Design Elm Dunyasi2 215x290 Iyun++ Layout 1



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə4/33
tarix02.01.2018
ölçüsü0,73 Mb.
#19169
1   2   3   4   5   6   7   8   9   ...   33

– Respublikanın dayanıqlı inkişafının

əsa  sını təşkil edən, ölkənin enerji təh lü kə -

siz   liyinin  yüksəldilməsinə  və  enerji  kom       p -

l e k   s    lərinin  səmərəli  fəaliyyətinə    yö      nəl   -

dilmiş elmi tədqiqatlar;

– Ölkənin faydalı qazıntı yataqlarının

aşkar olunması, yataqların xammallarının

tərkibinin elmi əsaslarla öyrənilməsi və

səmərəli emal texnologiyalarının işlənib

hazırlanması;

– Neft və qazın kimyası, bərpa olunan

bioyanacaqların yaradılması istiqamətində

tədqiqatlar;

–  İnformasiya-kom muni kasiya  texno -

logiyaları sa hə sində elmi tədqiqatlar;

– Həyat elmləri (tibb və insan sağ 

-

lamlığı);



–  Ölkənin  milli  təh lü kə siz liyinə  və

müdafiə  qa biliy yə tinin  artırılmasına  yö -

nəldilmiş elmi tədqiqatlar;

– Ətraf mühitin mühafizəsi sahəsində

elmi tədqiqatlar;

– İctimai və humanitar elm lər – tarix,

ədəbiyyat, dilçilik sahəsində elmi təd 

-

qiqatlar.



– AMEA-nın elmi tədqiqatlarının

maliyyələşməsi sahəsində, sizcə, hansı

optimal sistem qəbul edilməlidir?

– Bildiyiniz kimi, Dünya dövlətlərinin

əksəriyyətinin elmi-texniki siyasətində elmi

tədqiqatların maliyyələşdirilməsi hakim

mövqeyə malikdir. Sənaye ba 

xımından


inkişaf etmiş ölkələrdə elmə qoyulan

xərclərin dinamikasının təhlili göstərir ki,



cəmiyyətin tərəqqisi birbaşa elmə sərf

olunan vəsaitin həcmindən asılıdır. Bunu

nəzərə alaraq, dövlət, bir qayda olaraq,

elmə böyük vəsait ayırır. Bu xərclərin yu -

xarı həddi ümumi milli məhsulun 2,2%-də  n

(Almaniya) baş layaraq 5% (İsrail) arasında

dəyişir. Amerika iqtisadçısı F.Şererin for -

ma laşdırdığı “texniki tə rəqqinin təbii qa -

nunu” birmənalı olaraq elmi tədqiqatların

maliyyələşdirilmə həcm 

ində dəqiq ifadə

olunmuş tendensiya əyani olaraq izlənilir:

ayrıca götürülmüş hər bir ölkədə elmə

sərf olunan xərc miqdarca milli məhsul

istehsalını qabaq lamalıdır.

Azərbaycanda iqtisadi inkişaf tempi

heyrətamiz olsa da, təəssüf ki, ölkəmizdə

elmin maliyyələşdirilməsi hələ də “qalıq

prinsipi” üzrə həyata keçirilir. Azərbaycan

Respublikası Dövlət Statistika Ko mi təsinin

rəsmi məlumatına görə, əgər 1980–1990-cı

il 


lər ərzində dövlət büdcəsindən elmə

ayrılmış maliyyə vəsaitinin həcmi ümumi

milli məhsulun  (ÜMM) 0,3–0,5 %-ni təşkil

edirdisə, bu rəqəm 1995-ci ildən baş layaraq

ÜMM 0,2% səviyyəsinə enmişdir. Əlbəttə,

bu həcmdə vəsait  nəinki elmi inkişaf etmiş

dövlətlər sırasında texnoloji sıçrayışa nail

olmaq, hətta mövcud olan elmi potensialı,

elementar olaraq, qorumaq üçün də əsla

kifayət deyildir. Eyni za 

manda elmin

maliyyələşdirmə həcminin sadəcə olaraq

artırılması bazar iqtisadiyyatı şəraitində

elmin rəqabət qabiliyyətinə nail olması

üçün heç də qənaətbəxş tədbir sayıla

bilməz. Ayrılan vəsaitlərin paylanmasında

elə bir səmərəli mexanizm yaradılmalıdır

ki, bu vəsaitlər az əhəmiyyətli təd qiqatlara

yox, milli maraqlara cavab verən prioritet

istiqamətlərə yönəldilsin. İns 

titutlara

vəsait ayırarkən onların mul tidissiplinar

elmi-tədqiqat proqramları çərçivəsində

apar dıqları işlərini, nəşr olunmuş əsərlərin

sayını, istinad gös təricisini, Akademiya

üzvlərinin sayını, cavan elmlər dok tor -

larının tərkibini, beynəlxalq elmi jur 

-

nallarda iştiraklarını, elmi nəşrlərdə nə



dərəcədə fəal olduqlarını nəzərə alaraq

qiymətləndirmək lazımdır. Zənnimizcə,



9

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




AMEA-nın fəaliyyətində elmi-tədqiqat

işlərinin  maliy yələş diril məsində  məhz  belə

metodik yanaşma iş lənib hazırlanmalıdır.

Digər tərəfdən biz yalnız dövlət büd cə -

sindən maliyyələşməyə ümid bağlamamalı

və onun nə vaxtsa lazım olan səviyyəyə

çatacağını gözləməməliyik. Biz özümüz

maliyyə vəsaiti əldə etməyi öyrənməliyik.

Büdcəsində kənar mənbələrdən maliyyə

vəsaitlərinin payı olan (kontraktlar, tə 

-

sərrüfat müqavilələri, konsaltinq xidmətləri,



dövlət-özəl tərəfdaşlığı və i.a.) ayrı-ayrı

elmi təşkilatların təcrübəsi göstərir ki, bunu

etmək mümkündür. Ancaq bu mümkün olsa

da, bizim real şəraitimizdə o qədər də asan

deyildir. Yaxşı bilirsiniz ki, Azərbaycan

Milli Elmlər Akademiyası institutlarının

əksəriyyətində sınaq-təcrübə bazası yox

dərəcəsindədir, mövcud olanlar isə elə

vəziyyətdədir ki, aparılan tədqiqat işlərini

rəqabət qabiliyyətli elmi məhsul kimi, in -

tellektual mülkiyyət bazarında tələb olunan

səviyyəyə çatdırmağa imkan vermir. Nə -

ticədə innovasiya tsiklində qırılma baş

verir, hətta çox perspektivli və ola bilsin ki,

potensial baxımdan dünya nümunələrindən

geri qalmayan yaxşı iş rəflərdə yatıb qalır.

Vəziyyətdən çıxış yolunu biz elmi

axtarışlarımızın müəyyən hissəsinin kom -

mer siyaya yönəldilməsində görürük (“kom -

mersiyalaşma” sözündən qorxmaq lazım

deyildir, axı biz artıq bazar iq tisadiyyatı

şəraitində yaşayır və işləyirik). Nəzərdə nə

tutulur? Birincisi, bu, şəxsi kapitalı və

xarici investisiyaları cəlb et 

məklə,

Akademik ins titutların tematik planlarında



tətbiqi  xa rak terli  elmi  təd qi qatların  həc -

minin artırılmasını; ikincisi isə innovasiya

fəa 

liy 


yətini gücləndirməyi və bunun

əsasında texnopark şəbəkələrininin, onların

ideo logiyasının 

və 


infra struk tur larının

yaradıl masını nəzərdə tutur. Bu nə üçün

lazımdır? Bu, elmi nəticələrin praktikada

daha tez həyata keçirilməsinə yardım

edərək, müasir “tətbiqetmə zonası”nın

formalaşdırılmasına imkan verəcəkdir.



Bu gün, gəlirin nəticə kimi vacib

olduğu bir zamanda biz innovasiya

müəssisələrini geniş inkişaf etdirməliyik.

Bu müəssisələrin, texnoparkların özlərinin

güzəştli ab-havalı investisiya infrastrukturu

olmalıdır. 

Güman edirəm ki, Elmlər Aka 

de 


-

miyasının “tənəzzül vəziyyətindən çıxıb

stabil maliyyələşməyə keçidi”ni təmin

etmək məqsədi ilə maliyyələşdirmə sa 

-

həsində müasir yanaşmaların tətbiqində



olan maneələri aradan qaldırmağı, qa 

-

nunvericiliyi zaman baxımından təhlil



etməyi və AMEA ilə birgə respublikada

marağı olan təşkilatlara təkliflərin hazır -

lanmasını tapşırmaq vaxtı gəlib çatmışdır.

Ümumiyyətlə, Azərbaycan elmi üçün bu

gün tənəzzül dövrünün başa çatması bir

fakt olaraq qəbul edilməlidir. Ölkəmiz əhə -

miyyətli dərəcədə dəyişmişdir və biz bu

gün yalnız elmə dəstək vermək barəsində

düşünməməliyik, həmçinin xarici ölkələrin

akademiyaları və elmi mərkəzləri ilə

prioritet tərəfdaşlıq mövqeyindən mü 

-

nasibətlər qurulmalıdır. Sözsüz ki, bu



məqsədə nail olmaq üçün elmə sərf olunun

xərclərin həddini tədricən, heç olmasa,

ÜMM-in 1,0–1,2 %-nə qədər çatdırmaq

lazımdır (müqayisə üçün qeyd edək ki, bu

göstərici Ukraynada – 1,2 %, Rusiyada –

1,5 %-dir, Avropa İttifaqı isə elmin və

innovasiya 

prosesinin 

maliy yələş diril -

məsini ÜMM-in 3 %-i səviyyəsinə qal dır -

mağı bu gün iddia edir).

10

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə