Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə139/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   135   136   137   138   139   140   141   142   ...   154

419 

 

düşündü. 



Saat birə on beş dəqiqə işləyir! 

- Buna saatın akademik çərəyi deyilir. Yemək istəyirsən? - Alberto 

oturub Sofinin gözlərinin içinə baxaraq soruşdu. Sofi çiyinlərini çəkib: 

Sendviç ola bilər, - dedi. 



Alberto sifariş masasına getdi və tezliklə əlində bir fincan qəhvə və 

pendirli, kolbasalı iki fransız çörəyilə gəldi. 

Baha idi? 



Xırda şeydi, Sofi. 

Gecikdiyinə görə, bir bəhanə etmək istəmirsən? 



- Yox, çünki qəsdən belə etdim. Niyəsini bir azdan izah edəcəyəm. 

Sendviçdən bir neçə dişləm alandan sonra: 

Bu gün öz dövrümüzdən danışacağam, - dedi. 



Bu dövrdə fəlsəfə sahəsində nəzərəçarpan bir şey olub? 

- Çox,  özü  də  çoxtərəfli!  Əvvəlcə  böyük  bir  cərəyan  olan 

Ekzistensializmdən söz açacağıq. Bu termin əsasən insanın mövcudluq 

vəziyyətindən danışan bir neçə fəlsəfi cərəyana verilmiş ümumi addı. 

Biz  ümumiyyətlə  XX  əsr  Ekzistensializm  fəlsəfəsindən  danışırıq. 

Ekzistensialist  filosoflar  öz  fəlsəfələrini  təkcə  Kyerkeqora  deyil, 

həmçinin Hegel və Marksa əsasən qurublar. 

Maraqlıdı. 



- XX əsr fəlsəfəsinə böyük təsir göstərmiş başqa bir görkəmli filosof 

alman Fridrix Nitşedi. O, 1844-cü ildə doğulmuş, 1900-cü ildə vəfat 

etmişdi.  O  da  Hegel  fəlsəfəsinə  və  alman  “tarixçiliyi”nə  qarşı  çıxıb. 

Tarixə duyulan ruhsuz marağın və xristian “kölə əxlaqı” adlandırdığı 

hadisənin yerinə həyatın özünü qoyub. Nitşe zəiflərin güclülərin həyat 

gücünə  mane  olmasına  son  qoymaq,  “bütün  dəyərləri  yenidən 

dəyərləndirmək” istəyirdi. Nitşeyə görə, Xristianlıq və fəlsəfə 

bugünədək real dünyaya arxa çevirmiş, “cənnəfə və “ideyalar aləminə” 

tərəf  yönəlmişdi.  Halbuki,  “əsl  həqiqət”  deyilən  bu  aləm  əslində 

psevdoaləm idi. “Dünyaya sadiq qalın və sizə fövqəltəbii ümidlər vəd 

edənlərə qulaq asmayın”. 

Sonra? 



downloaded from KitabYurdu.org


420 

 

- Martin Haydegger adlı bir alman filosofu həm Kyerkeqor, həm də 



Nitşedən  təsirlənmişdi.  Lakin  biz  hamıdan  çox  1905-ci  ildə  doğulub 

1980-ci ildə vəfat etmiş fransız ekzistensialist Jan Pol Sartrın üzərində 

dayanacağıq. O, ekzistensialistlər və daha çox insan üçün aparıcı işıq 

idi. 


Onun 

ekzistensializmi 

xüsusən 

qırxıncı 

illərdə, 

dünya 


müharibəsindən sonra populyarlaşdı.  Sonralar o, Fransadakı  marksist 

hərəkata qoşulmuş, lakin heç vaxt heç bir partiyanın üzvü olmamışdı. 

Buna görə fransız kafesində görüşdük? 



- Bəli,  bu,  təsadüfi  deyildi.  Sartr  da  kafelərdə  çox  vaxt  keçirirdi. 

Ömrü boyu dostu olan Simona de Bovuar ilə də kafedə tanış olmuşdu. 

Bovuar da ekzistensialist filosof idi. 

Deməli, qadın filosof? 



- Bəli. 

- İnsanlığın nəhayət sivilləşməsindən məmnunluq duyuram. 

- Bəli, amma bu dövrdə də bir çox yeni problemlər əmələ gəlib. 

Ekzistensializmdən danışacaqdın. 



- Sartra 

görə, 


“ekzistensializm 

humanizmdir”. 

Bununla 

ekzistensializmin insana dair fəlsəfə olduğunu bildirir. Lakin deməliyik 

ki,  bu  humanizmin  insanın  vəziyyətinə  baxışı  Renessans 

humanizmindən fərqli olaraq, bədbin baxışdı. 

Niyə belə? 



- Kyerkeqor  və  XX  əsrdə  yaşamış  ekzistensialistlərin  bəziləri 

xristiandırlar. Sartr isə Ateist Ekzistensializmin nümayəndəsidi. Onun 

fəlsəfəsinə “Tanrının öldüyü” bir vaxtda insanların vəziyyətinin analizi 

kimi də baxmaq olar. “Tanrı ölüb” ifadəsinin müəllifi Nitşedi. 

Sonra? 


- Kyerkeqor  fəlsəfəsindəki  kimi,  Sartrın  da  fəlsəfəsindəki  əsas  söz 

“ekzistensiya”, yəni mövcudluqdu. Mövculuq sağ olmaq demək deyil. 

Bitki və heyvanlar da sağdırlar, lakin onlar bunun nə demək olduğunu 

düşünmək iqtidarında deyillər. Sartr fizikin şeylərin “özündə”, insanın 

isə “öz üçün” olduğunu deyir.Yəni insan olmaq şey olmaqla bir deyil. 

- Təbii ki. 

downloaded from KitabYurdu.org



421 

 

- Sartr  insanın  mövcudluğunun  buna  dair  hər  cür  fikirdən  əvvəl 



gəldiyini deyir. Yəni “mən mövcudam” “mən nəyənY’dən əvvəl gəlir. 

“Mövcudluq mahiyyətdən üstündür”. 

- Bu, çox mürəkkəb cümlə oldu. 

- “Mahiyyət” deyəndə o, hər hansı bir şeyi əmələ gətirən şeyi, onun 

təbiətini nəzərdə tutur. Lakin Sartra görə, insanın belə bir anadangəlmə 

“təbiəti” yoxdu. Buna görə də insan bu təbiəti özü yaratmalıdı. O öz 

təbiətini,  yaxud  “mahiyyətini”  özü  yaratmalıdı,  ona  görə  ki,  belə  bir 

təbiət onda əvvəlcədən olmur. 

- Deyəsən, başa düşdüm. 

- Bütün  fəlsəfə  tarixi  boyunca  filosoflar  insanın  nə  olduğu,  yaxud 

insanın təbiətinin nə olması sualına izah tapmağa 

çalışıblar. Lakin Sartr insanların belə mütləq bir “təbiətinin” olmadığını 

bildirir.  Buna  görə  də  ümumiyyətlə,  həyatın  mənasını  sual  etməyin 

mənası yoxdu. Biz uydurmağa məhkumuq. Biz nə əvvəlcədən müəyyən 

edilmiş  rolu,  nə  əlində  ssenarisi,  nə  də  suflyorları  olmadan  səhnəyə 

çıxan aktyorlar kimiyik. Necə yaşayacağımızı özümüz seçməliyik. 

- Əslində,  bu  doğrudu.  Adam  İncilə,  ya  da  bir  fəlsəfə  kitabına 

baxaraq,  necə  yaşayacağını  oxuya  bilsəydi,  çox  asan,  çox  praktik 

olardı. 

- Məsələnin məğzini tutdun. Sartr deyir ki, insan sağ olduğunu, bir 

gün öləcəyini və əllə tutula biləcək bir məna olmadığnı başa düşəndə 

bu,  insanda  əndişə  yaradır.  Ekzistensial  vəziyyətdə  olan  insan  haqda 

danışarkən Kyerkeqorun da əndişəni tipik xüsusiyyət kimi göstərdiyini 

sənə demişəm? 

Bəli. 


- Sartr deyir ki, insan özünü mənasız dünyada özgə kimi hiss edir. 

İnsanın “özgələşməsindən” danışarkən Hegel və 

Marksın  ideyalarından  yararlanır.  İnsanın  özünü  dünyada  özgə  kimi 

hiss  etməsi  onda  ümidsizlik,  sıxıntı,  iyrənmə,  cəfəngiyyat  duyğuları 

yaradır. 

- Adamın  özünü  depressiyada  hiss  etməsi,  hər  şeyin  cansıxıcı, 

mənasız olduğunu düşünməsi bu gün də geniş yayılıb. 

downloaded from KitabYurdu.org




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə