Design Elm Dunyasi2 215x290 Iyun219++++ Layout 1



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə26/30
tarix28.07.2018
ölçüsü3,61 Mb.
#59202
1   ...   22   23   24   25   26   27   28   29   30

A

merika kimyaçısı Roald Hofman

1937-ci ilin iyulun 18-də Zloçevdə

(Polşa) anadan olub. 1958-ci ildə

Kolumbiya universitetini bitirib. 1965-ci ilə qədər

Harvard universitetində (1960-1961-ci illərdə

Moskva Dövlət Universitetində təcrübə keçib)

işləyib. 1965-ci ildən Kornell universitetində

(1968-ci ildən professor) işləyib.

Əsas tədqiqatları kimyəvi kinetikaya və

kimyəvi reaksiyaların mexanizminin öyrənilməsinə

həsr olunub. 1964-cü ildə mürəkkəb üzvi

molekulların konformasiyasını və molekulyar

orbitalların quruluşunu öyrənərkən -elektronları

sisteminin analizini və hesablamalarını həyata

keçirmişdir; reaksiyaların hipotetik aralıq

məhsullarının enerjisini hesablamışdır (o cümlədən

karbokationun) ki, bu da aktivləşmə enerjisini

qiymətləndirməyə və aktivləşmiş kompleksin

daha əlverişli konfiqurasiyası haqqında nəticə

çıxarmağa imkan vermişdir. 1965-ci ildə R.B.

Vudvord ilə birlikdə razılaşdırılmış reaksiyalar

üçün orbital simmetriyasının saxlanması qaydasını

təklif etmişdir. (Vudvord-Hofman qaydası). 1965-

1969-cu illərdə bu qaydanın siklin qapanması

ilə gedən monomolekulyar reaksiyalara,

siklobirləşmə bimolekulyar reaksiyalarına, -

əlaqələnmiş qrupların yerdəyişməsinin siqmatrop

reaksiyalarına iki τ-əlaqənin sinxron əmələ gəlməsi

və ya qırılması reaksiyalarına tətbiq olunması

mümkünlüyünü öyrənmişdir. 1970-ci ildə kimyəvi

çevrilmələr yolunda energetik sədlərin fiziki

mahiyyətini müəyyən etmişdir. 1978-1980-ci

illərdə keçid metallarının karbonil, aromatik,

olefin və asetilen liqandları ilə mono və birnüvəli

komplekslərinin stereokimyası sahəsində

tədqiqatları inkişaf etdirmişdir. Hofman 1981-ci

ildə 


“Kimyəvi reaksiyaların getməsi

nəzəriyyəsini işləyib hazırladığına görə” kimya

üzrə Nobel mükafatına layiq görülmüşdür. 1994-

cü ildə Hofman həyat yoldaşı ilə birlikdə bir

həftə Macarıstanın paytaxtı Budapeştdə olmuşdur.

Onun həyat yoldaşı Eva krujeva (şəbəkə) ilə

maraqlandığından onlar  Xarqittai ilə birlikdə

Budapeştdən 130km aralı olan Kişkunxalaşa

gedirlər və yol boyu Xarqittai Hofmana suallar

verir və ondan müsahibə götürərək diktafona

yazır. Həmin müsahibədən bir çox məqamlar

çox maraqlı olduğundan oxuculara təqdim etmək

istədik.


Hər şeydən əvvəl Sizin məktəb illəriniz,

müəllimləriniz haqqında soruşmaq istərdim.

Siz öz şerlərinizdən birində 16 yaşına qədər

bir dənə də öz kitabı olmayan oğlan haqqında

(çox güman ki, özünüz haqqında) yazırsınız.

54

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013



1981-ci ildə kimya üzrə Nobel mükafatına

layiq görülmüş

Roald Hofman (1937)

Roald Hofman

(1937)


Mənim məktəb illərim müharibə ilə bir vaxta

düşdü. Əvvəlcə Zolozevdə Ukrayna məktəbində

bir neçə ay idi. Sonra Polşada Krakovada katolik

məktəbində ikinci və üçüncü sinif oldu. Dördüncü

sinifdə Avstriyada köçürülmüş adamlar üçün

düşərgədə idiş dilində oxudum. Sonra Almaniyada

bir qədər almanca oxudum və nəhayət beşinci

və altıncı siniflərdə Münxendə mənə artıq hamı

ivrit dilində dərs deyirdi. Cəbri mən ivrit dilində

öyrənməyə başladım. Sonra ABŞ-a düşmək

xoşbəxtliyi baş verdi və orda hər şey yaxşı getdi.

Mən Nyu-Yorkda dövlət məktəbində oxudum.

Əvvəlcə Bruklində dövlət məktəbinə getdim,

sonra “Stuyvesant High School” adlanan xüsusi

ictimai elmi məktəbə getdim. Orada, Nyu-Yorkda

əlverişli kişi məktəbində təəccüblü dərəcədə

çoxlu istedadlar toplanmışdı. Sonra mən

Kolumbiya universitetində kollecə daxil oldum.

Beləliklə, mən Nyu-Yorkda böyüdüm. Son

nəhayətdə Harvardda aspiranturaya girdim. Biz

kasıb idik, valideyinlərimə yeni ölkədə həyata

başlamaq çətin idi. Əslində bizim mənim 16

yaşım olana qədər mənə təkcə bir kitab almaq

üçün pulumuz yox idi. Mən məktəbin yuxarı

siniflərinə qədər hansısa təəssürat yaratmış

müəllimi xatırlaya bilmirəm. Amma xatırlayıram

ki, kimya ilə çox da maraqlanmırdım. “Stuyvesant

High School”-da bütün fənlər üzrə yüksəldilmiş

tip kurslar var idi. İndi ABŞ-da belə kurslar

“advanced placement courses” (peşə

istiqamətlənməsi üçün yüksəldilmiş tip kurslar)

adlanır. Bu, bir növ hər bir predmet üzrə

təkrar genişləndirilmiş təhsil idi. Mən kimya

yox, biologiya və fizika üzrə belə kursları keçdim.

Mən həmçinin riyaziyyat üzrə kursları da keçdim.

Məktəb təhsilimin son dövründə mən tibbi

tədqiqatlarla məşğul olmağa hazırlaşırdım. Bu,

mənim valideyinlərimin məni həkim görmək

istəkləri ilə görmək istədiyim iş, başqa sözlə,

elmi iş arasında kompromis ola bilərdi. Mən

universitetin hazırlıq tibb şöbəsinə daxil oldum.

Amma bu bir ildən artıq çəkmədi və mən necə

oldusa bir qədər kimyaya meylləndim. 

Məktəbin yuxarı siniflərində mənim riyaziyyat

və biologiya üzrə qeyri-adi yaxşı müəllimlərim

var idi. Kolumbiya universitetində humanitar

fənlər üzrə gözəl müəllimlər var idi. Və bəzi

təbiət elmləri fənləri yaxşı keçirilirdi, amma çətin

ki, kollecdə son təhsil ilinə qədər heç olmazsa

onlardan biri məni həvəsləndirə bilərdi. Əslində

mən hesab edirəm ki, əgər son təhsil ilində Corc

Frenklin və Ralf Xelford kimi müəllimlərlə

rastlaşmasaydım mən humanitar xətt ilə gedərdim.

Humanitar fənlər, xususən incəsənət tarixi

belə aludə edən idi. Bizim yapon dili, incəsənət

tarixi, ingilis ədəbiyyatı, poeziyası və digər

ədəbiyyat fənləri üzrə fantastik müəllimlərimiz

var idi. 



Sizi kimyaya nə yönəltdi?

Bir neçə faktor olmuşdur. Birincisi, təhsilin

sonuncu ilində mən həqiqətən yaxşı nəzəri kimya

kursuna qulaq asdım. Amma yəqin ki, başlıca

rolu yay praktikası oynadı. Əvvəlcə bu məktəb

və kollec arasında Milli standartlar bürosunda

(MSB) oldu. O vaxt o, Vaşınqtonda yerləşirdi və

mən orda iki yay işlədim. Birinci yay çox cansıxıcı

idi, amma bu mənim tədqiqatlara ilk təmasım

idi. Mən Ed Nümen adlanan adamla sementin

termokimyası ilə məşğul olurdum. Mənim ən ilk

işim NBS jurnalında çap olundu və heksakalsium

alümoferriatın əmələ gəlmə istiliyinə aid idi. Bu

birləşmə sementdə iştirak edir. Bundan sonra

mən qəti bildim ki, sement kimyası ilə məşğul

olmaq istəmirəm, amma tədqiqat işi olduqca

cəlbedici idi. 

Mən ora növbəti yayda qayıtdım və mənə

nəsə daha maraqlı etmək imkanı yarandı. Bu,

karbohidrogenlərin aşağı temperaturlu (300°C-ə

yaxın temperatur nəzərdə tutulur) pirolizi idi.

Sonra növbəti yayda mən Brukxeyvendə Herxard

Fridlend və Cim Kamminqs ilə radiokimya

sahəsində işlədim. Biz karbon-11 üçün aşağı

səviyyədə sayğac konstruksiya etdik. Bu, cəlbedici

idi. Təsəvvür edin, minlərlə karbon-11 atomları

ilə işləyirsən, onların miqdarını sürətlə ölçmək

lazımdır, həm də onun yarımparçalanma müddəti

20 dəqiqədir.

Sonralar belə heç bir şeylə məşğul olmasam

da, bu, real tədqiqatlarla təmas idi. Və bu mənim

üçün çox əhəmiyyətli idi. Mən hələ də düşünürəm

ki, bir çox gənclər üçün belə tədqiqatlar elmə

aparan yoldur. İşin nədən ibarət olması əhəmiyyətli



55

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə