Hansı məsrəfləri təmin etməsindən asılı
olmayaraq, tədqiqat qrantları bütün eh ti yac -
la rı tam ödəyə bilmir. Özünü zəngin mə zun -
larından asılı edə bilən universitetlərdən
fərqli olaraq, elmi-tədqiqat müəssisələrinə
uğurlarına öyünən zəngin qonşular lazımdır.
«Hamilərinizlə dostluq edin».
Hamilərinizlə münasibətinizi şəxsi ün
-
siyyət səviyyəsinə qaldırmağın yaxşı üsulu
onların qayğıdan dincəldikləri sferaya daxil
olmaqdır (məsələn, onların klublarına daxil
olmaq və ya yay istirahətini onların ailələri
dincəldikləri yerlərdə keçirmək). Əgər onlar
sizi istək xatirinə dost kimi görsələr, çətin
vəziyyətdə sizin üçün daha çox şey edə
bilərlər.
heç nə verməsəniz sponsorlar məyus
olacaq».
Xeyriyyəçilik qarşılıq tələb edir. Sizin
işiniz üçün pul xərcləyən adamlara onların
xeyirxahlığı üçün cavab jesti ilə təşəkkür
bildirmək lazımdır. Bu, heç də o demək deyil
ki, onlarla əliaçıqlıqda bərabər olmağa
çalışırsınz: hədiyyədən çox diqqət vacibdir.
Öz müəssisəniz üçün də səxavətli ol
-
mağınız vacibdir. Sizin əmək haqqınızı
müəyyən edənlərə
ümumi işiniz üçün onun
bir hissəsini qurban verməyə hazır olmağınızı
göstərməyiniz heç də pis olmaz.
«Əhəmiyyətli qərarları vaxtında qəbul
edin».
Uğur çox vaxt rəqiblərdən qabiliyyətli
olanlara yox, birinci başlayanlara gəlir. Əgər
nəsə etmək lazımdırsa, onu ləngimədən edin.
Çox gözləsəniz, kimsə başqası həmin ideyanı
söyləyəcək və siz başqasının proqramının
icraçısı olacaqsınız. Belə hallarda tabeçilikdə
olanların əllərinə sizin nə üçün ən yüksək
əməkhaqqı almağınızla maraqlanmaq fürsəti
düşəcək.
Ceyms Uotson yazır:
«Ümumi uğura inam naminə Harvardda
əməkhaqqı ciddi rəqiblərdən daha yüksək
olmalıdır. Ulduzları cəlb etmək üçün ulduz
əməkhaqqı vermək lazımdır. Yaxşı alimlər
Harvarddan ona görə getmirlər ki, burada
heç kim elmə artıq varlanmaq üçün gəlmir.
Elmin horizont kənarına çıxarılması üçün
yaxşı ağılları toplamaq lazımdır. Həmçinin
onlara imkan vermək lazımdır ki, yaxşı
ağıllar təbii yolla getməklə istədiklərini
etsinlər, başqa sözlə, öz dövrlərinin ən
cəlbedici məsələlərini həll etməyi bacarsınlar.
Belə ağıllar qaçılmaz olaraq özlərinə
oxşarları cəlb edəcək və yerdə qalanlar öz-
özünə çıxdaş olacaqlar».
24
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
AMEA-nın müxbir üzvü,
k.e.d. professor Vaqif Abbasov
Eynşteyn: – Siz dünyadan təcrid
olunmuş Allaha inanırsınızmı?
Taqor: – Təcrid olunmamış Allaha.
Bitib-tükənməyən insan şəxsiyyəti Kainatı
an
layır. Heç nə insan şəxsiyyəti üçün
anlaşılmaz ola bilməz. Bu sübut edir ki,
Kainatın həqiqəti insan(ın) həqiqətidir.
Öz fikrimi aydınlaşdırmaq üçün mən
elmi bir faktdan istifadə edim. Materiya –
aralarında boşluq olan proton və elek
-
tronlardan ibarətdir, amma buna bax
-
mayaraq, o, ayrı-ayrı elektron və protonları
fəzada birləşdirən rabitə olmadan bütöv
görünə bilir. Eynilə bunun kimi, insanlıq da
individuumlardan ibarətdir, amma onların
arasında insan cəmiyyətinə canlı orqanizm
vəhdəti bəxş edən insan münasibətlərinin
qarşılıqlı əlaqəsi hökm sürür. Bütövlükdə
Kainat bizimlə individuumlar kimi əla
-
qədədir. Bu, insanın Kainatıdır.
25
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
РЕАЛЛЫЬЫН ТЯБИЯТИ
Təbiət şairi Rabindranat Taqor ilə
təbiət haqqında elmin yaradıcılarından
biri olan Albert Eynşteynin söhbəti
Söhbət 14 iyul 1930-cu ildə baş
tutmuşdur.
İfadə edilmiş ideyanı mən incəsənətdə,
ədəbiyyatda və insanın dini şüurunda tədqiq
etmişəm.
Eynşteyn: – Kainatın təbiəti haqqında
iki müxtəlif konsepsiya mövcuddur:
Dünya – insandan asılı olan vahid
tamlıq kimi.
Dünya – insan ağlından asılı olmayan
reallıq kimi.
Taqor: – Bizim kainatımız
əbədi insanla
harmoniyada olduqda biz onu həqiqət kimi
anlayırıq və gözəllik kimi duyuruq.
Eynşteyn: – Amma bu, kainatın xalis
insani konsepsiyasıdır.
Taqor: – Başqa konsepsiya ola bilməz.
Bu dünya – insanın dünyasıdır. Onun
haqqında elmi təsəvvür – alimin təsəv vü rü -
dür. Buna görə də bizdən kənarda dünya
mövcud deyil. Dünyamız nisbidir, onun
reallığı bizim şüurumuzdan asılıdır. Əq -
liliyin və gözəlliyin bu dünyaya həqiqilik
bəxş edən hansısa standartı var; duyğuları
bizim duyğularımızla üst-üstə düşən Əbədi
İnsanın standartı.
Eynşteyn: – Sizin “Əbədi İnsan”ınız
insan mahiyyətinin ifadəsidir?
Taqor: – Bəli, əbədi mahiyyətin. Biz
onu öz emosiyalarımız və fəaliyyətimiz va -
si
təsilə dərk etməliyik. Biz Ali İnsan
de dikdə bizə
xas olan məhdudiyyətləri ol -
ma
yan insanı nəzərdə tuturuq. Elm
ay rı lıqda götürülmüş bir şəxsiyyətlə məh -
dud
laş
mayan tədqiqatla məşğul olur, o,
həqiqətin qeyri-şəxsi insani dünyasıdır. Din
bu hə qiqətləri başa düşür və onların bizim
daha dərin tələblərimizlə əlaqəsini mü
-
əyyən edir; bizim individual olaraq həqiqəti
dərkimiz ümumi məna kəsb edir. Din
həqiqətə dəyər bəxş edir və biz həqiqəti
onunla öz aramızda harmoniya hiss edərək
anlayırıq.
Eynşteyn: – Amma bu o deməkdir ki,
həqiqət və gözəllik insandan kənarda
müstəqil deyil.
26
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013