Design Elm Dunyasi2 215x290 Iyun++ Layout 1



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə27/33
tarix02.01.2018
ölçüsü0,73 Mb.
#19169
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

sağ 

lamlığın pozulmasının ağır hallarına

səbəb olur. Uşaqlarda yod balansının po zul -

ması orqanizmin inkişafında faciəvi fəsadlara

gətirir. Eyni zamanda orqanizmə təmiz

şəkildə daxil olan yod isə həzm olunmur.

Yodun birbaşa qəbul edilməsi ağır zə hər -

lənmələr və hətta ölümlə nəticələnə bilər.

Ona görə də canlı insan orqanizmi üçün

yodun əsas mənbəyi su və tərkibi yodla

zəngin qida məhsullarıdır. Yodla müxtəlif

növ yaşıl tərəvəzlər: soğan, ananas, feyxoa və

başqa turş meyvələr zəngindir.

Bədənimizin 0,1%-i dəmirdən ibarətdir.

Bu o deməkdir ki, kütləsi 70 kiloqram olan

adamın bədənində 70 qram dəmir olmalıdır.

Dəmir qırmızı qan kürəciklərində yerləşən

spesifik piqment – hemoqlobinin tərkibində

oksigeni nəfəs orqanlarından bütün to 

xu 


-

malara daşıyır. Bu baxımdan dəmirin insan

orqanizmində necə ciddi rol oynaması aşkar

görünür. Dəmirlə göyərtilər və yaşıl rəngli

tərəvəzlər zəngindir. Meyvələrdən bə 

zi 


-

lərində, xüsusən almanın tərkibində dəmir

çox olur. Dəmirə olan tələbatı təmin etməyin

ən yaxşı yolu göyərti və yaşıl tərəvəzlərin

istifadə olunmasıdır.

«Kişi» hormonu testosteronu “qadın”

hormonu estrogenə

çevirən məhsulların qara siyahısı

Broyler toyuğu. Toyuq fabriklərində

toyuqların sürətlə böyüməsi və kök olması

üçün onları «qadın» hormonu ilə qi da lan -

dırırlar. 



Ağ balatalı çörək. Testosteronu onda olan

turşular və ağ balatalar şəkəri azaldır.



Rafinə olunmuş yağ, şəkər və duz. Zeytun

və qoz yağını seçmək lazımdır. Şirin şeylərə

çox meyilli olmayın: gündə 6 çay qaşığı

şəkər  normadır. Şəkər insulin istehsalını sti -

mul laşdırır ki, bu da testosteron istehsalı pro -

sesini dayandırır.



Yağlı süd. Tərkibində təbii inək estrogeni

var. Gündə bir litrdən artıq içilməsi məsləhət

görülmür. 

Kofein. Sərbəst testosteronu məhv edir.

Amma bunun haqqında yaxşı məlumat da

var: kofein uzun müddət aktiv olmur və özü

tezliklə dağılır. Odur ki gündə bir piyalə yax -

şı təbii kofe içmək olar.

Soya və onun daxil olduğu məhsullar,

məsələn, qaynadılmış kolbasa.

Alkoqol. Qanda alkoqolun miqdarı yük -

səldikdə testosteronun miqdarı azalır. Pivə isə

qadın cinsi hormonu fitoestrogenə malik

olduğundan kişilərin piylənməsinə səbəb

olur. 

Yumurta. Təhlükəsiz norma–iki gündə bir

yumurtadır. 



Qazlı içkilər. Bu içkilər şəkər və kofein

ilə zəngin olduqlarından orqanizmi susuz -

laşdırır.

Hisə qoyulmuş məhsullar. Koptil ma 

-

yesinə malikdirlər ki, bu maye də testosteron



istehsal edən vəzlərin zəhərləndirici zə də -

lənmələrinə səbəb olur. Tüstünün qısa

müddətli təsiri baxımından qaynar hisə

qoyulma daha çox təhlükəsizdir.  



Aynur Bağırova, 

Təranə Həsənova

59

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




60

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013

B

əşəriyyət tarixində geologiya,



mineralogiya, еkologiya, kimya

kimi təbiət elmlərinin tərənnümü

bir çox tarixi şəxsiyyətlərin, mütəfəkkir еlm

və sənət хаdimlərinin əsərlərində öz əksini

tapmışdır. Belə dahi şəxsiyyətlərdən biri də

dünya poeziyasının günəşi  аdlanan qüdrətli

söz  sərrafı, şair Nizami Gəncəvidir. Bəşər

оxucusu yaxşı bilir кi, Nizami poeziyası

dərin mənalı fəlsəfi kəlamlar dünyasıdır.

Оnun кainatla, yer еlmləri ilə, о cümlədən

mineralogiya və еkologiya  ilə bağlı şeirləri

insanları daima düşündürmüş və bu gün də

düşündürməkdədir. Оnlardan bəzilərini ni -

zamisevərlər və geniş оxucu audito riyasının

diqqətinə çatdırmaq vacibdir.

Nizami Gəncəvi  təbiətlə bağlı şeirlərində

sanki  təbiəti insaniləşdirir, təbiətdə hər bir

varlığa fəlsəfi məna verir. Şair bəzən Allahla

təbiəti birləşdirir. Bəzən də Allahı təbiətin

canlı ruhu kimi охucuya təqdim еdir. Eyni

zamanda Nizami Gəncəvi «hər ulduz bir

dünyadır və hərəsinin аyrıca  Yeri və  Göyü

vardır» deyir. Bu  fikirlərdə о, dünyanın

sonsuz оlduğunu göstərir. Görünür ki, təbiət

еlmləri аrasında Nizami Gəncəvi аs 

-

tronomiyaya daha mükəmməl yiyə lən miş dir.



Şair «Leyli və Məcnun» poemasında pe şəkar

bir аlim kimi səma cisimlərini heyrətamiz

dərəcədə gözəl və dəqiq təsvir еdir. Böyük

şairimiz professional şəkildə оnlarla

səyyarənin аdını çəkib səciy 

yələndirir,

оnların bir-biri ilə əlaqəli düzülüş qay dasını

göstərir. Nizami öz dövrünün coğ ra fiya еlmi

ilə də bağlı maraqlı fikirlər söy ləyir. Bunu

Makedoniyalı İskəndərin yürüşlərinin təs -

virində görmək olur. Böyük şairimiz yazırdı:

«Bütün canlı varlıqlar təbiətin məhsuludur və

insanlar bunu unut 

ma 


malı, öz kiçik qar 

-

daşlarının qayğısına qalmalı, оnları qo 



-

rumalıdırlar». Bu fikirlə Nizami təbiətin

mühafizəsi haqqında müasir ideyaları

qabaqlamışdır. Nizami Gəncəvi öz poeziya

deyimlərində təbii sərvətlərin təsvirini çox

dəqiq və dürüst vermişdir. Onun «Yeddi

gözəl» poemasında deyilir:

Ləl çox gec doğur, ömrü çox olur,

Lalə tez göyərir, tez də yox olur. 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə