Design Elm Dunyasi2 215x290 Iyun++ Layout 1



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix02.01.2018
ölçüsü0,73 Mb.
#19169
1   2   3   4   5   6   7   8   9   ...   33

edirlər. Bu əməkdaşların bir çoxu ümumtəhsil

məktəbləri, universitetlər üçün dərsliklərin

və dərs vəsaitlərinin həmmüəllifidirlər. 

AMEA-nın bir çox əməkdaşları uni 

-

versitetlərdə və digər ali təhsil mü əs  si sə -



lərində mühazirələr oxuyurlar, dok   torantlara

və dissertantlara birgə rəhbərlik edirlər,

universitetlərdə fəaliyyət göstərən müdafiə

şuralarının üzvləridirlər. Lakin biz başqa

yeni tədbirlər də həyata keçirməyi nəzərdə

tu turuq. Belə ki, AMEA-nın müxtəlif elmi-

təd qiqat institutlarında ali təhsil müəs si sə -

lər  inin uyğun baza kafedralarını açmaq is -

 tə    yirik.  Artıq  ilk  addımlar  atılıb.  Belə  ki,

Geologiya İnstitutunda ADNA-nın və  

 

BDU- nu  n  uyğun baza kafedrası, Neft Kimya



Prosesləri İnstitutunda yanacaq və yanacaq

is  tehsalı texnologiyası üzrə ADNA-nın baza

kafedrası açılıb. Bu iş genişləndirilməlidir.

Hesab edirəm ki, AMEA-nın nəzdində

istedadlar liseyi, kollec və magistratura

təşkil olunması da vacibdir. Bu, şagirdlərin

elmə marağını daha da artıra bilər. 

Artıq bir ildir ki, ARDNŞ-in nəzdində

açılmış Bakı Ali Neft məktəbi Neft Kimya

Prosesləri İnstitutunun binasının bir

korpusunda fəaliyyət göstərir. Bir-birinə

tabe olmadan qarşılıqlı əməkdaşlığın bu

forması da perspektivli əməkdaşlıq forması

kimi istifadə edilə bilər. Belə ki, tələbələr

elmi-tədqiqat institutunda labo ratoriya işləri

icra edir, AMEA-nın görkəmli kimyaçı

alimləri ilə tanış olur və onlarda elmə maraq

artır. Digər tərəfdən bu halda AMEA-nın

elmi-tədqiqat institutu da özünə layiqli kadr

seçimi imkanı əldə edir. 



13

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



P.S. AMEA-nın Rəyasət Heyətinin 29 may 2013-cü il tarixli 16/2 saylı qərarı ilə artıq

Rəyasət Heyəti Mərkəzi aparatının strukturunda aşağıdakı idarə və şöbələr yaradılıb: 

Elmi Təşkilat İdarəsi, tərkibində Elmi-tədqiqatların təşkili şöbəsi və Elmi-analitik şöbə;

Beynəlxalq Əlaqələr idarəsi, tər 

kibində Xarici ölkələrin akademik qurumları ilə

əlaqələr şöbəsi və Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsi;

Təhsil və kadrlar şöbəsi;

Hüquqi təminat şöbəsi;

İnnovasiya şöbəsi;

İctimaiyyətlə əlaqələr şöbəsi;

Ümumi şöbə.  

Söhbəti apardı: Emin Bayramzadə




Məşhur bioloq Ceyms Uotson 1953-cü

ildə Frensis Kriklə birgə DNT-nin struk 

-

turunu kəşf etdikdən sonra məşhurlaşmışdır.



Bu işə görə onların hər ikisi  «Fiziologiya və

tibb üzrə» Nobel mükafatına layiq gö 

-

rülmüşlər. Sonralar Uotson ABŞ-da insan



genomunu tədqiq edən Milli Mərkəzin ilk

direktoru olmuş və məşhur “İnsan genomu”

layihəsinə rəhbərlik etmişdir.

O, həyatıboyu xatirələrini qeydə almış,

sonralar bu xatirələri təhlil edərək ömrünün

hər mərhələsi üçün əldə etdiyi həyat

dərslərini müəyyənləşdirmişdir.

Uotson yazırdı: «Mən hər zaman da 

-

hilərin, müdriklərin və tanınmış alimlərin



həyat dərslərinə çox böyük önəm vermişəm.

Çünki bu dərslər insana gələcək həyatında

çox faydalı ola bilər». 

Uotsonun həyat düşüncələri həm də ona

görə maraqlıdır ki, bunlar şərəfli alim

ömrünün həyat dərsidir, daha dəqiqdir, xüsusi

alim zəkasının “süzgəcindən” keçdikdən

sonra qeydə alınıb. Bu dərslər savadlı,



ziyalı, alim, rəhbər olmaq istəyən mək -

təblidən və tələbədən başlayaraq, bu gün

elm sahəsində çalışan gənc, orta və yaşlı

nəsil alimlər üçün də olduqca faydalıdır.

Odur ki, Uotsonun həyat dərslərinin maraqlı

məqamlarını “Elm dünyası” jurnalının oxu -

cularına təqdim etməyi vacib bildik:

«Müəllimlərinizlə münasibətdə hör mət -

sizlik etməyin».

«Kollec düşünməyi öyrənmək üçün la -

zım dır».

«Yeni ideyalar üçün adətən, faktlar gə -

rəkdir».


«Müəllimləriniz kimi düşünməyə ça 

-

lışın».



«Əgər düşünməyi öyrənsəniz, bu sizin

həyatınızı yaxşılaşdıra bilər. Universitetdə

oxuduğum ilk illərdə imtahanlara hazır 

-

laşarkən olduqca çox əzbərləməyə çalışırdım,



cəhd edirdim ki, tədris proqramlarında və

kitablarda yazılanlardan daha çox bilim.

Məncə, müəllimlərimin verməyə hazır 

-

laşdıqları suallar ətrafında diqqətimi cəm -



ləməyim daha yaxşı olardı. Əgər onların ev

tapşırıqları üçün verdikləri əsas mövzulara

diqqət yetirsəydim, həmin sualları asanlıqla

cavablandıra bilərdim. Müəllimlərim xüsusi

olaraq məni maraqlandıran mövzulara diq -

qətimi cəmləşdirdikdə, onların fikirlərini

daha asan başa düşürdüm».

«Gənc professoru, adətən, onun nüfuzlu

adına görə yox, elmi fəaliyyətin yeni isti -

qamətini təmsil etdiyinə görə rəhbər se 

-

çirlər». 



14

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




«İlk dissertasiyanız üçün özünüz mövzu

seçməyin».

«Sizin intellektual maraq dairəniz

dissertasiya mövzusuna nəzərən daha geniş

olmalıdır».

«Nə qədər mümkündürsə, adla müraciət

etməyə tez başlayın».

«Bazar günləri işləyin».

«Nadir istisnalar olmaqla eks 

pe 


ri 

-

mentlərin zaman qaydasını əvvəlcədən söy -



ləmək olmaz və əqli dincliyi planlaşdırmaq

lazım deyil. Eksperiment zamanı həll

olunmamış məsələlər qaçılmaz olaraq sizin

şüurunuzda qalacaq. Həm də istirahət günü

işləmək adi günlərdə işləməkdən daha

maraqlı olur. Əgər sizin eksperimentiniz

uğursuz olsa idi, istirahət günü işə gəl 

-

məzdiniz».



«İdman ağlı aydınlaşdırır».

Eksperimentlər və ya ideyalar sizi irəli

aparmalıdır. Amma onların həmişə sizin

emosiyalarınızı eyni dərəcədə müdafiə edə -

cəyinə arxayın olmaq lazım deyil.

Uğursuzluq deyil, uğur sevinc gətirir, amma

unutmaq olmaz ki, uğursuzluq işlərin

ayrılmaz tərkib hissəsidir. Əgər sizin eks -

perimentləriniz hər zaman davam edirsə və

ya qiymətli ideyaların başınıza gəlməsi

dayanmırsa, bu o deməkdir ki, siz özünüzə

elə məqsəd seçmisiniz ki, ona can atmağa

dəyməz.

Elm kimi bir məşğuliyyət üçün təbii olan



neyromediatorların uçuş və enişlərini kom -

pensasiya etmək məqsədi ilə zəkaya arabir

istirahət vermək lazımdır. Bu halda idmanla

məşğul olmağa daha çox güc sərf edin.



«Yayın sonunda eksperimentlər apar -

maq qeyri-təbiidir».

Uzun iyun günlərinin yaratdığı eyforiya

intensiv işləməyə və oynamağa imkan verir.

Tamamilə eksperimentə həsr olunan gün

axşamtərəfi softbol və ya voleybol oynamaq,

az da olsa, heç nəyə mane olmur. Amma

avqustun əvvəlində havanın qaralması şam

yeməyi vaxtına düşür və saralmış yarpaqlar

xatırladır ki, payız uzaqda deyil. Bu zaman

suyun temperaturu hələ də artmaqda davam

etdiyindən eksperiment aparmaq əvəzinə

çimərliyə getmək daha ağıllı qərar ola bilər.

Bu halda eksperimentlərin icrasını növbəti

səhərə saxlamaq da olar. Elm haqqında iki və

ya üç gün müddətində düşünməyi tam unut -

maq üçün avqustun son həftəsində uzaq,

cəlbedici yerlərə getmək lazımdır. Əgər

özünüzə bir neçə həftə məzuniyyət götür -

səniz bu, heç vaxt sizə ziyan gətirməz. Mə -

zuniyyətin sonuna yaxın siz beyninizin

kifayət qədər dincəldiyini hiss edəcəksiniz.

«Əgər seminarın mövzusu sizin üçün

maraqlıdırsa, birinci sırada oturun».

Sizə maraqlı olan seminarlardan fayda

götürməyin ən yaxşı yolu birinci sırada

oturmaqdır. Əgər sizin üçün darıxdırıcı de -

yilsə, onda hamının gözü qarşısında yuxu -

layıb pis vəziyyətə düşməyə risk etmirsiniz.

Əgər seminarı aparanın fikirlərinin gedişini

izləyə bilməsəniz, birinci sırada oturmaqla

hər zaman onu dayandırıb nəsə soruşa

bilərsiniz. Çox böyük ehtimalla təkcə siz

mühakimələrin ip ucunu  itirmirsiniz. Sizin

sualınız seminarı aparanın nəsə əhəmiyyətli

bir şey demək istəməsində hamıya kömək

edə bilər. Sual vermək üçün seminarın so -

nunu gözləmək patoloji nəzakətlilik gös 

-

tərmək deməkdir. Belə hallarda siz böyük



ehtimalla mühakimələrin məğzini harada

itirdiyinizi unudacaq və nəyisə başa düş 

-

mədiyiniz haqda sual verəcəksiniz. Əgər siz



seminarın cansıxıcı olacağından   şübhələnir,

amma həm də onu buraxmağa risk etmir -

sinizsə, onda arxa sırada oturun.

«Təkrarlanmayan nəticələr uğur gətirə

bilər».

15

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə