Design Elm Dunyasi2 215x290 Iyun219++++ Layout 1



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix28.07.2018
ölçüsü3,61 Mb.
#59202
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

Əvvəlcə biz uranasetilasetonat aldıq, onun

heksaflorlaşmış törəməsinin sintezi ilə qurtardıq.

Bu kompleks kifayət qədər davamlı və kifayət

qədər uçucu idi və lazımi tələblərə cavab verə

bilirdi. Biz Vaşinqtona bu haqda məlumat verdikdə

onlar dedilər: “Bağışlayın, biz bir detalı yada

salmağı unutmuşuq. Əhəmiyyətlidir ki, molekula

kiçik molekul çəkiyə malik olmalıdır. Bizim

birləşməmizə yeni yanaşma tapmaq lazım gəldi.

O vaxta qədər biz qaynama temperaturu  olan

alüminium borhidrid almışdıq. Biz həmçinin

berillium borhidrid aldıq ki, o, bərk maddə idi

və sublimasiya temperatura  idi. Bunlar berillium

və alüminiumun ən uçucu birləşmələridir. Biz

düşündük ki, ola bilsin ki, uran borhidridini

sintez edə bildik və biz buna nail olduq. Biz bu

haqda Vaşinktona xəbər verdikdə orada dəhşətli

dərəcədə sevindilər; onlar bizdən xahiş etdilər

ki, böyük qrup yaradaq, bizə 25 nəfər üçün pul

verdilər və istəyirdilər ki, biz sınaq üçün yüz

kiloqramlarla alaq. Biz işə başladıq və nəhayət

ki, praktiki sərfəli proses işləyib hazırladıq. Lakin

həmin vaxta qədər aydın oldu ki, UF6 ilə necə

davranmaq lazımdır və U(BH4)4 artıq lazım

deyil. 

Bu vaxt bizə rabitə Qoşunlarından zəng etdilər.



Onlarda çöl şəraitində hidrogen almaq problemi

var idi. Onlar Birinci Dünya Müharibəsindən

qalma üsulu istifadə edirdilər: böyük, möhkəm

polad slindir götürərək ona ferrosilisium, kaustik

soda, müəyyən qədər su tökərək  qapağı

bağlayırdılar. Kaustik soda suda həll olurdu və

temperatur təxminən yüz dərəcəyə qalxırdı və

onda qaynar kaustik soda ferrosilisium ilə

reaksiyaya girərək natrium slikat və hidrogen

əmələ gətirdi, temperatur təxminən 200°C-ə qədər

qalxırdı. Su buxarlarının təzyiqi 68,05 atm-ə,

hidrogenin təzyiqi isə təxminən 136,1 atm-ə

qalxırdı. Soyutduqdan sonra lazım olan hidrogeni

çıxarmaq olurdu. Belə təzyiqə yalnız olduqca

möhkəm silindir davam gətirə bilərdi. Uyğun

olaraq onlar çox ağır idi. Onları bütün dünyada

döyüş meydanlarına nəql etmək çətin idi. Daha

bir problem mövcud idi. Hidrogen istifadə

olunduqdan sonra slindrin divarlarını şüşə kimi

örtən natrium slikatı təmizləmək lazım idi. Orta

əsgərə onu təmizləmək üçün bütöv gün lazım

gəlirdi. Əsgərlərə əmr edirdilər ki, slikatı

basdırsınlar, amma onlar elə yorulurdular ki, onu

yaxındakı kolluğa tökürdülər. Görünür inəklərə

bu maddə xoş gəlirdi, onlar ora gələrək onu

yeyirdilər, orda isə heyvanların ölməsi səbəbindən

müxtəlif məhkəmə iddiaları ilə qarşılaşmalı

olurdu. Hərbiçilər çox istəyirdilər ki, səhra

şəraitində hidrogenin başqa alınma üsulunu əldə

etsinlər. Biz öz natriumborhidridimizi təklif etdik;

o, sınaqdan keçdi və özünü yaxşı göstərdi. Ordu

bir böyük korporasiya ilə 25 milyon dollarlıq

müqavilə imzaladı ki, kifayət qədər

natriumborhidrid istehsalı üçün zavod tiksin. Bu,

1944-cü ildə Ardenn döyüşlərindən əvvəl idi və

əminlik var idi ki, müharibə tezliklə başa çatacaq.

Vaşinqtondan əmr gəldi ki, yeni hərbi zavodlar

tikilməsin və bu zavod da tikilmədi. 



Sizin böyük mənfəət verə bilən çoxlu

patentləriniz var.

Hərbiçilər bu şeyləri patentləşdirməyə bizi

həvəsləndirdilər, həm də onlar patentdən ödənişsiz

istifadə lisenziyası alırdılar. Belə bir kompaniya

var idi “Metal Xaydrayz”. O, kalsium hidrid

istehsal edirdi və ondan Çikaqo universitetində

Manxetten layihəsi üçün istifadə ediləcək təmiz

uran hazırlanmasında istifadə edirdi. Müharibə

qurtardıqda onların biznesi təngənəfəs olmağa

başladı. Onlar natriumborhidrid və litium

alüminium hidrid istehsalını təşkil etmək qərarına

gələrkən müflisləşmə həddində idilər. Onlar bizə

müraciət etdilər və biz onlara natriumborhidrid

üçün lisenziya verdik . Bu maddələr əhəmiyyətli

reduksiyaedici reagentlər oldular. Bu hadisələr

və diboranın yaxşı reduksiyaedici olduğunu

göstərən doktorluq işim üzvi kimyada

reduksiyaedici kimi hidridlər erasına başlanğıc

verdi.

Bizim bəxtimiz gətirdi ki, hərbiçilər bütün



bunları patentləşdirməyə və patentdən ödənişsiz

istifadəyə lisenziya verməyə bizi inandırdılar,

deməli başqa heç kim prosesləri patentləşdirə

bilməzdi.



Xahiş edirəm sizin sterik effektlərə,

gərginliklərə və ağırlaşdırılmış molekullara

aid tədqiqatlarınızdan danışın.

32

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




Çikaqo universitetində işləyərkən mən bor

birləşmələri üzrə məxfiləşdirilmiş işlərimin

nəticələrini nəsə yeni bir şeyi və kimyada qiymətli

olanı əldə etmək üçün istifadə üsulları axtarırdım

və elə etmək istəyirdim ki, onlar çap oluna bilsin.

Bizdə dönər sistem idi. Trimetil amin və trimetilbor

götürərək qarışdırıb M3B: NMe3 tərkibli addukt

almaq olardı. Yüksək temperaturlarda bu addukt

uçucu olur və qismən dissosiasiya olunur.

Temperaturun bir neçə qiymətlərində dəqiq

ölçmələr imkan verir ki, Keq hesablansın və ΔH,

ΔS və ΔF təyin edilsin. Bu, sterik effektlərə yeni

yanaşma idi. Mən onları tədqiq etdim  və belə

nəticəyə gəldim ki, İnqold haqlı deyildi. O,

deyirdi ki, bütün effektlər polyar və elektron

effektlərdir və sterik effekt haqqında danışmağa

əsas yoxdur. İzopropil benzolun nitrasiyası toluolun

nitrasiyasında olduğuna nəzərən xeyli dərəcədə

az orto-izomerin çıxımını verməsi faktı izopropil

üçün sərt sterik şəraitlərlə yox, elektronların

müxtəlif iştirakı ilə izah olunurdu. Mən bu

interpretasiya ilə razılaşmadım və bu fenomeni

alkil qrupuna qoyulan sterik şəraitlərlə izah etdim.

Bu yaxınlarda İnqoldun anadan olmasının 100

illiyi qeyd olundu və mən orda mühazirə oxudum

və onu belə adlandırdım “K. İnqpold sterik

effektlə kimyəvi proseslərə təsir edən faktor kimi

tanış olur”. 

Mən Ueyn universitetinə keçdikdə orada

emalatxana, şüşəüfürən və s. yox idi, amma bu

məni çaşdırmadı. Mən qərara aldım ki, mənim

son kursda oxuyan tələbələrim Qrinyar reaksiyanın

köməyi ilə güclü şaxələnmiş spirtləri sintez edə

bilərlər. Biz bu spirtləri ayıra bildik, onları xlorid

turşusu ilə işlədik, xloridlər aldıq, onları hidroliz

etdik və alkil qruplarının sterik effektindən asılı

olaraq onların hidrolizinin sürətini müqayisə

etdik. Beləliklə, biz sterik gərginliyin kimyəvi

effektlərini öyrənmək yoluna daxil olduq.

Mən Pardyuya gələrkən sterik effektləri tədqiq

etməyi təklif etdim, amma bor kimyasının

öyrənilməsini də davam etdirdim.



Diboranın quruluşunu müəyyən etmək

Sizin işinizə çox kömək etdimi?

Əvvəlcə hamı düşünürdü ki, diboran etanın

quruluşuna bənzər quruluşa malikdir. Saymon

Bauer və Laynus Polinq elektronların difrak 

-

siya sının köməyi ilə diboranın tədqiqinin nəticələrini



çap etdirdilər və etanabənzər struktur təklif etdilər.

Həmin vaxt Şlezinger məndən Norman Devidsonun

metilalüminium üzrə işinin rəhbəri olum. Devidson

Rods (Rhodes Scholar) təqaüdçüsü idi, yenicə

Oksforddan qayıtmışdı. İngiltərə İkinci Dünya

Müharibəsinin başlanması ilə əlaqədar olaraq rods

təqaüdçülərinin hamısını vətənlərinə göndərmişdi.

O, həmin sahədə işlərini davam etdirmək istəyirdi.

Şlezingerə bu sahədə maraqlı idi və o, məndən

xahiş etdi ki, Norman Devidsonun işinə rəhbərlik

edim. Üç il əvvəl biz eyni kursun tələbəsi idik. O,

indi mənim birinci tələbəm oldu.

Trimetilalüminium  Al2 (CH3)6, alüminium

xlorid Al2Cl6 kimi dimerdir. Rentgenstruktur

tədqiqatları göstərdi ki, Al2Cl6-da körpü yaradan

xlor atomları var. Biz Al2(CH3)6,  Al2(CH3)4Cl2,

Al2(CH3)2Cl4 və Al2Cl6 hazırladıq və onların

dissosiasiya istiliyini ölçdük. Onların hamısı

dimer idi. Bizim məlumatlarımıza görə xüsusiliyi

olmayan hamar əyri alındı. Bunun əsasında mən

qərar qəbul etdim ki, diboranda da körpülü

struktur olmalıdır. Mən bu ideya ilə Şlezingerin

yanına gəldim. O, dedi ki, bu bizim sahə deyil

və o, Laynus Polinq ilə əlaqə saxlamayacaq. Bu,

təxminən 1942-ci il idi. Polinq dedi ki, bu fikir

təmiz absuddur, diboran yəqin ki, etanabənzər

struktura malikdir və Şlezinger bu ideyanı inkişaf

etdirmək cəhdindən əl çəkməyə çağırdı. Onda

Devidson Al2(CH3)6 birləşməsini Miçiqana,

Lorens Broukeyin yanına apardı ki, elektronoqrafik

tədqiqat aparsın və alınan nəticəni heksametil

silan ilə müqayisə etsin. Biz əmin idik ki,

heksametil silan etanabənzər struktura malikdir.

Biz Broukeydən xahiş etdik ki, Al(CH3)6 və Si

(CH3)6 müxtəlif qruluşlu olub olmamasına baxsın.

Broukey nəticə çıxardı ki, hər iki molekul

etanabənzər struktura malikdir və belə məsələlərin

həllində fiziki kimyaya bir üsul kimi inamımı

itirdi. Doğrudur, nəhayət ki, düzgün həll tapıldı

və hidrogen körpülü diboran strukturu təsdiqini

tapdı.

Siz Klassik və qeyri-klassik karbonium

ionu haqqında diskusiyaya aid nəyi deyə

bilərsiniz?

33

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə