Design Elm Dunyasi2 215x290 Iyun++ Layout 1



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə13/33
tarix02.01.2018
ölçüsü0,73 Mb.
#19169
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

29

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013

1902-ci il

Fiziologiya və tibb üzrə:

– Malyariyaya qarşı mübarizə metodlarının tapılması

Kimya üzrə:

– Purin və şəkər qrupundan olan maddələrin sintezi

Fizika üzrə:

– Şüalanmaya maqnetizmin təsirinin kəşfi

Åëì ñàùÿëÿðè öçðÿ Íîáåë

ìöêàôàò÷ûëàðû



30

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013

İngilis həkimi və alimi Ronald Ross

Nepalda, Britaniya ordusu zabitinin ailəsində

anadan olmuşdur. Valideynləri onu 8 yaşında

İngiltərədə orta məktəbdə oxumağa gön 

-

dərirlər. Ross bütün həyatı boyu yazıçı,



müğənni və musiqiçi olmaq istəyirmiş. Bütün

bunlara baxmayaraq, o, atasının təkidi ilə

1874-cü ildə müqəddəs Varfolomey xəs tə -

xanasının nəzdindəki kollecə daxil olur.  Beş

ildən sonra həmin kolleci bitirən Ronald

ingilislərin «Hin distana tibbi yardım» təş -

kilatında həkim işləməyə başlayır.

İngiltərədə işlədiyi dövrlərdə o, hə kim -

likdən çox ədəbi yaradıcılıqla məşğul olur.

Gənc həkim yazırdı: «Mən üzərimə götür -

düyüm tibbi öhdəliklərdən imtina etmişdim.

Ədəbi işlərlə məşğul olurdum. Bəşəriyyətə

çox böyük fəlakət gətirə biləcək bir xəstəliyin

səbəblərini öyrənib insanlara fayda vermək

haqqında heç düşünmürdüm də». Hindis 

-

tanda o zaman geniş yayılan xəstəliklərdən



biri mal yariya idi. Az sonra Ross mal ya -

riyanın səbəblərini öyrənməyə başladı. 

1880-ci ildə Şarl Laveran tapmışdı ki,

malyariyanı birhüceyrəli parazit olan plaz -

modilər yaradır. Məlumdur ki, in 

sanlarda


plazmodilər eritrositlərdə kök salır və onlarda

cinsiyyətsiz çoxalır. Sonra eritrositləri par -

çalayır, münaqişə ya 

radaraq yeni sikl

cinsiyyətsiz çoxalmalar yaradırlar. Sonda

plazmodilər ayparaya bənzər yetkin formaya

çevrilərək xəstə insanlara ağcaqanadın diş -

ləməsi vasitəsilə keçirlər. Bu parazitlərin

cinsi çoxalması ağcaqanad orqanizmində

gedir. İnsan isə bu parazitlər üçün aralıq «ev

sahibi» rolunu oynayır.

Artıq insanda plazmodilərin cin siy yətsiz

çoxalmasının  mərhələsi  öy rə nil mişdi,  ancaq

bunun malyariyaya yoluxma yolları ay 

-

dınlaşdırılmamışdı. Ross o zamankı hakim



nəzəriyyə ilə razılaşmırdı. Yazdığı mə 

-

qalələrdə sübut etməyə çalışırdı ki, malyariya



qanda bağırsaq zəhərinin çoxalması ilə

şərtlənir. Bir sözlə, o, Laveranın plazmodilər

nəzəriyyəsi ilə hesablaşmırdı. 

1894-cü ildə İngiltərəyə məzuniyyətə

qayıdan Ronald Ross həkim parazitoloq

Patrik Menson ilə görüşür. Menson Rossa

bildirir ki, malyariyanın insana ağcaqanad

dişləməsi vasitəsilə keçməsini o da fərz edir,

ancaq bunu sübut edə bilmir. Ross yazırdı:

«Bu fərziyyə məni maraq landırmağa başladı

və Hindistana qayıdan kimi bunun hərtərəfli,

eksperimental tədqiqatının aparılması barədə

qərar qəbul etdim».



31

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013

Gələcəyin Nobel mükafatçısı Sekun der -

ab adda ağcaqanadlarda plazmodiləri aşkar

etmək məqsədilə histoloji (histos yunanca

«toxuma») tədqiqatlara başlayır. Hindistanda

elmi ədəbiyyat qıtlığından ağcaqanadların

elmi təsnifatlandırılması üçün material tapa

bilməyən Ross özünün təsnifatlandırmasını

tərtib etmək məc bu riy yətində qalır.  

İki il müddətində o, adi ağcaqanadları

öyrənir və nəhayət, ağcaqanadların mədə

divarında piqmentasiya olunmuş qişa aşkar

edir. Ross tapır ki, bu qişa plaz 

modi 

lərin


formalarından biridir. Bundan sonra o,

malyariyanın müx 

təlif dərəcəsinə yolu 

xan


xəstələrin qanını ağ 

ca 


-

qanadlara ver məklə onların

mədələrini tədqiq etməyə

başlayır. Bununla da o aşkar

edir ki, plazmodilər ağca 

-

qanadların orqanizmində



müəyyən for 

mada yet 

-

kinləşirlər: «Mal yariya prob -



lemini həll etdim. Növbəti

işlərimizin is 

tiqaməti ta 

-

mamilə aydın ola caq. Yəqin



ki, elm və bəşəriyyət növbəti

qələ bəsini çala bildi» – deyə

Ross qışqırır.

Eksperimentlərini başa

çat 

dıran ingilis həkimini Radjputana



göndərirlər. An caq burada insanlarda mal -

yariya aşkar olunmur. Ross quşlarda mal -

 

yariyanı öyrənməyə başlayır. Altı aydan



son ra Mensonun təkidi ilə o, malyariyanın

geniş yayıldığı Kəlküttəyə gəlir.  Burada

Ross malyariya törədən müxtəlif ağ ca qa nad -

la rı aşkar etməyə çalışır. Nəhayət, o, 1898-ci

ildə törədicilərin həyat siklini–yoluxma mər -

hə ləsi də daxil olmaqla ağcaqanadın tüpürcək

vəzisindən axan törədicini aşkar edir.  

1899-cu ildə «Hindistanda hərbi xid mət -

dən» tərxis olunan Ross İngiltərəyə qayıdır.

Bunun la da, onun eksperimental tibb sa hə sin -

də 

 

ki karyerası başa çatır. Onun quş mal 



-

yariyası haqqında işlərini italyan

təd qiqatçıları Qrassi və Binyami davam et -

dirirlər. Qrassi və onun əməkdaşları  belə

qənaətə gəlirlər ki, insanda və quşlarda

malyariyanı törədən Anopheles (anofeles)

tipli ağcaqanadlardır. Onlar plazmodilərin

insan orqanizmindəki həyat siklinə görə

sübut etdilər ki, bataqlıq yerlərdə mal 

ya 


-

riyadan qorunmağın əsas yollarından biri ağ -

caqanada qarşı maddədən istifadə etməkdir.

Buna baxmayaraq, Rossun malyariya

haqqındakı tədqiqatları Qrassinin işlərindən

xeyli əvvəl dərc olunmuşdu.

Beləliklə, 1902-ci ildə

fiziologiya və tibb üzrə

Nobel mükafatı «Mal yariya

üzrə tədqiqatlarına və bu

xəstəliyə qarşı mübarizə

me todlarını işlədiyinə görə»

Ronald Rossa verildi.

Mükafatı təqdim edən

Karolin İnstitutunun əmək -

daşı Merner, Rossun işlərini

«tibbi praktika və gigiyena

sa həsində  mühüm  təd qi qat -

lar» adlandırmışdır.

Ronald Ross ömrünün

son 20 ilini malyariyanın epi demiologiya və

profilaktikasına həsr etmişdir. Onun gəldiyi

əsas qənaət bu idi ki, mal 

 

yariyaya qarşı



mübarizənin əsas şərti ağ 

ca 


qanadların

məhvidir. Onun metodları Ku 

ba 

da bu


xəstəliyə qarşı mübarizədə öz ef 

fektini


vermiş oldu. 

Ronald Ross «Tropik həkimləri cə miy -

yəti»nin prezidenti, bir çox aparıcı uni 

-

versitetlərin fəxri üzvü seçilmişdir. 



Böyük alim  1932-ci ildə Londonda vəfat

etmişdir.




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə