Design Elm Dunyasi2 215x290 Iyun219++++ Layout 1



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix28.07.2018
ölçüsü3,61 Mb.
#59202
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

İ

ngilis biokimyaçısı Frederik Senger

1918-ci ilin avqustun 13-də Redkompda

(Qolsterşir) anadan olmuşdur.

1939-cu ildə Kembric universitetini

bitirmişdir. 1940-cı ildən Kembric universitetində

işləmişdir. 

1983-cü ildə istefaya çıxmışdır. Əsas elmi

işləri zülalların və nuklein turşularının kimyasına

həsr olunub. Senger insulinin strukturunu

öyrənmişdir. O, peptidlərin kənar

aminqruplarının identifikasiyasının dinitro-

florbenzol üsulunu işləyib hazırlamış və bu

üsulun köməyi ilə insulində amin qruplarının

ardıcıllığını və təbiətini müəyyən etmiş, insulinin

strukturunu açmışdır (1944-1954-cü illər).

Senger müəyyən etmişdir ki, insulinin ümumi

formulu C337 N65O75S6 kimidir, üç sulfid

körpüsü var və iki zəncirdən ibarətdir: 21

aminturşu qalığına malik A zənciri və 30

aminturşu qalığından ibarət B zənciri. Bu işlər

sintetik insulini və digər hormonları almaq

üçün əsas oldu. 

1965-ci ildə struktur tədqiqatları üçün lazım

olan RNT və DNT-ni radioaktiv  

32

P ilə



nişanlamağı təklif etmişdir. Bu, işləri olduqca

az miqdarda (10-69) material ilə aparmağa

imkan vermişdir.

1967-ci ildə 5SRNT-nin strukturunu (120

əsas) müəyyən etmişdir. 

1977-ci ildə faq DNT-si FX 174-ün

strukturunu (5375 əsas) müəyyənləşdirmişdir.

1977-ci ildə DNT-nin birli strukturunu

açmaq üsulunu təklif etmişdir.

1980-ci ildə “Nuklein turşularının birinci



quruluşunun müəyyən edilməsi sahəsində

tədqiqatlara görə” Nobel mükafatına layiq

görülmüşdür.   

İştivan Xarqittai 1997-ci ildə sentyabrın

16-da Kembricdə Çerçil kollecdə Senqerdən

müsahibə almışdır. Bu müsahibə The Chemical

İntellegencer jurnalında (1999, 5(2), 6-11) çap

olunmuşdur. Müsahibənin maraqlı məqamlarını

oxuculara təqdim edirik. 

Mən oxumuşam ki, Siz həmişə faydalı

olmaq üçün çalışırsınız. Sizin atanız həkim

idi, amma Siz hesab etdiniz ki, alim adamlara

daha çox fayda verə bilər.

Əvvəlcə məni də həkim etmək istəyirdilər.

Kollecə getməzdən əvvəl mən son qərarımı

verməli idim. Mənim atamın həyatı mənim

üçün sistemsiz görünürdü. O, həmişə bir xəstənin

44

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013



1958 və 1980-ci illərdə iki dəfə kimya üzrə

Nobel mükafatına layiq görülmüş 

Frederik Senger (1918-2013)

Frederik Senger 

(1918-2013)


yanından digərinin yanına gedirdi. Mən hiss

edirdim ki, hansısa real bir problemlə məşğul

olsam daha çox maraqlı olar və daha çox uğur

qazanaram. Nəticədə mən universitetdə tibbi

öyrənmədim. Özümü elmə həsr etmək qərarını

qəbul etdikdə aydın təsəvvürüm yox idi ki,

mən məhz nə ilə məşğul olacağam. Kəskin

rəqabət şəraitində tədqiqatçı olmaq çətin idi.

Kimin belə imkanı var idisə tədqiqatçı olmağa

can atırdı bu, nüfuzlu idi və təminatlı həyat

vəd edirdi. Əslində isə mən hesab etmirdim ki,

tədqiqatçı ola bilərəm. Düşünürdüm ki, hansısa

elmi əməkdaş ola bilərəm, ola bilsin ki, istehsalat

ilə əlaqəli olan iş taparam.



Daha kim Sizə təsir etdi?

Düşünürəm ki, mənə ciddi təsir edənlərdən

birincisi qardaşım oldu. Biz praktiki olaraq

həmyaşıd idik, aramızda cəmi bir yaş fərq var

idi. Erkən yaşlarımızda biz bir yerdə olduqca

çox vaxt müxtəlif oyunlarda vaxt keçirirdik.

O, onda məndən xeyli yaşlı görünürdü, bundan

əlavə o, böyük liderlik meyilliliyinə malik idi,

mən isə sakit oğlan idim. Hər yerdə mən onun

ardınca gedirdim və çox şeyi ondan öyrənirdim.

O, mənə nəzərən daha çox dərəcədə ekstravert

idi. O, təbiət ilə, xüsusən də ilanlarla çox

maraqlanırdı. O, həmdə quş yuvalarını tapmaqda

mahir bilici idi.

Mənim atam da elm və təbiət ilə

maraqlanırdı: Kembricdə indi Molteno institutu

bölməsində immunalogiya üzrə hansısa işləri

aparmışdı. O, immunoloji reaksiyaların köməyi

ilə müxtəlif tip qanları təyin etmişdi. Müəyyən

müddətdə Skotlend-Xard ilə əməkdaşlıq etmiş,

onları insan qanını identifikasiya etməyə

öyrətmişdi. O da mənə təsir etmişdi. Belə çıxır

ki, mən elmli ailədə böyümüşəm. Son nəhayətdə

mənim qardaşım fermer oldu. Biz təhsilə bir

yerdə başladıq. Məktəbdə mən ondan yaxşı

oxuyurdum. O, Kembricə daxil oldu, kənd

təsərrüfatını öyrəndi və mənə nəzərən daha

praktik olduğundan bu sahədə işləməyə getdi.

Aydındır ki, sonralar mənə həmçinin çoxlu

sayda başqa adamlar da təsir etdi.



İkinci dünya müharibəsində Siz imtinaçı

olmusunuz. Bu necə oldu?

Mən kvaker (İngiltərədə və ABŞ-da kilsə

mərasimlərini inkar edən xristian dini təriqətin

üzvü) kimi tərbiyə olunmuşdum. Kvakerlər

hesab edirlər ki, adamları öldürmək olmaz və

buna çox ciddi yanaşırlar. Mənim atam inanclı

kvaker idi. O, 30 yaşında kvaker olmuşdu.

Mənim şəxsi inamım da belə idi. Müharibədən

əvvəl döyüşməyə getməmək üçün çoxlu müxtəlif

səbəblər var idi. Mən ingilis kahini Dik

Şepperdin yaratdığı “Sülh andı” təşkilatının

kartoçqasına imza atmışdım. Bilmirəm indi

mən necə edərdim. Mən artıq kvaker deyiləm.

Elm ilə məşğul olmağa başlayarkən mən başa

düşdüm ki, mənim bilmədiyim şeyə inanmağım

çox çətindir. Elmdə həmçinin həqiqət haqqında

vicdanlı olmaq lazımdır. Sən həqiqəti öyrənirsən

və hər bir xırda şeyi sübut etməlisən. Mənə

din ilə bağlı olan hər şeyə inanmaq çətin olmağa

başladı. Mən özümü aqnostik adlandırıram.

Elə şeylər var ki, biz onu izah etmək imkanına

malik deyilik. Məsələn, bizim şüurumuz, belə

halda mənə sual açıq qalır. Biz bilmirik ki,

Allah var ya yox. Əgər sən alimsənsə və

həqiqətə inanırsansa, nə vaxt ki, bilmirsən

“mən bilmirəm” deməyə borclusan. Elmdə

çətinliklər o vaxt yaranır ki, adamlar nəysə

bilmədiklərini etiraf etməyə hazır olmurlar.

Həmişə şirnikdirici şey var, xüsusən də əgər

sənin öz nəzəriyyən varsa. Həqiqətin nədən

ibarət olduğunu aydınlaşdırmaq əvəzinə bu

nəzəriyyəni sübut etməyə çalışırsan.



Siz yeganə adamsınız ki, kimya üzrə iki

Nobel mükafatına layiq görülmüsünüz.

Təsəvvür etmək çətindir ki, olduqca böyük

əhəmiyyətli iki kapital işi necə qoydunuz və

həll edə bildiniz?

Bu, heç də belə olmayıb. Əslində hər şey

xırda addımlarla olub. Mən Albert Noyberqerin

yanında zülalların metobololizminə aid fəlsəfə

doktorluğu dissertasiyasını müdafiə etdim. Bu

işin gedişində mən zülalların kimyasından çox

şeyləri bildim. Xoşbəxtlikdən mən məhz

45

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə