416
Heydelberq, Berlin, Kopenhagen...
-
Sağ ol, kifayətdi.
- Amma yüzillərin içindən belə uça-uça keçməyi mənim kimi ironik
qaz da bacara bilməz. İsveç üzərində uçmaq bundan asandı...
Bunları deyəndən sonra qaz qanadlarını çırpıb havaya qalxdı.
Sofi yorulmuşdu, amma çəpərdən sivişib bağa keçəndən sonra
düşündü ki, Alberto onun işindən razı qalmış olmalıdır. Mayor son bir
saatda Albertoya baş qoşmağa vaxt tapa bilməzdi. Yoxsa şəxsiyyətin
ikiləşməsinə məruz qalardı.
Sofi anası gəlməzdən bir az əvvəl evə girə bilmiş, beləcə anasına
özünü uca bir ağacın başından bir ev qazının
endirdiyini danışmalı olmamışdı.
Axşam yeməyindən sonra bağı şənlik günü üçün hazırlamağa
başladılar. Damdan dörd metrlik masanı götürüb bağa endirdilər. Sonra
yenidən yuxarı çıxıb masanın ayaqlarını da aşağı saldılar.
Masanı meyvə ağaclarının altına qoyub bəzəyəcəkdilər.
Bu uzun masadan axırıncı dəfə anasıyla atasının onuncu evlilik
ildönümündəki şənlikdə istifadə etmişdilər. Sofinin onda hələ səkkiz
yaşı vardı, amma bütün qohumları və ailə dostlarının bu masanın başına
toplaşdığı yaxşı yadında idi.
Hava proqnozu havanın yaxşı olacağını müjdələyirdi. Sofinin ad
günündən bir gün əvvəlki fırtınadan bu yana bir damcı da yağış
yağmamışdı. Amma yenə də masanı qurmaq və bəzəmək işini şənbə
gününə saxladılar. Elə də olsa, anası masanı bağa bu gündən
yerləşdirməyin yaxşı olacağını düşünmüşdü.
Axşam iki cür çörək bişirdilər. Yeməyə isə toyuq və salat olacaqdı.
Sofi sinif yoldaşlarının özlərilə pivə gətirəcəklərindən
narahat idi. Narahatlıq yaranmasını, şənliyin pozulmasını heç istəmirdi.
Sofi yatmağa hazırlaşanda anası Albertonun şənliyə gəlib-
gəlməyəcəyini bir də dəqiqləşdirdi.
- Əlbəttə ki, gələcək. Hətta bir fəlsəfi nömrə göstərməyə də söz
verdi.
-
Fəlsəfi nömrə? Nə nömrədi bu belə?
downloaded from KitabYurdu.org
417
- Bilmirəm... O, sehrbaz olsaydı, fokus göstərərdi, yox? Məsələn, bir
silindr şlyapadan ağ dovşan çıxarardı...
-
Yenə başladıq?
- Amma o, sehrbaz yox, filosof olduğuna görə, fəlsəfi nömrə
göstərəcək. Əvvəl-axır bu şənlik fəlsəfi şənlik deyil?
Sən də nəsə bir şey etmək istəyirsən?
-
Hə.
-
Çıxış edəcəksən?
-
Hələlik demək istəmirəm. Gecən xeyrə qalsın, Sofi!
Ertəsi gün Sofi sağolaşmağa gələn anasının səsinə
oyandı. Anası ona şəhərə gedib almalı olduğu şeylərin siyahısını verdi.
Anası evdən çıxan kimi telefon çaldı. Zəng
edən Alberto idi. Anasının evdə olmadığı anları tutmaqda mahir idi.
-
Gizli planın necə gedir?
- Suss! Heç nə demə. Onun bu haqda düşünməsinə də imkan
verməməliyik.
-
Məncə, dünən onun fikrini yaxşıca yayındıra bildim.
Çox yaxşı.
Fəlsəfə kursumuz qurtardı?
Mən də elə buna görə zəng etmişəm. Bu andan başlayaraq, özün-
özünü istiqamətləndirməli olacaqsan. Əsas təməlini qoymaq idi. Amma
hər halda öz dövrümüz haqqında qısaca danışmaq üçün görüşməliyik.
Axı mən şəhərə getməliyəm...
Əla. Dedim axı, dövrümüzdən danışacağıq.
Aha?
Ona görə də yaxşı olar ki, şəhərdə görüşək.
Sənin evinə gəlməliyəm?
Yox, yox. Evi alt-üst etmişəım. Gizli dinləmə cihazı olub-
olmadığını bilmək üçün evi axtarırdım.
Belə de.
Baş Meydanda yeni açılmış “Cafe Pierre” adlı kafeni tanıyırsan?
-
Tanıyıram. Orada nə vaxt olmalıyam?
-
12-də görüşə bilərik.
downloaded from KitabYurdu.org
418
-
Olar. Hələlik!
-
Hələlik!
Saat on ikidən bir-iki dəqiqə keçmiş Sofi “Cafe Pierrelnə daxil oldu.
Bu, kiçik dəyirmi masaları, qara stulları, başıaşağı vermut şüşələri,
uzun fransız çörəkləri, sendviçlərilə son vaxtların dəbdə olan
kafelərindən idi.
Çox da böyük olmayan bu kafedə Sofinin gözünə çarpan ilk şey
Albertonun orada olmadığı idi. Kafedə xeyli adam oturmuşdusa da ona
bircə şey aydın idi - bunlardan heç biri Alberto deyildi.
Kafelərə təkbaşına girməyə öyrəşməmişdi. Bəlkə çıxıb bir az gəzib
qayıtsın?
Amma çıxmadı, limonlu çay istədi, çayını alıb boş masalardan
birinin arxasına keçdi və kafenin qapısına baxmağa başladı. İnsanlar
girib-çıxır, Sofi isə yalnız bu adamlrdan heç birinin Alberto olmadığını
qavrayırdı. Kaş ki, əlində bir qəzet olaydı.
Diqqətlə ətrafına baxırdı. Başqalarının da ona baxdığı olurdu. Bir
anlıq özünü gənc xanım kimi hiss etdi. On beş yaşı vardı, amma on
yeddi, ən azı on altı yarım kimi görünürdü. Kafedəki bu insanlar öz
həyatları, varlıqları haqda görəsən, nə düşünürlər? Hamısı sanki bura
elə-belə gəlib oturmuşdular. Danışıb əl-qollarını hərəkət etdirirdilər,
amma sanki çox da vacib bir şeydən danışmırdılar.
Sofinin yadına kütlələrin əsas xüsusiyyətinin gəvəzəlik olduğunu
deyən Kreykeqor düşdü. Bu insanların hamısı estetik mərhələdədirlər?!
Yoxsa həyatlarında daha əhəmiyyətli şeylər də var?!
Göndərdiyi ilk məktublarının birində Alberto uşaqlarla filosoflar
arasında oxşarlıq olduğundan bəhs etmişdi. Sofi bir daha böyüməkdən
qorxduğunu düşündü. Axı onda kainatın
silindr şlyapasından çıxarılan ağ dovşanın tüklərinin dibinə ilişib
qalar!..
Bunları düşünərkən həm də fikri qapıda idi. Nəhayət, Alberto içəri
girdi. Hava isti olsa da, başına qara beretini qoymuşdu. Əynində boz
bir jaket vardı. Sofini dərhal görüb ona tərəf addımlamağa başladı. Sofi
onunla belə, camaatın içində görüşməyin yeni bir duyğu olduğunu
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |