Design Elm Dunyasi2 215x290 Iyun++ Layout 1


– Elmi işlərin dəyərləndirmə kriteriyaları



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə32/33
tarix02.01.2018
ölçüsü0,73 Mb.
#19169
1   ...   25   26   27   28   29   30   31   32   33

– Elmi işlərin dəyərləndirmə kriteriyaları

necədir?

Məsələn, mən bir az aşağı reytinqli

universitetdə oxusaydım, gördüyüm işlər beş

fərqli məqalədə çıxmalı idi. Mənim hazırda

yazdığım elmi iş dünyada reytinq üzrə ilk on-

luqda olan jurnallarda çıxacaq.  Məsələn,



«Green Chemistry», «Journal of American

Society» jurnallarını misal çəkə bilərəm.

Dünyada kimya jurnallarının sayı çoxdur.

Amma qeyd olunanlar Top 5, Top 10-a

daxildirlər. Jurnallar da universitetlər kimi

təs nifatlanır. Yəni hər universitet adını çək -

diyim jurnallarda məqalə çap etdirə bilmir.

Məsələn, mən istəsəm, öz elmi işimi beş

hissəyə bölə və onu beş fərqli jurnalda çap

etdirə bilərəm. Amma onun bir hissəsini Top

reytinqli jurnala göndərsəm, orada çap olun-

mayacaq, bunu qəbul etməyəcəklər.  Mənim

hazırda gördüyüm elmi iş «5 hid 

rok 

si 

-

metilfurfuralın alınması»dır. Bunun  gə lə -

cəkdə yanacaq kimi istifadə olunması

nə zərdə  tutulur.Bundan alınan kimyəvi

məhsullar benzinlə birəbir alternativdir.

İndiyə qədər birinci nəsil bioyanacaq

çıxmışdı, bu bioetanol idi. Bunların həm

 enerji sıxlığı azdır, həm də bunu maşına ben-

zin kimi töküb sürə bilməzsən. Gərək

maşının mühərriki dəyişə. Flexi motor de yi -

lən bir şey var, ondan mühərrikə qoyulmalıdır

ki, yanacaq kimi istifadə olunsun və onunla

da sürət alınsın. Hazırda bizim aldığımız

komponentlər benzinlə oxşar xassəlidir.



– Siz qeyd etdiniz ki, Azərbaycanda da

araşdırma mərkəzləri yaradılsın. Yəni indiki

vəziyyətdə bu həm də mövcud təhsil sis 

-

teminə uyğun gəlməlidir. Yəni indiki labo-

ratoriya sistemlərində, elmi-tədqiqat in sti -

tutlarının  istiqamət lə rin də,  dövrün  elmi

paradiqmalarının işlənməsi üçün «yeni

nəfəsə» ehtiyac var. Siz təhsilinizi başa vur-

duqdan sonra bunları etmək üçün Vətənə

üz tutacaqsınızmı?

– Bəli, mənim orada təhsil müddətimi

başa vurmağıma çox vaxt qalmayıb, il ya -

rıma, iki ilə doktoranturanı bitirirəm. Bitirənə

qədər də bir neçə elmi işlərim çıxacaq.

Əlbəttə ki, mən müasir kimya və müasir

texnologiya ilə orada tanış olmuşam. Əgər

ölkəmdə müasir laboratoriya yaradılsa,

məmnuniyyətlə gələrəm. Dönüb, Azər bay -

canda kimyanın inkişafı üçün əlimdən gələni

edərəm.

– Deyirlər dünyanın tanınmış uni ver -

sitetləri «yeni insan» yetişdirir. Yəni bir çox

hallarda təfəkkürü, idrakı normal olan,

lakin onu büruzə verə bilməyən insandan

yeni, başqa bir insan yetişdirilir. Bura əxlaq,

mənəviyyat və qürur məsələlərini də daxil

etmək olar. Bunlar, şübhəsiz ki, təhsilin və

elmin nəticəsində baş verir.  Buna mü 

-

nasibətiniz?

– Bəli, təhsil elə bir dəyərdir ki, onun

insanın formalaşmasında çox böyük rolu var.

Məsələn, çoxu təhsilə dırnaqarası bir iş,

diplom almaq üçün vasitə kimi  baxır. Biz

azərbaycanlı tələbə kimi ora getmişdik.

Hesab edirəm ki, kimya biliklərimiz də nor-

mal idi. Amma həmin universitetlər bizim

biliklərimizi inkişaf etdirdilər, bizi for ma -

laşdırdılar. Məsələn, biz burda elmin

müəyyən bir hissəsini bilir və  öyrənirdik.

Amma orada müasir kimya və texnologiya ilə

məşğul olduq. Kimya da daxil olmaqla hər

hansı bir sahə ilə dərindən məşğul olduqca,

daha fərqli həyat formalaşır.

– Ümumiyyətlə, təhsillə elm sıx surətdə

bir-biri ilə bağlıdır. Məşhur ingilis yazıçısı

Çarlz Snou «İki mədəniyyət» əsərində

huma 

nitar mədəniyyəti təbiət və texniki

elmlərin mədəniyyəti ilə müqayisə edir. Necə

dü şünürsünüz,  yaxşı  təd qi qat çılar  məşğul

ol duqları elm sahəsindən asılı olmayaraq,

mədəniyyətləri, davranışları, cəmiyyətdə

69

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




70

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



nüfuzları ilə seçilməlidirlərmi? Elmin

birləşdirici key 

fiy 

yəti barədə nə deyə

bilərdiniz?

– Bəli, məsələn, təbiət elmlərinə

yiyələnən bir insan həm də siyasətdən baş

çıxarmalıdır. Mə sələn, bizim ofisə demək

olar ki, bütün ölkələrdən insanlar gəlir.

Avropa öl kə lə rindən, Çindən, Afrikadan və s.

Oturub söhbət edirik. Gərək ölkənin

coğrafiyasını, tarixini, iqtisadiyyatını yaxşı

biləsən ki, dolğun söhbət də apara

biləsən.  Çünki suallar verirlər. Məsələn, ötən

ilin  oktyabr ayında Azərbaycanda «Yusif

Məmmədəliyev» kon fransı keçirildi. Vaqif

Abbasov məni və mənimlə işləyən professoru

bu konfransa dəvət etdi. O,  tərəddüdsüz

dəvəti qəbul etdi və dedi ki, gedib Azər -

baycanı görmək istəyir.  Azərbaycandan o

qədər danışmışam ki, onlarda ölkəmiz haq -

qında böyük maraq yaranıb.



– Bəzən deyirlər ki, Çindən, Ya poniyadan

olan tələbələr, eyni zamanda İn gil tərənin  bir

çox adlı-sanlı orta mək təblərinin məzunları

fərd olaraq daha qabiliyyətlidirlər. Bu

belədirmi? Məsələn, siz öz nümunənizdə

biliklərinizi  çinli və yaponla müqayisə edə

bilərsinizmi?

– Sizə deyim ki, bizim ölkədən gələn

tələbələr biliklərinə görə çox ölkənin və 

-

təndaşları, həmçinin çinlilərdən və yaponlar-



dan geri qalmırlar. Sadəcə, şərait fərqimiz

olub. Çində bilirsiniz necədir? Mən orada

olimpiyaçı gənclərlə görüşdüm. 4-cü sinifdən

sonra şagirdlər arasında seçim başlanır. Bizdə

idman komplekslərinə geniş yer verildiyi

kimi orada da hər şəhərdə elm kompleksləri

var. Tələbələr xaricdə təhsil almaq üçün

həmin mərkəzlərdən seçilirlər. Mən İmperi-

alda doktoranturanın tələbəsi olduğum üçün

assistent kimi dərs də keçirəm. Labora-

toriyalarda mənim  tələbələrim olur. Məsələn,

40 tələbənin siyahısına baxıram, onlardan 30

nəfəri çinli, koreyalı və yapondur. Bir ya iki

ingilis və fransız görərsiniz. Çinlilər, ko 

-

reyalılar və yaponlar Avropada təhsil alıb,



qayıdırlar öz ölkələrinə. Məqsəd gələcək

nəsli elmi yönümdə inkişaf etdirməkdir.



– Çox maraqlıdır. Amma biz isə hələlik

proqnozlaşdıra bilmirik ki, bizim gənclər

təhsillərini başa vurduqdan sonra ölkəyə

qayıdacaqlar, yoxsa yox?

– Açığı, mən sizə deyim ki, Avropaya

gedən gənclərin çoxu ilə söhbət edirəm.

Avropada təhsil alan gənclərimizin çoxu

Vətənə ayıtmaq istəmir. Onların Azərbaycana

qayıtmaq fikirləri yoxdur. Bilirsiniz nəyə

görə? Məncə, özünə güvən yoxdur. Həmişə

deyirəm, təhsil almağa gəlib qayıtmaq is -

təməyən insanlarda özünə güvən yoxdur.

İstəyirlər ki, özlərini orada sübut etsinlər.

Onların ən əsas qorxuları odur ki, gələrlər

Azərbaycana, burada alınmaz və geri qayıda

bilməzlər. Açığı, hər yerdə normal işlə təmin

olunmaq mümkündür. Buna baxmayaraq,

onlar risk edib bura gəlmək istəmirlər.

Amma öz qabiliyyətinə güvənən insan

ölkəyə qayıdıb əlindən gələni etməlidir.

– Sənan bəy, çox maraqlı məsələyə to -

xundunuz. Hər bir dövlət, hökumət yaxşı

ideyaları dəstəkləyir. Onların həyata ke 

-

çirilməsinə çalışır. Azərbaycan gənc lərinin

xaricdə təhsil alması ideyası əslində

zəmanənin ideyası idi. Biz bundan çox da -

nışmalıyıq. Bu işləri çox işıqlandırmalıyıq.

Aldığınız təhsilin gələcəkdə tətbiqi üçün

nələrin çatıb-çatmadığını indidən söyləyə

bilərsinizmi?

– Tamamilə doğrudur, dediyiniz kimi bu

dövrün tələbatı idi. Götürək Qazaxıstan nü -

munəsini. Ötən ilə qədər bu ölkə də bizim

ölkəmiz kimi xaricə tələbə göndərirdi. Bu

ildən başlayaraq onlar doktoranturaya tə 

-

ləbələr göndərməyə başlayıblar. Dövlət bu




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə