Design Elm Dunyasi2 215x290 Iyun219++++ Layout 1



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix28.07.2018
ölçüsü3,61 Mb.
#59202
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

Acta”-nı bağışladım. Sonda oğlanlardan biri

qalxaraq soruşdu: “Siz zənginsiniz?”. Mən ona

dedim: “Biz maraqlı cəmiyyətdə yaşayırıq, onda

kim orijinal şeylər edirsə, zəngin mükafat alır”.

Mən evə qayıtdıqda müəllimdən məktub aldım.

Məktubda deyilirdi ki, şagirdlərin 60%-i alim

olacaqlarını bildirdilər.

Herbert Braunun müsahibədə adlarını çəkdiyi

alimlərin haqqında məlumatlar verilməsini

məqsədəuyğun hesab etdik.

Anton B.Burq amerika kimyaçısı Pioner işləri

borhidridlərin kimyası sahəsindədir.

Ylius Oskar Ştiqlis (1867-1937) amerika

kimyaçısı amerika hərbi qüvvələri üçün kimyəvi

silahlar işləyib hazırlamışdır. İşləri üzvi kimya

sahəsindədir. 1915-1935-ci illərdə Çikaqo

universitetinin dekanı olmuşdur. 

Robert Meynard Xatçins (1899-1977) amerika

ali təhsilinin reformatoru. 1929-1951-ci illərdə

Çikaqo universitetinin rektoru olmuşdur. Həddən

artıq ixtisaslaşma və dar peşakarlıqla mübarizə

aparmışdır. Onun istefasından sonra onun həyata

keçirdiyi reformalardan imtina etdilər. Alferd

Ştiqlis (1864-1946) amerika fotoqrafı və

fotosənətinin təbliğatçısı. Onun ən yaxşı işləri

sırasında onun həyat yoldaşının portretləri (400-

dən çox) var idi. 

Çarlz Brenton Xaqqins (1901-1997) amerika

cərrahı prostat vəzinin xərçənginin müalicəsi

üçün ilk dəfə olaraq hormonlar istifadə etmişdi.

Xərçəngin xemoterapiyasının inkişafına kömək

etmişdir. 1966-cı ildə fizialogiya və tibb üzrə

Nobel mükafatına layiq görülmüşdür. 

Alfred Ştok (1876-1946) alman qeyri-üzvi

kimyaçısı. Borhidridlərin tədqiqatının başlanğıcını

qoymuşdur. Silanları və onların hollogenli

törəmələrini, karbonun qeyri-üzvi birləşmələrini

öyrənmişdir. Berilliumun və onun ərintilərinin

alınma texnalogiyalarının tədqiqi üzrə Ştokun

işləri bu materialların sənayedə istifadəsinə gətirib

çıxardı. İlk dəfə olaraq civə buxarlarının insan

orqanizmi üçün zərərli olduğunu sübut etmiş və

bu elementi metobolizmi haqqında məlumatlar

almışdır. Civənin mikromiqdarlarının analiz

texnikasını işləyib hazırlamışdır.

Artur Amos Noyes (1867-1936) amerika

kimyaçısı. İşləri analitik kimyaya aiddir.

Kaliforniya universitetinin indiki vəziyyətində

təşkilatçılarından biri və 1919-cu ildən 1936-cı

ilə qədər onun kimya fakültəsinin dekanı olmuşdur.

Saymon X. Bauer amerika kimyaçısı. İşləri

yüksək temperaturlu kimyəvi kinetikaya,

molekulyar dinamikaya, amorf bərk cisimlərin

quruluşuna və metallik klasterlərə aiddir.

Norman Devidson (1916-2002) amerika

bioloqu və kimyaçısı. İşləri fiziki kimya və

elektron mikroskopiyası üsullarının molekulyar

biologiyada və genetikada istifadəsinə aiddir.

Rods təqaüdü Oksford universitetində 2-3 il

oxumaq üçün bütün ölkələrdən olan istedadlı

tələbələrə (ildə 32 tələbə) verilən nüfuzlu təqaüd.

Təqaüd fondu 1902-ci ildə məşhur ingilis

kolanizatoru Sesil Rodsun vəsiyyətinə uyğun

olaraq yaradılmışdır.

Herbert Braun 2004-cü ildə dekabrın 19-da

ABŞ-da vəfat etmişdir.



36

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




A

merika biokimyaçısı Uolter Hilbert

1932-ci ilin martın 21-də Bostonda

anadan olmuşdur. 1953-cü ildə

Harvard universitetini bitirmişdir. 1953-1957-

ci illərdə İngiltərədə Kembric universitetində

işləmişdir (1957-ci ildə müdafiə edərək fəlsəfə

doktoru olmuşdur). 1957-ci ildə Harvard

universitetində işləyir (1968-ci ildən professor).

Elmi işləri biokimyaya və molekulyar

biologiyaya aiddir. Laktoz geninin (operon)

aktivliyini idarə edən birinci tənzimləyici zülalın

ayrılması, zülalların və DNT-nin spesifik

qarşılıqlı təsir mexanizminin öyrənilməsi, bir

sıra DNT-lərin birinci quruluşlarının müəyyən

edilməsi, insulin sələfi genin klonlaşması və

bu zülalın bakterial hüceyrədə sintezi üzrə əsas

tədqiqatları həyata keçirmişdir. A. Mekşem ilə

birlikdə 1973-cü ildə dezoksiribonukleazanın

köməyi ilə bağırsaq çöpləri DNT-sini parçalamış

və müəyyən sahəni (lak-operator) ayırmışdır.

Bu, ikizəncirli fraqment olub əsasların 25

komplementar cütlərindən ibarətdir. 

1977-ci ildə A. Mekşem ilə birlikdə DNT-

nin birli strukturunun açılmasının uğurlu

üsullarından birini təklif etmişdir.

1980-ci ildə “Nuklein turşularının birinci

quruluşunun müəyyən edilməsi sahəsində

tədqiqatlara görə” kimya üzrə Nobel

mükafatına layiq görülmüşdür. 1998-ci ilin

fevralın 2-də İştvan Xarqittai ABŞ-da Kaliforniya

ştatında İndian-Uellz şəhərində Volter Hilbertdən

müsahibə almış və bu müsahibəni ilk dəfə

olaraq “Kimyəvi həmsöhbət” jurnalında 1999-

cu ildə çap etdirib [The Chemical intelligencer,

1999, 5(2) 17-23]. Bu müsahibədən qısa qeydlər

Hilbertin həyat və yaradıcılığını əks etdirə

biləcək səviyyədə oxuculara təqdim olunur.

Sizin elmi karyeranız çox gözəl şəkildə

formalaşmışdır. Siz nəzəri fizikadan

eksperimental bialogiyaya qədər yol keçmiş,

kimya üzrə Nobel mükafatına layiq görül -

müşdür. Bu necə baş verdi?

Mən ən erkən yaşlarımdan, 10 və ya 11

yaşımdan elm ilə maraqlanırdımvə kimyaya

meyl yaranmışdı. Mən mineralları kollek -

37

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013



1980-ci ildə kimya üzrə 

Nobel mükafatına layiq görülmüş

Uolter Hilbert (Walter Gilbert) (1932)

Uolter Hilbert (Walter Gilbert) 

(1932)


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə