Design Elm Dunyasi2 215x290 Iyun219++++ Layout 1



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə28/30
tarix28.07.2018
ölçüsü3,61 Mb.
#59202
1   ...   22   23   24   25   26   27   28   29   30

tətbiq olunan deyildi. Həqiqətən də biz heç vaxt

və heç nədə rəqabət aparmırdıq. Bu, qəribə və

ola bilsin ki, unikal idi, amma bizim işlərimiz

elə kəsişirdi ki, yalnız biri-birini tamamlayır və

gücləndirirdi, baxmayaraq ki, hərfi mənada biz

bir yerdə işləmirdik.

Fukui öz reaksiya qabiliyyətinin orbital

nəzəriyyəsi və sərhəd orbitalları ideyası ilə

(molekulyar orbitallardan ən yüksək tutulmuş

və ən aşağı, tutlmamış) çıxış etdi. O, bu təsəvvürləri

həyəcanlanma nəzəriyyəsindən çıxarmışdı. 1960-

cı ildə alınan formulların köməyi ilə (daha

əhəmiyyətli iş artıq 1955-ci ildə və ya həmin il

ətrafında, görülmüşdü) o, elektrosiklik reaksiyaların

stereospesifiklik məsələsini həll edə bilərdi, amma

bunu etmədi, çünki, bu məsələ heç vaxt

eksperimentdə qarşılanmamışdı. Vudvord və mən

bunu ilk dəfə etdik. Başlıca olaraq Xyukkelin

genişlənmiş üsulun bizim öz “kəşfimiz” olan

sərhəd orbitalların rolu ilə kombinə edərək bunu

etdik. Bu, bizim özümüz üçün kəşf idi, həqiqətdə

bu, nəsə tam yeni deyildi. Bizdə həyəcanlanma

nəzəriyyəsini istifadə etmişdik. Həmin vaxt mən

artıq Rukui və Düarın məqalələri haqqında

bilirdim. Düar XX əsrin 50-ci illərində tamamilə

ağlasığmaz dörd məqalədən ibarət məqalələr

seriyasını JACS-də çap etdirmişdi. Lakin düar

konkret faktların izahı ilə maraqlanmırdı; ona

məhz onun riyazi formullarının ümumiliyi xoş

gəlirdi. Diqqətəlayiq odur ki, Düarın tədqiqatçı

kimi bu məqalələrdə yanlışlığı ondan ibarət idi

ki, yeni yanaşmalara mütəxəssislərin qoşulmasının

rolunu qiymətləndirməmişdi. Nəticədə onun işləri

elmi ictimayyətə göstərə bilməli olduğu təsiri

göstərə bilmədi.

Fukui öz nailiyyətlərinin izahında daha çox

maraqlı idi, amma o vaxt populyar olan riyazi

formalizmin və reaksiya qabiliyyəti indekslərinin

bir qədər əsirliyində idi. Bundan əlavə, onda elə

gözəl eksperimental material (elektrosiklik

reaksiyalar kimi) yox idi ki, öz yanaşmasının

gücünü göstərə bilsin. Biz orbital simmetriya

üzrə işlərimizi edərkən Fukui də onu edə bilərdi.

Onun formalizmi bu məsələ üçün tam yararlı

idi. Vəziyyətin mahiyyəti onda idi ki, orbital

simmetriya üzrə bizim işimiz elmi cəmiyyətin

Fukuinin işlərinə marağını yaratdı. Adamlar

gördülər ki, o, oxşar şeyləri edib, bir çox reaksiyalar

onun formalizminin köməyi ilə faydalı olaraq

öyrənilə bilər.

Mən düşünürəm ki, Fukui və mən qəsdən və

ya qəsdən olmadan rəqabət aparırdıq. Bizim

qarşılıqlı fəaliyyətimiz çox uğurlu oldu. Odur

ki, Fukuinin üç istedadlı əməkdaşı mənim yanımda

təcrübə keçdilər: Fudzimoto, İmamura və Akaqi.

Mən Kiotoda oldum; Mən keçən il ay yarım

müddətində orda oldum. Həm də universitetdə

oxuduğum vaxtlardan yapon mədəniyyəti ilə

maraqlanırdım. Mənə elə gəlir ki, mənim professor

Fukui ilə digər ümumi maraqlarımız da var. Biz

bir-birimizlə yola gedirik.

Nobel mükafatı Sizin həyatınızı necə

dəyişdi?

Mən Nobel mükafatını gənc olarkən aldım

(adi olduğu ilə müqayisədə), mənim 44 yaşım

var idi. Hansısa təsir tamamilə təbiidir, məsələn,

dəvətlərin sayının xeyli artması. Bəzi dəvət

edənlər mənim özüm ilə yox, adımla

maraqlanırdılar. Bunu asanlıqla görmək olurdu,

amma imtina etməyi öyrənmək lazım gəldi.

Bütövlükdə mənim həyatım daha yüklənmiş oldu.

İntensiv işləmək lazım gəlirdi ki, özüm üçün

hansısa vaxt ayırım, amma mən bunu bacarırdım.

Bir çox münasibətlərdə çox şey dəyişmədi.

Birləşmiş Ştatlarda olmaq xoşbəxt xüsusilikdir,

burada çoxlu Nobel laureatları var və cəmiyyət

alimlərə və onların uğurlarına az diqqət yetirir. 

Professor Fukuinin həyatı hesab edirəm ki,

ağır olmuşdur, çünki, Yaponiyada o, kimya üzrə

birinci Nobel mükafatı laureatı idi. O, daha böyük

təzyiqə dözməli olmuşdur. Heç kimin mənimlə

işi yoxdur (zarafat edirəm). Hətta alimlər arasında

da Nobel mükafatı çox da yüksək hörmətə malik

deyil və qiymətləndirilmir. Nə qədər müsbət

emosiya yaranırsa, bir o qədər də mənfi emosiya

yaranır. Mən bəzən qəzet müsahibələrində gizlin

mənfi təəssüratlar aşkar edirəm. Adamlar deyir:

mən düşünürdüm ki, Nobel laureatı daha yaxşı

olmalıdır. Yaxınlarda (dörd il əvvəl) mənim

tədqiqatlarımin yarısı üçün qrantları itirdim bu,

səthlərin tədqiqatı idi və mənə elə gəlir ki, kifayət

qədər uğurlu irəliləyirdi. Nobel laureatı statusum



58

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




mənim işlərimin maliyyə dəstəyinə təsir etmədi

(ən azı Birləşmiş Ştatlarda). Lakin Polinq 30 il

müddətində özünün kimya işlərinin

maliyyələşdirilməsində çətinliklərlə üzləşmişdir.

Burada, bizim ölkəmizdə bizi sərt rəqabətin

qəddar dünyası əhatə edir.



Mənim Nobel mükafatı laureatı almağım

mənim məqalələrimi çap etdirməyə heç cür

kömək etmədi. Mənim sonuncu poetik toplum

ilə nəşriyyatçıların ətrafında dörd il gəzdim

və ayrı-ayrı şerlər bir çox imtinalardan keçdi

və öz yerini tapdı. Mənim alim dostlarımın

hər şeyin mənə asan olması haqqındakı

ehtimalları əsəbləşdirir. Mən imtina haqqında

bütün məlumatları onlara göstərmək istəyirəm.

Asanlıqla o da  baş verə bilər ki, siz özünüzü

pis vəziyyətə qoya bilərsiniz. 

Nobel laureatı ilə tələbələr arasında sədd o

səbəbdən yaranır ki, tələbələr laureatı kürsüyə   (

Pyedestala) qaldırır, həmkarlar isə bunu etmir,

ən azı Birləşmiş Ştatlarda. Bu, çox pisdir. Bu

sədd qeyri formal ünsiyyətə malik olur.

Xoşbəxtlikdən amerika tələbələri həddən çox

hörmətcil deyillər. Mən birinci kursda kimyanı

deyərkən bilirəm ki, heç bir çətinlik çəkmədən

bu səddi aradan qaldırıram. Əgər mən birinci

kursda mühazirə oxuyarkən, imtahandan iki gün

əvvəl jurnal məqalələrini oxumaq üçün

kitabxanaya gedirəmsə, mən həmin anda imtahan

suallarını məndən soruşan tələbələrlə əhatə

olunuram. Düşünmürəm ki, bu, Avropada baş

verə bilər.

Düşünürəm ki, mənim imkanım yaranıb ki,

əvvəllər mümkün olmayan şeyləri bəzən edim.

Məndən xahiş etdilər ki, “kimya dünyası” filmlər

seriyası çəkim, xeyli dərəcədə ona görə ki, mən

Nobel laureatıyam. Burada bəzi prodüsserlərə

təsir edən imic işləyir və bu, mümkündür ki,

digər adamlara da təsir edir. Mən bu filmləri

hazırladıqdan sonra (26 yarımsaatlıq film) biz

ümuminin baxa bildiyi televiziyada, həm də

yaxşı efir vaxtında kimyaya həsr olunmuş üç

xüsusi verliş üçün pul tapmağa cəhd etdik. Amma

heç nə alınmadı. Gördüyünüz kimi ad hələ çox

şey deyil. 

Nobel mükafatı aldıqdan sonra təbiidir ki,

mənim daxil olduğum elmi cəmiyyətdə və mənim

özümdə cəlbedici ümidlər yarandı. Bu, gərginlik

əlavə etdi, amma çox vaxt cəlbedici imkanlar

verdi.


İndi poeziya haqqında. Yaxşı şer yazmaq

üçün əzab lazımdırmı?

Mən hesab edirəm ki, bu, sadəcə yayılmış

əfsanədir ki, guya əzab yaradıcılığa kömək edir.

Düşünmürəm ki, yaxşı şer yazmaq üçün mütləq

əzab çəkmək lazımdır. Amma insan həyatı olduqca

müxtəlif əzablarla doludur. Poeziya mənim üçün

əhəmiyyətlidir. Əvvəlcə mən yalnız oxuyurdum

və 40 yaşıma yaxınlaşana qədər yazmağa cəhd

etmədim. İndi mənim poeziyam ləngimiş oldu,

esse və kitablar daha yaxşı alınır. Mən; “Eyni

şey və başqası” adlı kitabımı yeni qurtardım. O,

gələn il çıxacaq. O, geniş kütləyə ünvanlanıb və

əlbəttə ki, kimyaya aiddir. Şeylər öz yerində

olması xoşuma gəlir. Mən kitab yazmağa

başladıqda onda müəyyən mövzu olmur, amma

mən mövzuya yazılanların xırda fraqmentlərindən

bir tama birləşməsinə imkan verirəm. 

Siz danışıq dilinizi yazdığınız dil ilə necə

əlaqələndirirsiniz? Siz yazırsınız və bir dildən

başqasına necə keçdiniz?

Mənim birinci dilim polşa dili idi. Ukrain və

idiş dilləri də mənim yadımda idi və mən onları

çox erkən bildim. Sonra alman dilinə keçdim,

sonra ivrit. Uşaqlar sürətlə öyrənirlər və tezliklə

hər şeyi unudurlar. On bir yaşımda Birləşmiş

Ştatlara köçərkən mənim əsas dilim alman dili

idi. Sonra ingilis dili üstünlüyü ələ aldı. Mən öz

valideyinlərimə qarşı həddən çox lütfkar deyildim.

Mən onları məcbur etdim ki, mənimlə ingiliscə

danışsınlar.

Evdə dəyişkən olaraq dörd dildə danışırdılar.

Bu, polşa, idiş, ingilis və alman dilləri idi.

Sonralar mən daha iki dili yaxşı mənimsədim

rus və isveç və daha bir dil fransız, amma çoxda

yaxşı yox, çünki, mən onu yalnız məktəbdə

öyrəndim. Lakin, ingilis dili mənim yaza bildiyim

tək dil deyil və bu, mənim doğma dilimdir. İngilis

dilli adamlar məndə yüngül ləhcə aşkar edə

bilərlər və bəzən məndə yazmaqda çətinlik yaranır.



Xahiş edirəm yaradılmasında iştirak

etdiyiniz televiziya serialı haqqında danışın.

59

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə