DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə10/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   6   7   8   9   10   11   12   13   ...   67

_______Milli Kitabxana_______ 
 
31 
1.2.4. Büdcənin icrası ilə bağlı hesabatın  
hazırlanması və təsdiqi 
 
Dövlət büdcəsinin icrası barədə hesabat hesabat ayından 
sonrakı ayın 25-dək tərtib olunur və müvafiq icra hakimiyyəti 
orqanlarına təqdim edilir. Hesabatda dövlət büdcəsinin icrası 
funksional və iqtisadi təsnifat əsasında ilin əvvəlindən artan yekunla 
əks etdirilir. 
Dövlət büdcəsinin icrası barədə rüblük hesabat növbəti rübün 
birinci ayının sonunadək Azərbaycan Respublikasının Milli 
Məclisinə  və müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunur. 
Hesabat mətbuatda dərc edilir. Rüblük hesabatda göstəricilərlə 
yanaşı, gəlir və  xərclərin icrasının müqayisəli təhlili verilir. 
Xərclərin maliyyələşdirilməsində faktiki göstəricilərlə  təsdiq 
olunmuş  rəqəmlər arasında fərq yarandıqda, hesabatda bu fərqlə 
bağlı izahat və dövlət  əhəmiyyətli layihələrə dair məlumatlar  əks 
olunur.   
 Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun 
layihəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 
hazırlanaraq növbəti ilin aprel ayının 25-nə kimi Azərbaycan 
Respublikasının Nazirlər Kabinetinə  təqdim edilir. Hesabat özündə 
digər məlumatlarla yanaşı bütün dövlət borcları, il ərzində götürülən 
borclar və verilən dövlət təminatları, buraxılmış dövlət istiqrazları və 
Ehtiyat Fondundan il ərzində istifadə haqqında məlumatları da əks 
etdirir. 
 Azərbaycan Respublikasının Nazirlər Kabineti qeyd olunan 
sənədləri  may ayının 5-nə kimi Azərbaycan Respublikasının 
Prezidentinə təqdim edir.  
 Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun 
layihəsi təsdiq olunmaq üçün növbəti ilin may ayının 15-dən gec 
olmayaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən 
Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunur (Hesabat 
özündə digər məlumatlarla yanaşı bütün dövlət borcları, il ərzində 
görülən borclar və verilən dövlət təminatları, buraxılmış dövlət 
istiqrazları  və ehtiyat fondundan istifadə haqqında məlumatları  əks 
etdirir).  


_______Milli Kitabxana_______ 
 
32 
Dövlət büdcəsinin hesabatı 
– 
qanunvericiliklə 
müəyyənləşdirilmiş dövr ərzində büdcə  təşkilatlarının müvafiq icra 
hakimiyyəti orqanına və ölkənin qanunverici orqanına dövlət 
büdcəsinin icrası haqqında təqdim etdiyi hesabat.  
Dövlət büdcəsinin gəlirlərinin icrası barədə hesabat dövlət 
büdcəsinin gəlirlərini təmin edən orqanlar və dövlət xəzinədarlığı 
tərəfindən müvafiq icra hakimiyyəti orqanının (Maliyyə Nazirliyi) 
müəyyən etdiyi formalarda aylıq, rüblük və ilin əvvəlindən artan 
yekunla gəlirlərin təsnifatı üzrə  təqdim edilmiş hesabatlar əsasında 
hazırlanır. 
 Azərbaycan Respublikasının Hesablama Palatası öz 
nizamnaməsinə uyğun olaraq dövlət büdcəsinin icrası barədə 
hesabatlara və müvafiq qanun layihələrinə dair rəy verir. 
 Azərbaycan Respublikasının Milli Məclisi təqdim olunmuş 
sənədləri müzakirə edir və müvafiq hesabat ili üzrə dövlət 
büdcəsinin icrası barədə qanunu təsdiq edir. 
 
İcmal büdcənin icrası barədə rüblük və illik hesabatlar 
(büdcənin gəlirləri, xərcləri, dövlət borcunun məbləği, kreditlər və s. 
məlumatlar da daxil olmaqla) mətbuatda dərc edilir. 
 Dövlət büdcəsinin icrasına nəzarət Azərbaycan 
Respublikasının Milli Məclisi və onun Hesablama Palatası  həyata 
keçirir. 
 
Qeyd. Bu əsasda konkret misalı nəzərdən keçirək. Azərbaycan 
Respublikasının 2002-ci il dövlət büdcəsinin icrasına dair illik 
hesabata və “Azərbaycan Respublikasının 2002-ci il dövlət 
büdcəsinin icrası haqqında” qanun layihəsinə Azərbaycan 
Respublikası Hesablama Palatasının Rəyi. Rəyin hazırlanmasında 
Hesablama Palatasında aparılmış ekspert-analitik təhlilin nəticələri 
istifadə edilmişdir. Təhlil Hesablama Palatasının sorğuları əsasında 
Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən, müvafiq icra 
hakimiyyəti orqanlarından, büdcə prosesinin digər iştirakçılarından 
daxil olmuş ayrı-ayrı  məlumatlar və hesabatlar, habelə Dövlət 
Statistika Komitəsinin məlumatlarına əsaslanmışdır. 
Azərbaycan Respublikasının 2002-ci il Dövlət büdcəsinin 
icrası barədə hesabat və müvafiq icra hakimiyyəti orqanlarından 
alınmış materialların Hesablama Palatasında ekspert – analitik 


_______Milli Kitabxana_______ 
 
33 
təhlili 2002-ci ilin büdcə prosesi üçün ümumiləşdirilmiş nəticələrin 
çıxarılmasını mümkün etmişdir. Bu nəticələr faktiki olaraq 
Hesablama Palatasının yaxın perspektivdə aparılmasını 
planlaşdırdığı 
nəzarət-audit tədbirlərinin istiqamətlərini 
müəyyənləşdirir [49]
 Dövlət büdcəsindən maliyyələşən büdcə  təşkilatlarının 
rəhbərləri onlara tabe təşkilatlarda gəlir və  xərclərin müəyyən 
edilmiş qaydada uçotunun aparılması  və  vəsaitin təyinatı üzrə 
istifadəsinə görə qanunvericilikdə  nəzərdə tutulmuş qaydada 
məsuliyyət daşıyırlar. 
 Dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatların 
maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydaları pozulduqda 
müvafiq icra hakimiyyəti orqanı qanunvericilikdə  nəzərdə tutulmuş 
qaydada tədbirlər həyata keçirir. 
 
1.3. Büdcə proseslərində iştirak edən dövlət 
orqanlarının aidiyyəti vəzifə və funksiyaları 
 
Maliyyə Nazirliyinin vəzifələri (Azərbaycan Respublikasının 
Maliyyə Nazirliyi haqqında Əsasnamə Azərbaycan Respublikasının 
Prezidentinin 4 fevral 2000-ci il tarixli Fərmanı ilə  təsdiq 
edilmişdir):  
- Dövlətin vahid maliyyə, büdcə  və vergi siyasətinin 
istiqamətlərinə dair təkliflərin hazırlanması və bu siyasətin 
həyata keçirilməsi, dövlət büdcəsi layihəsinin 
hazırlanması və icrasının təşkili; 
- Azərbaycan Respublikasının iqtisadiyyatına xarici 
kreditlərin cəlb edilməsi, onların xərclənməsi və  hərəkəti 
üzrə uçotun aparılması  və ödənilməsi mənbələrinə dair 
təkliflərin hazırlanması; 
- Büdcə sisteminin, büdcə-vergi proqnozlaşdırılmasının, 
maliyyələşdirmə mexanizminin, uçot və hesabat 
qaydalarının təkmilləşdirilməsi; 
- Büdcə  vəsaitlərinin, o cümlədən məqsədli büdcə 
fondlarının, büdcə 
təşkilatlarının büdcədənkənar 
vəsaitlərinin, habelə dövlət zəmanəti ilə alınan daxili və 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə