Design Elm Dunyasi2 215x290 Iyun219++++ Layout 1


siyalaşdırdım və həvəskar astranomidim



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə18/30
tarix28.07.2018
ölçüsü3,61 Mb.
#59202
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

siyalaşdırdım və həvəskar astranomidim.

Məktəbin yuxarı siniflərində mənim elmə

marağım daha da gücləndi.Mən tez-tez

dərsdən qaçırdım və Vaşınqtonda Konqresin



Kitabxanasında fizika üzrə kitabları oxumağa

gedirdim. Bu, mənə çox kömək edirdi, çünki

mən çox yaxşı qiymətlər alırdım. Mən 1949-



cu ildə məktəbi bitirərkən atom fizikası üzrə

kitabları oxumuşdum. Mənim məktəbdə

cəhdlərimdən biri Van-de-Qraaf generatorunu

yığmaq idi. Eyni zamanda mən qeyri-üzvi

kimya ilə maraqlanırdım. Mən kimyaçı olmaq

istəyi ilə Harvard universitetinə daxil oldum

və kimya və fizika sahəsində ixtisaslaşmağa

başladım, amma təhsil prosesində mənim

maraqlarım fizikaya doğru meyl etdi.

Aspiranturada mən nəzəri fizikanı öyrəndim.

Harvardda oxuduqdan sonra iki il müddətinə

Kembricə getdim və orada nəzəri fizika ilə

məşğul oldum. Kembric universitetində nəzəri



fizikanı riyaziyyat adlandırmaq qəbul

olunduğundan mənim elmi dərəcəm

riyyaziyyat üzrədir. Mənim rəhbərim pakistan

nəzəri fiziki Abdus Salam idi və o, çox gözəl

fizik nəzəriyyəçi idi. O, 1979-cu ildə fizika

üzrə Nobel mükafatı almışdı. Sonra mən

Harvarda qayıtdım və fizika ilə məşğul olmağa

davam etdim. Kabric universitetində mənə

verilən doktorluq diplomunu poçt vasitəsi ilə

aldım. Harvardda da mən tək işləyirdim. Mən

1979-cu ildə fizika üzrə Nobel mükafatına

layiq görüləcək Şeldon Qleşou ilə bir otaqda

işləyirdim. Otaq fizika fakültəsi binasının

zirzəmisində yerləşirdi. Elmi dərəcə aldıqdan

sonra mən bir il fizika üzrə postdok işlədim,

sonra bir il müəllimlik vəzifəsində işlədim,

Harvardda Culian Şvingerin asistenti oldum.

Şvinger 1965-ci ildə fizika üzrə Nobel

mükafatına layiq görülmüşdür. Sonra bir neçə

il müddətində Harvard universitetində nəzəri

fizika kafedrasında bütün mümkün olan kurslar

oxudum: sahənin kvant nəzəriyyəsi, nisbiliyin

ümumi nəzəriyyəsi, elektrik və maqnetizm,

klassik mexanika. 

Cim Uotson ilə tanışlıq sayəsində mən

biologiyaya gəldim. Biz Kembricdə 1965-ci

ildə qəbulda tanış olduq və dostlaşdıq. Bu,

ikiqat spiralın kəşvindən iki il sonra idi o, bir

illik fasilədən sonra Kembricə yeni qayıtmışdı.

Sonra o, Harvarda biologiya üzrə asistent kimi

keçdi, o vaxta qədər mən də Harvardda fizika

üzrə asistent idim. Bizim dostluğumuz davam

edirdi və biz çox vaxt elmdən danışırdıq. 1960-

cı ildə yayda onun laboratoriyasında məlumat

RNT-si üzrə işlər başladı. Mən onun

laboratoriyasına dəvət ilə gəldim, bir neçə

məqaləni oxudum, işə qoşuldum və nəhayətdə

bizim onlarla eksperimentlərimiz RNT-nin

kəşvinə gətirib çıxardı. Mən onun

laboratoriyasında işləri 1960-cı ilin payızına

qədər davam etdirdim. Bizim qarşılaşdığımız

problem ondan ibarət idi ki, biz göstərməliydik

ki, davamsız aralıq RNT molekulu mövcuddur

ki, DNT ilə əlaqələnir, sonra isə zülal qurulması

üçün istifadə olunur. O vaxt hesab olunurdu

ki, kodları ribosomlarda olan RNT-nin köməyi

ilə zülallar sintez oluna bilər. Sonra bir sıra

eksperimentlərin köməyi ilə, əvvəlcə T-cüt

faktda göstərilir ki, birbaşa DNT-nin surəti

olan RNT-nin mövcud olması mümkündür.

Bununla yanaşı Jakov və Mononun fransız

qrupunun seriya işləri var idi ki, bu işlərdə

davamsız vasitəçi RNT-nin mövcudluğu

haqqında ehtimallar söylənilirdi. Biz öz

qrupumuzda bununla məşğul olduq və göstərdik

ki, bakteriyalarda elə davamsız RNT növləri

var ki, DNT-nin müəyyən hissəsini təkrar edir,

sonra ribosomlarda zülalların sintezi üçün

istifadə olunur, sonra isə dağılır. Biz bu

eksperimentləri 1960-cı ilin yayı və payızında

apardıq və 1961-ci ilin əvvəlində Nature

jurnalında onları çap etdirdik. Mənim molekulyar

biologiya ilə ilk tanışlığım belə oldu.

Sonra 1961-ci ilin payızında mən yenidən

yarımilliyə fizikaya qayıtdım, sonra bioloji

laborotoriyaya daimi işə keçdim. 1961-ci ilin

yayında biz Moskvaya biokimyəvi konqresə

getdik. Məhz orada Mirenberq “poli (U)-nu



38

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




polifenilalanin etdiyi” ni göstərən eksperiment

haqqında məlumat verdi. Bu, sintetik məlumat

RNT-si haqqında ilk nümunə və genetik kodun

oxunmasında ilk irəliləyiş idi. Harvarda

qayıtdıqdan sonra mən zülalların sintezinin

mexanizmi ilə məşğul oldum. Məlumat RNT-

sinin ribosom ilə qarşılıqlı təsirinin və

ribosomlarda zülal sintezinin detallarını

aydınlaşdırmaq üçün mən sintetik məlumat

RNT-si istifadə etdim. Bu eksperimentlər uğurla

nəticələndi. Onlar göstərdilər ki, çoxlu

ribosomlar eyni RNT-dən istifadə edirlər və

sintezin gedişində böyüyən zülal zənciri həmişə

sonuncu nəqliyyat RNT-si ilə əlaqəli qalır.

Zülal zənciri özünün kənar tərəfindən

aktivləşmişdir. Aktivləşmə enerjisi nəqliyyat

RNT-si birləşmiş peptid zəncirinin karboksil

sonluğunda lokallaşmışdır. Beləliklə, ona yeni

nəqliyyat RNT-sinin gətirdiyi aminturşu birləşir.

O vaxta qədər Qovard Dinisis göstərmişdi ki,

peptid zənciri N-sonluqdan C-sonluğa artır.

Amma bizim eksperimentlərimizə qədər bu

zaman hansı kimyəvi proseslər getdiyi,

zəncirinböyüməsi necə getdiyi, aminturşuların

bir tamda necə yığıldığı məlum deyildi. Mən

biologiya ilə məşğul olmağı davam etdirdiyim

üçün fizika fakultəsində mənə böyük şübhə ilə

baxmağa başladılar. O, vaxt hər beş ildən gec

olmadan əməkdaşların vəzifəsi yüksəlməli idi.

Asistent vəzifəsinə kontrakt beş il bağlanmışdı

və dördüncü ildə ya daha yüksək vəzifə təklif

olunurdu, ya da işdən azad edirdilər. Mənim

vaxtım çatdıqda fizika kafedrasında dedilər ki,

mən daha fizika ilə məşğul olmadığımdan onlar

məni yüksək vəzifəyə təklif etməyəcəklər.

Xoşbəxtlikdən Harvardda bu vəziyyətdən çıxış

yolu tapdılar və mən biofizika üzrə yüksək

vəzifəyə təqdim olundum. O vaxtdan mən iki

fakültənin, fizika və biologiya fakültələrinin

ştatına daxil oldum. Bu iki fakültənin fəaliyyət

stilləri tamamilə fərqli idi. Mənim elmi

məşğuliyyətimin növbəti mövzusu genetik

nəzarətin mexanizmi oldu. DNT zülalı necə

istehsal edir? O vaxt 60-cı illərin ortalarında

genetik kod artıq açılmışdı. Mən məsələn, belə

məsələlərlə məşğul oldum: ribosom nə qədər

dəqiq işləyir? Bu dəqiqliyi necə pozmaq olar?

Sonra mən genlərin bir-birinə nəzarət etməsinə

kömək edən mexanizminin təbiətini açmağa

cəhd etdim. O vaxt aparıcı nəzəriyyə Jakob və

Mononun nəzəriyyəsi idi. Bu nəzəriyyəyə görə

repressorlar adlanan maddələr mövcuddur və

onlar digər geniş işinə nəzarət edən hansısa

genin məhsuludur. Açılmamış olan bu

repressorların təbiəti idi. Onlar zülaldırmı? Və

ya bu, RNT-dir? Və ya daha nə? Bu,  çox

əhəmiyyətli idi və olduqca sadə olmayan suallar

idi, çünki, o vaxt bu molekulların biokimyəvi

tədqiq imkanı yox idi. Təxminən 1964-cü ildən

başlayaraq mən bir neçə il cəhd etdim ki,

eksperimental olaraq repressoru identifikasiya

edəm. Əksər eksperimentlər uğursuz oldu,

amma yekunda Benno Müller Xill ilə birlikdə

biz elə eksperiment düşünə bildik ki, bu

eksperiment işlədi.

Müller-Xill mənim yanıma postdok kimi

gəldi və biz bir neçə il bir yerdə işlədik. Biz

bakterial hüceyrədə miqdarı cəmi bir neçə

molekul olan lac-repressoru aşkar etdik.

Həmçinin müəyyən etdi ki, o, induktor ilə son

nəhayətdə repressoru passivləşdirən kiçik

molekullu maddə ilə əlaqələnir. Bu nəticələr

tarazlıq dializi üsulunun köməyi ilə alındı. Biz

radioaktiv indikator hazırladıq onu hüceyrə

ekstraktlarına qarşı dializ etdik və dializ kisəsinin

içərisində qatılığın artdığını müşahidə etdik.

Bu eksperimentlər nəticəsində biz tənzimləyici

genin məhsulunu hər bir hüceyrədə 10 molekul

miqdarında sintez olunan zülalı identifikasiya

edə bildik. Biz bu zülalı təmizlədik, onun

molekulunu təsvir etdik və göstərdik ki, o,

DNT ilə əlaqələnir. Benno Almaniyaya

qayıtdıqdan sonra universitetdə daimi işə qəbul

olundu və repressorlarla işini davam etdirdi.

O, çoxlu miqdarda təmiz zülalı aldı, onun

aminturşu ardıcıllığını müəyyən etdi və indi

də gen nəzarəti ilə məşğuldur. Benno bir neçə

kitab yazmışdır. Tədqiqat işləri ilə yanaşı o,



39

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə