Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə18/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   14   15   16   17   18   19   20   21   ...   52

59
Göstərmək lazımdır ki, məlum (ideoloji) səbəblərə görə 
sovet dönəmində Azərbaycanda ali dini təhsil almaq müm-
kün  deyildi.  Çünki  keçmiş  SSRİ-də  islam  dini  üzrə  ali  dini 
təhsil təkcə Özbəkistanın paytaxtı Daşkənd şəhərində möv-
cud idi. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin indiki 
başçısı şeyxülislam Hacı Allahşükür Paşazadə, vaxtilə həmin 
Daşkənd  universitetində  ali  dini  təhsil  almışdır.  Yuxarıda 
göstərilən səbəblərə görə, o vaxtlar peşəkar din xadimləri-
nin hazırlanması qeyri-mümkün olsa da, o dövrdə leqal və ya 
qeyri-leqal şəkildə Azərbaycanda mollalıqla məşğul olanlar 
var idi. Həmin mollalıqla məşğul olanların bəziləri öz dindar 
valideynlərindən, bəziləri də yaşlı molla yanında qeyri-leqal 
şəkildə müəyyən dini dərs alaraq Quran oxumaq, yas məra-
simlərini idarə etmək, kəbin kəsmək, məhərrəmlik mərasi-
mi dövründə məscidlərdə fəaliyyət göstərmək və s. şəriət iş-
lərini yerinə yetirməklə məşğul idilər. Əlbəttə, bu mollaların 
əksəriyyəti dini savadı az olan, dini ayin və mərasimləri öz 
bildikləri kimi şərh edən, təbiət hadisələrini elmi cəhətdən 
izah edə bilməyən, mövhumat və xurafata çox meylli insan-
lar idi. Məhz buna görə də, dini mərasimlərdə iştirak edən 
və  islam  dininin  əsl  mahiyyətini  anlamağa  çalışan  bir  çox 
insanlar, xüsusən, gənclər həyatda baş verən bəzi sosial-tə-
bii hadisələrin elmi səbəblərini dərk etmək üçün dinlə bağlı 
kifayət  qədər  müəyyən  suallara  qaneedici  cavablar  ala  bil-
mirdilər. 
Gənclərimizin  dini  mərasimlərdə,  o  vaxtkı  mollalardan 
kifayət  qədər  dini  bilgilər  ala  bilməməsinin  əsas  səbəblə-
rindən  biri,  əvvəla,  həmin  mollaların  əksəriyyətinin  savad 
dərəcəsinin aşağı olması idi. İkincisi isə, həmin dövrdə bəzi 
mollaların peşə yönümü və sosial vəziyyəti də insanları qı-
cıqlandırırdı.  Məsələn,  vaxtilə  sürücü,  satıcı  işləmiş,  hətta 
həbsxanalarda yatıb-çıxmış adamların, sonradan molla kimi 
dini mərasimləri idarə etməsi və dini əxlaqdan danışmasını 


60
insanlar həzm edə bilmirdilər. Məhz bu kimi hallar o vaxtkı 
mollalara qarşı insanlarda mən i münasibətin formalaşma-
sına  səbəb  olurdu  və  həmin  mollalar  cəmiyyətdə  peşəkar 
din xadimi statusuna yiyələnə bilmirdilər. 
Lakin  bununla  yanaşı,  sovet  dönəmində  də,  tək-tək  də 
olsa, dinşünaslıq və ilahiyyatı yaxşı bilən, öz savadı, davranı-
şı və əxlaqı ilə xalq arasında xüsusi hörmətə malik olan din 
xadimləri olmuşdur. Məsələn, o vaxtlar xalq arasında böyük 
nüfuza malik olan Mir Məhəmməd ağa, Mir Sultan ağa, Şeyx 
Məhəmməd,  Mir  Səfər  ağa  və  s.  kimi  din  xadimləri  nəinki, 
Cəlilabad və Biləsuvarda, hətta bütün cənub bölgəsində ta-
nınırdı. Bu cür din xadimlərini tanıyan insanlar indi də onla-
rı hörmət və ehtiramla xatırlayırlar. Fikrimizcə, vaxtilə xalq 
arasında hörmət və nüfuz sahibi olmuş bu cür din xadimləri-
nin həyat və fəaliyyətlərinin işıqlandırılması, indiki gəncləri-
mizdə milli-mənəvi və dini dəyərlərimizin formalaşdırılma-
sına müəyyən fayda verə bilər. 
Ümumiyyətlə,  dini  etiqad  azadlığı  cəmiyyətdə  təkcə 
hüquqi məsələ deyil, bu həm də insanların ictimai şüuru ilə 
bağlı olan sosial məsələlərdəndir. Buna görə də, cəmiyyəti-
miz inkişaf etdikcə dini etiqad azadlığı ilə bağlı olan mövcud 
qanunvericilik  sahəsində  yeni-yeni  əlavə  və  dəyişikliklərin 
baş  verməsini  zəruri  hesab  edirik.  Son  illərdə  dini  etiqad 
azad lığı  ilə  əlaqədar  olan  qanunvericiliyə  edilən  əlavə  və 
də yişikliklər  ölkəmizdə  dini  tolerantlığın  yüksəldilməsini 
göstərən faktlardan biridir. 
Hazırki şəraitdə dini etiqad və vicdan azadlığının ölkə-
mizdəki durumunu şərh edən prezident İ.Əliyev bu azadlıq-
ların ölkə qanunvericiliyinə və beynəlxalq hüquqi sənədlə-
rin tələblərinə uyğun olaraq təmin edilməsini vurğulayaraq 
dini  etiqad  azadlığının  hüquqi  və  sosial  əhəmiyyətindən 
bəhs edərək demişdir: “Bu gün ölkəmizdə dini etiqad və 
vicdan azadlığının Azərbaycan Respublikasının Konsti-


61
tusiyasına, eyni zamanda, beynəlxalq hüquqi sənədlə-
rin tələblərinə uyğun olaraq təmin edilməsi üçün zəruri 
hüquqi-siyasi şərait yaradılmışdır. Azərbaycanda dünya 
dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əməkdaşlıq 
şəraitində fəaliyyət göstərir, yüzlərlə islam və qeyri-is-
lam dini icmaları və təriqətlər dini inanclarını azad və 
sərbəst şəkildə icra edirlər. Son illər tarixi mədəniyyət 
abidələrinin, məscid və ziyarətgahların, yəhudi və xris-
tian məbədlərinin bərpası  və  təmiri, o cümlədən regi-
onda  ən böyük sineqoqun inşası, vaxtilə bolşeviklər 
tərə indən dağıdılmış rus provoslav kilsə kompleksinin 
əsaslı surətdə yenidən qurularaq, dindarların istifadə-
sinə verilməsi – bütün bunlar Azərbaycan gerçəkliyini 
əks etdirən sağlam dini-mənəvi durumun göstəriciləri-
dir.”(54,s.5)
 
2.4. Dini təhlükəsizlik – milli təhlükəsizliyin tərkib 
hissəsi kimi
 Gənclərimiz dinimizi olduğu kimi öyrənməli, qə-
bul etməli və ondan istifadə etməlidirlər. Biz heç vaxt 
imkan verə bilmərik ki, ayrı-ayrı  şəxslər, ayrı-ayrı 
qüvvələr öz şəxsi mənafelərini güdərək,  İslam dini 
pərdəsi altında Azərbaycan gənclərinin tərbiyəsini 
və mənəviyyatını zədələsinlər.
   
 
 
 
 
Heydər Əliyev
Hər bir ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin 
olunması həmin ölkənin qarşısında duran vacib məsələlər-
dən biridir. Bu baxımdan hər bir ölkə öz milli maraqlarını, 
geosiyasi vəziyyətini, seçdiyi inkişaf modelini nəzərə alaraq 
öz milli təhlükəsizlik konsepsiyasını hazırlayaraq onu həyata 
keçirir.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə