Design Elm Dunyasi2 215x290 Iyun++ Layout 1



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə22/33
tarix02.01.2018
ölçüsü0,73 Mb.
#19169
1   ...   18   19   20   21   22   23   24   25   ...   33

48

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013

bu yolla maddələr «fatq» olub, yəni yu mur -

tanı yarıb, bayıra çıxaraq, bütün kainatı əmələ

gətiriblər.

Quranda bildirilən bir başqa gerçək isə

elm tərəfindən ancaq 1920-ci illərin son 

-

larında ortaya çıxan kainatın genişlənməsi



faktıdır. Bir qədər əvvəl bəhs etdiyimiz kimi,

ilk dəfə Habblın «ulduz»ları işıq spektrinin

qırmızıya doğru sürüşməsinə (bir-birindən

uzaqlaşıb genişlənməsinə) dayanaraq kəşf

etdiyi bu gerçəklik Quranda belə təsvir

olunub:


«Biz göyü qüdrətimizlə yaratdıq və

şübhəsiz, Biz onu genişləndirməkdəyik»

(«Zariyad» surəsi, 47).

Çağdaş elmin kəşfləri bir yandan ma te -

rializmin ehkamlarını darmadağın edir, digər

tərəfdən Quran ayələrində xəbər verilən

gerçəklikləri bir daha təsdiqləyir. Çünki

kainat materialistlərin hesab etdiyi maddi

dünyadakı təsadüflərlə deyil, Allahın qüdrəti

ilə yaradılıb və Allahdan gələn bilgi, şübhəsiz

ki, kainatın yaradılışı haqqında ən dolğun

bilgidir. 

XXI əsrdə elmin inkişafı bir gerçəyə işarə

idi:  Kainat üstün bir güc və sonsuz Elm



sahibi olan Allah tərəfindən yoxdan var

edilib.

Aynur Bağırova, 

AMEA-nın Neft-Kimya Prosesləri 

İnstitutunun əməkdaşı


49

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



Tomas Kun 1922–1996

Amerika elm tarixçisi və filosofudur.

1943-cü ildə Harvard Universitetini bitirib.

1948–56-cı illərdə bu universitetdə müəllim

işləyib. 1956–64-cü illərdə Kaliforniya Uni -

versitetinin müəllimi, Prinston Uni ver sitetinin

və Massaçusets Texnologiya İns 

ti 

tutunun

professoru seçilib.  

Tomas Kun elmin tarixi inkişafına «elmi

inqilab» konsepsiyası ilə mühüm töhfəni

verdi. Kun uğurla elmin fəlsəfəsinin analizini

elmin tarixinin tədqiqatı ilə birləşdirdi. O,

əsas diqqəti elmi tədqiqatların strategiyasının

köklü dəyişməsinə, yeni radikal və fun 

-

damental konsepsiyaların formalaşması, öy -



rənilən reallığın yeni təqdimatı, tədqiqat

fəaliyyətinin yeni metod və nümunələrinin

yaranması mərhələsinə yönəltdi. Bu mər 

-

hələlər elmi inqilablar adlandırıldı. 



Elmi inqilablar – elmi idrakın prosesi və

məzmununda radikal dəyişikliyin baş

verməsi, qabaqcadan lazım olan  yeni nəzəri

və metodoloji şərtlərdən yeni fundamental

anlayışlar, metodlar sisteminə, dünyanın

yeni elmi mənzərəsinə keçid, həmçinin

müşahidə və eksperimentlərin material

vasitələrində keyfiyyət dəyişikliklərin ya ran -

masıdır. Bu dövrü fərqləndirmək və təsvir

etmək üçün o, paradiqma (yunanca «nü -

munə») anlayışını elmi dövriyyəyə gətirdi. 

Paradiqma anlayışı elmi istiqamətlərin

formalaşmasının xarakteristikasını, elmi

inqilabların analizini, həmçinin elmi bilik -

lərin müxtəlif mərhələlərinin təsviri üçün

elmin tarixi və nəzəriyyəsində geniş istifadə

olunmaqla yanaşı, həm də müxtəlif elmi

istiqamətlərin (məsələn, psixologiya, so sio -

logiya, kimya, dilçilik və s.) metodoloji

analizində tətbiq olunur. 

Paradiqma elmi icmalar tərəfindən qəbul

olunmuş fundamental biliklər sistemini, fəa -

liyyət nümunələrini özündə əks etdirir. Pa ra -

diqma anlayışı təkcə elmi biliklərin in kişafının



məxsusi metodoloji və episte moloji xa rak -

teristikası hesabına elmin tarixi dinamikasının

analizini deyil, həm də elmi fəaliyyətin sosial

aspektlərini özündə bir ləşdirir. 

Elmi icmalar alimlər qrupunu xarakterizə

edir. Kuna görə məhz paradiqmalar alimləri

və icmaları birləşdirir və onları konkret

tədqiqat işləri ətrafında cəmləşdirir. Normal

elmin əsas məqsədi bu məsələləri həll etmək,

yeni faktları aşkarlamaq, nəzəri bilikləri

inkişaf etdirməkdir. Bu da öz növbəsində

paradiqmanın dərinləşməsi və konkret 

ləş 

-

məsinə gətirib çıxarır. Məsələn, böyük Azər -



baycan alimi akademik Yusif Məm 

 

mədə 



-

liyevin alkilləşmə, xlorlaşma, poli mer ləşmə

sahələrindəki fundamental təd 

qiqatları bir

paradiqma kimi indi də alimlərin elmi

tədqiqatlarında mayak rolunu oynayır. Bu

elmi tədqiqatların həyata keçirilməsi üçün

Y.Məmmədəliyev güclü alimlər qrupu təşkil

etdi. Yeni ideya ətrafında dünya şöhrətli

məktəb yaratdı və sonra bu məktəbdən yeni

məktəblər yarandı. 

Paradiqmaların dəyişməsi elmi inqilab

deməkdir. Bu proses yeni paradiqmaları elmə

daxil edir və elmi icmaları yenidən birləşdirir.

Alimlərin bir qismi köhnə paradiqmalarda

qalmaqda davam edirlər. Amma onların çoxu

yeni paradiqmalar ətrafında birləşirlər. Əgər

yeni paradiqma uğurlu kəşfə, yeni faktların

toplanmasına, yeni nəzəri modellərin for -

malaşmasına imza atırsa, faktları izah edirsə,

o daha çox tərəfdarlar qazanır. Nəticədə elmi

inqilabı yaşadan elmi icma yeni inkişaf

mərhələsinə qədəm qoyur və Kun bunu

normal elm adlandırır. 

Normal elm – elmin vəziyyətini xarak -

terizə edir. Alimlər qoyduqları və həll

etdikləri konseptual, instrumental və riyazi

məsələlərlə bu nümunə çərçivəsində fəa -

liyyət göstərirlər. Normal elm para 

diq 

-

maların tənqidinə imkan vermir.  

50

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013

Anomaliyalılar

Anomaliyalılar

Heliosentrizm

Paradiqmatik

elm

Paradiqmatik



elmə qədər

Ptolomey


Kopernik

Heliosentrizm

Elmi inqilab



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə