Design Elm Dunyasi2 215x290 Iyun219++++ Layout 1



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix28.07.2018
ölçüsü3,61 Mb.
#59202
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

Bu, əlbəttə çox sonralar olmuşdu. Diskussiya

haqqında yalnız onu deyə bilərəm ki, bu iki

adam münaqişədə idi, çünki hər ikisi güclü

xarakterə malik idi və müxtəlif elmi mövqelərdə

dururdular.

Elm yolunuzun başlanğıcında Siz Penisillin

üzrə iş aparmısınız. Bu haqda danışa

bilərsinizmi?

Biz 1939-cu ildə Oksforda gəldik. Həmin

dövrdə Fleminq tərəfindən başlanmış penisillin

üzrə tədqiqatlar genişlənirdi. Onlar ona görə

çətinləşdi ki, penisillin özünün ilkin xammal

formasında davamlı deyildi. Fleminq Reystrik

adlı kimyaçıdan xahiş etmişdi ki, bu bulyondan

nəsə stabil bir şey çıxarsın.

Amma cəhdlər uğursuz olmuşdu.

Amma digər kimyaçı Ceyn penisillinin

davamsızlığı haqqında bilirdi və Flori ilə birlikdə

bu işlə məşğul olmağa başlamışdı. Onlar

penisillinin miqdarını şərti vahidlərlə ölçülməsinin

gözəl  üsulunu tapdılar ki, həmin şəraitdə maddə

passivləşmir və onu ehtiyatla qatılaşdırmağa

başladılar. Müasir standartlara görə Fleminqin

ilkin kulturası ayrılan birləşmənin yaxşı mənbəyi

deyildi. Odur ki, istehsalı böyük həcmdə həyata

keçirmək lazım gəlirdi ki, sonrakı işləmə üçün

kifayət qədər penisillin ayırmaq mümkün olsun.

Onlar ilk dəfə olaraq in vivo stafilakokkları ilə

təcrübələrə başladılar və təsirli nəticələrə nail

oldular.

Bütün nəzarət təcrübələrində bir neçə saat

müddətində infeksiya məhv edilmişdir və bütün

təcrübə aparılan heyvanlar sağ qalmışdı (penisillin

vurulmuş heyvanlar). Bu , 1940-cı ildə olmuşdu. 

Dərman ilk dəfə insanda nə vaxt

sınanmışdı?

1941-ci ildə, o, Oksford polismeni idi. Onda

ağır sepsis idi, təmizlənməmiş yara səbəbindən

qan zəhərlənmişdi. Penisillin az idi. Əgər ona

hamısı verilsəydi (cəmi bir dozada idi) ola bilsin

ki, onu sağalda bilərdilər. Amma qərara aldılar

ki, dərmanı hissələrə bölsünlər. 

Birinci ineksiyadan sonra temperatur aşağı

düşdü və qan duruldu. Sonra isə residiv baş

verdi. Onda ona ikinci  ineksiya etdilər, amma,

hər şey təkrar oldu. Dərman qurtarana qədər

belə davam etdi və həmin adam öldü.

Rita və mən penisillin layihəsi ilə 1943-cü

ildə məşğul olmağa başladıq. O vaxt artıq

molekulun strukturu aydınlaşmışdı. Biz təxminən

penisillin molekulunun yarısını təşkil edən

fraqmenti, D-penisillamini sintez edə bilmişdik.

Müharibənin son illərində bu tədqiqatlarda burada

və ABŞ-da yüzlərlə kimyaçılar iştirak edirdilər

və bu birgə cəhdin nəticələri “Penisillin kimyası”

monoqrafiyasında (The Chemistry of Penisillin,

Princeton University Press, 1949) öz əksini

tapdı. Bu monoqrafiyanın bir başlığını mən

yazmışdım.

Sizin Robinson ilə əməkdaşlığınız nə qədər

uzun sürdü?

Elmi əməkdaşlıq kimi 14 il davam etdi. Biz

Oksfordu 1946-cı ildə tərk etdik, Tibbi tədqiqat

şurasına daxil olduq və onun Milli İnstitutunda

işlədik. 1941-ci ildə  biz Rita ilə evləndik və

1943-cü ildə  bizim ilk uşağımız oldu. Rita qısa

müddətlər istisna olmaqla heç vaxt işi

dayandırmadı. O, 1975-ci ilə qədər işlədi. Biz

həmişə bir yerdə işlədik.

Mən Milli İnstituta keçdikdən sonra əvvəlki

işimi – xolesterinin sintezini davam etdirdim.

Robinson institutun direktoru Çarlz Xarrinqtonu

razı saldı ki, mənə bu imkanı versin. Mən bu

sintezi 1951-ci ildə qurtardım. Bu aromatik

olmayan steroidin ilk sintezi idi. 

Robert Vudvord da xolesterinin sintezi

üzərində çalışırdı və biz onu təxminən eyni

vaxtda başa çatdırdıq.



Sizin aranızda hər hansı əlaqə var idimi?

Yox.


Bu yarış idi? 

Bəli. 


Vladimir Preloq ilə Sizin təmasınız

haqqında söyləyə bilərsinizmi?

Bu əməkdaşlıq deyildi, amma biz bir məqaləni

birlikdə çap etdirdik. Mən həmişə stereokimya

ilə maraqlanırdım.

Asimmetrik mərkəz ilə əlaqədar olan

stereokimyəvi xarakteristikalarını işarə etmək

üçün İnqold, Preloq və o vaxt “Kimya cəmiy -

22

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




yətinin jurnalının” (Journal of the Chemical

Society) redaktoru olan Kanın sistemi mövcud

idi. Bu, çox faydalı işarələr idi, amma sadəcə

işarələr. Preloq və Robinson arasında bu haqda

çox maraqlı dialoq olmuşdu. Robert haqlı

olmadıqda çox kəskin olurdu. 

O və Preloq bir dəfə hava limanında

rastlaşırlar, ola bilsin ki, Təl-Əvivdə. Robert

deyir “Salam, Kaçalski”, Vlado isə cavab verir

“Mən Kaçalski deyiləm, mən Preloqam”. Robert

deyir: “Hə, Preloq. Sizin mütləq konfiqurasiya

işarələriniz yanlışdır”.

Vlado cavab verdi: “Amma bu yalnız şərti

işarələrdir. Onlar necə səhv ola bilər?”. Onda

Robert deyir: “Hə, deməli onlar lazım deyil”.

O, bu sistemdə nə vaxtsa istifadə etmişdimi?

Mən bildiyim qədər yox. Amma, mən istifadə

etmişdim. Mən həmişə Robert ilə razılaşmırdım. 

Vladonun isə stereokimya sahəsində işləri

çoxdan başlamışdı.Və bu, onun yerinə yetirdiyi

ən yaxşı işlərdən biri idi. O, həmçinin mütləq

konfiqurasiya probleminə də öz xidmətini

göstərmişdir. Stereokimya başladıqda demək

olmurdu ki, iki güzgü bərabər formada mövcud

olan molekulda bu formalardan hansı öyrənilən

maddəyə aiddir. Başqa sözlə, mütləq

konfiqurasiyanı, asimmetrik mərkəzi əhatə edən

qrupların mütləq fəza yerləşməsini müəyyən

etmək mümkün deyildi. Emil Fişer sadə şəkərlərin

mütləq konfiqurasiyasını tapmışdı. Və düzgün

tapmışdı, amma o, doğru cavabı bilmirdi. Əgər

o, haqlı olmasaydı onda bütün bu elm böyük

itki olmadan yenidən yazıla bilərdi.

1950-ci illərin əvvəllərində iki imkandan

birini seçmək üsulu yox idi. Onda Hollandiya

kristalloqrafı Beyvut çaxır turşusunun rubidium

duzunda rentgen şüalarının difraksiyasını

öyrənmişdi. Müəyyən intervalda dalğa

uzunluğunda rubidium atomu rentgen şüalarını

anomal olaraq səpələyir. Belə səpələnmə fazalar

fərqi və mütləq konfiqurasiya arasındakı

korrelyasiyanı müəyyən etməyə imkan verir.

Bundan uzun müddət sonra çaxır turşusu mütləq

konfiqurasiyası müəyyən olunmuş yeganə maddə

idi. Hansısa başqa bir maddənin mütləq

konfiqurasiyasını tapmaq üçün kimyəvi

reaksiyaların köməyi ilə onun çaxır turşusu ilə

əlaqəsini tapmaq lazım idi. 

Beləliklə, çaxır turçusundan müxtəlif

maddələrin uzun sırası əmələ gəldi.Vlado çox

faydalı qayda təklif  etmişdi və bu qaydaya

görə o, hansısa xiral mərkəzə nisbətən mütləq

konfiqurasiyanı müəyyən edə bilərdi. O, bu

qaydanı çaxır turşusu ilə korrelyasiya olunan

spirtlərdən başlayaraq işləyib hazırlamışdı

(metanol nümunə ola bilər). Onun köməyi ilə

spirtin efirini alaraq, sonra metal üzvi birləşmə

ilə reaksiya apararaq, hidroliz yolu ilə spirt

ayıraraq və qalığını optiki fırlanmasının işarəsini

müəyyən edərək spirtin məlum olmayan mütləq

konfiqurasiyasını tapa bilirdi. Əgər işarə müsbət

idisə, onda mütləq konfiqurasiya haqqında

müəyyən nəticə çıxarmaq olardı, əgər işarə

mənfi olardısa, əks nəticə alınırdı. Vlado öz

qaydasını on iki nümunədə yoxlamışdı. Bu, çox

yaxşı qaydadır və mən ondan kənaraçıxma

bilmirəm.

Biz Rita ilə mevalon turşusunun (sterinlərin

biosintezində əhəmiyyətli intermediat) təbii

formasını sintez etmək istəyirdik və ilkin maddə

kimi linalooldan sterinlərin alınma üsulunu

düşündük. Bu, bir çox ətirli maddələrdə tapılmış

terpen spirtidir. Vlado linaloolun iki güzgü

formasının mütləq kinfiqurasiyasının müəyyən

olunmasının təsvir edilməsinə aid məqalə çap

etdirmişdi. Məqalədən belə çıxırdı ki, əgər bir

kommersiya linaloolundan başlasaq onda mevalon

turşusunun təbii formasını ala bilərik. Biz bu

sintezi apardıq, təbii formanı yox, başqa formanı

aldıq. Amma bu Vladonun qaydasının xətası

deyildi. Sadəcə məqalədə o və ya onun

həmmüəllifi qaydanı düzgün istifadə etməmişdilər

və yanlış nəticə almışdılar. Biz ona yazdıq və

üçlükdə düzəlişi çap etdirdik. Bu, məhz bizim

yeganə birgə məqaləmizdır. Və biz o vaxtdan

dostuq.

Siz kimyada öz yerinizi necə təsvir

edərsiniz?

Mən üzvi kimyanın bioloji aspekti ilə

maraqlanan üzvi kimyaçıyam. Biz 1947-ci ildə

23

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə