Design Elm Dunyasi2 215x290 Iyun219++++ Layout 1



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix28.07.2018
ölçüsü3,61 Mb.
#59202
1   ...   22   23   24   25   26   27   28   29   30

həsr olunmuş birinci məqalələr kimi qəbul olunan

məqalələr mənim diqqətimi cəlb etdi.Çünki bu

məqalələrdə deyilirdi ki, kimyəvi reaksiyanın

istiqaməti müəyyən molekulyar orbitalların fazası

(“Simmetriyası”) ilə müəyyən olunur. Hələ 1964-

cü ildə mən başa düşdüm ki, bəzi kimyəvi

reaksiyaların mexanizmi müəyyən molekulyar

orbitalları ilə korrelyasiya olunur (molekulyar

orbitalların kimyəvi reaksiyalarda rolu haqqında

mən hələ 1952-ci ildə bilirdim). Bizim ümumi

talehimiz belə yarandı: bir istiqamətin inkişafında

maraqlı olmaq. O, iki postdoku qəbul etdi və

indi onlar yaxşı professorlardırlar və Yaponiyada

işləyirlər.



Nobel mükafatı Sizin həyatınızı necə

dəyişdi?

Yaponiyada Nobel laureatları olduqca azdır.

Mən kimya üzrə Nobel mükafatını alan ilk

kimyaçı olduğumdan mətbuat üçün “bəxtəvər”

ola bilərdim. Həm də Yukava mən mükafat

almazdan bir az əvvəl vəfat etmişdi, Esaki isə o

vaxt Yaponiyada yaşamırdı. Heç demək lazım

deyil ki, bu, mənim elmi və pedaqoji fəaliyyətimi

poza bilərdi.

Lakin, xoşbəxtlikdən və ya bədbəxtlikdən

onda mənim yaş həddim çatdığından Kiot

universitetindən istefa vaxtım gəldi: bu qayda

müstəsnasız olaraq bütün professorlara aiddir.

Mən 39 il dərs dediyim yerimi mükafat aldıqdan

bir il sonra tərk etdim.

Mənim bəxtim onda gətirdi ki, yapon

sənayeçiləri arasında ağıllı adamlar mənim

üçün əla institut-Fundamental kimya institutu

tikdilər və mən artıq öz tədqiqatlarımı elm

üçün əla olan bu yerdə davam etdirə bilirəm.

Bu böyük mükafat mənim şəxsi həyatımı

xüsusi dəyişmədi. Hər gün mən öz evimdən

instituta piyada gedirəm, yenə də həmin

kostyumlarda, evə qayıtdıqda isə şam edirəm və

arvadımla bir butulka pivə içirəm.



Digər ölkələrə hansı səyahətiniz və hansı

xarici alimlərlə görüşünüz Sizə təsir etdi?

1963-cü ildən indiyə qədər mən 25-dən çox

ölkədə olmuşam və çoxlu iclaslarda olmuşam və

çox yerlərdə mühazirə oxumuşam. Məsələn,

1973-cü ildə mən 13 ölkədə və 18 universitetdə

olmuşam, 55 gün ABŞ-da olduqda isə 20 seminar

və mühazirə aparmışam. Demək olar ki, müəyyən

etmək olmaz ki, hansı səfərim daha çox təsir

etmişdir. Onların hamısı məndə böyük təəssürat

oyatmışdır, axı, mənim təhsilim zamanı heç vaxt

xaricə uzun müddətə getməmişdim.

Siz kimyaçı olmayanlarla kimyanın Sizin

məşğul olduğunuz sahəsi, ümumiyyətcə elm

haqqında tez-tez danışmağa cəhd edirsinizmi?

Mən kimyaçı olmayanlarla və ya alim

olmayanlarla mənim peşə işim haqqında

danışmağa xüsusi can atmıram. Səbəb odur ki,

mənim kimya sahəm peşəkar olmayanlara yaramır,

eyni zamanda ona vaxt sərf etmək heyifdir.

Doğrudur, çox vaxt kimya və ya bütövlükdə elm

haqqında mühazirə oxumaq üçün çoxlu sayda

xahişlərdən imtina etmək çətin olur. Bacardığım

qədər bu xahişləri təmin etməyə çalışıram.



Yaponiyada fundamental elm necə

qarşılanır? O, kifayət qədər maliyələşdirilirmi?

Bütün dünyanın məlum olduğu kimi, XX

yüz illiyin başlanğıcından Yaponiya elmi

nailiyyətləri ixrac etmək yolu ilə Qərb ölkələrini

ötüb keçməyə cəhd edirdi. Amma indi fundamental

tədqiqatlara dəstəyin əhəmiyyəti başa düşülür.

Belə başa düşmənin bir nümunəsi bizim

Fundamental kimya institutunun yaradılmasıdır.

Fundamental elmlərin bizdə maliyə dəstəyi hələ

də Birləşmiş Ştatlarda olduğundan xeyli azdır.

Amma o, tədricən artır.

Yaponiyada kimyanın şöhrəti necədir?

Bu şöhrət digər ölkələrdə olduğundan kəskin

fərqlənmir. Əksər məktəblilər üçün kimya və

fizika həvəssiz öyrənilən predmetə çevrilir. Belə

meylin kökü mənim fikrimcə insanın təbiətindədir.

İnsan insttinktiv olaraq nəhəng və müəyyən

sərhədlərə malik olmayan biliklər massivini

(“paketi”) görmək istəmir: axı o, təbii insan

qabiliyyətlərindən kənara çıxa bilər. Lakin

kimyanın və ya digər fundamental elmin

sərhədlərini açmaq üçün yalnız tələbələrin az bir

hissəsi, ürəkdən elmi sevənlər tələb olunur. Geniş

kütlə isə elm və texnalogiyanın nəticələrini

istifadə edə bilər, amma onun onların

yaradılmasında iştirakı vacib deyil. 

İstedadlı tədqiqatçıları aşkar etmək üçün

52

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




nə təklif edirsiniz?

Uğurların qiymətləndirilməsi elmi siyasətin

həmişə çətin məsələsidir. Çox vaxt olur ki, əksər

alimlərin həqiqətən orjinal işlərinə fikir verilmir.

İstinad indeksi, şübhəsizdir ki, tədqiqatın qiyməti

haqqında fikir söyləməyə imkan verən

göstəricilərdən biridir, amma o çox vaxt bir anlıq

dəbə çevrilmişdir. İstinadların sayı elm sahəsindən

güclü olaraq asılıdır.

Öz məqalələrini yaxşı jurnallarda çap

etdirmək və öz işinin tanınmasını istəyən,

ingiliscə danışa bilməyən alimlərin çətinlikləri

nə qədər ciddidir?

Bizim dövrümüzdə məqalələrin müəlliflərini

maraqlandıran məqamlardan biri jurnalın tirajidır.

Qeyri-ingilis dilli jurnallar (hətta digər avropa

dillərində çıxan) beynəlxalq elmi ictimaiyyət

tərəfindən diqqətlə istifadə olunmur. Odur ki,

qeyri-ingilis dilli mənim kimi alimlərin əlverişli

olmayan vəziyyətləri aydındır. Adətən əlavə güc

tələb olunur ki, öz işinin beynəlxalq tanınmasına

nail olasan. Aydındır ki, bu, ciddi çətinlikdir.

Bunu müxtəlif növ kontaklarla aradan qaldırmaq

olar.


Təbiət və humanitar elmlər arasında fərq

Sizin fikrinizcə necədir?

Humanitar, sosial və təbiət elmləri arasındakı

fərq getdikcə azalır. Bu, həm inkişafın, həm də

tələbin nəticəsidir. Birinci səbəb aydındır.

Fiziologiya və tibbdə inkişaf psixologiyada və

insanın əqli fəaliyyəti haqqında elmdə yeni

üsullarla korrelyasiya olunur. Riyaziyyat və

statistikanın hesablama üsullarında inkişaf

iqtisadiyyata, sosiologiyaya və siyasətə təsir edir.

Fiziki-kimyəvi elmlər arxeologiyanın inkişafına

səbəb olur. Belə çoxlu misallar göstərmək olar. 

İkinci səbəb daha əhəmiyyətlidir. O, elm və

texnologiyanın özü-özünü sürətləndirmək

xarakterinin nəticəsidir ki, son vaxtlar xüsusilə

hiss olunur. Elm yeni texnalogiya verir, nəticədə

yeni texnologiya elmdə inkişafa kömək edir. Bu

prosesə insanın anadangəlmə cəhdi qatılır. Elm

və texnologiyanın belə qarşılıqlı sürətlənməsi

insanların həyatına rahatlıq və komfort gətirdi.

Digər tərəfdən nəzarətsiz inkişaf ciddi problemlərin

səbəbi oldu. Yerdə təbiət və ətraf mühit ciddi

dəyişmişdir və sivilizasiyanın nemətlərinin

paylanmasında dəhşətli bərabərsizlik yaranmışdır.

Daimi inkişaf və artım həvəsinə nəzarət yolu ilə

bu vəziyyətə təsir etmək üçün lazımi ilkin şərt

təbiət, sosial və humanitar elmlərin qarşılıqlı

fəaliyyətidir.

Təhsildə nə etmək lazımdır ki, növbəti

yüzilliyin hücumuna hazır olaq? 

Növbəti yüzillikdə yaşayacaq nəsil qarşısına

məqsəd qoymalıdır ki, hazırda Yerin olduğu

şərait yaxşılaşsın. Bunun üçün onlar elmin

səviyyəsini xeyli yüksəltməlidirlər və onu

vəziyyəti düzəltmək üçün istifadə etməlidirlər.

Eyni zamanda onlar dözümlülüyə və özünü

məhdudlaşdırmada ağılların razılaşmasına kömək

etməlidirlər. Bütün bu məqsədlər yalnız lazımi

təhsilin köməyi ilə əldə oluna bilər. Gələcəkdə

təhsilin əhəmiyyəti böyükdür və zaman gözləmir. 

Sizi kimyadan başqa nə maraqlandırır və

nə ilə məşğul olursunuz?

Mən kimyaçı-eksperimentator kimi başladım,

üzvi kimya ilə çox maraqlandım və müəyyən

müddət kimya maşınqayırması ilə məşğul oldum.

Beləliklə, sənaye mənim üçün əhəmiyyətsiz deyil.

Digər tərəfdən, bir dəfə gənclikdə mən fizika

ilə, xüsusi nəzəri fizika ilə məşğul olarkən zövq

aldım. Orta məktəbdə oxuyarkən mənim sevimli

fənlərim biologiya və ədəbiyyat idi. Deməli,

mənim maraqlarımın sahələri genişdir.

Professor Fukui 1962-ci ildə Yaponiya

Akademiyasının medalını almışdır, 1981-ci ildə

ABŞ-ın Milli Elmlər Akademiyasının xarici üzvü,

1989-cu ildə London kral cəmiyyətinin xarici

üzvü seçilmişdir. Fukui 1998-ci ilin yanvarın 9-

da vəfat etmişdir.



53

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə