Design Elm Dunyasi2 215x290 Iyun219++++ Layout 1



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix28.07.2018
ölçüsü3,61 Mb.
#59202
1   ...   22   23   24   25   26   27   28   29   30

O, “Kimya dünyası” adlanırdı və 26

yarımsaatlıq verlişdən ibarət idi. Biz onu

etdiyimizdən artıq bir neçə il keçib. Birləşmiş

Ştatlarda bu proqram pis qarşılanmadı. Onların

başlıca dinləyiciləri yuxarı sinif şagirdləri idi.

Baxmayaraq ki, ilkin olaraq o, iki illik kollec

şagirdləri üçün nəzərdə tutulmuşdu. Televiziya

verlişlərini yaxşı olar ki, yaxşı müəllimlərin

mühazirələri ilə (filmdən əvvəl və sonra) birlikdə

göstərsinlər. Birləşmiş Ştatların televiziyasında

onlar müxtəlif vaxtlarda göstərilirdi (onları kabel

kanalları göstərərkən). Bu filmlər İsraildə və

İsveçdə böyük uğurla istifadə olunurdu. Onlar

xırda ödənişlə bütün ölkələrdə əldə oluna bilir.

Amma buna görə mən heç nə almıram. Mənə

müəyyən qonorar ödədilər, amma əslində onlar

yalnız Kornell universitetində ala bilmədiyim

əmək haqqını kompensasiya etdilər. Çünki, biz

filmi çəkdiyimiz ildə mən məzuniyyət

götürmüşdüm. Mən sevinirəm ki, bu serialı

çəkdik. Mən yalnız altılıqda bir diş idim; biz

akademik dünyadan altı müəllif idik, həm də

digərləri mənə nəzərən daha çox işləyirdilər.

Televiziya bütöv kompromislər sırasıdır, biri-

birinin ardınca. Amma adamlara çatmaq üçün

necə gözəl üsuldur.



Xaricdən kömək Sizin nə etdiyinizi hansı

dərəcədə müəyyən edir?

Baxır söhbət nədən gedir. Poeziya kiçik xüsusi

müəssisədir. Mən onunla heç bir kömək olmadan

məşğul ola bilərəm və mən belə də edirəm.

Köməksiz televiziya serialı etmək sadəcə mümkün

olmazdı o, 2,3 milyon dəyərində idi. “Xəyali

kimya” aralıq şeydir. Ola bilsin ki, biz onu Milli

elm fondunun 90000 dollar köməyi olmadan da

edə bilərdik.

Mən heç də fikirləşmirəm ki, cəmiyyət mənim

sahələr arası maraqlarımı tam təmin edəcəkdir.

Əlbəttə, mən kömək axtarıb onu almayanda bir

qədər kədərlənirəm.

İdealda yaxşı olardı ki, mesinatım olsun və

ildə mənə 100 min dollar versin ki, istədiyimi

edim. Mən əlbəttə inanmıram ki, bu baş verə

bilər. Mənim poetik toplularım pis satılmadı.

Onlardan  biri 1987-ci ildə 1300 nüsxə və ikincisi

1990-cı ildə 900 nüsxəyə yaxın satıldı. Bu,

əslində, poetik kitab üçün çox da pis deyil. Amma

mən bilirəm ki, Amerika kimya cəmiyyətinin

150000 üzvü var və bundan əlavə 14,95 dollar

kitab üçün böyük pul deyil və mən əmin idim ki,

bir qədər çox adam onu ala bilərdi. Alim tərəfindən

yazılmış poeziya topluları çox deyil.

XXI əsrin astanasında Siz təhsil haqqında

nə deyə bilərsiniz?

Təhsil konservativ sistemdir və o, ləng dəyişir.

Mən düşünürəm ki, kimya təhsilində irəliləyiş

onu dərk etmək səbəbindən baş verəcək ki, 99,9%

əhali kimyaçı olmaq istəmir. Bunu başa düşmək

avropalılar üçün xüsusilə çətindir. Çünki, Avropada

kimyaçılar gələcək kimyaçıları öyrədirlər, amerika

universitetlərində isə biz kütləni öyrədirik. Bunun

vacibliyini Birləşmiş Ştatlarda yaxşı hiss edirlər.

Biz kimyadan kənarda qalan, amma bizim

liderimiz olan adamları öyrətməliyik.

Tədris geniş kütləyə istiqamətlənməlidir.

Məsuliyyətli vətəndaş olmaq üçün adamlar çox

vaxt texnoloji və elmi əsaslardan çıxan qərarlar

qəbul etməlidir. Bu qərarları tamamilə ekspertlərə

həvalə etmək olmaz. Biz yaxşı bilirik ki, ekspertləri

istənilən əvvəlcədən verilmiş tərəfə yönəltmək

olar. Siz bənd tikmək və ya zibil yandırmaq

üçün zavod tikmək istəyirsiniz və siz ekspertlər

tapa bilərsiniz ki, desinlər ki, bunda heç bir

təhlükə yoxdur və ya elə ekspertlər ki, deyəcəklər

ki, bu, özü ilə böyük itkilər gətirəcək. Ekspertlər

üçün də müəyyən rol var, amma cəmiyyət sərbəst

qərar qəbul etməlidir. Bunun üçün onlar bir qədər

kimyanı bilməlidirlər.

60

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




R

ixard Ernst 1933-cü ildə İsveçrədə,

Vinterturda anadan olmuşdur.

Sürixdə İsveçrə Federal ali texniki

məktəbində  (FATM) oxumuşdur. “Diplomlu

mühəndis-kimyaçı” attestatı aldıqdan sonra

1957-1962-ci illərdə həmin məktəbdə doktorluq

dissertasiyası üzərində işləmişdir. Bundan sonra

“Verian Assouşeyts” şirkətində işləmişdir. 1968-

ci ildə o, FATM-ə qayıtmış və fiziki kimya

laboratoriyasında NMR tədqiqat qrupunun

rəhbəri olmuşdur. Bir müddət FATM-in tədqiqat

şurasının sədri olmuşdur. Təqaüd yaşı

yaxınlaşdıqca tibet məharəti ilə daha çox

maraqlanır.

İştvan Xarqittai 1995-ci ilin avqustun 28-

də Macarıstanın paytaxtında Ernstdən müsahibə

almışdır.

Bu müsahibənin maraqlı yerlərinin

tərcüməsini vacib saydıq.

Xahiş edirəm NMR üsulunun inkişafına

Sizin xidmətlərinizlə bizi tanış edin.

Gəlin NMR nə olduğundan başlayaq.

Elmdə təbiət haqqında məlumatlar ölçmələr

yolu ilə alınır, bunun üçün isə bizə datçiklər

(ölçü dəyişdiricilər) lazımdır.

Xoşbəxtlikdən, təbiət hər bir molekula

“casus” yerləşdirmişdir. Belə casuslar atomların

nüvələridir ki, onların ətrafında baş verənləri

hiss edir. Bizdə bu nüvələrlə əlaqə saxlamaq,

onlara sual vermək və onların cavablarını

yazmaq vasitələri var. Nüvə-casuslar xırda

giroskoplazdır, onlar presesləşir və fırlanırlar

və onlar maqnitlidirlər. Odur ki, onlar maqnit

sahəsində olduqca onların pressiya tezliyi

müəyyən qiymət alır. Bu tezliyi ölçərək lokal

maqnit sahəsinin gücünü ölçə bilərik və bu,

bizim əsas məlumat mənbəyimizdir. Maddənin

daxilində lokal maqnit sahəsinə onların ətrafı

təsir edir. Lokal maqnit sahəsinə təsir edən

ətrafın ekranlaşdırıcı effekti mövcüddur. Biz

nüvədə qalıq maqnit sahəsini ölçürük və ətrafın

təsirindən nisbi ekranlaşma haqqında nəticə

çıxarırıq. Bu, bizə molekulların, materialların

və bioloji obyektlərin quruluşu haqqında

məlumat verir. Bundan başqa nüvələr arasında

qarşılıqlı maqnit təsiri var və bunun əsasında

biz qarşılıqlı təsirdə iştirak edən iki nüvə

arasındakı məsafəni müəyyən edə bilərik. Başqa

bir növ qarşılıqlı təsir də var. Bu, kvant mexaniki

spin-spin qarşılıqlı təsiri olub əlaqələr arasındakı

bucaqdan asılı olur. Bu yolla molekulyar quruluş

müəyyənləşdirilir. Mən bu sahədə işləməyə

başlayarkən bunlar hamısı artıq məlum idi,

amma az tətbiq olunurdu. Çünki, NMR-siqnalları

müşahidə  etmək üçün həssaslıq kifayər qədər

61

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013



1991-ci ildə kimya üzrə 

Nobel mükafatına layiq görülmüş

Rixard Ernst (Richard R. Ernst) (1933)

Rixard Ernst (Richard R. Ernst) 

(1933)


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə