Design Elm Dunyasi2 215x290 Iyun219++++ Layout 1



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix28.07.2018
ölçüsü3,61 Mb.
#59202
1   ...   22   23   24   25   26   27   28   29   30

deyil, amma kiçik tədqiqat qrupunun atmosferi,

elmə və alimlərə yaxınlıq, əvvəllər yalnız qulaq

asılmış kurslardan məlum olan reallıqlara daxil

olmaq-bütün bunlar olduqca əsaslıdır.

Elə ola bilərdi ki, mən başqa bir şeylə məşğul

ola bilərdim. O vaxt mən hesab edirdim ki, fizika

sahəsində kifayət qədər güclü deyiləm, baxmayaraq

ki, fizika üzrə bütün fənlərdən qiymətlərim yüksək

idi. Mən bu sahədə məndən yaxşı bilən gəncləri

və dostlarımı görürdüm. İndi mən fikirləşirəm

ki, mən səhv etmişəm və fizika ilə yetərincə

uğurla məşğul ola bilərdim. Analoji səbəbdən

riyaziyyatdan imtina etdim. Nə üçün bilmirəm,

amma o vaxt mən biologiya ilə maraqlanmırdım.

Gördüyünüz kimi mən kimyaya kifayət qədər

gec gəldim və güclü motiv olmadan. Yeganə

müstəsnalıq odur ki, mənim tədqiqatlara

başlamağım məhz kimyada oldu. Bu doğrudur

ki, mən uşaq olarkən kimyəvi reaktivlər dəstim

var idi, amma mən bu fəaliyyəti çox da sevmirdim.

Əslində mən qəti olaraq kimyaçı olmaq qərarımı

20 yaşımda, hətta ola bilər ki, bir az da gec

qəbul etdim.

Sizi aspiranturada öyrədənlərlə öz

münasibətlərinizi necə xarakterizə edərdiniz?

Mən öz dissertasiyam üzərində iki adam ilə

işlədim. Mən Martin Quterman ilə başladım və

öz işimi Uilyam Lipiskomb ilə bitirdim. Mən

Harvardda hər ikisinin ilk aspirantı idim. Əvvəlcə

o vaxt gənc, dünya şöhrətli nəzəriyyəçi olan,

Harvad universitetinin professoru Bill Mofit ilə

işləmək istədim. Amma mən Kembricə gəldiyim

il o, vəfat etdi. Onun yanında təcrübəçi olmuş

Martin Quterman müəllim, sonra asistent vəzifəsini

aldı. Quterman Plattın yanında oxumuşdu

(Çikaqoda) və porfirinin spektrləri ilə maraq 

-

lanmışdı. İndi o, Vaşinqton universitetindədir və



aktiv olaraq spektroskopiya və nəzəriyyə ilə

məşğul olur. Təxminən bir il Quterman ilə birgə

işlədikdən sonra mən Rusiyaya getdim ki, Davidov

ilə birlikdə eksitonların nəzəriyyəsi ilə məşğul

olum. Qayıtdıqdan sonra mən Lipiskomb  ilə işə

başladım. Mənə Lipiskomb ilə bir il birgə iş

lazım oldu ki, 1962-ci ildə dissertasiyamı başa

çatdırım. Bundan sonra Harvardda üç illik kiçik

təqaüdçü tədqiqatçı olarkən mən tamamilə sərbəst

idim və R.B. Vudvord ilə əməkdaşlıq etməyə

başladım. Beləliklə mən Vudvordun yanında nə

təcrübəçi, nə də tələbə olmuşam. Bu, başqa tip

əməkdaşlıq idi. 

Həm Quterman və həm də Lipskomb mənim

elmi inkişafında çox böyük rol oynadılar və

sözün əsl mənasında onlarla ünsiyyətim hər gün

idi. Özünün akademik karyerasının başlanğıcında

olan Quterman üçün bu sıx əlaqə təbii idi. Lakin

onun lap başlanğıcından dörd aspirantı var idi.

Harvardda nəzəriyyəçi-aspirantlara böyük tələbat

vardı, amma o vaxt kafedrada heç kim bununla

məşğul olmaq istəmirdi. Öz karyerasında xeyli

irəli getmiş Lipiskomb ilə həqiqətən gündəlik

qarşılıqlı fəaliyyət var idi.

Per-Off Levdinin böyük yay məktəblərindən

birində mən ilk dəfə qruplar nəzəriyyəsi ilə tanış

olduqdan sonra qayıdarkən Quterman ilə görüşümü

dəqiq xatırlayıram. Harvardda kafedrada kimsə

kuban sintez etməyə cəhd göstərirdi. Mən kubanın

molekulyar orbitallarını hesablamaq qərarına

gəldim. Mən qruplar nəzəriyyəsində yeni əldə

etdiyim məharətim ilə fəxr edirdim. Beləliklə,

səkkiz orbitallar məsələsini qoydum, hər bir

karbon atomuna bir orbital.

Mən kubun bucaqlarına görə səkkiz hidrogen

atomlarının xyukkel hesablamasını nəzərdə

tuturdum və bunu qruplar nəzəriyyəsinin köməyi

ilə etmək olardı. Mən Qutermanın yanına gələrək

ona bu işi göstərdim. O, nəzakətlə dedi ki, iş

gözəldir, amma mən hesabladığım kubun deyil,

mən səkkiz hidrogen atomundan ibarət olan

sistemi hesablamışam. Tədricən o, mənə kubanın

bütün valent elektronlarını birləşdirən matrisanın

qurulması məsələsinin nə qədər çətin olduğunu

aydınlaşdırdı. Əslində bu, genişlənmiş xyukkel

hesablamasının eskizi idi. O, dedi ki, karboonda

2s və 2p orbitallarına və hidrogendə 1s orbitalına

elə baxmaq lazımdır ki, C8H18 üçün cəmi 40

bazis orbitalları alınsın. O, irəli necə getməyi və

həlli necə almağı mənə söylədi və mən də etdim.

Mən bütün növ s-s, s-p, p-p, δ-qarşılıqlı təsirləri

və π-qarşılıqlı təsirini nəzərə alaraq xyukkel

tipində yaxınlaşma qurdum. Məndə hələ də

hardasa dəftərlərimdə müxtəlif rezonans inteqralları

üçün bütün α, β, γ, δ, ε üçün matrisa var. Biz iki-

56

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




üç il sonra Lipskombun qrupunda genişlənmiş

xyukkel hesablanması üçün proqram yaradana

qədər mən bundan irəli gedə bilmədim. Əvvəldə

ağlıma gəlmirdi ki, β-nı örtülməyə proporsional

qəbul edim. 

Quterman və Lipskomb ilə qarşılıqlı fəaliy -

yətimiz çox sıx idi. Hər ikisində tədqiqat qrupu

var idi. Və mən digər adamlardan da çox şeyi

öyrəndim. Düşünürəm ki, Lipskomb və Quterman

eksperimentator ilə qarşılıqlı fəaliyyətin vacib

olduğunu mənə öyrətdilər. Lipskomb buna çox

təkid edirdi. 

Mən Vudvorddan da çox şey öyrəndim. Bu

artıq sonralar idi, mən onunla 1964-cü ildən

işləməyə başladım. Vudvorddan izahatı mahiyyətin

özünə qədər sadələşdirməyi öyrəndim. Məhz

belə sadə izahat kimyaçılara təsir edir. İzahı

riyaziyyat ilə culğamağa ehtiyac yoxdur. 

Mən sürətlə öyrəndim. Lipskomb ilə birlikdə

yazdığım ilk məqalə, daha dəqiq desəm məqalənin

qaralaması çox da yaxşı deyildi. O, məqalədə

əsaslı düzəlişlər etdi. Amma mən hər şeyi sürətlə

mənimsədim və xatırlayıram ki, ikinci məqalədə

ona yalnız az düzəliş etmək qaldı. Vurdvord ilə

yazmaq daha çətin idi. Mahiyyəti aşkar etməyə

cəhddə o, detalları əzabverici şəkildə cilalayırdı.

Məndə orbital simmetriyaya aid məqaləmin

qaralmasında onun qeydləri saxlanılır. Həmişə

mənə məqalə yazmaq asan idi və bu, çox

əhəmiyyətlidir. Vudvord ilə əməkdaşlıq dövründə

mənim məqalələrim olduqca pedaqoji idi, onlarda

izahata yer var idi. 

Tədqiqat mövzusunu necə seçmək? Vudvord

ilə işləyərək başlıca problemi aydın görmək lazım

idi (baxmayaraq ki, Vudvord onları mənə nəzərən

daha aydın görürd. Demək olar ki, istedad nəyin

vacib olub, nəyin anomal xüsusiyyətlərin nəzərə

alınmaya biləcəyini, hansılara diqqət yetirməyi

görmək qabiliyyətidir.

Müəllimlərin və tələbələrin qarşılıqlı

münasibətlərinə qayıdaraq mən hesab edirəm ki,

müəllimin rolu ondan ibarətdir ki, tələbədə bu

və ya digər formada olan qabiliyyəti oyatsın.

Mən hesab edirəm ki, bu ideya müqəddəs Fome

Akvinskiyə yüksəlir. Mən düşünürəm ki, müəllimin

fəaliyyətinin yekununu pis etmir.

Və bu, davamlı ünsiyyət olmalıdır. Ola bilsin

ki, tələbə tədqiqatçı qruplarının iclaslarında daha

yaxşı öyrənir və bu, amerika sisteminin ən böyük

üstünlüyüdür. Tələbələr bilməlidirlər ki, rutin

işdə böyük elmi necə görmək olar. Amma əvvəldə

bunu onların özləri etmələri çətindir. Rəhbər

lazımdır.

Təəssüf ki, kimyəvi ədəbiyyatın sadəcə

oxunması kömək etmir. Orada hər şey əla görünür.

Axı istənilən boş şeyi çap etdirmək olar. Mən

düşünürəm ki, Amerika kimya cəmiyyətinin

jurnalında (JACS) qəbul olunan məqalələrin

60%-i çap olunmağa buraxılır, bu isə ən yaxşı

jurnallardan biridir. Əgər daha aşağı səviyyəli

jurnallara müraciət etsək, onlar 95% və daha

çox məqaləni çapa qəbul edirlər. Elmi

publikasiyalarda seçicilik yoxdur. Rutin və

keyfiyyətli məqalələr arasındakı fərq alimin

praktiki fəaliyyətində özünü göstərir ki, çox vaxt

bunu ünsiyyətdə öyrənir. Mən buna Qutermanın,

Lipskombun, Vudvordun yanında öyrəndim. Bu

zaman məhz hansı cəmiyyətdə olmanız bir o

qədər də vacib deyil. Əhəmiyyətli odur ki, çoxlu

seminarlar olan, adamların gəlib gedərək öz işləri

haqqında məlumat verdikləri beklynəlxalq

mərkəzdə olasan. Beləliklə, mən düşünürəm ki

kim Macarıstanda əyalət universitetində işləyib

qalıbsa onun bəxti gətirməyib. Orada yalnız

ədəbiyyat təhsilin əvəzedicisi ola bilər. Bundan

başqa o da əhəmiyyətlidir ki, tələbələri hər bir

mümkün olan seminarda iştiraka cəhd etməyə

öyrədəsən.



Keniti Fukui ilə Sizin qarşılıqlı müna 

-

sibətiniz necə idi?

Mən ilk dəfə professor Fukuini Birləşmiş

Ştatlara ilk səfərlərinin birində gördüm. Mənə

elə gəlir ki, bu, 1964-cü il idi. O vaxt mən

təqaüdçü tədqiqatçı idim, iki il ondan əvvəl

dissertasiya müdafiə etmişdim və Vudvord ilə

birgə işə başlamışdım. O, Harvarda mühazirə

oxumağa gəlmişdi və mən onunla söhbət etmək

imkanı əldə etdim. Mən onu əsasən reaksiya

indekslərinə aid işlərə əsasən tanıyırdım. Bizim

münasibətlərimiz həmişə yaxşı idi. Belə ünsiyyətin

səbəblərindən biri o idi ki, elmi yarışmanın

ənənəvi modeli Fukuinin və mənim işlərimə

57

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə