Design Elm Dunyasi2 215x290 Iyun219++++ Layout 1



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix28.07.2018
ölçüsü3,61 Mb.
#59202
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

göstərdik və alınan fraqmentləri öyrənməklə

bundan nukleotid ardıcıllığı haqqında əvvəlcədən

bəzi mənlumatları çıxara bildik. Sonra DNT

sintezinə cavabdeh olan DNT polimeraza

fermentini istifadəyə əsaslanan yeni üsul işləyib

hazırladıq. Bizim üsulda son variantda normal

substrata analoji olan, lakin müəyyən edici

hidroksil qrupuna malik olmayan didezok 

-

sinuk 


leotidtrifosfatlar istifadə olunur. Onlar

böyüyən DNT zəncirinə qoşulur, amma zəncirin

inkişafı terminatoru rolu oynamır. Beləliklə,

əgər bir didezoksitörəmə istifadə olunursa,

onda bütün sintez olunmuş zəncirlər bu

nukleotiddə qurtarır. Bu effektdən ardıcıllığı

təyin etmək üçün istifadə etmək olar. Digər

əhəmiyyətli şərait yeni və çox səmərəli

fraksiyalaşdırma sistemi idi. Bu sistem nukleotid

zəncirlərini ölçülərinə görə ayırmaq qabiliyyətinə

malikdir. Bu yeni üsullarla silahlanaraq biz

praktiki olaraq istənilən ölçüdə DNT

fraqmentlərini sekvenirləşdirilməsinin sürətli

və sadə üsulun işləyib hazırlaya bildik.



Siz ikinci Nobel mükafatından sonra da

işləməyə davam etdiniz?

1983-cü ilə qədər. Mənim 65 yaşım olanda

təqaüdə çıxdım. İngiltərədə bu, standart təqaüd

yaşıdır. Mən hiss etdi ki, öz uğurlarıma çox az

şey əlavə edə bilərəm. Həmçinin mən hiss

etdim ki, qocalıram və yaddaşım o qədər də

yaxşı deyil. Alim üçün çox yaxşı yaddaş

vacibdir. Gördüm ki, tələbədən nəsə

soruşuram, bir həftədən sonraeyni sualı da

yenidən ondan soruşuram. Təqaüdə çıxmağım

mənə imkan verdiki, əvvəllər vaxt tapmadığım

müxtəlif şeylərlə məşğul olum. Bütün həyatım

boyu gərgin işləmişəm. Mən laboratoriyanı

tərk etdim və həqiqətən də 1983-cü ildən heç

bir tədqiqat ilə məşğul olmuram. İndi mənim

əsas məşğuliyyətim bağçılıqdır. Mən kifayət

qədər geniş bağ aldım. Onun sayəsində mən

həmişə işdəyəm.

Siz öz həyat yoldaşınız haqqında çox

təsirli danışırsınız.

Mən Kembricdə tələbə olarkən onunla

rastlaşdım. O da tələbə idi və iqtisadiyyat ilə

məşğul idi. O, mənim həyatımda əhəmiyyətli

faktor idi. Bu, xoşbəxt nigah idi. Bizim üç

uşağımız var və biz heç vaxt dalaşmamışıq.

Biz çox mehriban yaşamışıq və hər yerə birgə

getmişik. O, çox gözəl insandır. Uşaqlarımızdan

heç kim alim olmadı. İkinci oğlumuzdan iki

nəvəmiz var. Onların hər ikisi kimya ilə

maraqlanır.

Aydındır ki, iki Nobel mükafatı almaq

məksədini qarşıya qoymaq olmaz. Amma

xoşbəxt və uğurlu alim olmağa cəhd etmək

olar. Siz də belə alimsiniz.

Kim ki, Nobel mükafatını almağı qarşısına

məksəd qoyur, nadir hallarda arzusuna çatır.

Mən hesab edirəm ki, kimyada və ümumiyyətcə

elmdə uğur gördüyün işin sənin üçün nəqədər

maraqlı olmasından aslıdır. Elə iş gör ki, O,

sənin üçün maraqlıdır. Məlum olmayanı səndən

əvvəl heç kimin etmədiyini etdikdə əsas ləzzəti

alırsan. Bu, mənə mükafat almaqdan daha çox

xoşdur, amma mükafat almaq da həmçinin

xoşdur və koryera üçün faydalıdır. Şübhəsiz

ki, mən maraqlı həyat yaşamışam.



48

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




Y

aponiya kimyaçısı Keniti  Fukui

1918-ci ilin oktyabrın 4-də Nara

şəhərində anadan olmuşdur. Kioto

imperator universitetində sənaye kimyası

kafedrasında oxumuş və 1941-ci ildə bitirmişdir.

Əvvəlcə Yaponiya imperator ordusu üçün yanacaq

istehsal edən zavodda işləmişdir. Onun akademik

karyerası 1943-cü ildə Kioto imperator

universitetində yanacaq kimyası kafedrasında

başlamışdır və 1952-ci ildə həmin universitetin

professoru olmuşdur.

1982-ci ildə Kioto universitetinin əməkdar

professoru olmuşdur.

1982-1988-ci illərdə Kioto texnaloji insti 

-

tutunun rektoru olmuşdur.



1988-ci ildən ölümünə qədər Fundamental

kimya institutunun (institut yarandığı gündən)

direktoru olmuşdur.

Onun tədqiqatları kvant kimyasına həsr olunub.

1952-ci ildə sərhəd orbitalları nəzəriyyəsinin

əsasını qoyub. Benzol və naftalində karbon

atomlarının sərhəd π-elektronlarının sıxlığını

hesablayıb və göstərib ki, onların qiyməti və

paylanması molekulun reaksiya qabiliyyətini

müəyyən edir. 1954-1957-vi illərdə aralıq

vəziyyətin formalaşması haqqında təsəvvürləri

inkişaf etdirib.

1960-1962-ci illərdə sərhəd orbitalları

nəzəriyyəsini alifatik karbohidrogenlərin σ-

elektronlarının sıxlığını, onların dissosiasiyası

enerjisini, alifatik ionların və radikalların

davamlılığının miqdarı xarakteristikasını

hesablamaq üçün istifadə etmişdir.

1970-ci ildə çoxmərkəzli aktivləşdirilmiş

komplekslərlə reaksiyalara tətbiqdə sərhəd

molekulyar orbitallar nəzəriyyəsini inkişaf

etdirmişdir.

1981-ci ildə “Kimyəvi reaksiyaların getməsi

nəzəriyyəsini işləyib hazırladığına görə” kimya

üzrə Nobel mükafatına layiq görülmüşdür. Fukuini

Yaponiyada təhsilin keyfiyyəti çox narahat edirdi.

Kimya üzrə Yaponiyada yeganə Nobel mükafatı

lauretı olan Fukui belə növ məsələlərdə çox

böyük məsuliyyət hiss edirdi. Fukui vəfat edərkən

1973-cü ildə fizika üzrə Nobel mükafatı almış

Leo Esaki (hazırda Sukub universitetinin rektoru)

demişdi: “Yaponiya yaxşı keyfiyyətli alim

tədqiqatçılar yetişdirməlidir ki, onlar çoxlu Nobel

mükafatları alsınlar və onda Fukuinin ruhu

dünyada rahat olacaq” (Ashah Evenning News,

January 10, 1998).

Qeyd edək ki, İştvan Xarqittai 1994-cü ildə



49

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013



1981-ci ildə kimya üzrə Nobel mükafatına

layiq görülmüş 

Keniti  Fukui (1918-1998)

Keniti  Fukui 

(1918-1998)


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə