Design Elm Dunyasi2 215x290 Iyun219++++ Layout 1



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə13/30
tarix28.07.2018
ölçüsü3,61 Mb.
#59202
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

Subba Rau aparmışdı,  o, doktorluq dissertasiyasını

mənim yanımda müdafiə etdi və mənim yanımda

postdok qaldı. Mən ondan soruşduqda ki, necə

oldu ki, 2,37 nisbəti alındı, o, mənə xatırlatdı ki,

etiloleat bizim standart birləşmələrimizin siyahısına

aid deyildi (Bizim bütün standart birləşmələrimiz

çox ciddi təmizlənmişdi və başqa heç kimə onlara

toxunmağa icazə verilmirdi). Doktor B.K. Subba

Rao mənə xəbər verdikdə ki, o, mürəkkəb efirləri

spirtə qədər reduksiya edə bilib, mən ona təklif

etdim ki, hər hansı doymamış yağ turşusunun

mürəkkəb efirinin reduksiyasını yoxlasın. O,

ambardan etiloleti götürdü, amma onu təmizləməyə

cəhd etmədi. O, fikirləşdi ki, təmizlənmiş efirdə

peroksid əlavəsi ola bilər ki, ona görə də belə

böyük rəqəm alınır. O dedi: “Nə üçün bu qəribəliyi

unudaraq yalnız  qalan 56 nəticəni çap

etdirməyək?”.

Amma xoşbəxtlikdən elmi rəhbərə asanddır

ki, tədqiqatların yüksək keyfiyyətinin saxlanmasını

tələb etsin: o, işi özü etmir. Sonra mən bir neçə

dəqiqə düşünərək dedim: “Yox, qayıdın, etiloleatı

təmizləyin və eksperimenti təkrar edin”. O,

eksperimenti təkrar etdi və yenə də 2,37 aldı.

Onda o, maddəni otaq temperaturunda üç saat

saxladı və ədəd 2,9-a yüksəldi; 6 saatdan sonra

3,0-ə qədər qalxdı; 12 saatdan sonra-3,0;  24

saatdan sonra-3,0.  Aydın oldu ki, bir molekul

etiloleata tam bir molekul hidrid istifadə edir.

Biz qərara aldıq ki, C=C ikiqat əlaqəsi B-H

əlaqəsi ilə birləşir və hidroborlaşma reaksiyası

belə kəşf olundu. Bu, 1956-cı ildə oldu.



Məktəb qəzetində Siz yumoristik sütunun

redaktoru olmusunuz.

Mən hələ də bütün qəzet kəsiklərini saxlayıram.

Mən 12 yaşım olanda 1924-cü ildə Çikaqoda

Enqlvud məktəbinə daxil oldum. Sonra 1926-cı

ildə atam vəfat etdi. O vaxt hələ sosial təminat

sistemi yox idi. Bizim kiçik dəmir ləvazimatları

butkamız var idi. Mən məktəbi atdım ki, budkaya

baxım. Doğrudur, mən vaxtımın çoxunu kitab

oxumaqla keçirirdim. Oxumaq mənim xoşuma

gəlirdi. Nəhayət anam dedi ki, gündüz baxa bilər

və mən məktəbə qayıda bilərəm, axşamlar isə

budkaya gələrək onu əvəz edə bilərəm.

Mən məktəb qəzeti ilə əməkdaşlığa başladım

və orada mənə Çikaqo Tribun qəzetindəki məşhur

“A Line of  Type” sütununa oxşar yumoristik

sütun verdilər. Bizim qəzetimiz həftəlik idi.

Adətən sütunun çox hissəsini mən özüm yazırdım

və o, mükafat aldı. Məndə yumora meyllilik var,

çox şeylər mənə məzəli gəlir və digər adamları

maraqlandıran hadisələr nadir hallarda məni

maraqlandırır.

Mən məktəbi 1930-cu ildə bitirdim və iki il

müddətində iş tapmağa uğursuz cəhdlər etdim.

Bu, Böyük depressiya dövr idi. Onda mən qərara

aldım ki, yenidən oxuyum. Çikaqoda bələdiyyənin

idarəçiliyində olan iki illik Kreyn kolleci var idi.

Orada təhsilə görə pul ödəmək lazım deyildi,

amma seçim olduqca ciddi idi. Xoşbəxtlikdən

məni qəbul etdilər və mühəndis-elektrik olmaq

üçün oxumağa başladım, çünki kimsə mənə

demişdi ki, mühəndis-elektriklər çox pul qazanır.

O dövrdə bu mənim üçün ən əhəmiyyətli idi.

Mühəndis-elektriklərin hazırlanmasının tədris

planına görə birinci ildə kimyanı öyrənmək lazım

idi və bu fənn məni heyran etdi. Məndə çox

yaxşı yaddaş var idi və mən bu şeyləri sinifdə

olan istənilən adamdan yaxşı yadda saxlaya

bilərdim. Birinci il təhsildən sonra mən qərara

aldım ki, kimyadan kitab yaza bilərəm. Mən

kiçik bacım hər saat üçün 5 sent ödədim ki, o,

kitabı çap maşınında yazsın. Kitab mənim öz

interpretasiyamda ümumi kimya haqqında idi.

O, indi də mənim arxivlərimdə hardasa atılıb

qalıb.


Kreyn kollecində mən bir qızı gördüm, onun

16 yaşı var idi və o, mühəndis-kimyaçı olmaq

üçün oxuyurdu. O dövrdə bu eşidilməmiş bir iş

idi. Kollecdə mühəndis olmaq üçün yüzlərlə

oğlan oxuyurdu, amma yalnız bir qız, Sara

Beylen. Əvvəlcə  məni görmək istəmirdi, çünki

mən gələnə qədər o, kimya sinfində ən yaxşı

tələbə idi, ikinci olmağı isə sevməzdi.

Amma bir ildən sonra Kreyn kollecini kifayət

qədər maliyələşdirmə olmadığından bağladılar.

Bu kollecdə Yunanıstandan gəlmə bir doktor

Nikolas D. Xeroniş işləyirdi və kollec bağlandıqda

o, çox yaxşı bir iş etdi. Onun evində yenidən

tikilmiş qarajda böyük olmayan , “Sintetical

Chemicals” adlanan laboratoriya var idi. Əlavə

28

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




məşğələ kimi o, bahalı kimyəvi indikatorlar və

digər kimyəvi maddələr hazırlayırdı. O, keçmiş

tələbələrdən on nəfərinə həmin laboratoriyaya

keçməyi təklif etdi və təklif etdi ki, nə ilə istəsələr

məşğul olsunlar ki, küçədə veyillənməsinlər. Sara

orada idi və mən də ora getdim.

Mən Çikaqo universitetində miqdari analiz

qiyabi kursuna yazıldım. Onlar mənə naməlum

maddələr göndərdilər, mən laboratoriyada analiz

etdim və hesabatı göndərdim.

Kursları Yulius Ştiqlis adlı biri aparırdı. O,

professor idi və həqiqətdə kursu onun

aspirantlarından biri aparırdı. Bir dəfə mənə

naməlum maddə göndərdilər, o özünü çox qeyri-

adi aparırdı. Mən professor Ştiqlisə zəng etdim

və problem haqqında danışdım. O, dedi ki, ola

bilsin ki, naməlum maddədə fosfat var, baxmayaraq

ki, ehtimal olunurdu ki, orada fosfat yoxdur. O,

dedi ki, öz köməkçisindən xahiş edəcək ki, mənə

yeni nümunə göndərsin. Ylius Ştiqlis ilə mənim

tanışlığım belə başladı ki, bu da bütün mənim

həyatımı dəyişdi.

Bir il sonra Çikaqoda üç yeni iki illik kollec

açıldı. Doktor Nikolas D.Xeronis Rayt kollecinin

fizika elmləri bölməsinin başçısı təyin olundu.

Biz Sara ilə ora daxil olduq. Bu vaxta qədər biz

artıq yaxşı dostlaşmışdıq. Rayt kollecində Nikolas

Xeronis çoxlu kimya kursları oxuyurdu, mən

onun üzvi kimya kursunu dinləmişdim. O, o

vaxt yarımmikrometod variantında üzvi kimya

haqqında kitab yazırdı. O, bütün eksperimentləri

yoxlamaq üçün bizə verirdi ki, əmin olsun ki,

onlar qaydasındadır. Bu, adi halda olduğundan

az miqdarda maddə ilə aparılmış eksperimentlər

haqqında birinci kitab idi.

Orada mənim fəaliyyət sərbəstliyim var idi

və mənə icazə verilmişdi ki, hələ siniflərdə

istifadə olunmamış avadanlıqlarda təcrübələr

aparım. Mənə “Physical Science Monthly”

(Fizika elmini aylığı) jurnalını buraxmağa icazə

verdilər. Bu jurnalda müxtəlif eksperimentlər

təsvir olunurdu. Mən redaktor idim, çox vaxt da

müxbir idim, bütün işləri görürdüm. Kollecdə

mənə çox yaxşı yanaşırdılar və bu təhsil ocağını

bitirmək vaxtı gəldikdə dedilər ki, Çikaqo

universitetində təqaüd üçün imtahan verməyə

cəhd göstərim. Mən bu imtahanlara yazıldım,

amma suallar siyahısını gördükdə düşündüm ki,

bu ümidsizdir. O vaxt Çikaqo universitetinin

rektoru Robert Meynard Xatçins idi və o, hesab

edirdi ki, ideal məzunlar almaq üçün onları böyük

kitablarla (“yüz Böyük kitab”la) öyrətmək lazımdır.

Həm də o hesab edirdi ki, tədris ilk növbədə

fəlsəfənin, psixologiyanın, ədəbiyyatın və s.

öyrənilməsi ilə başlamalıdır, kimyaya, fizikaya,

riyaziyyata və s. isə böyük diqqət yetirmək lazım

deyil. Axı mənə nə öyrətmişdilərsə məhz bu

elmlərə aid idi. Buna baxmayaraq mən bütün

gücümlə hazırlaşdım və təqaüdçü oldum. 1935-

ci ildə mən Çikaqo universitetinə daxil oldum.

Rektor Xatçinsin digər ideyası ondan ibarət idi

ki, tələbələr öz dərəcələrini almaq üçün lazım

olandan çox vaxt sərf etməməlidirlər. Semestrdə

on kurs eşitmək adi olan üç kursa qulaq asan ilə

eyni pul ödənişinə malik idi. Odur ki, mən hər

semestrdə on kurs dinlədim və təhsili üç semestr

müddətində, 1936-cı ildə bitirdim. Mən tam

olmayan tarif üzrə assistent vəzifəsinə ərizə

vermədim, çünki, Sara ilə evlənmək istəyirdim,

o vaxtlar isə işi olmadan evlənmirdilər.

Professor Yulius Ştiqlis artıq istifadə olan

əməkdar professor idi. O, bir çox illər fakültənin

dekanı olmuşdur. Onun çox məşhur ekiz qardaşı

Alfred Ştiqlis var idi ki, rəssam Corci Okif ilə

evlənmişdi. Yulius Ştiqlis yüksək tip üzvi kimya



kursunu oxuyurdu.Biz Sara ilə bu kursa qulaq

asmışdıq. Onun  adəti var idi ki, beş dəqiqə

danışardı, sonra dinləyicilərə suallar verərdi,

mən hesab edirəm ki, dinləyiciləryatmamaq

üçün belə edirdi. Mən həmişə cavab verməyə

çağrılırdım. Ola bilsin ki, mən onda xoş təəssurat

oyatmışdım. O, məni kabinetinə çağırdı və dedi:

“Mister Braun, mən bilirəm ki, siz yarım tariflə

assistent vəzifəsinə ərizə verməmisiniz, axı bu

sizə imkan verərdi ki, fəlsəfə doktoru dərəcəsi

almağa hazırlaşasınız. Nə üçün? Mən inanıram

ki, siz çox yaxşı fəlsəfə doktoru ola bilərsiniz”.

Mən ona danışdım ki, bir qızla görüşmüşəm və

onunla evlənmək istəyirəm, amma evlənməyi

dissertasiya üzərində işləməklə necə

uyğunlaşdırmağı düşünə bilmirəm. O, dedi: “Mən

düşünürəm ki, Siz böyük səhvə yol verirsiniz.

29

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə