Design Elm Dunyasi2 215x290 Iyun++ Layout 1


– Müzakirəyə çıxarılan «Elm haqqında



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə5/33
tarix02.01.2018
ölçüsü0,73 Mb.
#19169
1   2   3   4   5   6   7   8   9   ...   33

– Müzakirəyə çıxarılan «Elm haqqında

qanun»u necə görmək istərdiniz?

– Diqqətinizi bir vacib məsələyə cəlb

etmək istərdim. Respublikanın müstəqillik

illəri ərzində bizim Akademiya elmi, faktiki

olaraq, qeyri-hüquqi məkanda fəaliyyət

göstərir. Azərbaycan Respublikasının “Elm

və dövlət elmi-texniki siyasəti haqqında”

Qanun layihəsi on ildən artıqdır ki, işlənib

hazırlanmış və müzakirə olunmuşdur.

Alimlərimizin bu sənədə etdikləri çoxsaylı

qeyd və düzəlişlərə baxmayaraq, gözlənilən

nəticə alınmamışdır. İndi isə Azərbaycan

Respublikasının “Elm haqqında” Qa 

nu 


-

nunun yeni layihəsi təqdim olunmuşdur.

Təəssüflər olsun ki, bu layihədə də həm

redaksiya, həm də konseptual xarakterli

çatışmazlıqlar vardır. Məsələn, biz elmi

fəaliyyətin lisenziyalaşdırılmasının qəti

əleyhinəyik (bu da dövlət elmi siyasətinin

əsas prinsiplərindən birində, həmin sənədin

3-cü maddəsində əksini tapmış – elmi

yaradıcılıq və tədqiqatların azadlığı prin -

sipinə ziddir); eyni zamanda biz Azər 

-

baycan Milli Elmlər Akademiyasının



funk sional səlahiyyətlərinin “azaldılması”

və onların başqa strukturlara verilməsi,

qanunverici aktların hüquq normalarının, o

cümlədən, Azərbaycan Respublikasının

“Təhsil haqqında” Qanununun və müzakirə

olunan layihənin bir sıra başqa müd dəa -

larının təkrarlanmasını da qeyd et məliyik.

Elmlər Akademiyası əmindir ki, bizim bu

və digər qeyd və təkliflərimiz Milli

Məclisin müvafiq komissiyasında nəzərə

alınacaq, elmi və elmi-texniki fəaliyyəti

tənzimləyən Qanun, nəhayət ki, qəbul

ediləcək, cari ilin sonuna qədər qüvvəyə

minəcəkdir.

Söz yox ki, qanunvericiliyə aid mə 

-

sələlərimiz heç də bununla sona çatmır. “İn -



novasiya fəaliyyəti haqqında”, “İntellektual

mülkiyyət haqqında”, “Beynəlxalq in 

-

formasiya mübadiləsi haqqında”, “Tex 



-

nologiyaların transferi haqqında” və s. kimi

vacib qanunvericilik aktlarının işlənib

hazırlanması günün tələbidir; onlardan

sonra elmi-texniki və innovasiya fəa 

-

liyyətinin ayrı-ayrı aspektlərini tənzimləyən



qanunaltı aktlar gəlməlidir. Bir sözlə, elm

və innovasiya sahəsində tam bir paket

normativ-hüquqi sənədlərin işlənib hazır -

lanmasına bu gün böyük ehtiyac vardır.



– AMEA-nın xarici əlaqələri haqqında

fikirlərinizi bilmək istərdik?

– Mübaliğəsiz olaraq demək lazımdır ki,

Beynəlxalq elmi əməkdaşlıq, dövlətin elm

siyasətinin mühüm tərkib hissəsi kimi,

Azərbaycan AMEA-nın fəaliyyətində əsas

strateji istiqamətlərdən biridir. Artıq bu gün

bizim bir çox alimlərimiz beynəlxalq layihə

və proqramlarda iştirak edir, dünyanın

aparıcı elmi mərkəzlərindən olan tə 

-

rəfdaşları ilə müştərək elmi-tədqiqat işləri



aparır, onlarla birlikdə yüksək nüfuzlu,

impakt-faktorlu elmi jurnallarda məqalələr

nəşr etdirirlər. Şübhəsiz ki, bunlar vacibdir,

ancaq yetərli deyil, çünki belə fəaliyyət

sistemli deyil, təsadüfi xarakter daşıyır və

ona görə yuxarıda xatırladığım Azərbaycan

Respublikası Prezidentinin “Azərbaycan

elmində islahat aparılması ilə bağlı Dövlət

Komissiyasının yaradılması haqqında”

Sərəncamında haqlı olaraq qeyd edildiyi

kimi, “elmin inkişafına gözlənilən təsiri

göstərmir”.

Bizim fikrimizcə, AMEA uzunmüddətli

“Beynəlxalq elmi əməkdaşlığın ge 

niş 

-

11



ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




ləndirilməsinə dair Proqram” işləyib hazır -

lamalı, orada nəzərdə tutulan bütün

kompleks tədbirlər və onların davamlı

olaraq həyata keçirilməsi işıq 

lan 

-

dırılmalıdır. Bu Proqramda Azərbaycan



üçün prioritet sayılan elm sahələri üzrə

müştərək beynəlxalq elmi laboratoriyaların,

mərkəzlərin yaradılması və bizim elmi

təşkilatlarımızın UNESCO və s. kimi

nüfuzlu beynəlxalq təşkilatların koor 

-

dinasiya etdiyi çoxsahəli elmi-texniki



proqram və layihələrdə iştirakı öz əksini

tapmalıdır.

Sizin diqqətinizə onu da çatdırmağı

zəruri hesab edirəm ki, son illər AMEA-nın

həyatında informasiya texnologiyalarının

tətbiqi və yeni nəsil “precision”(“dəqiq”)

analitik avadanlıqların yaradılması ilə bağlı

gözəçarpan dəyişikliklər baş vermişdir.



– Son illər AMEA-nın elmi-tədqiqat

institutlarının maddi-texniki bazası xeyli

güclənib, müasir analitik cihazlar alınıb.

Bu cihazlarla işləyə bilən kadrlar sizi qane

edirmi?

– Respublika Prezidenti yanında Elmin

İnkişaf Fondu, Azərbaycan Dövlət Neft

Şirkətinin (SOCAR) Elm Fondunun inves -

tisiyaları hesabına Fizika-riyaziyyat və

texnika elmlər bölməsinin, Kimya böl 

-

məsinin, Yer elmləri, Biologiya və Tibb



bölmələrinin, Naxçıvan bölməsinin ins 

-

titutlarında müasir analitik laboratoriyaların



yaradılması sahəsində işlər aparılır.

Təbiidir ki, yeni texnoloji şəraitdə belə

müasir cihaz və avadanlıqlarla işləməyi

bacaran savadlı mütəxəssislər lazımdır.

Təəssüflər olsun ki, bu gün AMEA-nın

institutlarında belə kadrlar kifayət qədər

deyildir. Əlbəttə, bu, həyəcan yaradan

amillərdən biridir. Azərbaycan Prezi den -

tinin 2008-ci ilin aprel ayında imzaladığı

Sərəncamda haqlı olaraq qeyd edilir ki,

“ölkədə aparıcı alimlər nəslinin qocalması

və gənc nəslin elmə axınının zəifləməsi

elmdə kadr potensialı səviyyəsinin azalması

təhlükəsini yaratmışdır”. Bu gün kadr

təminatının vəziyyəti o dərəcədə mürək -

kəbdir ki, hətta bizim təşəbbüslər, güman

ki, gənclər üçün bəlkə də, cəlbedici gö -

rünməyə bilər. Maraqlandırmağa çalış dı -

ğımız savadlı və istedadlı gənc mə zun ların

əməkhaqlarının artırılması, sözsüz ki,

vacibdir. Gənc kadr axtarışında, fikrimcə,

olduqca vacib olan amildən – yüksək

maaşdan başqa, potensial gənc alimin

mentaliteti də nəzərə alınmalıdır. Təcrübə

göstərir ki, bu və ya digər gənc mütəxəssis

müvəqqəti çətinliklərə dözə bilər və dözür

də, əgər o əsl müəllim – alimin rəhbərliyi

altında çalışırsa, eyni zamanda onu cəlb

edən müasir cihaz və avadanlıqlar möv -

cuddursa və onun yaşayış səviyyəsini

stimullaşdıran minimal şərait yaradılıbsa,

bu, baş tutur. 



– Elm və təhsilin əlaqələrinin güc 

-

ləndirilməsi yollarını necə görürsünüz? 

– Hesab edirəm ki, AMEA ölkədə elmin

əsas təşkilatçısı və əla qələndiricisidir. Ali

təhsil müəssisələrinin birinci vəzifəsi təhsilin

yüksək səviyyədə təşkili olsa da, elmi

tədqiqatlar da əsas məqsədlərdən biridir.

Hesab edirəm ki, elm və təhsilin əlaqəli

inkişafını yalnız tabeçiliyin dəyişməsi

hesabına əldə etmək haqqında fikirlər

yanlışdır. Qeyd edim ki, AMEA-nın bir çox

əməkdaşları artıq neçə illərdir ki, Təhsil

Nazirliyi və TQDK ilə sıx əməkdaşlıq



12

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə