Design Elm Dunyasi2 215x290 Iyun++ Layout 1



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə19/33
tarix02.01.2018
ölçüsü0,73 Mb.
#19169
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

yamaclarında aparılan təsərrüfat işləri onun

oyanması ilə nəticələnmiş və dəhşətli

püskürmə baş vermişdir. Vulkanın yer səthinə

çıxardığı brekçiya yarımçıq tikilini ört 

-

müşdür.


2001-ci ildə Azərbaycanın ən aktiv Lök -

batan vulkanının kraterinin yaxınlığında

böyük çala qazılır. Düşünülməmiş təsərrüfat

fəaliyyəti elə həmin ilin oktyabrında vulkanı

oyatmağa “təhrik” edir. Qəti olaraq yadda

sax lamaq lazımdır ki, yatan vulkanı oyatmaq

olmaz, bu, xoşa gəlməyən sonluqla nə 

ti 


-

cələnə bilər.

Texnogen proseslər, əksər hallarda vulkan

fəaliyyətinin aktivləşməsinə ciddi təsir

göstərir. 1974-cü ildə Krımda biz belə bir

hadisənin şahidi olmuşduq: Kerç şəhərinin

yaxınlığında, Soldatskaya kəndinin kənarında

boru xətti çəkilərkən inşaatçılar ikinci bir

xəndək qazmaq məcburiyyəti qarşısında qa -

landa palçıq vulkanından keçib gedən birinci

xətt brekçiya ilə dolmuş və deformasiyaya

uğramışdır. 

Başqa bir misal: Novoselovka kəndinin

kənarında sutoplayıcı hövzənin tikintisinə

başlanılır və bunun üçün çoxdan fəaliyyətsiz

olan palçıq vulkanına bitişik kiçik təpəcik

seçilir. 20 metr uzunluğu, 9 metr eni və 2,5

metr dərinliyi olan çala qazılandan sonra

qəflətən palçıq axını başlayır və çalanı

tamamilə doldurur.



Palçıq vulkanları və ətraf mühitin eko -

logiyası

Qobustanda palçıq vulkanlarının ək 

-

səriyyəti yaşayış yerlərindən kənarda yer -



ləşmişdir. Amma Abşeron yarımadasında və

Şamaxı rayonunda insanların ehtiyatsız

fəaliyyətinin nəticəsi olaraq bəzi vulkanlar

zibillənir və dağıdılır. Belə ki, Qobu Bozdağı,

Quşcu, Mədrəsə və digər vulkanların ətrafı

zibilxanaya çevrilmişdir, Axtarma-Qaradağ

vulkanında fəaliyyətdə olmayan sopka

dağıdılmışdır və s.

Qrifonların zibillənməsi, vulkan kal 

-

derlərinin zibilxanaya çevrilməsi, nəzarətsiz



olaraq vulkan brekçiyasından tikinti materialı

və kimyəvi xammal kimi istifadə edilməsi

faktları bunu xüsusi ilə vurğulamağı tələb

edir. Belə hərəkətlər təkcə bu təbiət abi də -

lərinin məhvinə səbəb olmur, müəyyən

dərəcədə antisanitariya yaradır, həm də ətraf

mühit üçün təhlükə törədir. Palçıq vul kan -

larının fəaliyyəti nəticəsində yer səthinə

çıxarılan materiallarla birlikdə oradakı tul -

lantılar da axıb ətrafı çirkləndirir.

Vulkan fəaliyyəti xüsusi landşaftın, şoran

torpaqların yaranmasına səbəb olur, bəzən

də neftli sahələr əmələ gəlir. Aparılan

tədqiqatlar göstərmişdir ki, bu landşaftlar

nadir geo 

kimyəvi ərazilərə mənsubdur və

canlı or qanizmlərdə çox miqdarda olan bəzi

mik ro elementlərin öyrənilməsi üçün maraq

doğurur. Çünki onlar (məsələn, bor molibden,

stronsium) heyvanlarda endemik xəstəliklərin

baş verməsinə səbəb olur.

Palçıq vulkanları ölkənin milli sərvəti və

təbii ehtiyatlarıdır. Odur ki biz onları

qorumağa borcluyuq və təbiətin özünün

insanlarımıza ərməğan etdiyi, istifadəsi üçün

elə də xüsusi böyük xərc tələb olunmayan bu

qiymətli nemətdən maksimum faydalanmağa

çalışmalıyıq.



42

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



Cənubi Xəzərdə sualtı palçıq vulkanı


Azərbaycan Respublikası Prezidentinin

2007-ci ilin avqustunda verdiyi sərəncama

əsasən Abşeron rayonu və Qobustan əra 

-

zisində palçıq vulkanları qruplarının Dövlət



Qoruğu yaradılıb və indi bu nadir təbiət

abidələrinin qorunması üçün lazımi tədbirlər

görülür.

Elmi nailiyyətlər və bəzi tövsiyələr

Son 20 ildə Azərbaycanın palçıq vul kan -

ları dünyanın aparıcı neft şirkətlərinin

mütəxəssislərinin (BP, Statoyl, AMOK, Ek -

son), Qərb universitetlərinin, eləcə də Rusiya

və Ukrayna alimlərinin tədqiqat obyektinə

çevrilmişdir. Alınan elmi nəticələrin ək sə -

riyyəti xarici ölkələrin nüfuzlu jurnallarında,

beynalxalq konfransların, simpoziumlarının

materiallarında dərc olunmuşdur.

Ümumiyyətlə, 40 il ərzində aparılan təd -

qiqatlar nəticəsində bir sıra böyük əhəmiyyət

kəsb edən elmi nəticələr əldə edilmişdir.

Bunlardan bəzilərini qeyd etmək lazımdır.

Palçıq vulkanlarının yayıldığı əra 

zi 


lərdə

dərinliklərdə yerləşən neft-qaz yataqlarının

geo 

kimyəvi axtarış metodu və kəşfiyyat



strukturlarında sönmüş sualtı vulkanların

xəritə alma üsulu işlənmiş və Xəzərdə tədqiq

olun 

muşdur. Palçıq vulkanlarının mor 



fo 

-

genetik təsnifatı verilmişdir, onların qırıl ma -



larla əlaqəsi, zaman və məkan paylanma

qanunauyğunluqları müəyyən edilmişdir və s.

Palçıq vulkanizmi problemi üzrə elmi

tədqiqatlar, araşdırmalar ildən-ilə genişlənir.

2003-cü ildə ilk dəfə olaraq Azərbaycan və

Xəzərin həmsərhəd akva toriyasının palçıq

vulkanlarının geodinamik əsasda, yarım

milyon miqyaslı xəritəsi tərtib olunmuşdur.

2002-ci və 2009-cu illərdə Azərbaycanda son

200 ildə qeydə alınmış palçıq vulkanlarının

püs 

kür 


mələrinə aid kataloqlar nəşr olun 

-

muşdur.



Hazırda xarici ölkələrin palçıq vulkanları

haqqında məlumat bankı hazırlanmışdır.

1971-ci ildə ümumdünya geoloji ədə 

biy 


-

yatının tarixində ilk dəfə olaraq “Azər bay -

can 

ın palçıq vulkanlarının atlası” çapdan



çıx mışdır. Yaxın vaxtlarda Azərbaycan palçıq

vul kanlarının yeni atlası ilə yanaşı,  həm də

ilk dəfə xarici ölkələrin palçıq vulkanlarının

hazırlanmış atlası Azərbaycan, ingilis və rus

dillərində nəşr olunacaqdır.

Qeyd etmək lazımdır ki, palçıq vul 

-

kanlarının fəaliyyəti ilə bağlı rejim mü 



-

şahidələri aparmaq üçün bir neçə vulkanda

elmi stansiyaların yaradılması vacib mə sə -

lələrdəndir. Bu, vulkanın təhlükəli oyanış -

larının proqnoz imkanlarının və onun

baş 


vermə mexanizminin öyrənilməsinə,

ümu mi və neft-qaz geologiyasının bir çox

fundamental məsələlərinin həll edilməsinə

imkan verəcək. Belə stansiyalar tələbə-

geoloqların ixtisas təcrübəsi keçmək üçün də

yaxşı baza kimi xidmət göstərə bilər. Eyni

zamanda palçıq vulkanizmi muzeyinin

yaradılması da az maraq doğurmur; belə bir

muzeyin yaradılması bu nadir təbiət

hadisəsinə aid bütün mövcud materialların,

əldə edilmiş elmi-praktiki nəticələrin yer -

ləşdirilməsində, palçıq vulkanlarının baş

vermə və fəaliyyət modellərinin əyani su -

rətdə nümayiş etdirilməsində müstəsna rol

oynaya bilər.

Adil Əliyev,

AMEA Geologiya İnstitutunun

“Palçıq vulkanizmi” şöbəsinin

rəhbəri, g.m.-e.d., əməkdar

elm xadimi, professor

43

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə