Design Elm Dunyasi2 215x290 Iyun219++++ Layout 1



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix28.07.2018
ölçüsü3,61 Mb.
#59202
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

Yaponiyada olarkən Fukui ilə görüşmüş, ondan

müsahibə alması üçün razılaşmışdır. O,

Budapeştdən sualları göndərmiş və görüşərkən

hazır cavabları almışdır. Yenidən görüşərkən də

Xarqittai əlavə suallar vermiş və onlara da

cavablar almışdır. Bu müsahibədən maraqlı

məqamları oxuculara təqdim etməyi vacib sayırıq.

Zəhmət olmasa məktəb illərinizdən və ilk

müəllimlərinizdən danışın. Məktəb və

müəllimlər sizə necə təsir etdilər? Sizin kimyaya

marağınız necə formalaşdı?

Mən orta məktəbdə oxuyarkən təbiətin

möcüzələri məndə maraq oyatdı. Mən

dərsdənkənar məşğələlərlə maraqlandım, biologiya

dərnəyinin üzvü idi. Mənim marağım Jan Anri

Fabrin “Entamoloji xatirələr”-ini (“Souvenirs

entomologiques”) oxumağa sövq etdi. O vaxt

bədii ədəbiyyat məni çox cəlb edirdi, xüsusən də

dahi yapon yazıçısı Soseki Nasuminin əsərləri.

Bütün bu təəssüratlar şübhəsizdir ki, mənim

sonrakı həyatım üçün seçimimə təsir etmişdir.

Mənim təbiətə sevgim hələ ibtidai məktəbdə

qoyulmuşdu və erkən uşaqlıq yaşlarında. Bundan

başqa sonralar məktəbin yuxarı siniflərində elmin

fəlsəfəsi haqqında trilogiyası ilə Jül Anri Puankare

təsir etmişdi.

Məhz nə üçün kimyanı seçməyimin səbəbini

izah etmək asan deyil. Çünki, məktəbdə kimya

heç vaxt mənim sevdiyim fənn olmayıb. Əslində

mənim hörmət etdiyim Fabrin kimyada dahi

olması necəsə mənim şüuruma təsir etmişdi.

Kimyada mənim üçün çətin o idi ki, mənə elə

gəlirdi ki, onu əzbərləmək üçün yaxşı yaddaş

lazımdır. Mən kimyada daha çox məntiqin

olmasına üstünlük verərdim. Kioto universitetinin

bir professoru o vaxtdakı kimyada gizli məntiqin

olması haqqında ehtimal söyləmişdi və mən

nəhayətdə onun fikri ilə razılaşdım.



Təhsil gələcək alimin fəaliyyətini hansı

dərəcədə müəyyən edir?

Təhsil prosesdir və bu prosesdə bir adam

digərinə hər ikisinin intellekti vasitəsi ilə təsir

edir, həm də hələ də bu prosesin mexanizmi

aydın deyil. Odur ki, aktiv alim tərbiyə etmək

üçün ideal təhsil necə olmalıdır sualına cavab

vemək fövqəladə çətindir. Hətta müasir təhsildə

əldə oluna bilən yardımçı və ya əlavə vasitələrin

istifadəsi şəraitində də məktəblinin və ya

tələbənin onu əhatə edən təbiət ilə birbaşa

əlaqəsi mənim fikrimcə mütləq vacibdir.



Aydındır ki, müəllim bu ətraf təbiətin bir

hissəsi olmalıdır. Bu  kontekstdə müəllimin

rolu olduqca əhəmiyyətlidir. Və  əlavə, gözəl

və ülvi təzahürləri  qiymətləndirmək bacarığı

şagirdləri təbiətdə mövcud olan müraciət

etməyə sövq edir.

Hətta kasıb məktəblərdə yaxşı müəllim və



səmərəli tədris metodikası istedadlı uşaqlara

yüksək səviyyədə təhsil üçün onları hazırlamağa

təsir edə bilər.

Sizi nəzəri işi eksperimental işdən üstün

tutmağa nə həvəsləndirdi?

Mən kimyaçı-eksperimentator kimi başladım

və eksperimental kimyaya aid 100-dən çox məqalə

yazdım və 1944-cü ildə mənə ümummilli mükafat

verildi. Hə, indi də mən təkcə nəzəri məqalələri

yox, eksperimental işlər üzrə məqalələr də

oxuyuram. Mən Kioto universitetində elmi işlərə

rəhbərlik edərkən bəzi tələbə diplomçularıma

təklif etdim ki, eksperimental işlərlə məşğul

olsunlar. Çünki hətta nəzəriyyəyə daha çox marağı

olan tələbələrə də kimyəvi hadisələrin bütün

mürəkkəbliklərini hiss etmək vacibdir.

Karbohidrogenlər kimyası ilə mən təsadüfən

tanış oldum. Mənim diplom işim “Parafin

karbohidrogenlərinin reaksiyaları” idi. Universiteti

bitirdikdən birinci bir neçə il müddətində mən

olefin karbohidrogenlərinin kimyəvi çevrilmələri

üzərində işlədim. Və nəhayət, mənim ilk nəzəri

məqaləm aromatik karbohidrogenlərə həsr olundu.

Bütün növ karbohidrogenlər nümayişdə olduğu

kimi.

Ən əhəmiyyətli cəhət o idi ki, o vaxta qədər



mən sərbəst olaraq kvant kimyasını öyrəndim.

Mənim üçün tam təbii idi ki, kafi interpretasiya

verilməmiş reaksiyaların mexanizmlərini izah

etmək üçün kvant nəzəriyyəsini istifadə etməyə

cəhd göstərəm. Aromatik karbohidrogenlər sadəcə

material idi.

Bu, 1952-cildə olmuşdu. Bundan sonra mən

eksperimental işlərlə yox, daha çox nəzəri işlərlə

maraqlandım. Kioto universitetinə daxil olduğum

50

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




andan kvant mexanikası ilə məşğul olmağımın

səbəbi bir tərəfdən instinktiv maraq, bir qədər də

bir professorun söylədiyi ehtimal idi.

Bu professor kim idi və Siz öz təd 

qi 

-

qatlarınızın predmetini necə seçdiniz?

Mənim tədqiqatlarımın birinci mövzusunun

seçimi demək olar ki, mən kimyaçı olmaq qərarına

gəldiyim andan müəyyən olmuşdur.Tətbiqi kimya

professoru Qenisu Kit dediyi ehtimallardan

həyəcanlanaraq mən onun laboratoriyasına keçdim.

O, ehtimal edirdi ki, o vaxt olduqca emprik

xarakterə malik olan kimya gələcəkdə məntiqi

elmlərdən biri olacaqdır. Mövzu kimi mənə

karbohidrogenlər kimyasını təklif etdilər. Onların

kimyəvi reaksiyaları məni olduqca cəlb etdi, çox

güman ki, instinktiv olaraq. O vaxt

karbohidrogenlərin unikal kimyəvi davranışları

nəzəri olaraq kifayət qədər interpretasiya

olunmamışdı. Belə ki, mənim seçimimdə ilk

olaraq tədqiqat predmetinin seçimi hadisələr və

intuisiyanın kombinasiyalarının nəticəsi idi. Sonra

hər şey öz növbəsində getdi.



Sizin təhsiliniz üçün mühəndis mühiti ən

yaxşı idimi?

Yapon universitetlərində kifayət qədər qeyri-

adi sistem var. Hər bir dövlət universitetində

mühəndis fakültələri təbiət elmləri fakültələrindən

çoxdur. Hələ Meydzi erasının başlanğıcında uzun

müddət ərzində böyük mühəndis məktəbləri

sistemi yaponiya üçün təəccüblü şəkildə xarakterik

idi. Və Kioto universitetində mühəndis fakültəsində

6 kimya kafedrası, təbiət elmləri fakültəsində isə

yalnız bir kimya kafedrası var idi. Doğrudur,

1938-1941-ci illərdə mən tələbə olarkən mühəndis

fakültəsində sənaye kimyası kafedrası yeganə

kimya kafedrası idi. Ümumiyyətcə, fundamental

kimya üzrə “təmiz” kimyaçılarda olduğu kimi

mühazirələrə gedirdik. Aydındır ki, fundamental

kimyanı öyrənən tələbələrin fizika və riyaziyyat

üzrə mühazirələrə qulaq asmaq imkanı tətbiqi

kimya ilə məşğul olan tələbələrə nəzərən daha

çox idi. Mən düşünürəm ki, belə unikal universitet

təhsili sistemi inkişaf yoluna gec başlamış millətin

əlamətidir. Bu sistemin qüsurlarını öz-özümə

öyrənməklə aradan qaldırmalı oldum. Mən kimya

maşınqayırması kafedrasını yox, sənaye kimyası

kafedrasını seçdim. Tətbiqi kimyanı seçməyimin

səbəbi çox sadədir: mən professor Kitanın

məsləhətinə qulaq asdım.

Professor Kita atamın dayısı və atam Tokio

kollecində oxuyarkən onun zəmanətçisi idi. Atam

ona dedikdə ki, fizika və riyaziyyat mənə kimyaya

nisbətən daha xoş gəlir, o, demişdi ki, yaxşı olar

ki, o, mənim fakültəmdə oxusun. Uyğun olaraq,

mən heç düşünmədim ki, tətbiqi elm öyrənməklə

hansı mənfəəti qazana bilərəm.

Faktiki olaraq professor Kita tələbələri daha

çox fundamental elmləri öyrənməyə

həvəsləndirirdi.



Son nəticədə Siz öz şəxsi tələbələrinizi necə

seçirdiniz?

İllər keçdikcə bir çox tələbələr və əməkdaşlar

bizim qrupa birləşdilər. Onların hamısı bizim

işimizdə iştirak etmək istəyirdi. Tədqiqat

mövzularını seçərkən mən imkan daxilində onların

istəklərini diqqətə alırdım. 



Gələcək hesablama kimyasını necə

görürsünüz?

İnkar etmək olmaz ki, fiziki ölçmələr üçün

aparatların gözlənilməz inkişafı ilə əlaqədar

olaraq kimyanın xarakteri dəyişmişdir, o cümlədən

nəzəri kimya sahəsində. Xüsusi halda sürətli

fəaliyyət göstərən kompüterlərin istifadəsi ilə

kvantomexaniki hesablamaların xarakteri də

dəyişmişdir. Amma bir sıra hesablama problemləri

mövcuddur ki, onların həlli olduqca böyük maşın

vaxtı tələb etdiyindən praktiki olaraq onları həll

etmək mümkün deyil. Kimyanın mürəkkəbliyi

fasiləsiz olaraq artır. Məntiqi nəticənin köməyi

ilə əldə oluna bilənlərdən çox olan mürəkkəblik

kimyanın xarakterik əlamətləridir.



Xahiş edirəm Roald Hofman ilə

münasibətinizdən danışasınız.

İlk dəfə olaraq mən Roald ilə 1964-cü ildə

Floridada elmi simpoziumda görüşdüm. Onda o,

gənc alim idi. O, molekulların nəzəri hesab 

-

lanmasının yeni üsuluna həsr olunmuş doktorluq



dissertasiyasına görə nəzəriyyəçi kimi yaxşı

tanınmışdı.Bundan az sonra müəllifi o və R.B.

Vudvord olan və tarixə düşmüş məqalələr çap

olundu. Bu məqalələr 1965-ci ildə JACS-da çap

olunmuşdu. Sonralar Vudvord Hofman qaydasına

51

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə