Design Elm Dunyasi2 215x290 Iyun219++++ Layout 1



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə16/30
tarix28.07.2018
ölçüsü3,61 Mb.
#59202
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

Bir vaxt bu, əhəmiyyətli məsələ idi. Sol

Vinşteyn aşağıdakı müşahidələri apardı: sirkə

turşusunda ekzonorbornilbrosilat həll edildikdə

ekzoasetat alınır; əgər uyğun endotörəmə həll

edilərsə yenə də ekzo-asetat alınır. O, bunu C6

və C2 atomları arasında körpünün olması ilə

izah etdi (bu kationun klassik strukturunda kation

mərkəzi).

Biz norborneni  hidroborlaşmaya -

oksidlişməyə məruz qoyduq və 99,4% ekzo-

norborneol aldıq. Amma reaksiyada heç bir kation

iştirak etmədi. Reagentlər sadəcə ekzo-vəziyyətdə

hücum etdilər. Solvoliz prossesində aralıq

birləşməni tarazlıqda olan enantiomer ionların

tarazlığında olan, həlledici ilə əsasən daha açıq

ekzo-tərəfdən qarşılıqlı təsir edən cüt kimi baxmaq

olar.

Bu, üzvi kimyada köhnə problemdir. Mən



üzvi kimyadan mühazirələrə qulaq asarkən məni

öyrətmişdilər ki, biri-birinə çevrilən Kekule

strukturu cütdür. İndi biz hesab edirik ki, bu

rezonans hibriddir. Həmçinin məni öyrətmişdilər

ki, sikloheksan yastı molekuldur. İndi biz hesab

edirik ki, bu, kreslo konformasiyası ilə qarşılıqlı

çevrilə bilən struktur cütüdür. Biz bir neçə

eksperiment apardıq ki, onlar məni inandırdı ki,

ikili və üçlü 2-norbornil törəmələrinin solvolizi

2-norbornil kationların bir strukturdan digərinə

və geriyə qayıtma cütü mərhələsindən keçir.

Bu problemin həllində hesablama kömək

etdimi?

Əvvəlcə hesablamalar göstərdi ki, qeyri klassik

ion klassik iondan təxminən 69 kkal/mol stabildir.

İllər keçdikcə bu fərq azaldı və nəhayət Maykl

Düar klassik norbornil kationunun xeyrinə 2

kkal/mol fərq aldı.



Nobel mükafatı Sizin həyatınızı necə

dəyişdi?

Heç cür dəyişmədi. Mən bilirəm ki, bəziləri

dünyanın vətəndaşı olur, bəşəriyyət qarşısında

duran bütün problemlər haqqında boşboğazlıq

edir, amma məndə heç vaxt mənim böyük sevgim

olan iki predmetdən heç olmasa birini tərk etmək

cəhdi olmayıb.

Nobel mükafatı aldıqdan sonra Sizin

maraqlarınızın əsas elm sahəsi nə olmuşdur?

Hidroborlaşma reaksiyasını biz 1956-cı ildə

kəşf etdik. Bu reaksiyanın xarakteristikalarını

sistematik tədqiq etmək bizi onu alfa-pinenə, ən

davamsız olefinlərindən birinə istifadə etməyə

gətirib çıxardı. Bu maddə pereqruplaşma olmadan

hidroborlaşmaya məruz qoyuldu, amma yalnız

iki olefin vahidi borana birləşir və yeni, optiki

aktiv hidroborlaşma reaktiv, İpC2  BH (İpC=

izopinokamfeil) əmələ gətirir. Həqiqətdə, bu

reaktivin köməyi ilə sis-2-butenin hidroborlaşması

oksidləşmədən sonra (+)-2-butanol və ya (-)-2-

butanol (98,4% optiki təmizliklə) verdi. Bu,

yüksək enantiomer artıqlığı ilə assimetrik sintezin

ilk qeyri-fermentativ reaksiyası idi.

Hidroborlaşdırma ilk dəfə olaraq üzvi boranları

hamı üçün əldə olunan etdi. Üzvi boranlar

kimyasının sistematik tədqiqatı göstərdi ki, bu

birləşmələr olduqca müxtəlif  tərəfli

birləşmələrdirlər. Kəşf olundu ki, üzvi boranların

əvəzetmə reaksiyaları karbonun birləşmələrinin

əvəzetmə reaksiyasından fərqli olaraq

konfiqurasiyanı saxlamaqla gedir. Nəhayət

ağlımıza gəldi ki, artıq bizim asimmetrik sintezin

ümumi üsulu üçün əsasımız var. 

Nobel mükafatını aldıqdan sonra biz assimetrik

hidroborlaşdırmanı tədqiq etdik və göstərdik ki,

çoxlu asimmetrik üzviboran aralıq birləşmələri

sintez edə bilərik. Biz bu aralıq birləşmələrin

assimetrik üzvi molekullara çevrilməsinin bir

neçə yeni reaksiyasını işləyib hazırladıq. Əslində,

biz hətta hesabladıq ki, bizim nümayiş etdirdiyimiz

sadə üsulları istifadə edərək artıq indi 130000

təmiz enantomerlər sintez oluna bilər. Biz bu

üsulları assimetrik ketonların reduksiyasında,

aldehidlərin assimetrik açılmasına, assimetrik

enolborlaşmaya və s. tətbiq etdik və həqiqətən

də yüksək enantomer artıqlığı ilə ümumi

asimmetrik sintez üsulu alındı. Bu sahə üzvi

kimyaçıların əsas tədqiqat sahələrindən biri oldu.

Çoxlu yeni sintez üsulları işlənib hazırlandı.

Amma onlardan heç biri bizim yanaşmamaız ilə

“xiral orqanoboranların köməyi ilə assimetrik

sintezi” ilə ümumiliyə malik deyil. 



Sizin tədqiqatları kim maliyələşdirir?

Bir çox illər ərzində bu, Milli elm fondu

(MEF) və Milli sağlamlıq institutları (MSİ), hərbi

34

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




idarələr idi. Mənim 80 yaşım tamam olduqdan

sonra MEF və MSİ maliyələşdirməni dayandırdılar.

Boranların tədqiqi Fondunun maliyələşməsinə

digərləri qoşuldular. Bu, mənim tədqiqatlarımın

maliyəsinin yarısını verir. Digər yarısı hərbi-

dəniz tədqiqatları idarəsindən və ordu tədqiqatları

idarəsindən daxil olur. Universitet mənim katibimin

və elmi işçimin işinin haqqını ödəyir və lazimi

iş yeri verir.

Öz oğlunuz haqqında nə deyə bilərsiniz?

Çarli 1944-cü ildə doğulmuşdur. O da məktəbi

16 yaşında bitirmişdir. Sara istəmirdi ki, 18

yaşında uşağı evdən getsin, odur ki, o, öz bakalavr

dərəcəsini burada, Pardyuda aldı. Sonra o, Berklidə

fəlsəfə doktoru dərəcəsi aldı, asılı olmadan

işləyərək (nəhayət onun JACS-da 10 məqaləsi

çap olunduqdan sonra o, Berkliyə köçdü). O,

özünün postdok işini Stanfordda Karl Cerassinin

yanında yerinə yetirdi. 1970-ci ildə Kornell

universitetinə keçdi və atası öz dövründə etdiyi

kimi daimi ştat vəzifəsi almağa uğursuz cəhd

etdi. O, Qızıl Buynuz körfəzi rayonuna qayıtmaq

istədi və indi Kaliforniyada İBM-də elmi iş

aparır. Bizim iki nəvəmiz var: Tamar Smit

kollecinin tələbəsi və Ronni, o, hələ məktəblidir.



Xahiş edirəm öz mənşəyiniz haqqında

danışın.

Mənim valideyinlərim Ukraynada Kiyev və

Jitomir arasında Brovar şəhərciyində doğul muş -

dular. Mənim atamın familyası Brovarnik idi

(şəhərin adı ilə). Onun ailəsi köçmək qərarına

gəlirlər. Adətən belə hallarda ilk olaraq ata və

böyük oğul gedir. Odur ki, mənim babam öz

böyük oğlu ilə Birləşmiş Ştatlara gedirlər. Onlar

kifayət qədər pul qazanmalı idilər ki, sonrakı

qrup gələ bilsin. Mənim atam ikinci oğul idi və o,

ikinci qrupda anası, daha bir oğul və kiçik qızı ilə

gedir. Onlar Birləşmiş Ştatlara çatdıqda 5 yaş 

qızın gözlərində virus infeksiyası aşkar etdilər və



ona getməyə icazə vermədilər. Odur ki, ailənin bu

dörd üzvü geri qayıtmağa məcbur oldular. Onlar

geriyə Rusiyaya yox, İngiltərəyə, Londona dönürlər.

Mənim atam xarrat-mebelçi idi, o, iş alır və anam

ilə tanış olur. Anamın ailəsi də o vaxt İngiltərəyə

köçmüşdü. Onlar 1908-ci ildə evlənirlər, 1909-cu

ildə onların qızı doğulur, 1912-ci ildə mən.

Siz hansı dildə danışırdınız?

Onlar idiş dilində (əsasını alman dialektindən

biri təşkil edən müasir yəhudi dili) danışırdılar,

atam isə ingiliscə danışmağa başladı. Sonra 1914-

cü ildə atam qərar aldı ki, onlar Birləşmiş

Ştatlardakı ailələri ilə birləşməlidirlər. Anam ora

getmək istəmirdi, amma o dörd qadından çox

şey asılı deyildi. Biz hamımız Çikaqoya köçdük.

Atam iki qızdan və beş oğlandan ibarət yeddi

uşaqdan biri idi. Əvvəldə biz çox kasıb yaşayırdıq,

amma tədricən zənginləşdik. Nəhayət, atam

Çikaqonunun cənubi hissəsində metal məmulatları

mağazası açdı. Biz mağazanın üstündə yaşayırdıq.

Sizin ailəniz dindar idi?

Yox.


Bizim söhbətimizin sonunda Siz nəyi əlavə

edərdiniz?

Səkkiz il əvvəl mənə nəvəm Ronni zəng etdi.

“Nə olub, Ronni?”. Ronni dedi: “Mənim sinifim

məndən xahiş etdi ki, səndən xahiş edim ki,

onlara mühazirə oxuyasan”. Mən deyirəm: “Ronni,

sənin sinifində səkkiz yaşlı uşaqlardır, nə üşün

onlar mənə qulaq asmaq istəyirlər?”. Ronni cavab

verdi: “Biz Martin Lüter Kinqi keçərkən müəllim

dedi ki, o, Nobel mükafatı laureatı olmuşdur.

Onda mən qalxdım və dedim ki, mənim babam

da Nobel mükafatı laureatıdır”.  Müəllim dedi:

“Ronni, nağıl danışma”. Ronni isə: “Axı bu,

həqiqətdir. Nə üçün siz mənim anamdan

soruşmayasınız?” Və mənim gəlinim bunu təsdiq

etdi. Sinif  toplanır və qərara alır ki, onlar məni

dəvət etsinlər ki, mən onlara mühazirə oxuyum.

“Sən gələcəksən?”. Mən cavab vermədim,

düşündüm ki, bu təklifdən necə imtina edim və

onu incitməyim. Mən çox auditoriyalarda

mühazirə oxumuşam, amma heç vaxt

səkkizyaşlıların qarşısında yox. Amma mənim

həyat yoldaşım paralel telefonda danışığı eşitdi



və mən eşitdim ki, o dedi: “Ronni, hə, o böyük

məmnuniyyətlə”. Odur ki, mən ora getməli

oldum və mən orada mühazirə oxudum. Çox

narahat idim, amma mühazirə yaxşı keçdi. Mən

onlara Nobel medalını gətirdim və onu sıralarla

gəzdirdim ki, onlar baxsınlar. Onlara izah etdim

ki, kimya nədir. Sonra onlara xatirələr kitabımı

və mənim haqqımda yazı olan “Aldrichimica

35

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə