A
merika kimyaçısı Roald Hofman
1937-ci ilin iyulun 18-də Zloçevdə
(Polşa) anadan olub. 1958-ci ildə
Kolumbiya universitetini bitirib. 1965-ci ilə qədər
Harvard universitetində (1960-1961-ci illərdə
Moskva Dövlət Universitetində təcrübə keçib)
işləyib. 1965-ci ildən Kornell universitetində
(1968-ci ildən professor) işləyib.
Əsas tədqiqatları kimyəvi kinetikaya və
kimyəvi reaksiyaların mexanizminin öyrənilməsinə
həsr olunub. 1964-cü ildə mürəkkəb üzvi
molekulların konformasiyasını və molekulyar
orbitalların quruluşunu öyrənərkən -elektronları
sisteminin analizini və hesablamalarını həyata
keçirmişdir; reaksiyaların hipotetik aralıq
məhsullarının enerjisini hesablamışdır (o cümlədən
karbokationun) ki, bu da aktivləşmə enerjisini
qiymətləndirməyə və aktivləşmiş kompleksin
daha əlverişli konfiqurasiyası haqqında nəticə
çıxarmağa imkan vermişdir. 1965-ci ildə R.B.
Vudvord ilə birlikdə razılaşdırılmış reaksiyalar
üçün orbital simmetriyasının saxlanması qaydasını
təklif etmişdir. (Vudvord-Hofman qaydası). 1965-
1969-cu illərdə bu qaydanın siklin qapanması
ilə gedən monomolekulyar reaksiyalara,
siklobirləşmə bimolekulyar reaksiyalarına, -
əlaqələnmiş qrupların yerdəyişməsinin siqmatrop
reaksiyalarına iki τ-əlaqənin sinxron əmələ gəlməsi
və ya qırılması reaksiyalarına tətbiq olunması
mümkünlüyünü öyrənmişdir. 1970-ci ildə kimyəvi
çevrilmələr yolunda energetik sədlərin fiziki
mahiyyətini müəyyən etmişdir. 1978-1980-ci
illərdə keçid metallarının karbonil, aromatik,
olefin və asetilen liqandları ilə mono və birnüvəli
komplekslərinin stereokimyası sahəsində
tədqiqatları inkişaf etdirmişdir. Hofman 1981-ci
ildə
“Kimyəvi reaksiyaların getməsi
nəzəriyyəsini işləyib hazırladığına görə” kimya
üzrə Nobel mükafatına layiq görülmüşdür. 1994-
cü ildə Hofman həyat yoldaşı ilə birlikdə bir
həftə Macarıstanın paytaxtı Budapeştdə olmuşdur.
Onun həyat yoldaşı Eva krujeva (şəbəkə) ilə
maraqlandığından onlar Xarqittai ilə birlikdə
Budapeştdən 130km aralı olan Kişkunxalaşa
gedirlər və yol boyu Xarqittai Hofmana suallar
verir və ondan müsahibə götürərək diktafona
yazır. Həmin müsahibədən bir çox məqamlar
çox maraqlı olduğundan oxuculara təqdim etmək
istədik.
Hər şeydən əvvəl Sizin məktəb illəriniz,
müəllimləriniz haqqında soruşmaq istərdim.
Siz öz şerlərinizdən birində 16 yaşına qədər
bir dənə də öz kitabı olmayan oğlan haqqında
(çox güman ki, özünüz haqqında) yazırsınız.
54
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013
1981-ci ildə kimya üzrə Nobel mükafatına
layiq görülmüş
Roald Hofman (1937)
Roald Hofman
(1937)
Mənim məktəb illərim müharibə ilə bir vaxta
düşdü. Əvvəlcə Zolozevdə Ukrayna məktəbində
bir neçə ay idi. Sonra Polşada Krakovada katolik
məktəbində ikinci və üçüncü sinif oldu. Dördüncü
sinifdə Avstriyada köçürülmüş adamlar üçün
düşərgədə idiş dilində oxudum. Sonra Almaniyada
bir qədər almanca oxudum və nəhayət beşinci
və altıncı siniflərdə Münxendə mənə artıq hamı
ivrit dilində dərs deyirdi. Cəbri mən ivrit dilində
öyrənməyə başladım. Sonra ABŞ-a düşmək
xoşbəxtliyi baş verdi və orda hər şey yaxşı getdi.
Mən Nyu-Yorkda dövlət məktəbində oxudum.
Əvvəlcə Bruklində dövlət məktəbinə getdim,
sonra “Stuyvesant High School” adlanan xüsusi
ictimai elmi məktəbə getdim. Orada, Nyu-Yorkda
əlverişli kişi məktəbində təəccüblü dərəcədə
çoxlu istedadlar toplanmışdı. Sonra mən
Kolumbiya universitetində kollecə daxil oldum.
Beləliklə, mən Nyu-Yorkda böyüdüm. Son
nəhayətdə Harvardda aspiranturaya girdim. Biz
kasıb idik, valideyinlərimə yeni ölkədə həyata
başlamaq çətin idi. Əslində bizim mənim 16
yaşım olana qədər mənə təkcə bir kitab almaq
üçün pulumuz yox idi. Mən məktəbin yuxarı
siniflərinə qədər hansısa təəssürat yaratmış
müəllimi xatırlaya bilmirəm. Amma xatırlayıram
ki, kimya ilə çox da maraqlanmırdım. “Stuyvesant
High School”-da bütün fənlər üzrə yüksəldilmiş
tip kurslar var idi. İndi ABŞ-da belə kurslar
“advanced placement courses” (peşə
istiqamətlənməsi üçün yüksəldilmiş tip kurslar)
adlanır. Bu, bir növ hər bir predmet üzrə
təkrar genişləndirilmiş təhsil idi. Mən kimya
yox, biologiya və fizika üzrə belə kursları keçdim.
Mən həmçinin riyaziyyat üzrə kursları da keçdim.
Məktəb təhsilimin son dövründə mən tibbi
tədqiqatlarla məşğul olmağa hazırlaşırdım. Bu,
mənim valideyinlərimin məni həkim görmək
istəkləri ilə görmək istədiyim iş, başqa sözlə,
elmi iş arasında kompromis ola bilərdi. Mən
universitetin hazırlıq tibb şöbəsinə daxil oldum.
Amma bu bir ildən artıq çəkmədi və mən necə
oldusa bir qədər kimyaya meylləndim.
Məktəbin yuxarı siniflərində mənim riyaziyyat
və biologiya üzrə qeyri-adi yaxşı müəllimlərim
var idi. Kolumbiya universitetində humanitar
fənlər üzrə gözəl müəllimlər var idi. Və bəzi
təbiət elmləri fənləri yaxşı keçirilirdi, amma çətin
ki, kollecdə son təhsil ilinə qədər heç olmazsa
onlardan biri məni həvəsləndirə bilərdi. Əslində
mən hesab edirəm ki, əgər son təhsil ilində Corc
Frenklin və Ralf Xelford kimi müəllimlərlə
rastlaşmasaydım mən humanitar xətt ilə gedərdim.
Humanitar fənlər, xususən incəsənət tarixi
belə aludə edən idi. Bizim yapon dili, incəsənət
tarixi, ingilis ədəbiyyatı, poeziyası və digər
ədəbiyyat fənləri üzrə fantastik müəllimlərimiz
var idi.
Sizi kimyaya nə yönəltdi?
Bir neçə faktor olmuşdur. Birincisi, təhsilin
sonuncu ilində mən həqiqətən yaxşı nəzəri kimya
kursuna qulaq asdım. Amma yəqin ki, başlıca
rolu yay praktikası oynadı. Əvvəlcə bu məktəb
və kollec arasında Milli standartlar bürosunda
(MSB) oldu. O vaxt o, Vaşınqtonda yerləşirdi və
mən orda iki yay işlədim. Birinci yay çox cansıxıcı
idi, amma bu mənim tədqiqatlara ilk təmasım
idi. Mən Ed Nümen adlanan adamla sementin
termokimyası ilə məşğul olurdum. Mənim ən ilk
işim NBS jurnalında çap olundu və heksakalsium
alümoferriatın əmələ gəlmə istiliyinə aid idi. Bu
birləşmə sementdə iştirak edir. Bundan sonra
mən qəti bildim ki, sement kimyası ilə məşğul
olmaq istəmirəm, amma tədqiqat işi olduqca
cəlbedici idi.
Mən ora növbəti yayda qayıtdım və mənə
nəsə daha maraqlı etmək imkanı yarandı. Bu,
karbohidrogenlərin aşağı temperaturlu (300°C-ə
yaxın temperatur nəzərdə tutulur) pirolizi idi.
Sonra növbəti yayda mən Brukxeyvendə Herxard
Fridlend və Cim Kamminqs ilə radiokimya
sahəsində işlədim. Biz karbon-11 üçün aşağı
səviyyədə sayğac konstruksiya etdik. Bu, cəlbedici
idi. Təsəvvür edin, minlərlə karbon-11 atomları
ilə işləyirsən, onların miqdarını sürətlə ölçmək
lazımdır, həm də onun yarımparçalanma müddəti
20 dəqiqədir.
Sonralar belə heç bir şeylə məşğul olmasam
da, bu, real tədqiqatlarla təmas idi. Və bu mənim
üçün çox əhəmiyyətli idi. Mən hələ də düşünürəm
ki, bir çox gənclər üçün belə tədqiqatlar elmə
aparan yoldur. İşin nədən ibarət olması əhəmiyyətli
55
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013