Design Elm Dunyasi2 215x290 Iyun++ Layout 1



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə17/33
tarix02.01.2018
ölçüsü0,73 Mb.
#19169
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

38

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013

(5–12 km) qazın, brekçiyanın yer səthinə

çıxması üçün özünəməxsus aparat rolunu

oynayır.

Palçıq vulkanlarının fəaliyyət məh sul la rı -

nın əsas kütləsi güclü püskürmələr zamanı

dövri olaraq səthə atılır. 

Püskürmələr arasında isə vulkanın krater

sahəsi çoxsaylı mikroformalarla fəaliyyət

göstərən qrifon, sopka və salzalarla örtülür.

Onlar qaz, mineral su, əksər hallarda neftli

pərdəciklərlə və müxtəlif konsistensialı lilli

palçıq çıxarır.

Qeyd etmək lazımdır ki, Azərbaycan

ərazisi planetimizdə palçıq vulkanizminin

inkişaf etdiyi unikal və klassik ərazidir. Şərqi

Azərbaycanın quru hissəsində və ona bitişən

Xəzər akvatoriyasında 350-yə qədər palçıq

vulkanı və vulkan təzahürlərinin bütün

növləri (fəaliyyətdə olan, sönmüş, bas dırıl -

mış, neft çıxaran, sualtı, ada vulkanları)

intişar tapmışdır. Demək olar ki, vulkanların

sayına, çoxçeşidliyinə və aktiv fəaliyyətinə

görə dünyada Azərbaycan ərazisinə oxşar

ərazi yoxdur. Məhz buna görə də ölkəmiz

palçıq vulkanları vətəni sayılır.

Palçıq vulkanları, əsasən, Abşeron yarım -

adasında, Şamaxı-Qobustan, Cənub-şərqi

Şirvan rayonlarında və Bakı arxipelağında

yerləşmişlər. Yalnız Qobustanda 100-dən

artıq palçıq vulkanı vardır, 40 vulkan yer

səthinə çoxlu neft çıxarır.

Bakı arxipelağında 8 palçıq vulkanı mən -

şəli adalar var.

Palçıq vulkanları və yer təkinin neft -

qazlılığı

Palçıq vulkanları yerləşdiyi rayonların Yer

təkinin neft və qazlı olduğunu göstərən səth

əlamətdir. Palçıq vulkanları ilə neft-qaz

arasında olan genetik əlaqəni ilk dəfə aka -

demik İvan Mixayloviç Qubkin tapmış və

elmi-nəzəri cəhətdən əsaslandırmışdır.

Hazırda bu fikri dünyanın bütün geoloqları

qəbul edir. Lakin uzun müddət bəzi mü 

-

təxəssislər vulkanların yerləşdiyi sahələri



sənaye baxımından perspektivsiz sayırdılar.

Onların fikrincə, palçıq vulkanları yer

təkində neft-qaz yığımlarını dağıdır. Eyni

zamanda geoloqların bəziləri hesab edir ki,

əksinə, vulkanlar neft yataqlarının yaran 

-

masına səbəb olur. Hətta vulkanların içə -



risində quyuları qazmaq çağırışları edənləri

də var.


Bu məsələ ilə bağlı uzun illər davam edən

mübahisəli müzakirələr, nəhayət, 1933-cü

ildə sona çatdı. Abşeron yarımadasında

Lökbatan palçıq vulkanı yaxınlığında

qazılmış 45 saylı quyu, debiti 20 min ton ol -

maq la, güclü fontan vurdu və bununla sübut

edildi ki, vulkanlar yerləşdiyi ərazidə neft ya -

taq 


larının əmələ gəlməsinə dağıdıcı təsir

etmir. Beləliklə, o illər ilk dəfə olaraq

Lökbatan vulkanı timsalında palçıq vul 

-

Torağay palçıq vulkanı. Ümumi görünüş




kanizmi ilə neft yataqları axtarışının məhz

vulkanlara yaxın olan sahələrdə aparılması

zərurəti ortaya çıxdı.

Maraqlıdır ki, Lökbatan yatağından 80 il

ər 

zində 28 milyon ton neft və 1 milyard



m

3

-də n çox təbii qaz istehsal olunmuşdur.



Məş hur 45 saylı quyu bu gün də fə aliy yət də -

dir, amma o, indi sutkada bir neçə ton neft

verir.  

Palçıq vulkanları və neft-qaz yataqları

çöküntü qatında gedən vahid neft-qaz

əmələgəlmə prosesinin məhsullarıdır. Belə

ki, vulkanlar yerləşdiyi strukturların neft-

qazlılığı, adətən, sənaye əhəmiyyətli olur.



Vulkan palçığı–təbii müalicəvi prepa -

ratdır.

Palçıq vulkanların mövcud olduğu

ölkələrin çoxunda ondan istifadə edilir.

İtaliyada bu palçıqdan hələ XVI əsrdə,

Taman yarımadasında XIX əsrdə yar ar lan -

mış lar. Gürcüstanda isə keçmiş SSRİ döv -

ründə Ümumittifaq “Axtala” kurortu

fəaliyyət göstərmişdir. Krımda və Saxalin

adasında poliklinika və xəstəxanalarda

vulkan palçığı geniş tədbiq edilir.

Son dərəcə yüksək balneoloji xassələrinə

görə vulkan palçığından dayaq-hərəkət

aparatı, oynaqlar, onurğa, periferik əsəb

sistemi, dəri, mədə-bağırsaq traktı, şəkər

diabeti, ateroskleroz və boyun osteoxondrozu

kimi xəstəliklərin müalicəsində, daha sonra

ginekologiya, urologiya və kosmetologiyada

uğurla istifadə edilir.

Hələ ötən əsrin 80-ci illərində biz hə -

kimlərlə birgə tədqiqat işləri aparmış və

Bakının 15 müalicə ocağında vulkan pal -

çığını tətbiq etmişik. Tədqiqat işlərində

onların həm təbii, həm də geokimyəvi xü -

susiyyətləri açıqlanmışdır. Həmin illər

tərkibindəki mikroelementlərdən asılı olaraq,

palçığın tipinə görə xəritəsini də tərtib et -

mişdik. Çox təəssüf ki, hazırda vulkan pal -

çığından geniş miqyasda istifadə olunmur.



Palçıq vulkanları ekoturizm obyektidir.

Palçıq vulkanları olan dövlətlərdə on 

-

lardan səyahət marşrutları üçün istifadə edilir.



Azərbaycanda palçıq vulkanlarına, xüsusilə

də Bakıdan cənub istiqamətində çoxlu, sə -

yahət marşrutları təşkil etmək olar. Vulkanlar

burada sanki parada düzülmüş kimi, bütöv

landşaftları əhatə edir. Onlardan vulkan püs -

kürmələrinin sayına görə “dünya re kord çusu”

kimi şöhrət qazanmış, Azər 

baycan neft

hasilatı tarixinin səhifələrində özünəməxsus

yeri olan Lökbatan vulkanının, daha sonra

əzəmətli 400 metrlik nəhəng Otmanbozdağ,

Böyük Kənizdağ, Torağay, Xəzər dənizinin

sahil zonasındakı Bahar və Hamamdağ

vulkanlarının adlarını qeyd etmək lazımdır.

Ölkəmizdə mənzərəli yerlərdə qərar tutmuş

vulkanlar da vardır. Buna misal olaraq,

Şamaxı rayonunda Pirqulu rəsədxanasından

şimalda Dəmirçi və ya Qobustan mə də niy -

yət-tarixi qoruğunun yaxınlığındakı Daş gil

vulkanlarını göstərmək olar.

Palçıq vulkanları təkcə geoloqlar üçün de -

yil, həm də təbiətsevərlər, naturalistlər üçün

də maraq doğurur. Ölkəmizə səyahət edən tu -

rist lərin çoxu Azərbaycan vulkanlarına – bu

na dir təbiət fenomenlərinə böyük maraq və

həvəs göstərirlər, onların bəziləri, hətta



39

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



Lökbatan palçıq vulkanının püskürməsi 

(7 oktyabr 1977-ci il)


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə