Design Elm Dunyasi2 215x290 Iyun219++++ Layout 1



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix28.07.2018
ölçüsü3,61 Mb.
#59202
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

Bu, işləməyəcək. Beləliklə, həqiqətdə məsələ

belədir: nə üçün bizim gördüyümüz ilə yanaşı

güzgü əksi olan həyat mövcud deyil? Mən

şübhələnirəm ki, səbəb ondadır ki, öz-özüü

yaradan molekulların əmələ gəlməsi yüksək

dərəcədə ehtimal olunmayan hadisədir. Özü-

özünə təkrar istehsal edən molekul müəyyən

xirallığa malik olur ki, az və ya çox dərəcədə

törənən molekullara ötürülür və odur ki, həyat

asimmetrikdir. Bu körpənin gülüşü kimidir. Mən

demək istəyirəm ki, proses spontan olaraq baş

verir. Və həyat konstruksiyasını davam etdirmək

üçün uyğun enerjiyə malik olmaq lazımdır. Bu,

yerdə əksər həyat əlamətləri üçün hər şeydən

çox günəş işığıdır. Amma günəş işığı mümkün

olan yeganə enerji mənbəyi deyil, xüsusən də

əvvəldə. Beləliklə, mən həyatın mənşəyinə

parçalanma üzərində kiçik qələbə kimi baxıram.



Kimyadan əlavə Sizi nə maraqlandırır?

Mən çox oxuyuram və ədəbiyyat həmişə

məni maraqlandırıb. Mən çoxlu şerlər bilirəm

ki, onlar mənə musiqini əvəz edir. Mən hələ

məktəbli olarkən şahmat oynamağı öyrəndim

və usta oldum, amma heç vaxt ona olduqca çox

vaxt itirmədim ki, qarmağa düşməyim. Mən

taxtaya baxmadan eyni vaxtda 12 nəfərə qarşı

oynamışam, 8 partiyanı udmuşam, iki heç-heçə

oynamışam. Bu, 60 il keçsə də hələ də Avstraliya

rekordudur. Robinson ilə tez-tez şahmat

oynayırdıq, əvvəllər Oksfordda lövhə üzərində,

sonralar poçt ilə. Onun görməsi zəilflədikdən

sonra biz yarışma ilıə şahmat oynamağı davam

etdirdik. Şahmat oyununun keyfiyyəti çox yüksək

idi. Mənim qolf oynamaq adətim var idi və hələ

də tenis oynayıram. Kar olsam da mən bu

oyunları oynaya bilirdim, amma komandada

oynamaq çətin idi. Sonrakı illərdə mən vaxtımın

çoxunu bağda işə sərf edirdim. Mənə meyvə

yetişdirmək daha xoşdur, mənim bağımda onlar

20-dən çox növdür.



Siz daha nəyi əlavə etmək istərdiniz?

Əgər eşitmə probleminiz varsa siz iclasdan

və ya iki nəfərdən çox iştirak edən söhbətdən

nəsə apara bilmərsiniz. Bax buna görə mən

kağız üzərində yazıdan istifadə etməyə üstünlük

verirəm. Mən prinsipcə refaratlara və xülasələrə

inanmıram.

Qeyd edək ki, Kornfort bir neçə elmlər

akademiyasının və cəmiyyətin üzvü idi. 

- London kral cəmiyyətinin üzvü.

-Avstraliya elmlər akademiyasının müxbir

üzvü və. s.

Onun mükafatları sırasında aşağıdakıları

qeyd etmək olar:

-Devi medalı (1968-ci il);

-Kral medalı (1976-cı il);

-Kapli medalı (1982-ci il).

1977-ci ildə Kornfort rıtsar adına layiq

görülmüş, 1991-ci ildə Avstraliya Ordeninin

kavaleri olmuşdur. Qeuyd edək ki, Konfort

1992-ci ildə Avstraliyanın kral kimya institutunda

açıq mühazirə oxuyub və həmin mühazirədə

aforizm kimi qəbul oluna bilən fikirlər söyləyib.

Həmin aforizmlərdən maraqlı saydıqlarımı

oxuculara təqdim etməyi vacib saydım.

“Alimlər inanmırlar, yoxlayırlar”.

“Əgər biz vətəndaşıqsa, onda yerin

vətəndaşıyıq”.

“Kimyaçıların biznesi materiyadır”.

“Sənayenin tələbi- həmin dəqiqə qazanc

alim-texnoloqları elmi biliklərin bədənində

parazitlər səviyyəsinə endirir”.

“Bəşəriyyət ehtiyatlarını toyuq hinində tülkü

təmkinliyi ilə istifadə etmişdir”.

“Əgər siz alimsinizsə, onda tez başa düşməyə

başlayırsınız: Əgər gələcək kiminsə əlindədirsə,

onda o, sizin əlinizdədir”.

26

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




A

merika kimyaçısı Herbert Çarlz



Braun 1912-ci ilin mayın 22-də

Londonda anadan olmuşdur. 1938-

ci ildə Çikaqo universitetini bitirərək fəlsəfə

doktoru dərəcəsi almışdır. 1943-cü ilə qədər

orada, 1943-1947-ci illərdə Uens universitetində

(Detroytda) işləmişdir. 1947-ci ildən İndiana

ştatında Pradyu universitetində professor işləmişdir.

Əsas tədqiqat sahəsi bor kimyası olmuşdur.

Diboranın sintezinin sadə üsullarını işləyib

hazırlamışdır. 1959-cu ildə doymamış üzvi

birləşmələrin hidroborlaşması reaksiyasını kəşf

etmişdir. Bu reaksiya kompleks borhidridlərin

və ya diboranın B-H əlaqəsinin qırılması ilə

ikiqat əlaqə yerindən (C=C, C=O, C≡C, C=N,

C≡N) birləşməsindən ibarətdir. Bu reaksiyanın

stereospesifik hidrogenləşmə üçün istifadə yolunu

göstərmişdir. Etilen əlaqəsi üzrə birləşmə

reaksiyasını tədqiq edərək müəyyən etmişdir ki,

onlarda tetraedrik əlaqəli atomlar iştirak etdikdə

keçid kompleksləri δ-elektronlar hesabına yaranır.

1953-cü ildə Luisə görə reagentin tur 

-

şuluğundan asılı olaraq aromatik birləşmələrdə



hidrogenin  selektiv əvəzolunma qaydasını təklif

etmişdir (Braunun selektivlik qaydası).

Braun 1979-cu ildə alman alimi Georq Vittiq

ilə birlikdə “Mürəkkəb bor və fosfora malik



üzvi birləşmələrin yeni sintez üsullarını işləyib

hazırladığına görə” kimya üzrə Nobel mükafatına

layiq görülmüşdür.

İştvan Xarqittai 1995-ci ilin noyabrın 8-də

Pradyu universitetində Q.Ç. Braunun laboratoriya

binasında, Braunun kabinetində ondan çox maraqlı

müsahibə almışdır. Hesab edirik ki, bu

müsahibədən gələcəkdə alim olmaq istəyənlər

çox faydalana bilərlər.



Sizin sintez etdiyiniz bütün birləşmələr

arasında bir ən uğurlusunu qeyd edə bilər -

sinizmi?

Natrium borhidrid ən uğurlu birləşmədir. Mən

onu Çikaqo universitetində professor X.İ.

Şlezingerin yanında elmi işçi işləyərkən sintez

etmişdim. Mənim kəşf etdiyim ən əhəmiyyətli

reaksiya hidroborlaşmadır, mən onu sonralar,

Pardyu universitetində işləyərkən kəşf etmişdim.

Mənim professor X.İ. Şlezinger və doktor Aton

B. Burqanın rəhbərliyi altında yerinə yetirdiyim

doktorluq dissertasiyası diboranın karbonil

birləşmələrlə reaksiyasına aid idi. Biz kəşf etdik

ki, aldehidlər və ketonlar diboran ilə bir neçə

saniyə ərzində reaksiyaya girərək alkoksiboranlar

əmələ gətirirlər. Alkoksibaronların su ilə hidrolizi

nəticəsində spirtlər alınır. Bu, aldehid və ketonların

spirtə reduksiyasının yeni üsulu idi və bununla

da üzvi kimyada hidrid reduksiyası başlandı.

Natrium borhidridin reduksiya edicilik

qabiliyyətinin artırılması yollarının tədqiqinin

gedişində biz doktor B.K. Subba Rao ilə

alüminium xloridin köməyi ilə bu qabiliyyətin

artırılması üçün eksperimentlər apardıq. Biz 56

tipik üzvi birləşmələr götürdük və onların üzərində

hər bir yeni reduksiyaedicini sınadıq. Dörd

molekul hidrid bir molekul öyrənilən birləşmə

düşməklə onları qarışdırdıq və otaq temperaturunda

bir saat saxladıq, reaksiya məhsulunu su ilə

hidroliz etdik, ayrılan hidrogenin miqdarını ölçdük

və onda aydın oldu ki, hidrid reduksiyaya istifadə

olunmuşdur, bir molekula bir hidrid molekulu,

bir molekula iki hidridmolekulu istifadə və s.

olunmuşdur. Bu zaman biz müşahidə etdik ki,

spirtə reduksiya gedişində aldehidlərin və

ketonların molekulları bir molekul hidrid,

mürəkkəb efirlərin bir molekulları iki molekul

hidridi, karbon turşuları üç molekul hidrid

(Onlardan biri hidrogen üçün) istifadə edir. Bizim

təcrübələrimizdə öyrənilən birləşmələrdən biri

etil oleat idi və o, 2,37 molekul hidrid bir molekula

olmaqla istifadə etmişdi. Bu işi doktor B.K.



27

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013



1979-cu ildə Georq Vittiq ilə birlikdə kimya

üzrə Nobel mükafatına layiq görülmüş 

Herbert Çarlz Braun (1912-2004)


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə