32
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
German Emil Fişer 1852-ci ilin oktya -
brın 9-da Almaniyanın Oyskirxen şəhərində
kommersant ailəsində anadan olmuşdur. Ves -
lar dövlət məktəbinə və Bonnda gim naziyaya
daxil olana qədər Emil 3 il müəllim yanında
fərdi dərslər keçmişdir. O, hey rət ləndirici
yad
daşa, elmlərə böyük marağa, nadir
inadkarlığa və intuisiyaya malik idi. Atası
istəyirdi ki, oğlu Köln mahalının Yuskirsen
şəhərindəki ağac emalı üzrə ailə biznesini
davam etdirsin. Təbiət elmlərinə, xüsusən də
fizikaya maraq onu atasının istəyinin əley -
hinə getməyə məcbur etdi. Üç ildən sonra o,
təhsilini Vetsler və Bonn şəhərində davam
etdirdi. 1869-cu ildə gimnaziyanı əla qiy mət -
lərlə başa vurdu.
Akademik karyeraya can atmasına bax -
ma yaraq, Fişer iki il atasının firmasında iş lə -
yir. Oğlunun işə könülsüz yanaşmasını gö rən
atası onu Bonn Universitetinə təhsil al ma ğa
göndərir. Burada Fişer məşhur kimyaçı
Fridrix Kekule, məşhur fizik Avqust Kundtun
mühazirələrində iştirak edir. Təhsil mühiti
onu fizika elminə daha çox çəksə də, bir ildən
sonra o, qohumu, kimyaçı Otto Fişer ilə
birlikdə Bonn şəhərini tərk edir. Fişer
Strasburq Universitetinə daxil olur, burada
Adolf fon Bayerin təsiri altında yenidən
kimyaya qayıdır.
Gələcəyin Nobel mükafatçısı 1874-cü ildə
doktorluq dərəcəsini aldıqdan sonra Stras -
burq Universitetində müəllim vəzifəsini tutur.
Maliyyə cəhətdən asılı olmayan, təşkilati və
pedaqoji öhdəliklərdən azad olan Fişer
ömrünü laboratoriya tədqiqatlarına həsr edir.
Qohumu, kimyaçı Otto ilə birgə əmək -
daşlıqda o, fenilhidrazini (yağlı maddələr)
kömürdən alınan üzvi boyaqların istehsalında
istifadə olunan maddələri tədqiq etmək üçün
istifadə etməyə başlayır. Fişerin təd
-
qiqatlarından qabaq bu maddələrin kimyəvi
strukturu təyin olunmamışdı. 1875-ci ildə
Adolf fon Bayer Münhen Universitetinə ke -
çir və Fişer onun yanına gedərək assistent ki -
mi üzvi kimyanı öyrənməyə başlayır.
Son
ralar gələcəyin Nobel mükafatçısı
Erlanqen və Varsburqdakı Universitetlərdə
dərs deyir. 1892-ci ildə onu Berlinə dəvət
edir lər. O, ömrünün sonuna qədər burada el -
mi və pedaqoji fəaliyyət göstərir.
Bu universitetlərdə Fişer kofein, alkaloid
kimi birləşmələri tədqiq edir və bunlardan
asılı olmadan tapır ki, sidik turşusu və quanin
onun purin adlandırdığı rəngsiz kristal
maddədən əmələ gəlir. Sidik turşusu 1766-cı
ildə Karl Şeele tərəfindən tapılmışdı. Kofein
isə Ferdinand Runqe tərəfindən kəşf
edilmişdir. Ancaq Fişer sübut etdi ki, bunların
birləşməsi oxşar struktura malikdir və biri
digərindən sintez oluna bilir. Bu mövzuda
işlərini davam etdirən Fişer purinin özü də
daxil olmaqla böyük sayda purin sırasının
törəmələrini sintez etmiş oldu. Purin (latınca
purus “təmiz”) – üzvi sintezdə mühüm bir -
ləşmədir və nuklein turşusunun mühüm
komponentidir. Fişer öz tədqiqatlarını purin
törəmələrinin alınmasında davam etdirirdi.
Beləliklə, böyük alman kimyaçısı artıq
1890-cı
ildə laboratoriyada fruktoza,
mannoza və qlükozanı sintez etməyi bacardı.
Bununla yanaşı, o, hidrazinləri öyrənməkdə
davam edir və trifenilmetan boyalarının
tərkibi əsasında yeni nəzəriyyə irəli sürür.
Fişer 1892-ci ildə Berlin Universitetinin
Kimya İnstitutunun direktoru vəzifəsinə təyin
olunur və ömrünün sonuna qədər bu vəzifədə
çalışır. O, tədqiqat işlərini şəkərdən fer ment -
lərə qədər inkişaf etdirərək tapır ki, fer ment -
lər yalnız kimyəvi qohumluğu olan mad
-
dələrlə reaksiyaya girir. O, tədqiqatları nə -
ticəsində 40-a yaxın zülal tipini təs ni fatlandırır.
Fundamental tədqiqatların aktiv tərəfdarı
olan alman kimyaçısı bir sıra fənlərarası layi -
hələrdə, məsələn, nisbilik nəzəriyyəsini yox -
lamaq məqsədilə Günəşin tutulması eks
-
pedisiyasını təşkil etmişdir.
1902-ci ildə
German Emil Fişer “şəkər
və purin qrupundan olan maddələrin sintezi
ilə bağlı mühüm eksperimentlərinə görə”
kimya üzrə Nobel mükafatına layiq görüldü.
Onun tərəfindən hidrazin törəmələrinin kəşfi
şəkərin və digər birləşmələrin süni yolla alın -
ması probleminin ən gözəl həlli oldu. Digər
tərəfdən onun qlikozidlərin sintezi metodu
bitki fiziologiyasının inkişafına əvəzsiz
töhfələr verdi. Bununla yanaşı, o, proteinlər,
enzimlər (yunanca daxili ma
ya
lanma) və
digər kimyəvi substansiyalar sahəsində də
kəşflər etmişdir.
Fişerin Nobel nitqi olduqca böyük maraq
kəsb etmişdir. Qısa nitqində o demişdir:
“Təbiətin sirlərini gizlətdiyi pərdə kar bo hid -
ratlara aid məsələlərdə yavaş-yavaş açılmağa
başladı. Buna baxmayaraq, üzvi kim ya digər
daha mürəkkəb predmeti – zülalları öy rən mə -
sə, o vaxta qədər həyatın kimyəvi müəmmaları
həll olunmamış qalacaq”.
Fişerin elmi kəşflərinin bir neçəsini illər
üzrə qeyd etməyi vacib sayırıq.
1875-ci il – fenil hidrazinin sintezi.
Bu birləşmə aldehid və ketonlar üçün
reaktiv kimi istifadə olunmuş, sonra da mo -
nosaxaridlərin identifikasiyası üçün tətbiq
edilmişdir.
1882-ci il – purin birləşmələrinin qu ru lu -
şunun öyrənilməsi. Bu işlər sonralar kofeinin,
teobrominin və s. sintezinə gətirib çıxardı.
1884-cü ildən başlayaraq karbohidratların
miqyaslı tədqiqi, tərkibin və strukturun təyin
edilməsi, nomenklaturanın işlənib hazır lan -
ması.
1890-cı il – üzüm və meyvə şəkərinin
sintezi.
1894-cü il – kimyəvi birləşmələrin sintezi
üçün fermentlərin istifadəsi.
1899-cu ildən başlayaraq zülalların
kimyası üzrə tədqiqatlar.
1901-ci il – amin turşuların analizinin efir
metodunun işlənib hazırlanması, valin, prolin
və oksiprolin amin turşuların kəşfi.
1903-cü il – dietilbarbitur turşusunun
(veronal, barbital) kəşfi.
1907 – polipeptidlərin kəşfi.
Elmə verdiyi töhfələrə görə Fişer 1906-cı
ildə Alman kimya cəmiyyətinin Hoffman
adına medalına, 1913-cü ildə Franklin
İnstitutunun Eliot Kresson Qızıl medalına
layiq görülmüşdür.
1899-cu ildə Fişer Peterburq Elmlər Aka -
demiyasının xarici müxbir üzvü seçilmişdir.
Ölümündən sonra onun şərəfinə Almaniya
kimya cəmiyyəti Emil Fişer xatirə medalı
təsis etmişdir.
O, 1919-cu ildə Berlində vəfat edib.
Abidəsi Berlində ucaldılıb.
33
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013