

baş verir; ağlın bunu təsəvvür etməsi çətin

deyil. Belə bir ağlın reallıq konsepsiyası,

Pifaqor həndəsəsinin daha heç bir əhə 

-

miyyət daşımamağı musiqi reallığı ilə



qohum olacaqdır. Kağızın reallığı ədə 

-

biyyatın reallığından sonsuz dərəcədə



uzaqdır. Kağızı yeyən qüvvənin ağlı üçün,

ümumiyyətlə, ədəbiyyat deyilən bir şey

yoxdur. Amma insan ağlı üçün ədəbiyyat

həqiqət kimi kağızın özündən daha böyük

dəyərə malikdir. Eynilə bunun kimi, əgər

insan ağlı ilə nə rasional, nə də hissi, heç bir

əlaqəsi olmayan hansısa bir həqiqət varsa,

bir insan ağlına malik varlıqlar olanadək o,

yiyəsiz qalacaqdır.

Eynşteyn: – Onda mən Sizdən daha

dindaram.



Taqor: – Mənim dinim Əbədi İnsanın,

Universal İnsan ruhunun

öz şəxsi varlığımda dərk

edil məsindən ibarətdir. Bu

mənim “İnsan dini” ad 

-

landırdığım Hibbert mü -



ha zirələrimin 

mövzusu


olub.

Tərcümə k.e.d.

professor

Leylufər

Əliyevanındır

28

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə