Design Elm Dunyasi2 215x290 Iyun219++++ Layout 1



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix28.07.2018
ölçüsü3,61 Mb.
#59202
1   2   3   4   5   6   7   8   9   ...   30

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013

İ

ngilis fiziki kimyaçısı Corc Porter 1920-



ci ilin dekabrın 6-da Steynfortda

(Yorkşirdə) anadan olmuşdur. 

1938-1941-ci illərdə Lidsk və Kembric

Universitetlərində oxumuşdur.

1945-1954-cü illərdə Kembric və 1955-1963-

cü ilərdə Şeffild Universitetlərində işləmişdir.

1963-cü ildən Böyük Britaniyanın Kral

İnstitutunun professoru, 1966-1985-ci illərdə

direktoru olmuşdur.

Əsas elmi işləri olduqca sürətli kimyəvi

reaksiyaları impuls üsulu ilə tədqiq etmək

olmuşdur. 1950-ci ildə  R.C. Norriş ilə birlikdə

impuls fotolizi üçün ilk qurğu yaratmışdır. O, ilk

dəfə olaraq çoxlu sayda bəsit sərbəst radikalların

udulma spektrlərini almış, onların çevrilmə

mexanizmlərini öyrənmiş, sürətli rekombinasiya

proseslərinin mövcud olduğunu göstərmişdir. O,

işıq impulsu ilə insiatorlaşdırılan oksigen ilə

reaksiyasının inkişafının spektral mənzərəsini

qeydə ala bilmişdir. Kondensləşmiş fazada sürətli

reaksiyaları tədqiq etmişdir. Triplet vəziyyətlərin

mütləq kvant çıxışını müəyyən etmək üsulunu

təklif etmişdir. Triplet molekulların enerjisinin

deqradasiyasını öyrənmək üçün işləyib hazırladığı

üsullar fotohəyacanlanmadan sonra gələn sürətli

proseslərin hərtərəfli mənzərəsini təsvir etməyə

imkan yaratdı. Elektron  və hidrogen atomları

keçidləri reaksiyalarının əsas kimyəvi

qanunauyğunluqlarını müəyyən etmişdir. Aromatik

molekullar üçün sinqlet və triplet vəziyyətlər

üçün turşu - əsas tarazlıq sabitlərini müəyyən

etmişdir; reaksiyaların sürət sabitləri və

həyacanlanmış vəziyyətlərin təbiəti arasında

əlaqəni tapmışdır. Model fotosintez sistemlərində

ilkin fotokimyəvi reaksiyaların mexanizmini

tədqiq etmişdir. İmpulsiv lazer qurğularını ilk

yaradanlardan biri olmuşdur. 1968-1972-ci illərdə

fotobiologiya üzrə Beynəlxalq komitənin, 1970-

1971-ci illərdə London kimya cəmiyyətinin

prezidenti olmuşdur.

1967-ci ildə Norriş və Eyqen ilə birlikdə

“Olduqca qısa impulsla molekulyar tarazlığın

yerdəyişməsinin köməyi ilə  olduqca sürətli

kimyəvi reaksiyalara aid tədqiqatlara görə”

kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.

Avropa fotokimya assosiasiyası fotokimya

üzrə yaxşı işlərə görə C. Porter adına medal təsis

etmişdir (1986-cı ildə).

C. Porter 1985-1990-cı illərdə London Kral

Cəmiyyətinin sədri  olmuşdur. O, ABŞ və SSRİ

Elmlər Akademiyalarının xarici üzvü seçilmişdir.



1967-ci ildə kimya üzrə Nobel mükafatına

layiq görülmüş

Corc Porter (1920-2002)

Corc Porter 

(1920-2002)


Kral cəmiyyətinin Devi medalı (1971-ci il),

Rumford medalı (1971-ci il), Maykl Faradey

medalı (1991-ci il), Kopli medalı (1992-cı il) ilə

təltif olunmuşdur.

1989-cu ildən Britaniya xidmət Ordeninin

üzvü seçilmişdir (üzvlərinin sayı 24-dən çox ola

bilməz). 1972-ci ildən rıtsar, 1990-cı ildən baron

(ömürlük yüksək zədəgan titulu) adı verilmişdir.

İstvan Xarqittai 1997-ci  ilin sentyabrın 11-

də Londonda professor Porterin kabinetində

ondan müsahibə almışdır. Bu müsahibədən

qeydləri oxuculara təqdim etməyi vacib saydıq.



Mən həyatımda ilk dəfədir ki, ingilis lordu

ilə danışıram. Amma, Siz lord doğulmamısınız?

Ay allah, yox! Əks halda mən başqa lord

olardım, vərəsəliklə, bu institut isə ola bilsin  ki,

ləğvedilməyə hazırlanır. Amma, mən sadə lordam,

məni elə bil ki, seçiblər.

Siz 1991-ci ilin dekabrın 10-da bakminster

füllerenlər müzakirə olunarkən  lordlar

palatasında iştirak etmisiniz?

Bəli, onların istifadə imkanlarının  olmasına

aid sual verildi və heç kim bilmədi ki, nə cavab

versin. Onda lord Rassel dedi: ”Cənab lordlar,

təsdiq etmək olarmı ki, onlar konkret heç nə

etmirlər, amma, bu, onlarda çox yaxşı alınır?”

O, Cilbert və Sallivanın lordlar palatasının özünə

aid sözlərə istinad etdi.Lordlar palatasında çoxlu

bilən adamlar var. Onlardan biriləri, ola bilsin

ki, elmə aid olanlardan kifayət qədər məlumatlı

deyil, amma digər şeylərdə olduqca

məlumatlıdırlar. Hər halda, onlar nümayəndələr

məclisinin üzvlərindən bir baş yuxarıdırlar, alimlər,

diplomatlar və siyasətçilər hamısı lordlar

palatasında təmsil olunmuşdur.

Sizin mənşəyiniz necədir?

Mən Yorkşirdə doğulub böyümüşəm. O dövrdə

depressiya var idi və o, kasıb dünya idi. Mən

uşaq olarkən bir kömürçıxaran rayonda yaşayırdıq

və insanların çoxu işsiz idi. Mənim getdiyim

məktəb müvəqqəti istifadə üçün tikilmiş  və üstü

tənəkə ilə örtülmüş taxta evdə-barakda yerləşirdi.

Mənim balaca dostlarımdan bəziləri məktəbə

ayaqyalın gəlirdi. Mənim atam inşaatçı idi və

bizim maliyyə vəziyyətimiz bir qədər yaxşı idi,

amma, o qədər yaxşı deyildi ki, imtiyazlı özəl

məktəbdə oxuyam. Amma, mən orta məktəbə

gedirdim və İngiltərədə orta məktəblər çox yaxşı

idi. Bu, leyboristlər hökümətinin bərabərlik

ideyası altında İkinci Dünya Müharibəsindən

dərhal sonra onları dağıdana qədər belə idi.

Atam da incilin təbliğatçılarından idi. Bu,

mənə olduqca mənfi təsir etdi. Hər bazar, bəzən

də adi günlərdə mən kilsəyə gedirdim. Amma,

mənim 13 yaşım olanda mən möhkəm əqidəli

ateist idim. Mənim 10 yaşım olanda elm ilə

məşğul olmağa başladım və tezliklə hər şeylə

maraqlanan və öyrənmək istəyən oldum.

Yersiz suallar verirdim, dini şübhə altında

olan Tomas Peyn və digər çoxlu müəlliflərin

əsərlərini oxuyurdum. Xoşbəxtlikdən bu, ailədə

münaqişəyə gətirib çıxarmırdı. Ona görə ki,

həqiqi diskusiyaya girməməyə mənim ağlım

çatırdı. Mən insanları kədərləndirməyi sevməzdim.

Əgər onların inamı onları xoşbəxt edirsə, ən

yaxşısı susmaqdır.

Amma mən o adamlarla razı deyiləm ki,

deyirlər ki, din və elm tamamilə ayrı-ayrı şeylərdir

və onlar yanaşı yaşaya bilər. Aydındır ki, bu,

belə deyil. Din doqmadır. Siz inanmalısınız və

suallar verməməlisiniz, amma məhz suallar və

cavablarla elm məşğul olur.

Siz çox böyük sürətlə böyük uğurlar

qazandınız. Sizin valideyinləriniz bunu görə

bildilərmi?

Təəssüf ki yox. Mənim 19 yaşım olanda atam

vəfat etdi. O, 1939-cu ildə evimizdə bombadan

gizlənmə yeri qazdıqdan sonra sinəsində  ağrılar

əmələ gəldiyindən şikayətləndi.

Mənim oxuduğum məktəbdə tədrisin səviyyəsi

yüksək olmasa da mən yaxşı oxuyurdum. Mənim

oxuduğum məktəbdən heç kim Oksford və

Kembric Universitetlərinə qəbul olmadı. Mənim

dostlarımın əksəriyyəti məktəbi qurtardıqdan

sonra öz ailələrini saxlamaq üçün işləyirdilər.

Atam mənim Lids Universitetinə necə daxil

olduğumu gördü, onda mənim 17 yaşım var idi.

Atam universitetə daxil olmağıma çox

həyacanlandı. 20 yaşım olarkən mən universiteti

“kimya” ixtisası üzrə bitirdim. Əgər o, bir neçə

il də yaşasaydı, elə şeylər görərdi ki, onu daha

da çox həyacanlandırardı.



10

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə