Design Elm Dunyasi2 215x290 Iyun219++++ Layout 1



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix28.07.2018
ölçüsü3,61 Mb.
#59202
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

zülallarla işləməyə başladım. 1943-cü ildə

professor A.Ç. Çibnellin yanında işə düzəldim.

O, mənə təklif etdi ki, insulində kənar qalıqları

(polipeptid zəncirinin sonunda yerləşən

aminturşu nəzərdə tutulur) tədqiq edim. Çibnelli

zülallarda aminturşuların miqdarı

maraqlandırırdı. O vaxt sekvenirləşmə haqqında

heç nə məlum deyildi. Hansısa cəhdlər olmuşdu,

amma heç kim uzağa irəliləyə bilməmişdi.

Mən düşünürəm ki, insulin ona görə

seçilmişdi ki, bu yeganə zülal idi ki, onu təmiz

halda satın almaq olardı. Maraqlı fakt odur ki,

insulində çoxlu sərbəst amin qrupları var idi.

Çibnell mənim qarşımda bu amin qruplarını

identifikasiya etmək tapşırığını qoydu. Mən

dinitrofenil üsulu (DNT) adlanan ümumi üsul

yarada bildim. Zülal zəncirinin sonunda sərbəst

amin qrupuna rəngli reagent birləşdirilir, sonra

zülal hidrolizə uğradılır və DNU-aminturşunun

təbiəti müəyyən olunur. DNU aminturşu ilə

möhkəm əlaqə ilə əlaqələnir, həmin vaxt peptid

əlaqəsi turşu ilə qırılır. Bu yolla kənar qrupları

təyin etmək olur. Əsas irəliləyiş A.C. Martin

(ingilis biokimyaçısı və fiziki kimyaçısı) və

R.Z.M. Sinqin (ingilis biokimyaçısı) paylayıcı

xromatoqrafiya kəşf etmələrindən sonra oldu.

Bu üsulu mən DNU-aminturşuları ayırmaq

üçün istifadə etdim. Martin və Sinqin işi mənə

təkan verdi. Bu, fraksiyalaşdırmanın ən güclü

üsulu idi. Ona qədər aminturşuları ayırmaq

üçün kristallaşdırma və qovulmadan istifadə

olunurdu.

Deməli, gördüyünüz kimi sekvenirləşdirmə

məsələsini mən qoymamışam. Mən yalnız kənar

qrup təyin etmək istəyirdim və bütün zülallar

üçün ümumi üsul işləyib hazırladım. Mən aşkar

etdim ki, insulin iki zəncirdən təşkil olmuşdur:

birində sonda fenilalanin digərində isə qlisin.

Problemlərdən biri o idi ki, DNU-qlisin olduqda

davamsızdır. Tam hidrolizdən sonra DNU-

qlisinin çıxımı yüksək deyildi, çünki o,

parçalanırdı, odur ki, hidroliz müddətini azaltmaq

gəlirdi. Onda aydın oldu ki, əlavə çoxlu

məhsullar alınır. Bu DNU-pepdidləri idi. Aydın

oldu ki, bu üsul ilə zülallarda aminturşuların

ardıcıllığı haqqında məlumat almaq olar. Bir

neçə cəhddən sonra 4-5 qalıqlardan ibarət iki

ardıcıllığı mümkün oldu. Bu zülal

ardıcıllıqlarının ilk müəyyən edilməsi idi. Bizdə

insulinin iki zənciri var; biz onları ayıra bildik.

Bizim sonrakı uğurumuz uzunluğu 30 aminturşu

qədər olan fenilalanin zəncirinin tam ardıcıllığını

müəyyən etmək olar. Biz onu fraqmentlərə

böldük, onları ayırdıq və onların strukturunu

müəyyən etdik. Yenə də bizə Martin və onun

həmkarlarının ayırıcı xromotoqrafiyanın yeni

modifikasiyası üzrə işlər kömək etdi. Kağız

xromotoqrafiyası bizə amin turşuları və peptidləri

kağız vərəqi üzərində iki ölçüdə ayırmağa

imkan verdi. Nəhayət, biz fraqmentləri bir tam

halında yığaraq tam ardıcıllığı müəyyən edə

bildik. Martin və Sinq o vaxt Lidsdə işləyirdilər

və Çibnell onları yaxşı tanıyırdı. İşin ürəyi

Martin idi. O, ayırıcı xromatoqrafiyasını, ardınca

da qaz xromatoqrafiyasını kəşf etmişdi. Bu

insan həmişə ruhlandırma mənbəyi idi. Biz

onunla konfranslarda görüşürdük və onda

həmişə yeni nəsə olurdu.

Bu işə müharibədən sonra  Avstriyadan

köçmüş postdoq Hans Tappi əhəmiyyətli xidmət

göstərmişdir. Mən qlisin zənciri ilə məşğul

olarkən məhz o, fenilalanin zənciri ilə məşğul

olurdu. Biz qlisin zəncirinin ardıcıllığını

öyrənənə qədər o, inadlı əməyi nəticəsində

fenilanalin zəncirinin ardıcıllığını öyrəndi.

Sonra o, Vyanaya qayıtdı və adminstrativ iş ilə

məşğul olmağa başladı.

Siz 1958-ci insulinin tədqiqinə görə Nobel

mükafatı alarkən 40 yaşınız var idi. Və siz

yeni böyük elm sahəsini seçdiniz. Nadir

hallarda belə olur.

Əksər nobel laureatları ya adminstrativ işə,

ya da müəllimliyə keçirlər. Mən çox da yaxşı

müəllim deyiləm və çətin ki, məndən yaxşı

adminstrator olardı. Bunula yanaşı düşünmürəm

ki, bütün bunların hamısından tədqiqatlardan

aldığım ləzzəti ala bilərdim. Nobel mükafatından

sonra məndə stabil mövqe və yaxşı  avadanlıqlar



46

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




yarandı. Yaxşı hazırlıqlı tələbələri, xüsusən də

aspirantları asanlıqla tapmağa başladım və bu,

işə çox kömək etdi. Mən elə bir mövqedə

oldum ki, bu və ya digər dərəcədə istədiyimi

edə bilərdim, mən isə tədqiqatlarla məşğul

olmaq istədim.

Əvvəlcə mən zülalların tədqiqini davam

etdirdim. 1958-ci ildə nuklein turşularının

sekvenirləşməsi haqqında heç nə məlum deyildi.

Bu, iki səbəbdən mürəkkəb problem idi. Birincisi

onların böyük ölçüdə olması, ikincisi onların

yalnız dörd komponentdən ibarət olması. Yalnız

dörd komponentdən ibarət olan ardıcıllığı

müəyyən etmək 20 komponentdən ibarət olan

ardıcıllığı müəyyən etməkdən xeyli çətindir.

Əvvəlcə mən bunu etməyin heç bir əminliyini

görmürdüm, amma başa düşürdüm ki bu,

olduqca əhəmiyyətli problemdir. DNT əlçatmaz

göründüyündən mən RNT haqqında düşünməyə

başladım. Nəqliyyat RNT-ləri böyük deyillər,

uzunluqları 70 və ya 80 nukleotidlər

ölçüsündədir. RNT ilə işin başlanğıcı 1965-ci

ilə düşdü. O vaxt İngiltərədə Qordon

konfransında iştirak etdim. Bu konfranslarda

məruzələr zülallar və nuklein turşuları üzrə

bölünürdü. Nuklein turşularına aid məruzələr

mənim üçün darıxdırıcı idi və mən əsasən

zülallara aid məruzələrə qulaq asırdım. Lakin

zaman keçdikcə nuklein turşuları haqqında

məlumatlar şüurumda dərin izlər buraxdı və

maraq yarandı.

Əsas problem sekvenirləşmə üçün nisbətən

böyük olmayan RNT nümunəsi olmaq idi. Bu

məsələnin həllində böyük uğurlar Bob Xolliyə

(Robert Uilyam Xolli amerika biokimyaçısı) və

həmkarlarına aiddir. Onlar təmiz nəqliyyat RNT-

sini ayıra bildilər və zülallar üçün yaradılmış

sekvenirləşmə üsulu ilə RNT-nin sekvenirləşməsini

həyatı keçirdilər. Bu halda onlar bizdən öndə

idilər.


Nəticədə RNT-nin kiçik fraqmentlərinin

bölünməsinin iki ölçülü üsulunu işləyib

hazırladıq ki, bu üsul kifayət qədər uğurlu

oldu. Bu üsul ion mübadiləsi xromatoqrafiyası

ilə elektroforezin birləşməsindən ibarət idi.

Biz 120 nukleotidlərdən ibarət olan RNT-

ni öyrənmək üçün bu üsuldan istifadə etdik.

Onun sekvenirləşdirilməsini mənim aspirantım

Corc Braunli həyata keçirdi. Həmin vaxt 1965-

ci ildə bu, nukleotidlərin ardıcıllığı məlum

olan ən uzun RNT idi. Biz RNT-nin deqradasiya

məhsullarının sekvenirləşməsinin bir neçə yeni

üsullarını işləyib hazırladıq və beləliklə nuklein

turşuları sahəsinə keçmiş oldum.



Siz öz kəşvinizi patentləşdirdiniz?

Yox, heç vaxt. Mən Tibbi tədqiqat şurasına

işləyirdim, onlar heç nəyi patentləşdirməyə

icazə vermirdilər. Kəşf qiymətli olduqda bunu

onlar özləri edirdilər. Mənim əksər işlərim

patentləşdirməyə uyğun gəlmirdi.

Patentləşdirməyə uyğun gələ biləcək yeganə

işimiz DNT-nin sekvenirləşməsi üsulu idi,

amma biz onu etmədik. Biz üsulları yaradırdıq,

amma heç vaxt bilmirdik ki, onlardan hansı

tətbiq olunacaq. Hazırda istifadə olunan DNT-

nin sekvenirləşməsi üsulu digər üsullardan

daha üstün idi və bu üsul didezoksi üsul adlanır.

Sizin işinizdə xoşbəxt hadisə rol

oynamışdı?

Olduqca tez-tez. Başlıca uğur vaxtında



lazımi yerdə olmaqdır:

Zülalların

sekvenirləşməsi o vaxt başlamaq ki, həmin

vaxt bu məsələ həll oluna bilən oldu və nuklein

turşularını sekvenirləşdirməyə o vaxt başladıq

ki, onu reallaşdırmaq şansı yaranıb. Bizim

əksər uğurlarımız digər tədqiqatçıların uğurları

ilə müəyyən edilmişdir.



Sizin işlərinizdən hansı əhəmiyyətli idi?

Mən hesab edirdim ki, bu, didezoksi üsuldur.

Bu, mənim işimin zirvəsi idi. Onun hesabına

böyük DNT molekkullarını sekvenirləşdirmək

mümkün oldu. Bu üsulun köməyi ilə bir başa

uzun molekullar ilə işləmək olur. Bizim ala

bilmədiyimiz ən kiçik molekulu bakteriofaq

DNT-si idi və o, təxminən 5000 nukleotidlərdən

ibarət idi. Amma, bu tədqiqatların özü də

olduqca qiymətli idi. Əvvəlcə bir molekulun

qismən dağılan üsulunu istifadə etməyə cəhd

47

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə