Design Elm Dunyasi2 215x290 Iyun++ Layout 1



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə18/33
tarix02.01.2018
ölçüsü0,73 Mb.
#19169
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

40

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013

vulkan palçığından müalicə üçün istifadə

edirlər.


Bununla bağlı olaraq, 2008-ci ildə mənim

müəllifliyim ilə Azərbaycan, rus və ingilis

dil 

lərində “Azərbaycan palçıq vulkanları”



ad lı bələdçi kitabçası çapdan çıxmışdır. Bir

söz lə, palçıq vulkanları bizim milli sər  vət i -

m iz dir; bu xərc tələb etməyən qiymətli ne -

mətdən maksimum faydalanmağa çalışmalı

və onları qoruyub gələcək nəsillərə sax 

-

lamalıyıq.



Vulkan fəaliyyəti və zəlzələlər

Azərbaycanda hər il 3–5 püskürmə baş

verir. Lakin elə dövrlər də olur ki, vulkanların

fəaliyyəti xeyli aktivləşir və nəticədə püs -

kürmələrin sayı artır. Məsələn, keçən əsrin

1926, 1950, 1953, 1969, 1970, 1977, 1986,

1987, 1989-cu illərində 6–12 palçıq vulkanı

püskürməsi qeydə alınmışdır. 2001-ci  ildə isə

həm quruda, həm də dənizdə rekord miq -

darda  – 16 vulkan püskürməsi baş ver mişdir.

Nisbətən qısamüddətli sakitlikdən sonra

2004-cü ildə ölkədə yenə 7 vulkan püs kür -

məsi qeydə alınmışdır. 

Qəflətən baş verən vulkan püskürməsi,

sözün həqiqi mənasında, heyranlıq doğuran

bir mənzərə yaratmaqla yanaşı, bəzən in -

sanlarda bir qorxu hissi oyadır. Püskürmə

zamanı yer titrəyir, yer səthinə böyük həcmdə

vulkan brekçiyası atılır, odlu alov sütunu

ya ra  nır,  yanğının  temperaturu  1000-1200

o

C-y  ə   



çatır. Vulkanın çıxardığı brekçiya ya 

mac


aş  a    ğı  axaraq  qəribə  axın  “dilləri”  ya ra dır. 

Dəniz vulkanlarının püskürməsi daha ma -

raqlı mənzərə yaradır. Bir tərəfdən dənizdə

yaranan su fəvvarəsi tədricən dənizin mavi

səthində alov sütununa çevrilir, digər tərəfdən

göz qabağında dənizdə adacıq peyda olur.

Lakin belə adacıqlar, adətən, uzunömürlü

olmurlar. Xəzərin dalğaları onları yuyub

sualtı çaylara çevirir. 1958-ci ildə Makarov

(Bahar-dəniz) sayı vulkan püskürməsini buna

əyani sübut nümunəsi kimi göstərmək olar.

Püskürmənin axşam yaratdığı adacıq artıq

səhərə yuyulub yox olmuşdur. Lakin elə

adacıqlar da var ki, onlar uzun müddət qala

bilmirlər. Məsələn, Bakı arxipelağındakı

Yanan Tava sayı 40 il ada kimi qalmışdır.

Vulkan püskürməsinin başqa bir forması

da vardır. Palçıq vulkanının boğazından



Vulkanda palçıq axını


41

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013

brekçiyanın sıxışdırılıb çıxarılması prosesi

zamanı püskürmə tullantısız baş verir. Belə

hadisələrə çox nadir hallarda rast gəlinir.

Azərbaycanda təkcə 2 vulkan: Çeyildağ və

Qoturdağ – öz mövcudluğu üçün belə palçıq

axını yaradır. 1970-ci ilin 4 iyununda fəaliy -

yətə başlamış Çeyildağın püskürməsi bir ay

davam etmişdir. Yarımquru vulkan brekçiyası

4 metrə yaxın hündürlüyündə 50x60 m

ölçülü günbəz əmələ gətirmişdir. İlk günlər

palçıq kütləsinin hərəkət sürəti sut 

ka 


da

1 metr dən çox olmuşdur. 3 ay çatlardan çı xan

kar 

bo 


hidrogen qazları yanmaqda da 

vam


etmişdir.

Qoturdağ vulkanında palçıq sıxışdırması

fasiləsiz olaraq 100 ildən çox davam etmişdir.

Kraterin 50 metr uzunluğunda və 15 metr

enində çatdan çıxan yarımquru brekçiya lent

formasında kəskin surətdə yuxarı qalxmış,

sonra yerə tökülərək vulkanın yamacı boyu

aşağı axıb getmişdir. 1926–1927-ci illərdə

axının hərəkət sürəti ildə 42 metr olmuşdur. 

Azərbaycan ərazisində 1810-cu ildən bu

günə kimi baş vermiş zəlzələlərin və palçıq

vulkanları püskürmələrinin statistik təhlili

göstərir ki, zəlzələlər palçıq vulkanlarının

aktivləşməsinə səbəb olur, həm də əksər

hallarda zaman etibarilə palçıq vulkanları

hadisələrini qabaqlayır. Yeraltı təkanlar

püskürmənin “təhrikçisi” rolunu oynayır.

Azərbaycanda palçıq vulkanları fəaliyyətinin

çox illik müşahidələri, son iki yüzillikdə zəl -

zə lələrə və vulkan püskürmələrinə aid mə lu -

mat ların müqayisəli təhlili vul kan oloqlarda

belə bir əminlik yaratmışdır ki, palçıq

vulkanlarının fəaliyyəti ilə seysmiklik

arasında genetik bağlılıq var.

Bizim tərəfimizdən keçən əsrin 80-ci

illərində Azərbaycanın bəzi vulkanlarında

monitorinq aparılmışdır. Müşahidələrin nə -

ticələri göstərdi ki, vulkanın fəaliyyəti

zəlzələlərin axırıncı “hazırlıq” mərhələsi döv -

rün də daha aktiv olur, yer səthinə çı xa rı lan

qazların və suların bəzi komponentlərinin

tərkib miqdarı anormal səviyyədə artır. Bu da

baş verə biləcək zəif zəlzələlərin xə 

bər 


-

vericisi, qaz hidrogeokimyəvi göstəricilər

kimi qəbul oluna bilər.

Ümumiyyətlə, müəyyən edilmişdir ki,

zəlzələnin episentri (ocağı) və vulkan bir

qırılma strukturu hüdudları daxilində olarsa

və əgər palçıq vulkanı uzun müddət sakit

qalıb püskürmə üçün yetərincə enerji yığarsa,

onda bu səbəb əlaqəsi özünü göstərir.

Məsələn, 1902-ci ildə Şamaxıda faciəli

zəlzələdən 15 dəqiqə sonra Mərəzə rayon un -

da 


kı Şıxzarlı vulkanı güclü püs 

kür 


mə 

başladı. 1927-ci ildə Kerç yarım adasındakı



Cautəpə vulkanının püskürməsi Krım

zəlzələsi ilə bir vaxtda baş verdi. Belə

misallar çoxdur. Yeni minillikdə rekord sayda

(16 dəfə) püskürmə hadisəsi məhz Xəzərdə

baş vermiş 6–7 bal gücündə zəlzələdən sonra

özünü göstərmişdir.

Beləliklə, zəlzələ palçıq vulkanlarının

püskürməsi üçün impuls rolunu oynayır, eyni

zamanda palçıq vulkanlarının püskürməsi də

ətraf rayonların silkələnməsinə, yəni vulkan

zəlzələsinə səbəb olur.

Yatmış vulkanı narahat etmək olmaz

Belə bir hadisə 2000-ci ilin oktyabrında

Azərbaycanda, Ceyranbatan su anbarının

cənub-şərq sahilində, Keçəldağ vulkanında

baş vermişdir. Çoxdan sönmüş bu vulkanın



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə