Design Elm Dunyasi2 215x290 Iyun219++++ Layout 1



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə20/30
tarix28.07.2018
ölçüsü3,61 Mb.
#59202
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

payladıq. O vaxt heç kim patentləşdirmə

haqqında düşünmürdü. Biz üsulun təsvirini əks

etdirən məqalə çap etdirdik, amma hələ məqalə

çıxana qədər bizim üsulun köməyi ilə DNT-

nin 20000-dən çox əsaslarının sekvenləşdirilməsi

aparılmışdır. 

Bizim laboratoriyanın aspirantı ilk dəfə

olaraq zülalı kodlaşdıran genin lac-repressor

genin tam ardıcıllığını aça bildi. Sonra biz

başqa DNT ilə işləyərək pensillinaza geninin

ardıcıllığını müəyyən etdik. Mənim

aspirantlarımın dissertasiyaları DNT-nin 63

əsasından başlandı, sonra 1000-ə yaxın əsasa

malik genin ardıcıllığı müəyyən edildi, sonra

bütöv plazmiddə 5000 əsas. Bundan sonra bu

layihə üzrə işi dayandırdıq.

Bundan az keçmiş mənim rekombinant

DNT-lərə marağım yarandı. Bu, 70-ci illərin

ortaları idi. Mən belə bir sual ilə çox

maraqlandım. “DNT-nin yeni strukturunu

yaratmaq olarmı?”. Mən ədəbiyyatda 1970-ci

ildə çap olunmuş belə bir məlumat tapdım ki,

DNT-liqazanın köməyi ilə faq T4-dən DNT-

nin küt sonluqlarını bir yerdə tikmək olar. Bu

müşahidə çap olunmuşdu, amma hətta onu

oxuyanlar hesab etmişdilər ki, bu, az səmərəli

reaksiyadır və hətta onu aparmağı yoxlamağa

cəhd etməmişdilər. O vaxt hamı hesab edirdi

ki, iki DNT molekulunu tikmək üçün iki  biri-

birini örtən sonluq lazımdır. Mən göstərdim

ki, küt sonluqlu DNT molekulunu, küt sonluğa

malik digər DNT molekulu ilə tikmək olar,

həm də otaq temperaturunda və yüksək çıxım

ilə. Bizim qarşımızda iki müxtəlif molekuldan

sərbəst kombinasiyalarla tikilmiş DNT-nin

bütöv bir dünyası açıldı. Bu proses məni həddən

çox maraqlandırdı. Mən bu haqda DNT-nin

sekvenirləşməsi üzrə seminarlarda bütün ölkəyə

danışdım. Biz DNT-nin sərbəst fraqmentlərini

tikərək insan geninə start siqnalları əlavə edərək

onları bakteriyalarda işləməyə məcbur etmək

kimi sadə üsul yaratdıq. Biz “portativ

promotorlar” işləyib hazırladıq. DNT-ni

sekvenirləşdirmə bizə biz bakteriyalarda yeni

genlər yaradarkən məhz nəyi etdiyimizi başa

düşməyə imkan verdi. Sonra mən aspirantlara

tapşırıq verdim ki, bakteriyalarda insulin alsınlar.

Bundan sonra mənim marağım mücərrəd

fundamental sualdan (-) biz yeni struktur yarada

bilərikmi? sualından praktiki tətbiq sahəsinə

dəyişdi. Bakterial insulin yeni faydalı məhsula

nümunədir.

Bu maraq məni və bir neçə alimi ilk bio -

texnaloji kompaniyalardan biri olan “Biogena”

kompaniyasını yaratmağa gətirib çıxardı. Mən

1978-ci ildə kompaniya yarandıqdan 1981-ci

ilə qədər elmi işləmələrin praktiki tətbiqi ilə

getdikcə daha çox maraqlandım. 1981-ci ildə

mən Harvarddan çıxdım və kompaniyanın

direktoru oldum. Mən 1985-ci ildə yenidən

universitetə qayıtdım.

Harvarda qayıtdığım zaman mən bir neçə



kiçik kompaniyaların işində iştirak etdim.

Kiçik kompaniyalar mənim çox xoşuma gəlir.



Onlar çox gözəl insan birliyidir, çünki, burada

adamlar toplaşırlar ki, yeni nəsə etsinlər.

Əslində kiçik kompaniyalar yeni ideyalarla

yaradılır. Mən “Mirriad Cenetiks” adlanan

kompaniyada işləyirdim və kompaniya xəstə -

liklərin yayılmasına səbəb olan genlərin axtarışı

ilə məşğul olurdu. Bu kompaniya iki il öncə

qadınların xərçəngə meyilliliyinə cavabdeh

olan iki geni klonlaşdıraraq süd vəzi xərçənginin

genlərini tapdılar. Qadınların bir faizə qədəri

bu genlərdən birində mutasiyaya malik olur.



Siz polimeraza zəncirvari reaksiyasının

(PZR) kəşfini necə qiymətləndirirsiniz?

PZR texnalogiyadır. O istənilən yerdə kəşf

oluna bilərdi: Bu texnalogiyanın təkmilləşməsi

sahəsində bütün ölkə üzrə laboratoriyalarda, o

cümlədən onun kəşf olunduğu kompaniyada

çox məşğul idilər. PZR həm də elm üçün

olduqca böyük nəticələr doğurdu. Baxmayaraq

ki, kəşf kommersiya potensialına görə

edilməmişdir. Bu, təsadüfən baş verdi. Əgər

kompaniyalar kifayət qədər açıqdırlarsa, onlarda

da kəşflər olur.

1970-ci illərin əvvəlləri və 1978-ci il



42

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




arasındakı dövrdə elmin sosialogiyası dəyişdi.

70-ci illərin əvvəllərində alimlər hesab edirdilər

ki, kəşflər hamı üçün olmalıdır. Bu ideya idi,

çünki, nə ümumi üçündürsə istifadə olunmur.

Əgər sən dövlət qrantı pulu ilə işləyirsənsə,

hətta istəsən də öz kəşfini patentləşdirə

bilməzdin. 1978-ci ilə qədər hər şey dəyişdi.

Hökumət istədi ki, universitetlər öz kəşflərini

patentləşdirsinlər və Harvard bizdən tələb etdi

ki, kəşflərimizi patentləşdirək. Bizim insulin

üzrə işimiz patentləşdirildi və patent hüququ

Harvarda aiddir. Sonra lisenziya “Biogenə”

verildi.

Siz Harvarda qayıtdıqda həmin fakültədə

qaldınız?

Harvardda bialogiya fakültəsi bir neçə

fakültəyə ayrıldı. Əvvəlcə molekulyar bioloqlar

və biokimyaçılar ayrıldılar və onların arasında

mən də var idim. 70-ci illərin ortalarında

hüceyrə biologiyası və inkişaf biologiyası

fakültəsi yarandı. Təkamül, ekalogiyaya və

ona bənzər şeylərlə məşğul olanlar qaldı.

Harvarda qayıdaraq mən molekulyar biologiya

və biokimya fakültəsinə getmədim, mən hüceyrə

biologiyası və inkişaf biologiyası fakültəsinə

keçdim. 1978-ci ildə mən universitetdən

gedərkən bu fakültədə hamı hesab edirdi ki,

onların məşğul olduqlarının DNT ilə heç bir

əlaqəsi yoxdur. Amma 1985-ci ildə mən

qayıdarkən artıq fikirləşirdilər ki, DNT hər

şeydir. İndi bizim bir molekulyar və hüceyrə

biologiyası fakültəmiz var, on ildən sonra

bioloji fakültələrin hamısı yenidən bir fakültədə

birləşəcək.



Siz insanın klonlaşdırılması haqqında nə

düşünürsünüz?

Mən həqiqətən yaşlı heyvanın

klonlaşdırılması haqqında məlumatlara skeptik

yanaşıram. Primatların (ali məməlilər dəstəsi)

klonlaşdırılması zamanı daha çox texniki

çətinliklər yaranacaq.



Gəlin əvvəllərə qayıdaq. Sizin ailə ətrafınız

Sizin alim olmaq qərarınıza təsir etdimi?

Əvvəlcə mənim elmə yalnız ümumi marağım

var idi. Buna mənim anam səbəb oldu. O, uşaq

psixalogiyası üzrə mütəxəssis idi və düşünürdü

ki, onun oğlu elm ilə, qızı isə incəsənət ilə

məşğul olsa doğru olar. Mənim bacım həkim

oldu. Necə olsa da mən intellektual ailədə

böyüdüm. Mənim babam və nənəm

Ukarinadandır. Onlar yahudi idilər və bir neçə

dəfə familyalarını dəyişmişdilər. Atam və anam

Amerikada doğulmuşdular.

Mən tələbə olduqda hər şeydən çox məni

kimya maraqlandırdı, amma tezliklə, müəyyən

etdim ki, ixtisaslaşmanı dəyişmək imkanı var.

Kollecdə mən fizika və kimyanı öyrənmişdim.

Aspiranturada nəzəri fizikanı öyrəndim. Onda

mən fizik idim. Mən fizikadan biologiyaya

keçdikdə alim necə hərəkət etməsi haqqında

mənim təsəvvürlərim dəyişdi. İndi mənim

dünya görüşüm kollecdə oxuduğum dövrdəki

dünya görüşümdən tamamilə fərqlidir. Elmə

pul naminə gəlmirlər. O, istedaddır.

Müsahibənin sonunda nəsə demək

istərdinizmi?

Ola bilsin ki, mənim karyeram geniş

təhsilin xeyiri haqqında deyir. Problem ondan

ibarətdir ki, kifayət miqdarda qəribə kiçik

faktlar dünyası haqqında bilmək lazımdır.

Edison bir dəfə demişdi ki, ixtiraçı olmaq

bizim dünyanın ən müxtəlif qarşılıqlı əlaqələri

haqqında bilmək deməkdir, hətta əgər onlar

Sizin məşğul olduqlarınız ilə heç bir əlaqədə

olmasa da. Əlavə onu da demək istəyirəm ki,

öz fəaliyyət sahəni dəyişmək çoxlarının

düşündüyündən asandır. Adamlara o mane olur

ki, onları müəyyən işləri etməyə öyrətdikdən

sonra onlar düşünməyə başlayırlar ki, onlar

yalnız bununla məşğul ola bilərlər. Bu, kökündən

düz deyil.

Elmin müxtəlif sahələrində daima dəyişmələr

baş verir və kim ki, bunu anlamır, o, ümidsiz

olaraq geri qalır.

43

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə