deyil, amma kiçik
tədqiqat qrupunun atmosferi,
elmə və alimlərə yaxınlıq, əvvəllər yalnız qulaq
asılmış kurslardan məlum olan reallıqlara daxil
olmaq-bütün bunlar olduqca əsaslıdır.
Elə ola bilərdi ki, mən başqa bir şeylə məşğul
ola bilərdim. O vaxt mən hesab edirdim ki, fizika
sahəsində kifayət qədər güclü deyiləm, baxmayaraq
ki, fizika üzrə bütün fənlərdən qiymətlərim yüksək
idi. Mən bu sahədə məndən yaxşı bilən gəncləri
və dostlarımı görürdüm. İndi mən fikirləşirəm
ki, mən səhv etmişəm və fizika ilə yetərincə
uğurla məşğul ola bilərdim. Analoji səbəbdən
riyaziyyatdan imtina etdim. Nə üçün bilmirəm,
amma o vaxt mən biologiya ilə maraqlanmırdım.
Gördüyünüz kimi mən kimyaya kifayət qədər
gec gəldim və güclü motiv olmadan. Yeganə
müstəsnalıq odur ki, mənim tədqiqatlara
başlamağım məhz kimyada oldu. Bu doğrudur
ki, mən uşaq olarkən kimyəvi reaktivlər dəstim
var idi, amma mən bu fəaliyyəti çox da sevmirdim.
Əslində mən qəti olaraq kimyaçı olmaq qərarımı
20 yaşımda, hətta ola bilər ki, bir az da gec
qəbul etdim.
Sizi aspiranturada öyrədənlərlə öz
münasibətlərinizi necə xarakterizə edərdiniz?
Mən öz dissertasiyam üzərində iki adam ilə
işlədim. Mən Martin Quterman ilə başladım və
öz işimi Uilyam Lipiskomb ilə bitirdim. Mən
Harvardda hər ikisinin ilk aspirantı idim. Əvvəlcə
o vaxt gənc, dünya şöhrətli nəzəriyyəçi olan,
Harvad universitetinin professoru Bill Mofit ilə
işləmək istədim. Amma mən Kembricə gəldiyim
il o, vəfat etdi. Onun yanında təcrübəçi olmuş
Martin Quterman müəllim, sonra asistent vəzifəsini
aldı. Quterman Plattın yanında oxumuşdu
(Çikaqoda) və porfirinin spektrləri ilə maraq
-
lanmışdı. İndi o, Vaşinqton universitetindədir və
aktiv olaraq spektroskopiya
və nəzəriyyə ilə
məşğul olur. Təxminən bir il Quterman ilə birgə
işlədikdən sonra mən Rusiyaya getdim ki, Davidov
ilə birlikdə eksitonların nəzəriyyəsi ilə məşğul
olum. Qayıtdıqdan sonra mən Lipiskomb ilə işə
başladım. Mənə Lipiskomb ilə bir il birgə iş
lazım oldu ki, 1962-ci ildə dissertasiyamı başa
çatdırım. Bundan sonra Harvardda üç illik kiçik
təqaüdçü tədqiqatçı olarkən mən tamamilə sərbəst
idim və R.B. Vudvord ilə əməkdaşlıq etməyə
başladım. Beləliklə mən Vudvordun yanında nə
təcrübəçi, nə də tələbə olmuşam. Bu, başqa tip
əməkdaşlıq idi.
Həm Quterman və həm də Lipskomb mənim
elmi inkişafında çox böyük rol oynadılar və
sözün əsl mənasında onlarla ünsiyyətim hər gün
idi. Özünün akademik karyerasının başlanğıcında
olan Quterman üçün bu sıx əlaqə təbii idi. Lakin
onun lap başlanğıcından dörd aspirantı var idi.
Harvardda nəzəriyyəçi-aspirantlara böyük tələbat
vardı, amma o vaxt kafedrada heç kim bununla
məşğul olmaq istəmirdi. Öz karyerasında xeyli
irəli getmiş Lipiskomb ilə həqiqətən gündəlik
qarşılıqlı fəaliyyət var idi.
Per-Off Levdinin böyük yay məktəblərindən
birində mən ilk dəfə qruplar nəzəriyyəsi ilə tanış
olduqdan sonra qayıdarkən Quterman ilə görüşümü
dəqiq xatırlayıram. Harvardda kafedrada kimsə
kuban sintez etməyə cəhd göstərirdi. Mən kubanın
molekulyar orbitallarını hesablamaq qərarına
gəldim. Mən qruplar nəzəriyyəsində yeni əldə
etdiyim məharətim ilə fəxr edirdim. Beləliklə,
səkkiz orbitallar məsələsini qoydum, hər bir
karbon atomuna bir orbital.
Mən kubun bucaqlarına görə səkkiz hidrogen
atomlarının xyukkel hesablamasını nəzərdə
tuturdum və bunu qruplar nəzəriyyəsinin köməyi
ilə etmək olardı. Mən Qutermanın yanına gələrək
ona bu işi göstərdim. O, nəzakətlə dedi ki, iş
gözəldir, amma mən hesabladığım kubun deyil,
mən səkkiz hidrogen atomundan ibarət olan
sistemi hesablamışam. Tədricən o, mənə kubanın
bütün valent elektronlarını birləşdirən matrisanın
qurulması məsələsinin nə qədər çətin olduğunu
aydınlaşdırdı. Əslində bu, genişlənmiş xyukkel
hesablamasının eskizi idi. O, dedi ki, karboonda
2s və 2p orbitallarına və hidrogendə 1s orbitalına
elə baxmaq lazımdır ki, C8H18 üçün cəmi 40
bazis orbitalları alınsın. O, irəli necə getməyi və
həlli necə almağı mənə söylədi və mən də etdim.
Mən bütün növ s-s, s-p, p-p, δ-qarşılıqlı təsirləri
və π-qarşılıqlı təsirini nəzərə alaraq xyukkel
tipində yaxınlaşma qurdum. Məndə hələ də
hardasa dəftərlərimdə müxtəlif rezonans inteqralları
üçün bütün α, β, γ, δ, ε üçün matrisa var. Biz iki-
56
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013
üç il sonra Lipskombun qrupunda genişlənmiş
xyukkel hesablanması üçün proqram yaradana
qədər mən bundan irəli gedə bilmədim. Əvvəldə
ağlıma gəlmirdi ki, β-nı örtülməyə proporsional
qəbul edim.
Quterman və Lipskomb ilə qarşılıqlı fəaliy -
yətimiz çox sıx idi. Hər ikisində tədqiqat qrupu
var idi. Və mən digər adamlardan da çox şeyi
öyrəndim. Düşünürəm ki, Lipskomb və Quterman
eksperimentator ilə qarşılıqlı fəaliyyətin vacib
olduğunu mənə öyrətdilər. Lipskomb buna çox
təkid edirdi.
Mən Vudvorddan da çox şey öyrəndim. Bu
artıq sonralar idi, mən onunla 1964-cü ildən
işləməyə başladım. Vudvorddan izahatı mahiyyətin
özünə qədər sadələşdirməyi öyrəndim. Məhz
belə sadə izahat kimyaçılara təsir edir. İzahı
riyaziyyat ilə culğamağa ehtiyac yoxdur.
Mən sürətlə öyrəndim. Lipskomb ilə birlikdə
yazdığım ilk məqalə, daha dəqiq desəm məqalənin
qaralaması çox da yaxşı deyildi. O, məqalədə
əsaslı düzəlişlər etdi. Amma mən hər şeyi sürətlə
mənimsədim və xatırlayıram ki, ikinci məqalədə
ona yalnız az düzəliş etmək qaldı. Vurdvord ilə
yazmaq daha çətin idi. Mahiyyəti aşkar etməyə
cəhddə o, detalları əzabverici şəkildə cilalayırdı.
Məndə orbital simmetriyaya aid məqaləmin
qaralmasında onun qeydləri saxlanılır. Həmişə
mənə məqalə yazmaq asan idi və bu, çox
əhəmiyyətlidir. Vudvord ilə əməkdaşlıq dövründə
mənim məqalələrim olduqca pedaqoji idi, onlarda
izahata yer var idi.
Tədqiqat mövzusunu necə seçmək? Vudvord
ilə işləyərək başlıca problemi aydın görmək lazım
idi (baxmayaraq ki, Vudvord onları mənə nəzərən
daha aydın görürd. Demək olar ki, istedad nəyin
vacib olub, nəyin anomal xüsusiyyətlərin nəzərə
alınmaya biləcəyini, hansılara diqqət yetirməyi
görmək qabiliyyətidir.
Müəllimlərin və tələbələrin qarşılıqlı
münasibətlərinə qayıdaraq mən hesab edirəm ki,
müəllimin rolu ondan ibarətdir ki, tələbədə bu
və ya digər formada olan qabiliyyəti oyatsın.
Mən hesab edirəm ki, bu ideya müqəddəs Fome
Akvinskiyə yüksəlir. Mən düşünürəm ki, müəllimin
fəaliyyətinin yekununu pis etmir.
Və bu, davamlı ünsiyyət olmalıdır. Ola bilsin
ki, tələbə tədqiqatçı qruplarının iclaslarında daha
yaxşı öyrənir və bu, amerika sisteminin ən böyük
üstünlüyüdür. Tələbələr bilməlidirlər ki, rutin
işdə böyük elmi necə görmək olar. Amma əvvəldə
bunu onların özləri etmələri çətindir. Rəhbər
lazımdır.
Təəssüf ki, kimyəvi ədəbiyyatın sadəcə
oxunması kömək etmir. Orada hər şey əla görünür.
Axı istənilən boş şeyi çap etdirmək olar. Mən
düşünürəm ki, Amerika kimya cəmiyyətinin
jurnalında (JACS) qəbul olunan məqalələrin
60%-i çap olunmağa buraxılır, bu isə ən yaxşı
jurnallardan biridir. Əgər daha aşağı səviyyəli
jurnallara müraciət etsək, onlar 95% və daha
çox məqaləni çapa qəbul edirlər. Elmi
publikasiyalarda seçicilik yoxdur. Rutin və
keyfiyyətli məqalələr arasındakı fərq alimin
praktiki fəaliyyətində özünü göstərir ki, çox vaxt
bunu ünsiyyətdə öyrənir. Mən buna Qutermanın,
Lipskombun, Vudvordun yanında öyrəndim. Bu
zaman məhz hansı cəmiyyətdə olmanız bir o
qədər də vacib deyil. Əhəmiyyətli odur ki, çoxlu
seminarlar olan, adamların gəlib gedərək öz işləri
haqqında məlumat verdikləri beklynəlxalq
mərkəzdə olasan. Beləliklə, mən düşünürəm ki
kim Macarıstanda əyalət universitetində işləyib
qalıbsa onun bəxti gətirməyib. Orada yalnız
ədəbiyyat təhsilin əvəzedicisi ola bilər. Bundan
başqa o da əhəmiyyətlidir ki, tələbələri hər bir
mümkün olan seminarda iştiraka cəhd etməyə
öyrədəsən.
Keniti Fukui ilə Sizin qarşılıqlı müna
-
sibətiniz necə idi?
Mən ilk dəfə professor Fukuini Birləşmiş
Ştatlara ilk səfərlərinin birində gördüm. Mənə
elə gəlir ki, bu, 1964-cü il idi. O vaxt mən
təqaüdçü tədqiqatçı idim, iki il ondan əvvəl
dissertasiya müdafiə etmişdim və Vudvord ilə
birgə işə başlamışdım. O, Harvarda mühazirə
oxumağa gəlmişdi və mən onunla söhbət etmək
imkanı əldə etdim. Mən onu əsasən reaksiya
indekslərinə aid işlərə əsasən tanıyırdım. Bizim
münasibətlərimiz həmişə yaxşı idi. Belə ünsiyyətin
səbəblərindən biri o idi ki, elmi yarışmanın
ənənəvi modeli Fukuinin və mənim işlərimə
57
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013