Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə135/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   131   132   133   134   135   136   137   138   ...   154

407 

 

“gerçəküstü”nə  çata  biləcəkdi.  Çünki  şüurun  senzurasından  qurtulub 



söz  və  rəsmlərdən  azad  istifadə  edə  bilmək  incəsənət  adamı  için  çox 

vacib bir şeydi. 

-Anladım. 

- Müəyyən mənada, Freyd bütün insanların əslində incəsənət adamı 

olduğunu nümayiş etdirirdi. Hər bir  yuxu kiçik bir sənət  əsəridi, hər 

gecə hamımız yuxu görürük. 

Pasientlərinin yuxularını şərh edərkən Freyd ədəbi mətni və ya rəsmi 

izah edərkən etdiyimiz kimi, rəmzlərin dilindən istifadə edirdi. 

Bəs biz hər gecə yuxu görürük? 



- Son  tədqiqatlara  görə,  yatdığımız  müddətin  təxminən  20  faizini, 

yəni  hər  gecə  2-3  saat  yuxu  görürük.  Yuxu  zamanı  narahat  ediləndə 

əsəbləşirik,  qıcıqlanırıq.  Bu  da  hər  bir  insanın  öz  varlığını  incəsənət 

şəklində ifadə etmək ehtiyacı duyduğunun bir sübutudu. Yuxularımızın 

mövzusu bizik. Rejissoru, ssenaristi, aktyorları da bizik. İncəsənətdən 

heş başı çıxmadığını deyən insan əslində özünü tanımayan insandı. 

Aydındı. 



- Freyd  insan  şüurunun  nə  qədər  möhtəşəm  bir  şey  olduğunu 

göstərirdi.  Pasientlərilə  apardığı  işdə  görüb  yaşadığımız  hər  şeyin 

şüurumuzun dərin bir küncündə qalması və bu təəssüratların işıq üzünə 

çıxarıla bilməsi nəticəsinə gəlmişdi. Bir anlıq “yaddaşımız duruxur”, 

sonra “dilimizin ucuna gəlir” və nəhayət, “birdən yadımıza düşür”, - bu 

proses 


şüuraltımızda  olan  bir  şeyin  yarıaçıq  qapı  taparaq,  şüurun  üzünə 

çıxmasıdı. 

Amma bəzən bu, çox vaxt aparır. 



- Bəli,  sənətkarlar  bununla  yaxşı  tanışdırlar.  Qəfil  bir  an  gəlir  ki, 

bütün qapılar, dolablar açılır. Bizə lazım olan rəsmlər, sözlər öz-özünə 

gəlir... Bu, şüuraltının “qapağını bir az qaldırmaqla” olur. Buna ilhama 

gəlmək  deyə  bilərik,  əziz  Sofi.  Sanki  çəkdiyimiz,  yazdığımız  şey 

hansısa mənbədən gəlir... 

Yəqin möhtəşəm bir hissdi. 



- Əminəm ki, sən də bu hissi yaşamısan. Yorulmuş uşaqlarda belə 

downloaded from KitabYurdu.org




408 

 

ilhamlanma  tez-tez  olur.  Bəzən  elə  yorğun  olurlar  ki,  cin  kimi  ayıq 



görünürlər.  Amma  sonra  birdən  sanki  hələ  öyrənmədikləri  sözləri 

taparaq  əhvalat  danışmağa  başlayırlar.  Sözlər  oradadır,  sözlər  və 

ideyalar onların şüurunda gizli şəkildə mövcuddu, indi isə senzura və 

nəzarət aradan qalxır və üzə çıxırlar. Sənətkarlar üçün də məntiqin və 

diqqətin şüuraltındakı duyğu və düşüncələrə axıradək nəzarət etməməsi 

çox vacibdi. Sənə bu barədə kiçik bir nağıl danışım? 

Əlbəttə. 



Bu, çox ciddi və çox kədərli nağıldı. 

Olsun. 


- Bir vaxtlar ayaqlarının qırxından da hünərlə istifadə edərək gözəl 

rəqs  edən  bir  qırxayaq  var  imiş.  Meşədəki  bütün  heyvanlar  onun 

rəqsinə tamaşa etməyə gəlirlər və hər dəfə də heyran qalırlar. Amma 

onun bu rəqsini bəyənməyənlər də olub. Bunlardan biri də tısbağa imiş. 

Paxıllıq edirmiş, ona görə. 



- Necə  edim  ki,  qırxayağın  rəqsinə  mane  olum?  -  fikirləşirmiş. 

Desəydi ki, gözəl rəqs etmirsən, - yaxşı olmazdı. “Mən səndən gözəl 

rəqs edirəm”, - desə də yaxşı olmazdı. Fikirləşir, fikirləşir, axırda əla 

bir plan hazırlayır. 

Necə? 


- Oturub  qırxayağa  bir  məktub  yazır.  “Ey  tayı-bərabəri  olmayan 

qırxayaq! Sizin əsrarəngiz rəqslərinizin aciz bir heyranıyam. İcazənizlə 

sizdən  bunu  öyrənmək  istəyirəm:  Necə  olur  ki,  belə  gözəl  rəqs  edə 

bilirsiniz? Rəqsə əvvəlcə 28-ci sol ayağınızı, sonra 39-cu sağ ayağınızı 

atmaqla başlayırsınız? Ya yoxsa əvvəlcə 17-ci sağ ayağınızı qaldırıb, 

sonra 44-cü sol 

ayağınızı  endirirsiniz?  Cavabınızı  gözləyirəm  İmza:  Əsil 

pərəstişkarınız Tısbağa”. 

Buna bax e! 



- Qırxayaq  məktubu  alan  kimi  əslində  rəqs  vaxtı  nə  etdiyini 

fikirləşməyə başlayır. Əvvəlcə hansı ayağını qaldırır? Bəs sonra hansı 

ayağını? Səncə, axırda nə olub? 

Qırxayaq daha rəqs etməyib? 



downloaded from KitabYurdu.org


409 

 

- Bəli,  elə  belə  də  olub.  Bu  bizə  ağlın  yaradıcılığı  necə  əngəlləyə 



biləcəyini göstərən gözəl bir nümunədi. 

Doğrudan da kədərli idi. 



- Yəni sənətkar üçün özünü “buraxmaq” vacibdi. Sürrealistlər də hər 

şeyin  öz-özünə  baş  verdiyi  anlardan  istifadə  etməyə  çalışırdılar. 

Qarşılarına bir boş ağ vərəq qoyur, nə yazdıqlarını düşünmədən, o an 

içlərindən gələni yazırdılar. Buna avtomatik yazı deyirdilər. Bu ifadə 

əslində  mediumun  qələmi  ölənlərdən  birinin  ruhunun  oynatdığına 

inandığı spiritualizmdən gəlir. Amma belə şeylərdən sabah danışarıq. 

Necə istəyirsən, elə olsun. 



- Müəyyən mənada sürrealist sənətkar da medium, vasitəsçidi. O, öz 

şüuraltısının mediumudu. Şüuraltının bəlkə də hər bir yaradıcı prosesdə 

rolu var. Niyə ona “yaradcılıq” deyirik? 

Bilmirəm. Yeni bir şey yaratmaq deyil? 



- Düzgün  fikirdi.  Bu  zaman  təxəyyül  və  ağıl  arasında  gözəl  bir 

əməkdaşlıq olur. Çox vaxt ağıl təxəyyülü udur və bu ciddi məsələdi, 

çünki təxəyyül olmadan yeni bir şey yaradıla bilməz. Məncə, təxəyyül 

Darvin sistemi kimidi. 

Necə yəni? 



- Darvinizmə  görə,  təbiətdə  bir-birinin  ardınca  mutantlar  ortaya 

çıxır, lakin onlardan yalnız bir qismi yaşamaq haqqı qazanır. 

-Və? 

- Biz ilhamlananda, çoxlu yeni fikirlər tapanda da belə olur. Şüurda 



bir-birinin ardınca fikir mutasiyaları baş verir. Təbii ki, əgər özümüzə 

çox  güclü  senzura  tətbiq  etməsək.  Lakin  bu  fikirlərin  yalnız  bir 

qismindən istifadə oluna bilər. Ağıl burada 

əhəmiyyət kəsb edir. Çünki ağlın da mühüm bir funksiyası var. Günün 

gəliri masanın üstünə qoyulanda seçici olmalıyıq. 

Pis müqayisə deyil. 



- Hər  “ağlımıza  gələn”in  “dilimizdə”  olduğu  bir  vəziyyət  təsəvvür 

elə.  Hələ  qeydlərimizi,  yazı  masamızın  siyirtmələrinin  içindəki 

kağızların  ortaya  tökülməsini  demirəm!  Onda  dünya  təsadüfi 

impulslarla dolar, heç bir seçmə olmazdı. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə