DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə11/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   7   8   9   10   11   12   13   14   ...   67

_______Milli Kitabxana_______ 
 
34 
xarici kreditlərin xərclənməsi üzərində maliyyə 
nəzarətinin həyata keçirilməsi, dövlət büdcəsi vəsaitlərinin 
idarə edilməsinin, o cümlədən bölgüsünün səmərəliliyinin 
təmin edilməsi və s. 
Maliyyə Nazirliyinin funksiyaları:  
-
 
Ölkənin sosial-iqtisadi vəziyyətinin təhlili  əsasında büdcə 
mədaxilinin artırılmasına yönəldilmiş təkliflər hazırlayır; 
-
 
Makroiqtisadi göstəricilərin proqnozlaşdırılmasında, 
məqsədli büdcə fondlarının yaradılması  və onlardan 
istifadə olunması ilə bağlı  təkliflərin hazırlanmasında 
iştirak; 
-
 
Müvafiq qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsinin 
layihəsini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər 
Kabinetinə təqdim edir, dövlət büdcəsinin tərtibi və icrası 
qaydalarını təkmilləşdirmək barədə təkliflər verir; 
-
 
Baş Dövlət Xəzinədarlığının hesabları üzrə  əməliyyatları 
həyata keçirir və onların uçotunu təşkil edir; 
-
 
Müəyyən olunmuş qaydada dövlət büdcəsinin, o cümlədən 
məqsədli büdcə fondlarının icrasını təmin edir; 
-
 
Büdcə qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsinin 
dəqiqləşdirilməsi barədə  təkliflər hazırlayır, dövlət 
büdcəsi ilə digər büdcələr arasında münasibətləri 
tənzimləyir; 
-
 
Qanunvericiliklə müəyyən edilmiş qaydada beynəlxalq 
maliyyə-kredit təşkilatları ilə  əməkdaşlığı  həyata keçirir 
və s. funksiyaları həyata keçirir.  
İqtisadi  İnkişaf Nazirliyinin vəzifələri (Azərbaycan 
Respublikasının 
İqtisadi 
İnkişaf Nazirliyinin Əsasnaməsi 
Azərbaycan Respublikasının Prezidentinin 11 iyul 2001-ci il tarixli 
Fərmanı ilə təsdiq edilmişdir): 
-
 
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf 
strategiyasını  və  əsas istiqamətlərini müəyyənləşdirmək, 
iqtisadi proqramlar hazırlamaq və onların həyata 
keçirilməsini təmin etmək; 


_______Milli Kitabxana_______ 
 
35 
-
 
Azərbaycan Respublikasının iqtisadi vəziyyətinin təhlili 
əsasında sosial-iqtisadi fəaliyyətinin tənzimlənməsi 
yollarını müəyyən etmək; 
-
 
İqtisadi islahatların həyata keçirilməsində mərkəzi və yerli 
icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək; 
-
 
Ticarət sahəsində dövlət siyasətinin həyata keçirilməsini 
təmin etmək, ölkədə struktur və investisiya siyasətinin 
həyata keçirilməsini təmin etmək; 
-
 
Sahibkarlığın inkişafına kömək və onun stimullaşdırılması 
sahəsində müvafiq tədbirlərin həyata keçirilməsini təmin 
etmək və s. 
İqtisadi İnkişaf Nazirliyinin funksiyaları
-
 
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf 
strategiyasını, iqtisadiyyata investisiyaların cəlb 
edilməsinin əsas istiqamətlərini, sahibkarlığın və rəqabətin 
inkişafına kömək sahəsində dövlət proqramını, hazırlayır 
və onların həyata keçirilməsini təmin edir; 
-
 
dövlət büdcəsinin formalaşdırılması üçün Azərbaycan 
Respublikasının iqtisadi və sosial inkişafının proqnoz 
göstəricilərini hazırlayıb müvafiq qaydada təqdim edir; 
-
 
Azərbaycan Respublikasının maliyyə, büdcə, vergi, pul-
kredit, valyuta, gömrük-tarif siyasətinin ümumi 
istiqamətləri və qiymətli kağız bazarının formalaşdırılması 
üzrə təkliflər hazırlanmasında iştirak edir; 
-
 
Sosial siyasətin və sosial sahələrin inkişafı sahəsində 
dövlət siyasətinin hazırlanmasında və 
həyata 
keçirilməsində iştirak edir; 
-
 
Ticarətdə rüsum və vergilərin dərəcələri ilə bağlı təkliflər 
verir, xüsusi iqtisadi rejimli bölgələrin yaradılmasına və 
onlarda iqtisadi fəaliyyətin tənzimlənməsinə dair təkliflər 
işləyib hazırlayır; 
-
 
Dövlət büdcəsi hesabına kapital qoyuluşunun 
istiqamətlərini müəyyən edir, ölkənin ayrı-ayrı 
bölgələrinin inkişafına dair proqramların hazırlanmasını 
və həyata keçirilməsini təşkil edir;  


_______Milli Kitabxana_______ 
 
36 
-
 
sahibkarlığa  dövlət köməyinin ümumi şərtlərini, aparıcı 
istiqamətlərini və formalarını müəyyən edir, bu sahədə 
müvafiq proqramlar hazırlayır və onların həyata 
keçirilməsini təmin edir və s. funksiyaları həyata keçirir. 
Vergilər Nazirliyinin vəzifələri (Azərbaycan Respublikasının 
Vergilər Nazirliyi haqqında 
Əsasnaməsi Azərbaycan 
Respublikasının Prezidentinin 29 mart 2001-ci il tarixli Fərmanı ilə 
təsdiq edilmişdir): 
-
 
Azərbaycan Respublikasının dövlət vergilərinin və digər 
büdcə daxilolmalarının düzgün hesablanmasına, onların 
vaxtında və tam məbləğdə dövlət büdcəsinə 
köçürülməsinə, vergi qanunvericiliyinə riayət olunmasına 
nəzarət etmək; 
-
 
Vergi qanunvericiliyi ilə bağlı vergi ödəyicilərinə 
məlumatların verilməsini, vergilərin hesablanması  və 
ödənilməsi barədə onlara əvəzsiz olaraq izahatların 
verilməsini təmin etmək, vergi sahəsində hüquq 
pozuntularını doğuran səbəbləri araşdırmaq və belə 
halların aradan qaldırılması üçün öz səlahiyyətləri 
daxilində müvafiq tədbirlər həyata keçirmək; 
-
 
Vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin 
qorunmasını təmin etmək və s. 
Vergilər Nazirliyinin əsas funksiyaları
-
 
Azərbaycan Respublikasının vergi siyasətinin 
təkmilləşdirilməsi haqqında təklifləri hazırlayır, vergi 
qanunvericiliyini tənzimləyən qanunvericilik aktlarının 
layihələrinin hazırlanmasında iştirak edir; 
-
 
Azərbaycan Respublikasının vergi qanunvericiliyinə riayət 
olunmasını, dövlət vergilərinin və ona həvalə edilmiş 
digər daxilolmaların düzgün hesablanmasını, vaxtında və 
tam məbləğdə dövlət büdcəsinə köçürülməsi ilə bağlı 
dövlət vergi orqanlarının işini təşkil edir
-
 
Azərbaycan Respublikasının dövlət büdcəsinin vergilər 
üzrə daxilolma proqnozunun hazırlanmasında iştirak edir; 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə